Məhkəmə qərarları › İş №2(102)-1366/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1366/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1366/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2019-cu il tаrixli, 2(075)-******/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəni lməklə evdən istifadə hüququna xitam verilməsi və vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü il təvəllüdlü oğlu Cavabdeh ona məxsus Şəki şəhəri, ******saylı evin *** saylı mənzilindən ona kompensasiya (2 illik kirayə haqqı) ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin indi və gələcəkdə ona aid vərəsəliyindən məhrum edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə onun tərəfindən ödəniləcək kompensasiya məbləğinin cavabdehin şəxsən yazıb ona verdiyi 3500 manat almasına dair iltizamı ilə artıq ödənilmiş hesab edilməklə, 1993-cü il təvəllüdlü oğlu Cavabdeh ona məxsus Şəki şəhəri, ******saylı evin **** saylı mənzilindən ona hər ayına 100 manat olmaqla 2 illik kirayən haqqı, yəni ümumilikdə 2400 manat k ompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, evindən çıxarılması və əlavə olaraq cavabdehin indi və gələcəkdə ona aid vərəsəliyindən məhrum edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə onun tərəfindən ödəniləcək kompensasiya məbləğinin cavabdehin şəxsən yazıb ona verdiyi 3500 manat almasına dair iltizamı ilə artıq ödənilmiş hesab edilməklə, 1993-cü il təvəllüdlü oğlu Cavabdeh ona məxsus Şəki şəhəri, ******saylı evin **** saylı mənzilindən ona hər ayına 146 manat olmaqla 2 illik kirayən haqqı, yəni ümumilikdə 3504 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, evindən çıxarılması və əlavə olaraq cavabdehin indi və gələcəkdə ona aid vərəsəli yindən məhrum edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, təklif edilən məbləğ məhkəməyə təqdim edilmiş arayışla təsbit edilmiş qiymətlərlə və evlərin coğrafi və konfortabellik şərtləri nəzərə alınmaqla 2 ildən 5 ilədək müddəti əhatə edə biləcək məbləğdir. İddiaçı birinci instansiya məhkəməsində Şəki rayonunda 1 otaqlı evin krayəsinin aylıq qiymətinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi üçün təqdim edilmiş vəsatət təmin edilməmiş, həmin vəsatət apelyasiya araşdırması da səsləndirilmiş olsa da təkrarən təmin edilməmişdir. Beləliklə, həm iddiaçının hüquqları, həm maddi və prosessual hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Vəkil1 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adınadır. Cavabdeh anadan olduğu 1996-cı ildən bu günədək həmin evdə İddiaçı ilə birlikdə yaşayır. Hazırda İddiaçı ünvan 2 ünvanında yerləşən “Daşınmaz Əmlakın Alqı-Satqı Mərkəzinin rəhbəri, X1 xx xxxxxx 2019-cu il tarixli, 056 saylı arayışında qeyd edilən qiymətlərin əsas kimi qəbul edilməsi, cavabdehə tərəfindən ödəniləcək kompensasiya məbləğini, cavabdehin şəxsən özünün yazıb verdiyi 3500 manatı almasına dair iltizamı ilə artıq ödənilmiş hesab etməklə, 1993-cü il təvəllüdlü oğlu, Cavabdeh ona məxsus ünvan 1 ünvanında ye rləşən mənzilindən ona hər ayına 146 manat olmaqla, 2 illik kirayə haqqı, yəni ümumilikdə 3504 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin onun evindən çıxarılması və əlavə olaraq cavabdehin indi və gələcəkdə ona aid vərəsəliyindən mərhum edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi Cavabdeh anadan olduğu 1996-cı ildən bu günədək evin mülkiyyətçisi olan anası, iş üzrə İddiaçı ilə birlikdə həmin mənzildə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş, buna görə də Cavabdeh evin ailə üzvü olmaqla, onun mübahisə predmeti olan mənzildən istifadə hüququ vardır. Məhkəmə ar aşdırması zamanı Cavabdeh mübahisə predmeti olan evdə yaşayan zaman başqa qeyd-şərt göstərilmədiyi, onun bu günədək evin mülkiyyətçisi ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etdiyi və Cavabdehnın İddiaçı mülkiyyətində olan həmin mənzildən istifadə etmək hüququnun yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsa sən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsi nə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməs i ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Apellyasi ya kollegiyası hesab etmişdir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı fərdi xüsusiyyətinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyəti, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Belə ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007- ci il tarixli qərarında göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlkimənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya kollegiyası qeyd edilənlərə əsaslanaraq İddiaçı Cavabdeh həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif etdiyi 3504 manat kompensasiya məbləği ilə razılaşmamış və hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şər aitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir və həmin məbləğ cavabdehin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. Buna görə də ünvan 2 ünvanında yerləşən “Daşınmaz Əmlakın Alqı-Satqı Mərkəzinin rəhbəri X1 xx xxxxxx 2019-cu il tarixli, 056 saylı arayışında qeyd etdiyi qiymətlər hazırki iş üzrə əsas kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsində iddiaçı iddia tələblərini bir neçə dəfə dəqiqləşdirsə də, son nəticədə X1 xx xxxxxx 2019-cu il tarixli, 056 saylı arayışında qeyd edilən qiymətlərin əsas kimi qəbul edilməsi, cavabdehə tərəfindən ödəniləcək kompensasiya məbləğini, cavabdehin şəxsən özünün yazıb verdiyi 3500 manatı almasına dair iltizamı ilə artıq ödənilmiş hesab etməkl ə, 1993-cü il təvəllüdlü oğlu, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən ona hər ayına 146 manat olmaqla, 2 illik kirayə haqqı, yəni ümumilikdə 3504 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi kimi qeyrimüəyyən tələb irəli sürmüşdür. Belə ki, iddiaçının istinad etdiyi cavabdehin ondan 3500 manat almasına dair vermiş olduğu iltizam borc öhdəlik münasibətlərini ehtiva edir. Cavabdehin borclu kimi həmin öhdəliyi icra etməməsi istifadə hüququnun itirilmiş hesab edilməsi müqabilində iddiaçının sonuncuya verməli olduğu kompensasiya məbləği ilə əvəzləşdirilməsi ağlabatan olmamaqla yanaşı həm də yolverilməzdir. Çünki, cavabdeh məhkəmə iclasında iddiaçıya 3500 manat borcunun olmasını mübahisələndirmiş və həmin borc məbləği hazırkı məhkəmə baxışının predmeti o lmamışdır. Bundan başqa İddiaçı iddia tələbinin bir hissəsində Cavabdeh indi və gələcəkdə ona aid vərəsəliyindən mərhum edilməsini xahiş etsə də, o, iddia tələbinin həmin hissəsinin əsaslı olmasını sübut edən hər hansı bir sənədi məhkəmələrə təqdim etməmişdir. Bununla yanaşı qanunvericilikdə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi halı istisna olmaqla, vərəsəlikdən mərhum edilmənin vəsiyyətnamə verilməsi yolu ilə həyata keçirildiyi müəyyən edilmişdir. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırma səlahiyyəti isə qanunvericilikdə ondan müəyyən əmlak nəticələri əldə edən şəxsə verilmişdir. Bu əsaslarla apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı iddia tələbinin bir hissəsində Cavabdeh indi və gələcəkdə ona aid vərəsəliyindən mərhu m edilməsi tələbini irəli sürməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsi n iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillər ə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)******/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver