Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-yə, X2 və X7 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, əmlakın başqasının qanunsuz sahibliyindən qaytarılması, tələbin cavab verməli olmayan şəxsə qarşı verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-2240/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MTK və üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayon İcra Hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli sərəncamı ilə ünvan 1də "xxxx" MTK-ya çoxmərtəbəli 7 girişli yaşayış binasının tikintisinə icazə verilmişdir. 2. 18 yanvar 2014-cü il tarixli Podrat müqaviləsi ilə sifarişçi "xxxx" MTK ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin podratçı "xxxx" MMC tərəfindən tikilməsini s ifariş etmiş, podratçı isə bu işləri müqavilə bağlandıqdan sonra 3 il 6 aydan gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən podratçı tikintini öz materiallı və vəsaiti hesabına həyata keçirir, bunun müqabilində binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni podratçıya verir.
3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2-ci bəndinə, bu müqaviləyə əlavə edilmiş dislokasiya bölgüsünə əsasən məhkəmə qərarları ilə vətəndaşlara verilmiş sahələr istisna olmaqla, ünvan 1 ünvanında inşa olunan 12 mərtəbəli binanın 33185 kv.metr satıla bilən ümumi yaşayış sahəsi, 2818 kv.metr satıla bilən ümumi qeyri-yaşayış sahəsi, 1097,9 kv.me tr qarajların satıla bilən ümumi sahəsinin "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq onlar arasında bərabər bölünməsi, "xxxx" MMCdən 146248 manat pulun alınaraq "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. 4. 05 fevral 2018-ci il tarixli razılaşma müqaviləsi ilə "xxxx" MMC və Aslanov X11 rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında inşa olunan çox mərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq hər mərtəbəsinin ümumi sahəsi 1158 kv.metr olan birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə razılaşmışlar. Qeyriyaşayış obyektinin tikintisi üzrə tikinti smeta planına uyğun olaraq ümumi xərci 245000 manat müəyyən olunmuş və tikintinin İddiaçı vəsaiti ilə həyata keçiriləcəyi razılaşdırılmışdır. Müqavi ləyə əsasən İddiaçı qeyri-yaşayış sahəsinin “A” blokunun zirzəmi hissəsində 160 kv.metr, “B” blokunun zirzəmi hissəsində 210 kv.metr olmaqla, ümumilikdə 370 kv.metr hissəsinə pay hüququna malikdir. Gələcəkdə obyektin satışını digər tərəfin şifahi və ya yazılı razılığı ilə "xxxx" MMC həyata keçirə bilər.
5. Kooperativ binada qeyri-yaşayış alqı-satqısı barədə 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında yerləşən tikintidə olan qeyri-yaşayış sahəsinin A blokunun zirzəmi hissəsində 160 kv.metr sahəni, 1 kv.metri 650 manat olmaqla, cəmi 105000 manata İddiaçı satmışdır. 23 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur və bu b inanın “A” girişi, zirzəmi hissəsində 160 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 105000 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir.
6. Qeyri-yaşayış sahəsinin 12 may 2021-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" MMC-nin direktoru X4 və fiziki şəxs İddiaçı arasında bağlanmış 05 fevral 2018-ci il tarixli müqavilə şərtlərinə əsasən ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin inşası başa çatdırılaraq MMC-yə təhvil verilmiş, "xxxx" MMC İddiaçı tərəfindən inşa olunmuş ümumi sahəsi 1158 kv.metr qeyri-yaşayış sahəsini təhvil almışdır. 7. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 06 iyun 2017-ci il tarixli, 312 saylı protokol çıxarışı ilə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ün vanında inşa edilən yaşayış binasının “A” blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 120 kv.metr olan zirzəmi hissəsi və A blokunda yerləşən 2 ədəd 3 və 4 saylı qarajlar X7 ayrılmışdır. 06 iyun 2017-ci il tarixli arayışa əsasən Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının “A” blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 120 kv.metr olan zirzəmi üçün 60000 manat, həmçinin “A” blokunda yerləşən 2 ədəd 3 və 4 saylı qarajlar üçün 20000 manat pay haqqı X9 tərəfindən tam ödənilmişdir. 8. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 15 fevral 2021-ci il tarixli, 404 saylı protokol çıxarışı ilə Xırdalan şəhəri, Həzi Aslano v küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının “A” blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 40 kv.metr olan zirzəmi hissəsinin X2 ayrılmışdır. 16 fevral 2021-ci il tarixli arayışa əsasən Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının “A” blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 40 kv.metr olan zirzəmi üçün pay haqqı X5 tərəfindən tam ödəmişdir.
9. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 may 2022-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binası “A” blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metr sahənin “A”, “B”, “V” bloklarında olan tikililərlə hər hansı bağlılığı olmadığı müəyyən edilir. "xxxx" MMC tərəfindən tədqiq edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 21-ci məhəllədə tikilmiş yüksəkmərtəbəli yaşayış binalarının (yardımçı tikili) memarlıq planlaşdırma bölməsinin eskiz layihəsi üzrə sözügedən binanın “A”, “B”, “V” bloklarının qarşısında tikilmiş zirzəmilərin ümumi sahəsi 634,37 kv.metr təşkil edir. "xxxx" MTK ilə "xxxx" MMC tərəfindən təsdiq olunmuş qeyri-yaşayış sahələrinin bölgü cədvəlinə əsasən "xxxx" MTK-ya düşən sahə 1401 kv.metr və "xxxx" MMC-yə düşən sahə 1401 kv.metr təşkil edir. Lakin təsdiq olunmuş bölgü cədvəlində "xxxx" MTK-ya və ya "xxxx" MMC-yə binanın hansı hissəsindən sahənin ayrılması dəqiqliklə göstərilməmişdir. Bu səbəbdən "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndinə əsasən “A”, “B” və “V” bloklarının qarşısında tikilmiş zirzəmilərin "xxxx" MTK ilə "xxxx" MMC arasında necə bölünməli olmasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın X5 və X9 ilə bağladığı müqavilələrin etibarsız hesab edilərək, "xxxx" MTK-nı, X3 və X8 23 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona məxsus olan "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blo kunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində 160 kv.metrlik sahədən çıxarılmaları və həmin ərazinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, 05 fevral 2018-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən ünvan 3 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyriyaşayış obyektinin tikintisinin həyata keçirilməli, bunun müqabilində qeyd olunan ünvanda "xxxx" MMC tərəfindən inşa olunan binanın A blokunun qarşısında zirzəmi hissəsində 160 kv.metr qeyri-yaşayış sahəsi və B blokunun qarşısında zirzəmi hissəsində 210 kv.metr qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 370 kv.metr hissəsinə pay hüquq u ona verilməlidir. Razılaşma müqaviləsinin şərtinə uyğun olaraq tikinti işləri onun tərəfindən 12 may 2021-ci il tarixdə başa çatmış və təhvil aktı tərtib olunmuşdur. Tikinti işləri başa çatdıqdan sonra ona məxsus olan A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metr sahənin cavabdeh tərəfindən başqa şəxsə satıldığı məlum olmuşdur.
12. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(012)-218/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddia təmin edilmiş, X5 və X7 ümumilikdə 160 kv.metrlik zirzəmi sahələrinin ayrılması barədə "xxxx" MTK-nın payçılarının 15 fevral 2021-ci il tarixli, 404 saylı və 06 iyun 2017-ci il tarixli, 312 saylı protokollarının etibarsız hesab olunması, X5 və X6 05 fevral 2018-ci il tarixli razı laşma müqaviləsi ilə İddiaçı məxsus "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində 160 kv.metrlik sahədən çıxarılması, həmin sahənin İddiaçı qanuni sahibliyinə qaytarılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, görülmüş xidmət müqabilində "xxxx" MMC özünün sahibliyində olan binanın A blokundakı 340,48 kv.metrlik qeyri-yaşayış sahəsindən 160 kv.metrini İddiaçı ayırsa da, sonradan bu sahə məlum protokollarla "xxxx" MTK tərəfindən X2 və X7 ayrılmışdır. 14. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 15 fevral 2021-ci il tarixli, 404 saylı və 06 iyun 2017-ci il tarixli, 312 saylı protokollarla "xxxx" MM C ilə "xxxx" MTK-nın təsdiq etdikləri binanın A blokunun barter üsulu ilə bölgü cədvəlinə görə "xxxx" MTK-ya aid olmayan əmlaklar onun payçılarına verildiyindən bu protokollar etibarsız hesab olunmalıdır. Mübahisəli 160 kv.metrlik qeyri-yaşayış sahəsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 05 fevral 2018ci il tarixli razılaşmaya əsasən iddiaçıya verilməli olduğundan həmin sahə boşaldılmalı və sonuncuya təhvil verilməlidir.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, əmlakların bölünməsi və dislokasiyası ilə bağlı "xxxx" MTK ilə "xxxx" MMC arasında hər hansı mübahisənin olması "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 05 fevral 2018-ci il tarixli razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi üçün əsas hesab oluna bilməz. İddiaçı satılmış mübahisəli qeyri-yaşayış sahəsi gələcəkdə dislokasi ya ilə bağlı "xxxx" MTK ilə "xxxx" MMC arasında razılaşmanın predmeti ola bilər.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 1092.1, 109-2.2, 109-2.3, 109-3, 110.1, 337.1, 337.4, 339.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh "xxxx" MTK, üçüncü şəxslər X5 və X9 ayrıl-ayrılıqda apellyasiya şikayətləri verərək, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(012)218/202 2 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-2240/2022 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovun və F.Ə.Məmmədovun iştirakı ilə) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(012)-218/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının iddia qaldırmaqda ümumiyyətlə subyektiv hüququ olmamışdır. Bundan başqa, A, B, v ə V bloklarının qarşısında inşa edilmiş yardımçı sahənin zirzəmi sahəsi ekspert rəyində göründüyü kimi cəmi 634,37 kv.m olduğu halda məhkəmə qətnaməsində yalnız A blokunun altındakı zirzəmi sahəsinin guya 340,48 kv.m hissəsi "xxxx" MMC-yə, 403,62 kv.m hissi isə "xxxx" MTK-nın payına düşdüyü göstərilmişdir. Halbuki faktiki olaraq zirzəminin ümumi sahəsi 554 kv.m-dir, A blokunun qarşısındakı yardımçı sahənin zirzəmi hissəsi 160 kv.m-dir. Lakin məhkəmə eksperti tərəfindən qeyd olunanlar kifayət qədər araşdırılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsinə cavabdehin vəkili tərəfindən “X13 və Ekspertiza Mərkəzi” MMC-nin 27 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəylə müəyyən olunmuşdur ki, binanın A, B, V bloklarının qarşısındakı qeyri-yaşayış sahəsinin zirzə mi hissəsi 534,5 kv.metrdir və 50 faizi 267,25 kv.metr təşkil edir, təqdim edilmiş müqavilələrə əsasən inşa edilmiş binanın "xxxx" MMC tərəfindən satılmış qeyri-yaşayış sahəsinin zirzəmi hissəsi 534,50 kv.metr təşkil edir.
21. Apellyasiya məhkəməsi rəylə müəyyən olunmuş binanın A, B, V bloklarının qarşısındakı qeyri-yaşayış sahəsinin zirzəmi hissəsinin 534,5 kv.metr olması, təqdim edilmiş müqavilələrə əsasən inşa edilmiş binanın "xxxx" MMC tərəfindən satılmış qeyriyaşayış sahəsinin zirzəmi hissəsinin 534,50 kv.metr təşkil etməsi və bununla da "xxxx" MMC tərəfindən ona məxsus olmayan sahənin satılması ilə bağlı mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, iş materiallarında binanın bloklarının barter üsulu ilə bölgü cədvəli mövcuddur. "xxxx" MMC ilə "xxxx" MTK-nın təsdiq etdikləri binanın yalnız A blokunun barter üsulu ilə bölgü cədvəlindən görünür ki, həmin blokdan 340,48 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə, 403,62 kv.metr qeyri-yaşayış sahəsi isə "xxxx" MTK-ya verilmişdir.
22. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsinə istinad edən məhkəmə göstərmişdir ki,... “A” blokundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış sahələri üzrə 3592,66 kv.metr, qeyri-yaşayış sahələri üzrə 340,48 kv.metr, 7 ədəd qaraj, "xxxx" Mənzil Tikinti Kooperativinə yaşayış sahələri üzrə 3813,53 kv. metr, qeyri-yaşayış sahələri üzrə 403,62 kv metr, 7 ədəd qaraj verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, həm binanın A blokunun barter üsulu ilə bölgü cədvəli, həm də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə təsdiqlənir ki, A bloku üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyri-yaşayış sahələri üzrə 340,48 kv.metr verilmişdir. Beləliklə, tək “A” bloku üzrə 340.48 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış və MMC də məhz ona ayrılmış hissənin 160 kv.metrəni iddiaçıya satmışdır.
24. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-yaşayış sahələrinin alqı-satqı müqavilələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin müqavilələrlə "xxxx" MMC tərəfindən “A” blokundan 340,48 kv.metrdən artıq sahənin satıldığı və bununla da "xxxx" MTK-ya məxsus “A” blokunda qeyri-yaşayış sahələri üzrə 403,62 kv.metr sahəyə müdaxilə olunduğu müəyyən olunmur. Əksinə "xxx x" MMC özünün sahibliyində olan binanın A blokundakı 340,48 kv.metrlik qeyri-yaşayış sahəsindən 160 kv.metrini İddiaçı ayırsa da, sonradan bu sahə protokollarla "xxxx" MTK tərəfindən X2 və X7 ayrılmışdır.
25. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə "xxxx" MTK-nın payçılarının 06 iyun 2017-ci il tarixli, 312 saylı protokolu etibarsız hesab edilərək qanuni əsaslarla aldığı 120 kv.m qeyri-yaşayış sahəsindən məhrum etməklə yanaşı, həm də mübahisəli olmayan 2 ədəd qaraj sahələrindən də məhrum edilməsinə dair üçüncü şəxs X6 dəlilini əsassız bilən məhkəmə göstərmişdir ki, qaraj sahəsi ümumiyyətlə mübahisə predmeti olmamış, məhkəmə iddianı təmin edərək 15 fevral 2021-ci il tarixli, 404 saylı və 06 iyun 2017-ci il tarixli, 312 saylı protokolları X5 və X7 ümumilikdə 160 kv.metrlik zirzəmi sahələrin in ayrılması hissəsində etibarsız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
26. Cavabdeh "xxxx" MTK və üçüncü şəxs X9 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-2240/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
27. Məzmunları eyni olan hər iki kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 752.1, 762.2-ci, Mülki Prosessual Məcəllənin 101.7, 101-1.1,101-1.3, 217 və 218-ci maddələri, “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı pozul muşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının iddianı vermək üçün subyektiv hüququnun olubolmamasını araşdırmamış, apellyasiya şikayətlərinə münasibət bildirməmiş, maddi hüquq normalarını göstərsə də, qətnaməsində qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmiş, nəticəsini yalnız formal əsaslandırma ilə yazmaqla kifayətlənmişdir. Cavabdeh "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndinə əsasən, podratçı "xxxx" MMC tərəfindən satılmış əmlaklar barədə "xxxx" MTK-ya məlumat vermək və həmin satışın sonuncu tərəfindən təsdiq edilməsini təmin etmək öhdəliyi olsa da, "xxxx" MMC bu öhdəliyi yerinə yetirməmiş və iddiaçıya və digər şəxslərə öz payına düşən hissədən də artıq ölçüdə sahələr satmışdır. M əhkəmə isə öz qətnaməsində işin faktiki hallarını yanlış təfsir edərək əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyri-dəqiq olan ekspertin 27 may 2022-ci il tarixli rəyinə istinad etmiş, əsassız olaraq cavabdehin təqdim etdiyi mütəxəssis rəyini sübut kimi qiymətləndirməmiş, işin hallarını tam araşdırmamışdır.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüqu qi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Cavabdeh və üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. T ətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 404.1-ci ma ddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının Ali 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən mə hkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
37. Belə ki, iddiaçı tələbini əsaslandırarkən onunla "xxxx" MMC arasında imzalanmış 05 fevral 2018-ci il tarixli və 23 fevral 2018-ci il tarixli müqavilələrə istinad etmişdir. 38. 05 fevral 2018-ci il tarixli müqaviləyə nəzər saldıqda müəyyən olunur ki, MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə razılıq verilmiş, qeyri-yaşayış sahəsinin tikintisinin İddiaçı vəsaiti hesabına hə yata keçirilməsi razılaşdırılmış, İddiaçı qeyri-yaşayış sahəsinin “A” blokunun zirzəmi hissəsində 160 kv.m., “B” blokunun zirzəmi hissəsində 210 kv.m., ümumilikdə 370 kv.m. hissəsinə pay hüququ tanınmışdır. 39. 23 fevral 2018-ci il tarixli müqavilədə isə "xxxx" MMC tərəfindən İddiaçı binanın “A” bloku, zirzəmi hissəsindən 160 kv.m. qeyri-yaşayış sahəsi satılmış, həmin sahənin ümumi dəyəri 105000 manat müəyyən edilmişdir.
40. İddiaçı hazırki tələblə qeyri-yaşayış sahəsinin “A” blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində olan 160 kv.m. sahənin ona təhvil verilmədiyini iddia edərək, həmin sahənin onun sahibliyinə qaytarılmasını tələb etmiş, sonra isə əlavə olaraq həmin sahə ilə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişd ir.
41. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçının müqavilə münasibətləri "xxxx" MMC ilə yaransa da, iddiaçı həmin müqavilələrə istinad edərək, tələbi "xxxx" MTK-ya qarşı irəli sürmüşdür.
42. Cavabdeh apellyasiya şikayətində iddiaya cavab verməli olan şəxs olmadığını göstərsə də, apellyasiya məhkəməsi iddiaçının iddia verməyə subyektiv hüququnun olması məsələsi üzrə qiymətləndirmə aparmış, lakin apellyasiya şikayətinin qeyd olunan dəlilinə hüquqi qiymət verməmişdir.
43. Digər tərəfdən apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi müqavilələri tam təhlil etməmişdir.
44. Belə ki, iş materiallarından müəyyən olunur ki, 18 yanvar 2014-cü il tarixli Podrat müqaviləsi ilə "xxxx" MTK-ya ayrılmış ərazidə 7 girişli çoxmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmuş, həmin binanın 5 girişinin "xxxx" MMC tərəfindən tikilməsi və istifadəyə verilməsi, bunun müqabilində isə binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50 faizi podratçiya verilməsi razılaşdırılmışdır (müqavilənin 1.1, 2.4, 3.1-ci bəndləri). 45. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə isə sonuncunun vəsaiti hesabına həmin binanın qarşısında ayrı bir qeyri-yaşayış binasının tikintisinin həyata keçirilməsinə razılaşdırılmışdır.
46. Göründüyü kimi, mübahisəli ərazidə çoxmərtəbəli 7 girişli bina və ayrıca olan qeyriyaşayış binası inşa olunmuşdur. Həmin hal iş materiallarında olan "xxxx" MMC-nin tərtib etdiyi memarlıq planlaşdırma layihəsi və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır.
47. İddiaçı məhz onun tərəfindən tikilən qeyri-yaşayış sahəsi ndən (iddiada göstərildiyi kimi: “çox mərtəbəli yaşayış binasının a) blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində”) 160 kv.m. sahənin sahibliyinə verilməsini tələb etmiş və məhkəmələr tələbi göstərilən qaydada təmin etmişlər.
48. Lakin "xxxx" MMC və X10 arasında imzalanmış yuxarıda qeyd olunan müqavilələrlə iddiaçıya ayrıca tikilən qeyri-yaşayış binasından deyil, “qeyri-yaşayış sahəsinin a) blokunun zirzəmi hissəsində 160 kv.m.” pay hüququ verilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi göstərilən ziddiyyəti araşdırmamış, 7 girişli binanın “A” blokunda qeyri-yaşayış sahələrinin olmasına, həmin qeyri-yaşayış sahələrdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsinin icrası nəticəsində "xxxx" MMC-yə hər hansı sahənin verilməsinə, sonuncunu n bu sahələrə münasibətdə iddiaçıya qarşı öhdəliyinin icra etməsinin mümkünlüyünə və icra etməməsinin səbəblərinə hüquqi qiymət verməmişdir.
50. Nəzərə alınmalıdır ki, iş materiallarında olan MTK və MMC-nın rəhbərləri tərəfindən təsdiq olunmuş “A” blokunun bölgü cədvəlinə əsasən (i.v. 89) həmin blokdan "xxxx" MMC-nin payına 340,48 kv.m, "xxxx" MTK-nın 403,6 kv.m. qeyri-yaşayış sahələrin verilməsi nəzərdə tutulmuşdur.
51. Digər tərəfdən, məhkəmələr iddiaçıya məhz binanın “A” blokunun qarşısında inşa edilən qeyri-yaşayış binasından iddiaçıya 160 kv.m. qeyri-yaşayış sahəsinin verilməli olduğu qənaətinə gəldikləri halda, həmin sahənin məhz cavabdeh tərəfindən 06 iyun 2017-ci il tarixli və 15 fevral 2021-ci il tarixli protokollar əsasında müvafiq olaraq X7 və X2 ayrılmış sahələrin olmasını əsas landırmamışlar. Belə ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilələrdə sonuncuya verilən sahələrin dislokasiyası konkretləşdirilməmiş, bununla bağlı hər hansı sxem və ya layihə sənədi məhkəmələrə təqdim olunmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində də göstərilmişdir ki, "xxxx" MTK ilə "xxxx" MMC tərəfindən təsdiq olunmuş qeyri-yaşayış sahələrinin bölgü cədvəlinə əsasən "xxxx" MTK-ya düşən sahə 1401 kv.metr və "xxxx" MMC-yə düşən sahə 1401 kv.metr təşkil edir. Lakin təsdiq olunmuş bölgü cədvəlində "xxxx" MTK-ya və ya "xxxx" MMC-yə binanın hansı hissəsindən sahənin ayrılması dəqiqliklə göstərilməmişdir. Bu səbəbdən "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2.4 -cü bəndinə əsasən “A”, “B” və “V” bloklarının qarşısında tikilmiş zirzəmilərin "xxxx" MTK ilə "xxxx" MMC arasında necə bölünməli olmasını müəyyən etmək mümkün olmamışdır.
52. Apellyasiya məhkəməsi ekspert rəyində qeyd olunan, MTK-nın və MMC-nin hər birinin payına düşən 1401 kv.m. sahələrinin yalnız 7 girişli binada olan qeyri-yaşayış sahələrini, yoxsa binanın qarşısında inşa olunmuş qeyri-yaşayış binasının sahəsini də əhatə etdiyini araşdırmamış, sübutetmə yükünün bölüşdürülməsinə dair prosessual normalarına uyğun olaraq tərəflərə "xxxx" MMC-yə təhvil verilən, eyni zamanda həmin MMC-nin xeyrinə başqa şəxslərə satılan qeyri-yaşayış sahələrinin ölçüləri barədə sübutların təqdim edilməsini təklif etməmiş, bununla da, "xxxx" MTK tərəfindən "xxxx" MMC-nin payına düşən sahələri üçüncü şəxslərə satmaqla, iddiaçıya verilməli olan sahə hesabına varlanmasını əsaslandırmamışdır.
53. Əlavə olaraq nəzərə alınmalıdır ki, X7 "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin ümumi 120 kv.m. olan zirzəmi hissəsinin ayrılması barədə MTK-nın protokolu 06 iyun 2017-ci tarixdə, yəni iddiaçının istinad etdiyi müqavilələrdən (2018-ci ilin fevral ayı) əvvəl tərtib olunmuşdur. Həmçinin 06 iyun 2017-ci il tarixli maliyyə arayışına əsasən üçüncü şəxs həmin qeyri-yaşayış sahəsinin dəyərini (pay haqqını) tam ödəmişdir.
54. Belə olan halda, apellyasiya məhkəməsi iddia tələbinin bu qeyri-yaşayış sahəsinə aid hissədə Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarına uyğun olaraq hüquqi qiymət verməmişdir.
55. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə e dirlər.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlilləri ətrafında tam və hərtərəfli araşdırma aparmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
59. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
60. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MTK və üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-2240/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.