Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1192/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-1422/19) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ sığorta ödənişinin verilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən 29500 (iyirmi doqquz min beş yüz) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-11073/19) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışd ır. Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 34359 manat sığorta ödənişinin, mənəvi ziyana görə 25000 manatın və 30 manat ödədiyi dövlət rüsumunun əvəzinin, cəmi 59389 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblər inin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili A.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil A.Əliyevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyini və əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır. Çünki məhkəmə qətnaməsi iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdeh sığ orta şirkəti tərəfindən 6 ay müddətinə sığorta olunmuş, həmin müddətdə avtmobil iddiaçının verdiyi etibarnamə əsasında Mahmud Nəcəfov tərəfindən idarə olunmuş, həmin dövrdə avtomobil qəza nəticəsində aşmış və nəticədə avtomobilə ziyan dəymişdir. UDT-Texnika MMC-nin 17.10.2018-ci il tarixli “İlkin qüsur aktı”na əsasən “Ford” markalı 90- NG-484 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 34359 AZN məbləğində təşkil edir. İddiaçı həmin zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş və bu imtinanı yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işlərinin aparılması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23.09.2 014-cü il tarixli Q-20 No-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları”nın 30.1.3-cü bəndi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı və cavabdeh “xxxx” ASC arasında sığorta müqaviləsi bağlanan zaman sığorta şirkəti tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilməmiş, həmin nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilməmiş və nəticədə sığorta müqaviləsinə heç bir fotoşəkil əlavə edilməmişdir. Həmçinin sığorta müqaviləsində avtomobilin fotoşəkillərinin çəkilməsi və müqaviləyə əlavə edilməsi barədə hər hansı şərt yoxdur. Bundan əlavə, cavabdeh “xxxx” ASC tərəfindən sığortalanmış “Ford Carqo” markalı nəqliyyat vasitəsində sığorta müqaviləsi bağlandıqdan sonra onun vəziyyətini sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş vermiş və iddiaçı sığorta olunan avtomobilin hərəkəti nəticəsində maddi zərər çəkmişdir. Tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) nəticəsində sığortalıya zərər dəydiyindən sığortaçı sığorta ödənişini vermək öhdəl iyi daşıyır. 24.04.2018-ci il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi”nin şərtlərinə əsasən nəqliyyat vasitəsi avtonəqliyyat hadisəsi, təbii fəlakət, yanğın və partlayış, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, atılmış və düşmüş daş, qar, buz və digər əşyalar, heyvanların hərəkəti, üçüncü şəxsin qanunazidd hərəkəti avtonəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsinə zərər dəyməsi, üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması riski, sürücünün və (və ya) sərnişinin həyat və sağlamlığına dəyə bilən zərərin (əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar İ, İİ, İİİ dərəcə əlilliyin müəyyən olunması, 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması, ölüm) halları ilə nəticələnməsi riski kimi hadisələrdən sığorta təminatı verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində b aş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 898.1, 898.2 və 898.4-cü maddələrinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərinə qalan hissəsidir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaət inə görə iddiaçıya 13.09.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadsəsi nəticəsində 34359 manat zərər dəydiyindən, sığorta şəhadətnaməsində sığorta məbləği 30000 manat müəyyən olunduğundan, bundan əlavə sığorta şəhadətnaməsində hər bir hadisə üzrə 500 manat şərtsiz azadolma məbləği müəyyən olunduğundan birinci instansiya məhkəməsi iddianı 29500 manat sığorta ödənişinin cavabdehdən tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin dəlillər, xüsusilə də “işdəki fotoşəkillərin məhz avtomobilin sığorta olunduğu tarixdə çəkilməsi” dəlili bu faktı təsdiq edə biləcək hər hansı sübutun təqdim olunmaması və bu halın şahid qismində dindirilmiş, sığorta olunan avt omobili sığorta hadisəsinin baş verdiyi dövrdə idarə edən Mahmud Nəcəfovun ifadəsi ilə təkzib olunması səbəbindən, formal xarakter daşımaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Apellyasiya şikayətinin digər “dəymiş zərərin məbləği” ilə bağlı dəlilinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi həmin zərərin məbləğinin daha az olması barədə hər hansı sübutun cavabdeh tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 30.05.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaq ədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfində n qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11073/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-1192/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1192/2020
28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver