Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1192/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı (maraqlı şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) iş üzrə QƏRARI Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi təl əbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-895/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.5 kv/m olan mənzili xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 20000 manata İddiaçı satmışdır.
2. Həm in mənzilin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 324 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Həmçinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X8 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 78.8 kv.m olan mənzili 30000 manata İddiaçı satmışdır.
4. Həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 310 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Cavabdeh1 həmin mənzillərdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edər ək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən 27 saylı və 28 saylı mənzillərdən çıxarılması, Cavabdeh1 və ailə üzvlərinə məxsus şəxsi əşyaların (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) həmin mənzillərdən çıxarılaraq boşaldılması və mənzillərin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən, 27 saylı və 28 saylı mənzillər iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzilləri alğı-satqı müqavilələri əsasında əldə edib və ailə üzvləri ilə həmin mənzildə qeydiyyatdadır. İddiaçı Cavabdeh1 uzu n müddətdir ki, tanıyır, aralarında işgüzar əməkdaşlıqla yanaşı səmimi münasibətlər olmuş, bir-birinə inam və etimad olmuşdur. Bu etimad əsasında iddiaçı cavabdehə 255200 manat həcmində borc da vermişdir. Cavabdeh iddiaçıdan öz evi təhvil verilənədək iddiaçının mənzillərində yaşamağına icazə verməsini xahiş etmiş, gələcəkdə hətta kirayəsini ödəyəcəyinə də söz vermişdir. İddiaçı da cavabdehə olan etimadına əsasən özünə məxsus mənzildə yaşamasına icazə vermişdir. Hətta həmin mənzildə təmir və yenidənqurma işlərində cavabdeh iddiaçıya müəyyən məsləhətlər vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh müəyyən edilmiş vaxt ərzində iddiaçıya borclarını qaytarmamış və iddiaçıya verdiyi sözləri yerinə yetirməməyə başlamışdır. Cavabdehin həyat yoldaşı X6 da Abşeron rayonu, Xırdalan şəhəri, F.Nəimi küçəsi ev 2-də yerləşən yaşayış evinin yerləşdiyi 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsi və həmin 40 kv.m hissədə yerləşən tikilini iddiaçıya sataraq, dəyərini tam şəkildə almalarına baxmayaraq, bu vaxtadək həmin tikilini də iddiaçıya verilməsindən yayınırlar. İddiaçı cavabdehdən borcunun qaytarılmasını və xüsusi mülkiyyətində olan mənzilləri boşaldaraq təhvil verilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı faktiki olaraq xüsusi mülkiyyətində olan mənzillərdən məhrum edilmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Vidadi Mürsəl oğluna və Cavabdeh1 Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın ləğv olunması, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Cavabdeh1 Nəcəfqul oğlu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Hazırda nikahın pozulmasına dair iddiasına Yasamal Rayon Məhkəməsində baxılır. Həyat yoldaşı Cavabdeh1 Nəcəfqul oğlu 06 avqust 2020-ci il tarixdə 01 saylı müqaviləyə əsasən Cavabdeh2 4-cü mərtəbədə 142.9 kv.metr olan 27 və 28 saylı mənzilləri almışdır. Mənzilin dəyəri həyət yoldaşı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Cavabdeh1 Nəcəfqul oğlu onun icazəsi olmadan birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanlarında yerləşən mənzilləri nə vaxt İddiaçı satması ona məlum deyildir. Cavabdeh1la İddiaçı arasında borc məsələləri olduğunu bilmişdir. Ancaq Rusif ona ünvan 3 ünvanlarında yerləşən mənzilləri onun razılığı olmadan İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı isə qanunsuz olaraq həmin mənzilləri özəlləşdirərək çıxarış almışdır.
10. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr ospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyaları (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılması və evin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqa vilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 687B saylı evin 27 saylı və 28 saylı mənzillərini İddiaçı satın almış və sözügedən mənzilləri öz adına rəsmiləşdirərək, mənzillərə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar almışdır. Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında hər hansı bir alğı-satqı müqaviləsi rəsmləşdirilməmişdir. Cavabdeh həmçinin mübahisəli mənzilin əvvəllər onun olması və onun tərəfindən iddiaçıya satılmasını məhkəmədə bildirsə də, həmin mənzilin ona məxsus olması və yaxud da alğı-satqının rəsmləşdirilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Yalnız müqavilənin surətini göstərsə də, həmin müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıla Cavabdeh1 arasında səmimi münasibətlər olduğundan iddiaçı aralarındakı mün asibətə görə mülkiyyətində olan mənzillərdə cavabdehin yaşamasına müvəqqəti razılıq vermişdir. Bir müddət sonra tərəflər arasında mübahisə yarandığından, iddiaçı ona məxsus mənzilləri tərk etmələrini tələb etsə də, cavabdeh mənzili tərk etməkdən imtina etmişdir.
12. İddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Belə ki, İddiaçı mənzilləri başqa şəxsdən notarial qaydada alğı-satqı yolu ilə əldə etmiş və həmin mənzillər onun xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehin iddiaçının evində yaşa ması qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də Cavabdeh1 həmin mənzillərdən əşyaları ilə birlikdə çıxarılmalıdır.
13. Məhkəmə iddia tələbinin Cavabdeh1 ailə üzvlərinin həmin mənzillərdən çıxarılmasına dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olmasını konkret olaraq qeyd etməmişdir. Belə olan halda həmin tələb qeyri-müəyyənlik təşkil etdiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
14. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində X6 əri Cavabdeh1 hazırkı iş üzrə mübahisəli mənzilləri xx.xx.2020-ci il tarixdə 01 saylı müqavilə əsasında Cavabdeh2 alğı-satqı yolu ilə əldə etdiyini, həmin mənz illərin onunla Cavabdeh1 birgə nikah dövrlərində əldə edildiyini və əri Cavabdeh1 qeyd olunan mənzilləri onun xəbəri və məlumatı olmadan İddiaçı satdığını bildirmiş və bunun əsasında da hazırkı iddia tələbini xahiş etmişdir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı həmin tələb üzrə mötəbər sübutlarını, yəni əri ilə Cavabdeh2 arasında həmin mənzillərin alğı-satqı müqavilələrinin olması, həmçinin mənzillərin əri tərəfindən Cavabdeh1 satılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını, iddia tələbini sübuta yetirə bilməməsini nəzərə alıb iddia ərizəsinin əsaslı hesab edilməməklə təmin edilməməsi qənaətinə gəlir.
15. Məhkəmə öz mövqeyini Azərba ycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 60-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə, “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - İddiaçı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tam həcmdə təmin edilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsindən ancaq qismən – yəni özünün iddia tələbinin təmin edilməyən hissəsindən şikayət verir. İddiaçı hesab edir ki, məhkəmə onun iddia tələbini tam həcmdə təmin etməməklə qanun pozuntusuna yol verib. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus mənzillərdə mülkiyyət hüququnu tam şəkildə məhdudlaşdırıb. Göründüyü kimi məhkəmə iddianı cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olması konkret olaraq kimlərdən ibarət olmasının qeyd edilməməsi ilə əlaqələndirir. Qanunda ailə üzvlərinin kimlər olduğu aydın şəkildə göstərildiyi halda məhkəmənin hansı qeyri-müəyyənlikdən danışdığı anlaşılmazdır. Məhkə mə iddiaçının tələbinin təmin edilməyən hissəsini hansı əsasla rədd etdiyini ümumiyyətlə hüquqi baxımdan əsaslandırmamış, gəldiyi nəticəni hansı əsas və sübutlara söykənərək qəbul etdiyini qətnaməsində göstərməmişdir.
18. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X6 ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Hazırda nikahın pozulmasına dair iddiasına Yasamal Rayon Məhkəməsində baxılır. 06 avqust 2020-ci il tarixdə 01 saylı müqaviləyə əsasən Cavabdeh2 4-cü mərtəbədə 142.9 kv.metr olan 27 və 28 saylı mənzilləri almışdır. Mənzilin dəyəri onun tərəfimdən tam ödənilmişdir. Cavabdeh X2 icazəs i olmadan birgə nikah dövründə əldə etdiyi həmin mənzilləri İddiaçı satmışdır. Onunla İddiaçı arasında borc məsələləri olmuş, həmin borcun əvəzi olaraq isə rayonda olan qeyri-yaşayış sahəsini ona vermişdir. Razılaşması bu yöndə olmuşdur ki, həmin əmlakı ona verir, o isə ünvan 3 ünvanlarında yerləşən mənzilləri ona qaytarır. Bu işləri apararkən həyat yoldaşının xəbəri olmamışdır. Ancaq İddiaçı isə qanunsuz olaraq həmin mənzilləri özəlləşdirərək çıxarış almışdır. Bütün bu hallara isə binanı tikdirən şəxs Taleh olmuşdur. O, bilə-bilə onun arasında olan müqavilələrin əslini ondan almış və guya ki, onun arasında müqavilə olmamış kimi həmin mənzilləri Vidadiyə satmışdır. Bu da qanun pozuntusudur. Bu hərəkələri o, qanunu pozaraq etmişdir. Çünki mənzilləri Vidadiyə verərkən onun yoldaşının razılıq ərizəsi lazım idi. O isə bilə-bilə müqaviləni olmamı kimi göstərərək yoldaşının razılığının lazım olmaması üçün evləri Vidadinin adına bu formada yazmışdır. Məhkəmənin qərəzli mövqe tutduğunu göstərir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunların maddələrinə məhəl qoymadan qəbul edilmişdir. Məhkəmə heç bir araşdırma aparmayaraq qanunlara məhəl qoymaraq qərəzli qətnamə qəbul etmişdir.
20. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın rədd olunmasını və onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Ramidə Abuzərova apellyasiya şikayətinin özünün iddia ərizəsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, əlavə olaraq bildirmişdir ki, qey d edilən mənzilləri əri almış, mənzilin dəyəri əri Rusif tərəfindən tam ödənilmişdir. Cavabdeh1 onun icazəsi olmadan birgə nikah dövründə əldə etdiyi ünvan 3 ünvanlarında yerləşən mənzilləri nə vaxt İddiaçı satması ona məlum deyildir. Cavabdeh1la İddiaçı arasında borc məsələləri olduğunu bilirdi. Ancaq Rusif ona ünvan 3 ünvanlarında yerləşən mənzilləri onun razılığı olmadan İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı isə qanunsuz olaraq həmin mənzilləri özəlləşdirərək çıxarış almışdır. Məhkəmə heç bir araşdırma aparmayaraq qanunlara məhəl qoymaraq qərəzli qətnamə qəbul etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ca vabdehlər İddiaçı və Cavabdeh1 Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat İddiaçı prosessual hüquqi varisi müəyyən edilənə kimi dayandırılması qərara alınmış, Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin 2633 nömrəli, 26 avqust 2024-cü il tarixli məktubuna əsasən İddiaçı adına vərəsəlik işi açıldığından və vərəsələri, arvadı X5 və uşaqları X10 və X11 müəyyən edildiyindən, mülki iş üzrə icraat təzələnmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-895/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) id diaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 Nəcəfulu oğluna qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən 27 saylı və 28 saylı mənzil lərdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etsə də, digər şəxslərin kimliyini (ad, soyad və ata adlarını) dəqiqləşdirməmiş və bu da iddianın təmin olunacağı halda qətnamənin icrası zamanı müəyyən çətinliklər yaratmış olcaqdır. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini həmin hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Üçüncü şəxs Ramidə Abuzərovanın iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, X15 Niftaliyevlə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü tarixli alqı-satqı müqavilələrinin etibarsızlığının əsası kimi, mənzilləri birgə nikah dövründə T.Niftəliyevdən əri Cavabdeh1 tərəfindən alğı-satqı müqaviləsi əsasında əldə edildiyini və sonuncunun xəbəri olmadan həmin mənzillərin İddiaçı satdıldığına istinad edir.
26. Məhkəmə kollegiyası hesab edib ki, ilk növbədə üçüncü şəxs Ramidə Abuzərovanın bu müqavilələri mübahisələndirmək üçün subyektiv hüququnun olmasına qiymət verilməlidir. İşdən göründüyü kimi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən hər iki mənzil cavabdeh Tarix Niftaliyevin mülkiyyətində olmuşdur. Həmin mənzillər hələ ilk dəfə üçüncü şəxsin əri Cavabdeh1 satılmış olsa belə, üçüncü şəxs Ramidə Abuzərova ilk növbədə Tarix Niftaliyevin adına verilmiş çıxarışları və həmin çıxarışların verilməsinə əsas olan (müqavilə və s.) hüquqmüəyyənedici sənədi mübahisələndirilməlidir. Lakin hazırki işdə Cavabdeh1nın belə bir tələbi mövcud deyil. Əksinə, hər iki mənzil mülkiyyət hüququ üzrə üçüncü şəxs Cavabdeh2 mülkiyyətində olmuş və onun tərəfindən qanuni əsaslarla digər cavab deh İddiaçı satılmışdır.
27. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, üçüncü şəxs Cavabdeh1nın başqasının mülkiyyətində olmuş və həmin hüquqmüəyyənedici sənəd əsasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığını tələb etməkdə subyektiv hüququ olmamışdır.
28. İddia tələbinin cavabdeh İddiaçı adına qeydə alınmış ********** nömrəli xx.xx.2023-cü il tarixli və ********** nömrəli xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış həmin qeydiyyatlar mübahisəli alğı-satqı müqavilələri əsasında əldə edildiyindən və həmin müqavilələr etibarsızlığı barədə iddia tələbi təmin edilmədiyindən, başqa sözlə həmin müqavilələr qüvvədə olduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
29. Məhkə mə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, apellyasiya şikayəti nin təmin olunmayan hissəsində ləğv edilməsi, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmələr yalnız mülkiyyət çıxarışlarının olması hallarına qiymət vermiş, işin digər həqiqi və faktiki hallarını isə araşdırmamışdır. Nəticədə Cavabdeh1 yaşayış sahəsindən məhrum edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisəli predmet üzrə subyektiv hüququ yoxdur. Məhkəmənin gəldiyi qənaət əsassızdır. Mülki işin yenidən araşdırılmasına zərurət vardır. Məhkəmə maddi hüquq norması üzrə düzgün nəticəyə gəlməmişdir.
32. Mülki iş materiallarından bəlli olmuşdur ki, mübahisə predmeti barəsində müstəq il tələb irəli sürən üçüncü şəxs sonuncuya aid olan alğı-satqı müqaviləsini və onun əsasında verilmiş çıxarışı mübahisələndirsə də, məhkəmə qətnaməsində göstərmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs alğı-satqı müqaviləsini mübahisələndirməmişdir. Halbuki, mübahisə bu əsasla baş vermiş və sonradan məlum olmuşdur ki, sonuncu mülkiyyət çıxarışlarını almşdır. Məhkəmə yeni qətnamə qəbul etməklə, kassatora aid olan hissədə iddia tələblərinin rədd edilməsi qənaətinə gəlməklə düzgün nəticəyə gəlməmişdir. Mülki iş materiallarından məlum olmuşdur ki, apellyasiya məhkəməsi mübahisə predmeti üzrə ziddiyyətli nəticəyə gəlmiş, demək olar ki, tam şəkildə araşdırma aparmamışdır. Təqdim olunmuş sübutlar iş materiallarına əlavə olunsa da, məhkəmə bu faktlara qiymət verməmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası na və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarı
35. Dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı
36. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbə də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən qismən, apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, Cavabdeh1nın apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. Kassatorun “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sonuncuya aid olan alğı-satqı müqaviləsini və onun əsasında verilmiş çıxarışı mübahisələndirsə də, məhkəmə qətnaməsində göstərmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs alğı-satqı müqaviləsini mübahisələndirməmişdir” d əlili əsassızdır.
52. Çünki işdən göründüyü kimi, Cavabdeh1nın etibarsız sayılmasını tələb etdiyi xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri əsasında İddiaçı satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B ünvanda yerləşən 27 və 28 nömrəli mənzillər X3 mülkiyyətində olmuşdur. Cavabdeh1 həmin mənzillərin əri Cavabdeh1la birgə nikah müddətində əldə edildiyini bildirməsinə baxmayaraq, mübahisələndirilən müqavilələr bağlanan zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B ünvanda yerləşən 27 və 28 nömrəli mənzillər üzərində T.Niftalıyevin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq xx.xx.2022-ci il tarixli ********** və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdı.
53. Konstitusiyanın 13 və 29-cu maddələrinin təl əblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
54. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradı lmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
55. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
56. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.
57. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən b iri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
58. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etira zın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
59. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
60. Bu baxımdan, Cavabdeh1 mübahisəli mənzillərin alğı-satqısına dair bağlanmış alğı-satqı müqavilələrinin və buna müvafiq olaraq İddiaçı adına verilmiş ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv olunması üçün ilk növbədə T.Niftalıyevin həmin mənzillərə mülkiyyət hüququnun yaranmasının əsaslarını mübahisələndirməli idi.
61. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Ramidə Abuzərova mübahisəli mənzillərə dair Tarix Niftaliyevin adın a verilmiş çıxarışları və həmin çıxarışların verilməsinə əsas olan (müqavilə və s.) hüquqmüəyyənedici sənədi mübahisələndirməmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-895/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.