Məhkəmə qərarları › İş №2(102)-1510/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1510/2025

21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 1 saylı Notariat Ofisi, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh5 Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsən ov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 1 saylı Notariat Ofisi, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh5 Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1635/2024 nömrəli, 25 dekabr 2024cü il tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. 2. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X7 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X8 verilmiş **********14-05101093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.67 kv.m olan mənzildən ibarətdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 həmin şə hadətnamənin həqiqiliyini təsdiq etmişdir.

3. Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1A saylı evin 28 saylı mənzili Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı - Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı (ipoteka qoyan) – Cavabdeh4 mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə görə daşınmaz əmlakın satış qiyməti 92000 manatdır, daşınmaz əmlakın dəyərinin 28000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 64000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx. xx.2019-cu il tarixli İBO/178 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

5. AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 2 saylı ünvan 3 ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 28 nömrəli mənzil Azərbaycan SSR KTN ünvan 4n verilmiş xx.xx.1981-ci il tarixli, 12/217 nömrəli orderin surəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 182 nömrəli arxiv çıxarışı, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 3396 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüqu qu olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X7 adına qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-192 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan, Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvan ında yerləşən 28 saylı mənzil Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin, Cavabdeh5 ASC-nin xx.xx.2019-cu il tarixli, 02/1286 nömrəli məktubu ilə mənzil üzərində ipotekanın dövlət qeydiyyatı aparılmış və Cavabdeh5 ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir.

6. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 95 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 08 №-li arayışına əsasən 95 saylı MKS-in xidməti ərazisində, yəni Binəqədi rayonu, 9A mkr., Mir Cəlal küçəsi, ev 35, mənzil 44-ün sahibi 2000-2007-ci il tarixində X11 ol muş və həmin ünvanda qeyd olunan illərdə qeydiyyatda tək olmuşdur.

7. Dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli 12 saylı Mənzil-Kommunal Sahəsinin aktına əsasən İddiaçı 2005-ci ildən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1A saylı evin 28 saylı mənzilində anası X20 ilə birgə qeydiyyatsız yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-192 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixl i, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ASC arasında bağlanmış, Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsinə dair Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ipotekanın dövlət qeydiyyatı və bunun əsasında Cavabdeh5 ASC-nin xeyrinə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə t ələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə vəfat etmiş nənəsi X4 miras qalmış Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A-da yerləşən 28 saylı mənzili onun xx.xx.2018-ci ildə rəhmətə getmiş atası Ülfət Mustafayev tərəfindən faktiki qəbul edilməsinə baxmayaraq, əmisi Cavabdeh2 miras açılandan 2 il sonra xx.xx.2019-cu ildə tam payla qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, sonra isə bu əmlakı ipoteka və alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirmişdir. Cavabdeh2 notariatda özündən başqa daha beş vərəsənin olması faktını da gizlətmiş, mənzildə yalnız özünün ailə üzvləri ilə birlikdə pasport qeydiyyatında olmasından, eləcə də qardaşının (Ülfət Mustafayev – iddiaçının atası) xəstəliyi ilə əlaqədar miras əmlakının qəbulunu rəsmiləşdirməməsindən sui-istifadə etmişdir.

10. İddiaçı məhkəmə icla sında iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzili atası nənəsinin adına almış, sonra təmir etdirmişdir. Əmisi heç vaxt bu evdə yaşamamış, yalnız nənəsi dünyasını dəyişdikdən sonra əşyalarını gətirib ora yığmışdır.

11. Cavabdeh2 məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, qardaşı X22 Federasiyasında, iddiaçı isə anası ilə birlikdə sonuncunun anasının evində yaşamış, Ülfət onkoloji xəstəlikdən əziyyət çəkdiyindən anasının ölümündən sonra ölkəyə qayıdıb mübahisəli mənzildə yaşamağa başlamış və yalnız bundan sonra Mətin valideyni ilə qardaşına qulluq göstərmək üçün həmin yaşayış sahəsinə köçmüşlər. Anası ilə o, birlikdə sözügedən mənzildə yaşamış, vəfat etdikdə də yanında olmuşdur. İddiaçının anası Maidə mir asqoyanın Binəqədi rayonundakı digər evinə gəlin köçmüş, həmin mənzil satılaraq pulu mərhum qardaşının ailəsinə verilmişdir. Anası sağlığında bu mənzili ona vəsiyyət etmişdir. Lakin, vəsiyyətnamə verməyi lazım bilməmişdir. Digər bacı-qardaşları da bu məsələdən xəbərdar olmuşlar. Evi satanda bankın və alıcının nümayəndəsi gəldikdə, iddiaçı və anası mənzildə olmuş, onlardan da halallıq almışdır.

12. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Hazırki iddia tələbləri hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə təmin oluna bilməz, əks halda bu mülki qanunvericiliyin norma və prinsipləri ilə ziddiyyət təşkil edəcəkdir. Müvəkkili vicdanlı alıcı olaraq qanunun ona verdiyi imkanlardan yararlanaraq, dövlət qurumunun verdiyi çıxarışa etimad göstərərək mənzil almış və onu ipoteka ilə yüklü etmişdir. Onun alacağı mənzilin əsil sahibinin kimin olduğu və gələcəkdə kimin həmin mənzilə tələb irəli sürmə ehtimalını təxmin etmək imkanı olmamışdır. Müvəkkili mənzili alarkən onun hər hansı mübahisədən xəbəri olmamışdır. Sadəcə olaraq mənzili satan şəxs mərhum qardaşının həyat yoldaşı və uşağının qısa müddət ərzində mənzildə qalmasını xahiş etmiş və tezliklə çıxacaqlarını bildirdiyindən buna razı olmuşdur. Hazırkı vəziyyətdə iddiaçı tərəf zaman qazanmaq məqsədilə əsassız iddialar irəli sürərək müvəkkilinin mülkiyyətçi kimi öz əmlakından sərbəst, maneəsiz istifadəsinə əngəllər törətməkdədir ki, bu iddia ərizəsi də o vasitələrdən biridir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin Cavabdeh4 münasibətdə rədd e dilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh5 ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh5 ASC ilə Cavabdeh4 arasında İBO/178 saylı kredit müqaviləsi imzalanmışdır ki, həmin kredit müqaviləsi illik 7% olmaqla, 300 ay müddətinə bağlanmış, kreditin məbləği 64000 manat təşkil etmişdir. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi **********1 və reyestr nömrəsi **********14-05101-093002 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması m əqsədi ilə verilmişdir. Kredit məbləği Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına rəsmiləşdirilmiş və buna müvafiq olaraq xx.xx.2019-cu il tarixində Cavabdeh2 (Satıcı qismində), Cavabdeh4 (Alıcı və ipoteka qoyan qismində) və Cavabdeh5 ASC (İpoteka saxlayan) arasında alqı-satqı və ipoteka müqaviləsi imzalanaraq ümumi sahəsi 88.8 kv.m, yaşayış sahəsi 59 kv.m, otaqların sayı 5 olan və ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh5 ASC qarşısında ipoteka ilə yüklü edilməklə Cavabdeh4 Cavabdeh2 tərəfindən 92000 manata satılmışdır. AR ƏMDK yanında DƏDRXin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət və tam pay hüququ əsasında Cavabdeh2 mülkiyyətində olmuşdur. AR ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, sorğu qeydiyyat nömrəsi ********** saylı arayışa əsasən Cavabdeh2 məxsus əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* №-li arayışa əsasən ünvan 7 ünvanında 11 iyul 2005-ci il tarixindən etibarən xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1996-cı il təvəllüdlü X12 qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, reyesterdə 8İ-3396 № ilə qeydiyayta alınmış **********396 №- li ərizəyə əsasən X5, 8İ3395 № ilə qeydiyyata alınmış **********395 №-İi ərizəyə əsasən isə X1 Ədalət Savad oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına v ə Cavabdeh5 ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir. İddiaçı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığına istinad etsə də, alqı-satqı və ipoteka müqaviləsi imzalanan zaman hər-hansı şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, rəsmi reyestrdə qeydiyyata alınmış daşınmaz əmlak üzrə sərəncamverici hərəkətlər həyata keçirilmiş, alıcı və ipoteka qoyan kimi Cavabdeh4 vicdanlı alıcı kimi çıxış etmiş, ipoteka saxlayan kimi Cavabdeh5 ASC daşınmaz əmlakın reyestrindəki həqiqilik prezumpsiyasına əsaslanmış və buna uyğun olaraq kredit, alqı-satqı və ipoteka müqavilələri imzalanmışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərə münasibə tdə xx.xx.2017-ci il tarixindən hazırkı dövrə qədər hərhansı formada (iddiaçı və ya iddiaçının himayəçisi, eyni zamanda üçüncü şəxslər kimi ehtimal olunan digər vərəsələr və ya başqa şəxslər) tərəfindən etiraz daxil olmamış, əmlakın ilkin özəlləşdirilməsi tarixi olan xx.xx.2019-cu il tarixindən etibarən isə reyestrdəki qeydlərin həqiqiliyi mübahisələndirilməmişdir. Bundan başqa istər reyestr xidməti tərəfindən əmlakın özəlləşdirilməsi zamanı, istərsə də notariat işinin aparılması zamanı müvafiq əmlakın özəlləşdirilməsi, vərəsəlik qaydasında hər-hansı şəxsə keçməsi, həmin əmlakın üzərinə digər şəxslərin payının olub-olmaması ilə bağlı mübahisə olmamışdır. Nəzərə alınmalıdır ki, mövcud alqı-satqı və ipoteka müqaviləsi imzalanan zaman mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı o lması üçün onun forma və məzmununa əməl olunmuşdur ki, həmin şərtlərə əməl olunmaması halında əqdin etibarsızlığı mübahisələndirilə bilərdi. Qanunverici daşınmaz əmlakın alqı-satqısı və ipoteka müqavilələri üçün onların notariat qaydasında təsdiqlənməsini, təsdiqlənməni həyata keçirən şəxslərin bu hərəkətləri həyata keçirmək istəyən şəxsin səlahiyyətinin olubolmamasını yoxlamaq vəzifəsini nəzərdə tutmuşdur ki, bununla bağlı bütün hərəkətlər edilmişdir. Müqavilənin qanunauyğunluğu onun notariat qaydada təsdiqlənməsi, əmlakın üzərində yüklülük və məhdudiyyətin olub-olmaması ilə, sərəncam verən şəxsin sərəncam hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla öz təsdiqini tapmışdır. Alqı-satqı və ipoteka müqaviləsi imzalanan zaman iddiaçının hər-hansı iddiası olmamış, həmin şəxs Cavabdeh5 ASC-ni və ya Cavabdeh4 tanımamışdır. İddia qaldırılan zaman isə əmlakın alqı-satqı və ipoteka müqaviləsi, habelə kredit müqaviləsi imzalanmışdır ki, həmin müqavilələrin imzalanmasından 3 il müddət keçmişdir. Mövcud vəziyyətdə iddia tələbinin irəli sürülməsi cavabdeh kimi bankın məhdud əşya hüquqlarının pozulması ilə nəticələnməkdə, dövlət vəsaiti hesabına ayrılmış kredit vəsaitinin geri qaytarılmasını təhlükə altına almaqdadır.

14. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, iddiaçının yaxın dostudur. İddiaçının əmisi Ədaləti tanımır. Dayısı 41-ci məhəlləyə köçdükdən sonra 2009cu ildən həmin məhəlləyə gedib-gəlmişdir. Həmin vaxtlardan Mətin ilə dostluq etmişdir. O, Mətinin ana və atasını həmin vaxtlardan tanımışdır. Mətinin atası Rusiya Federasiyası vətəndaşı idi v ə orada yaşayırdı. Mətinin atası rəhmətə gedəndə o, Qazax rayonunda olmuşdur. Mətin və anasını həmişə mübahisəli mənzildə görmüş və onlara gedibgəlmişdir. Onun bu mənzilə 2018-ci ildən gediş-gəlişi olmuşdur. Həmin vaxt Mətinin atası sağ idi. Mətinlə birgə onların mənzilində otururdular, sonra anası işdən gəlirdi. Ədaləti tanımır və həmin mənzildə görməmişdir. Mətinlə bir məktəbdə oxumuşlar. Hazırda da Mətin sözügedən mənzildə yaşayır. Mətin 2021-ci ildə Türkiyəyə getmişdir. İddiaçının atasının nəşi həmin mənzildən çıxarılmışdır. Mətinin nənəsinin harada vəfat etdiyini bilmir.

15. Məhkəmə iclasında şahid X27 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşudur. Ədalət ilə eyni binada böyümüşlər. Ədalətin ata və anası bütün övladları ilə birgə yaşamış, sonradan ailə quraraq hər biri öz mənzil inə köçmüşlər. Mətin 15 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Mətinin atası Rusiya Federasiyasında yaşayırdı, sonra Azərbaycana gəlmiş və burada vəfat etmişdir. 15 il ərzində Ədalət orada yaşamamışdır. Ülfət vəfat edəndə Ədalət gəlmiş və onu həmin vaxt görmüşdür. Bildiyi qədərilə Ədalətin özünün evi vardır. Məkurə, Mətin və Maidə ilə birgə yaşayırdı. Ülfətin yas mərasimi evdə keçirilmiş və o da iştirak etmişdir. Ədalətin uşaqlarını tanıyır, onlar balaca olarkən həmin mənzildə yaşamışlar. Ədalət daimi orada yaşamamışdır. Mətinin atası gəlib mənzili təmir edənədək Mətingil orada yaşamırdılar. Mənzil 2004-2005-ci ildə təmir edildi və ondan sonra Mətingil ora köçdülər.

16. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehin hər ikisi ilə qonşu olmuşdur. O, 1980-c i ildən həmin məhəllədə yaşayır. Ədalətin valideynləri ondan əvvəl orada yaşamağa başlamışlar. Ədalət evləndikdən sonra bir müddət valideynləri ilə birgə yaşamış, sonra mənzildən çıxmışdır. 2006-cı ildə Maidə həmin mənzilə gəlin köçmüş və orada yaşamışdır. Digər qardaş və bacılar evlənərək mənzildən çıxmışdırlar. Mətinin atası isə Rusiya Federasiyasına gedib-gəlirdi. Mətingil yaşadığı zaman Ədalət və ailəsinin orada yaşayıb-yaşamadığını bilmir, lakin ora gəlibgediblər. Onların birgə yaşadıqlarını bilmir. Mətingil Bakıdakı mənzildən çıxdıqdan sonra gəlib bu mənzildə yaşadılar. Mətinin nənə və babası həmin mənzildə vəfat etmişlər. Babası Savad öləndə Mətingil mənzildə yaşayırdı.

17. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. Ədaləti 1-2 dəfə görmüşdür. Son 10 ildir ki, həmin mənzildə yalnız Mətingili görmüşdür. O, 1993-cü ildə anadan olmuşdur. İddiaçı ilə onun yaşadığı binalar yaxındır. O, Mətini 3-4-cü sinifdə oxuyandan tanıyır. Mətin anası ilə birgə yaşayır. Mətinin baba və nənəsini də orada görmüşdür. Nənəsi ölərkən də Mətin orada yaşayırdı. Mərifət adlı qadın ona akta imza etdirmişdir. İmzaladığı aktdan imtina edir, çünki mübahisəni bilmədən, oxumadan səhvən imzalamışdır. Mərifət həyətdə attraksion quraşdırılacağını bildirərək imzalatmışdır. Ədalətin orada yaşadığını görməmişdir.

18. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, iddiaçının qapı qonşusudur. Neçə illərdir ki, Mətin anası ilə birgə həmin mənzildə yaşayır. Maidə evləndikdən sonra həmin mənzilə gəlin köçmüşdür. 10 ildən artıqdır ki, Mətingil orada yaşayırlar. O, 1979-cu il təvəllüddür və 1980-ci ildən həmin məhəllədə yayaşayır. Savad və Məkurənin övladları ailə quraraq həmin mənzildən çıxmışlar. Ədalət 2003-2004-cü ildə mənzildən çıxmışdır. Birinci Ədalət evlənmişdi və orada yaşayırdı. Ədalət Ülfət evləndikdən sonra mənzildən çıxdı. Ədalət və ailəsi həmin mənzilə gəlib-getsələr də sonradan orada yaşamayıblar. Həmin mənzildə Mətinin nənəsi, babası və atası da yaşamışdır. Mətinin nənəsi Məkurə, babası isə Savad idi. Məkurə və Savad hər ikisi vəfat etmiş və yas mərasimlərində iştirak etmişdir.

19. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, o, iddiaçının dostu və qonşusudur. Mətini çoxdan tanıyır. 5-9-cu siniflərdə birgə oxumuşlar. Həmin mənzildə əvvəl Mətinin nənəsi yaşamış, Mətinin atası Rusiyadan gəldikdən sonra isə Mətin və anası yaşamışlar. Həmin mənzildə başqa heç kim yaşamamışdır. Mətin Türkiyədə olarkən mənzildə anası yaşamışdır. Mətini 2006-2007-ci illərdə tanımışdır. Mənzildə Mətin, nənəsi, babası və anası yaşayırdılar, atası isə Rusiyaya gedib-gəlirdi.

20. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, iddiaçının və cavabdehin qonşusudur. O, 1980-ci ildən həmin məhəllədə yaşayır. Həmin mənzildə Ədalət, Ülfət və onların valideynləri yaşamışlar. Ülfət və valideynləri vəfat etmişlər. Ülfət vəfat etməmişdən öncə Rusiya Federasiyasında yaşayırdı. Ədalət işi ilə bağlı 7-8 ildir ki, Bakıya köçmüşdür. Mətini il yarımdır tanıyır. Mətin ona 2-ci mikrorayonda yaşadığını demişdir. Mətini və anasını Ülfətin yas mərasimində görmüşdür. Ədalət ona akta imza etməyini demiş və o da imzalamışdır. Aktın məzmununu b ilməmişdir. Maidəni tanıyır. Cavabdeh və ailəsi həmin mənzildə yaşamayıb. Cavabdehin uşaqları orada məktəbə getmişdir. Maidəni əvvəldən tanımırdı, onu Ülfətin yasında görmüşdür. 3 il əvvəl Ədalətdən mənzili satıb-satmadığını soruşmuş, sonuncu satmadığını bildirmişdir. Mənzildə kimin yaşadığını soruşmuş, Ədalət qardaşı arvadının və övladının yaşadığını bildirmişdir.

21. Məhkəmə araşdırması zamanı təqdim edilmiş 12 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 230 №-li ətraflı arayışına əsasən 12 saylı MKS-nin 20102016-cı il hesabat kitabında 2010-2016-cı il tarixlərində göstərilən ünvanda X11, Cavabdeh2, X12, X2 yaşamaları qeyd edilmişdir. Hal-hazırda 12 saylı MKS-nin hesabat kitabına əsasən mənzildə 2019-cu ildən X20 və İddiaçı qeydiyyatsız tək yaşayırlar.

22. Məhkəmə araşdırma sı zamanı təqdim edilmiş, dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli 12 saylı Mənzil-Kommunal Sahəsinin aktına əsasən X20 və İddiaçı xx.xx.2006-cı il tarixinədək göstərilən ünvanda yaşamamışlar. Qeyd edilən tarixdə həmin ünvanda X11, Cavabdeh2, X12 və X5 yaşamışlar.

23. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-34/2024 nömrəli iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (2V-192 reyestr nömrəli) etibarsız hesab edilməsi, AR ƏMDK yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş Sumqayı t şəhəri, 41- ci məhəllədə yerləşən 1A saylı evin 28 saylı mənzili üzrə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov).

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi - miras qoyan Məkurə Mustafayeva xx.xx.2017-ci ildə vəfat etmiş, miras əmlakı olan mübahisəli mənzilə dair Cavabdeh2 xx.xx.2019-cu ildə tam payla qanun üzrə vərəsəlik barədə şəhadətnamə alaraq mülkiyyət hüququ (tam) əldə etmiş və sözügedən əmlakı digər Cavabdeh4 xx.xx.2019-cu il tarixli ipoteka və alqı-satqı müqaviləsi ilə 92000 manata satmışdır. İddiaçının atası Ülfət Mustafayev xx.xx.2018-ci ildə dünyasını dəyişmişdir. İşin mübahis əli halı miras əmlakının iddiaçının atası tərəfindən faktiki qəbul edilib-edilməməsi və sözügedən mənzilin mübahisəli olduğunun yeni mülkiyyətçi – Cavabdeh4 bilməsi və ya bilməli olub-olmamasıdır.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, miras iddiaçının atası Ülfət Mustafayev tərəfindən faktiki qəbul olunmuş, eləcə də Cavabdeh4 sözügedən mənzili vicdanlı əldə edəndir. Belə ki, Ülfət Mustafayevin miras qoyan anası Məkurə Mustafayevanın ölümündən əvvəl və sonra ailəsi ilə birlikdə (iddiaçı və anası) həmin mənzildə yaşaması, əmlakı faktiki idarə etməsi və mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi şahid ifadələri və müvafiq arayışlarda sübuta yetirilmişdir. Eyni zamanda mübahisəli mənzilin alıcısı Cavabdeh4 əmlakın mübahisəli olduğunu bilməsi və ya bilməli ol ması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də bu nüans işin faktiki halları ilə təsdiqini tapmamışdır.

26. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının atası mirasqoyanın birinci növ vərəsəsi (oğlu) olmaqla, sağlığında mirası faktiki qəbul etməyinə baxmayaraq bunu notarial qaydada rəsmiləşdirənədək öldüyündən pay almaq hüququ irsi transmissiya ilə onun vərəsəsi – iddiaçıya keçmişdir. Ona görə də mirasın bölgüsü zamanı iddiaçının payı nəzərə alınmadan özündə Cavabdeh2 tam payın verilməsini ehtiva edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllənin tələblərinə ziddiyyət təşkil etdiyindən, onun etibarsızlığı, o cümlədən, sonuncunun adına verilmiş mülkiyyət hüquqlarının qeydiyyatının (reyestrdən çıxarış) ləğvi barədə tələblər əsaslıdır.

27. Məhkəmə hesab etmişdir ki, mirasqoyanın digər vərəsələri miras əmlakını nə notarial, nə də faktiki qəbul etməmiş, hazırkı işə cəlb olunmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməməklə, eləcə də mübahisəli mənzildəki paylarına münasibət bildirməməklə, susqunluq nümayiş etdirmişlər.

28. Həmin vərəsələr hazırkı mübahisənin tərəfi olmadıqlarından məhkəmə yuxarıdakı hallara qiymət verərək hesab etmişdir ki, onların miras payları Mətin və Cavabdeh2lərin arasında bölüşdürülməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi göstərilmişdir. Odur ki, məhkəmə Qərardakı hüquqi mövqeyi mübahisənin tərəflərinə münasibətdə tətbi q etməyi həmin Qərarın ruhuna uyğun hesab etmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, miras əmlak olan mübahisəli mənzil üzərində İddiaçı və Cavabdeh2 hər birinin ½ payı vardır. Məhkəmənin miras əmlak üzərində paylara aydınlıq gətirməkdə məqsədi mübahisəli əmlak özgəninkiləşdirildiyindən vərəsələrin gələcəkdə pul tələbi irəli sürəcəkləri halda məbləğə dair müəyyənlik yaratmaqdır.

30. Eyni zamanda məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh4 mübahisəli əmlakı vicdanlı əldə edən olduğundan xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın, eləcə də Banka verilmiş yüklülük haqqında çıxarışın ləğv edilməsi hissəsində iddia əsassızdır. Belə ki, Cavabdeh2 əml akı onun üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsasında özgəninkiləşdirməsi Cavabdeh4 əmlakın mübahisəliliyi barədə şübhə yaratmamış, həmçinin reyestrin həqiqiliyi prezumpsiyası belə halın yaranması ehtimalını istisna etmişdir.

31. Həmçinin, Cavabdeh4 sözügedən mənzilin mübahisəli olmasını bilməsi və ya bilməli olduğu, habelə belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilməmişdir.

32. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin özgəninkiləşdirilməsi nəticəsində dəymiş ziyanla bağlı iddiaçı Cavabdeh2 qarşı iddia qaldırmaq hüququna malikdir.

33. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 182, 337, 1133, 1134, 1146, 1159, 1243, 1246, 1252, 1253, 1272, 1273-cü maddələrinə, “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alıcının hüquqları olduğu kimi onun da hüquqları var və onun hüquqları cavabdehin hüquqlarından əvvəl yaranmış, mübahisəli mənzil onun baba, ata mənzilidir, cavabdeh isə mənzili təzəlikcə pu lla almışdır. Bu zaman cavabdeh başqa mənzil də ala bilər, o, isə öz baba, atasının yaşadığı mənzildə yaşamaq istəyir və buna daha çox hüququ vardır. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verməməklə onun mübahisəli mənzilə olan vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdur. Mənzili qanunsuz olaraq öz mülkiyyətinə keçirmiş Cavabdeh2 mənzili alan digər Cavabdeh4 vicdanlı alıcı hesab edilə bilməzdi. Belə ki, mənzili alarkən onların mənzildə yaşadığını bilmiş, hətta heç mənzilə də baxmamış, onların həmin mənzilə olan hüquqlarını bilə-bilə bu əqdi bağlamışdır. Bu halda isə cavabdeh vicdanlı alıcı hesab edilə bilməz və əqd etibarsız hesab edilməli idi. Bu tip işlərə baxarkən məhkəmələr mülkiyyət hüququ ilə əmlak hüquqlarını eyniləşdirirlər. Onun mənzilə vərəsəlik hüququ ilə əlaqədar mülkiyyət h üququ var. Alıcı da lap vicdanlı olsa da belə, onun da əmlak hüquqları var, yəni pul ödəyib. Məhkəmə işə baxarkən bu hüquqi yanaşmaya düzgün hüquqi qiymət verməmişdir. Yəni, vicdanlı alıcının əmlak hüquqları - yəni pulu qorunmalıdır, yəni onun əqd zamanı ödədiyi pulu ona qaytarılmalıdır, onun isə bu mənzilə olan mülkiyyət hüququ qorunmalı idi. O, mənzilə olan vərəsəliklə bağlı mülkiyyət hüququndan məhrum olmuş, vicdanlı alıcının isə əmlak hüququ, yəni pulu müdafiə olunduğu halda, onun mülkiyyət hüququ olan mənzil ona qalmışdır ki, bu halda hazırkı qətnaməni qanuni, əsaslı və ədalətli hesab etmək olmaz.

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1635/2024 nömrəli mülki iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi i lə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov).

37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

38. Kollegiya apellyasiya şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi satıcı Cavabdeh2, ipoteka saxlayan Cavabdeh5 ASC və alıcı (ipoteka qoyan) Cavabdeh4 arasında bağlanılmışdır. Həmin müqavilə nin 1.4cü bəndinə görə daşınmaz əmlakın satış qiyməti 92000 manatdır, daşınmaz əmlakın dəyərinin 28000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 64000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli İBO/178 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

39. Məhkəmə kollegiyası izah etmişdir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməm əsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.

40. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

41. İddiaçı apellyasiya şikayətində müqavilə tərəfinin vicdanlı olmamasına istinad etsə də, alıcı (ipoteka qoyan) Cavabdeh4 vicdanlı olmamasına dair nə birinci instansiya məhkəməsindəki, nə də apellyasiya icraatı zamanı məhkəməyə heç bir mötəbər və əsaslı, şübhələrdən kənar sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilənin digər tərəfi olan ipoteka saxlayan Cavabdeh5 ASC-nin də vicdanlı olmasına şübhə altına alan hallar müəyyən olunmamışdır.

42. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 182, 324, 337, 567, 646-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

47. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olm adığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

52. Maddə 337.2. Əqd barəsində mübahisə edildi kdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

53. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

54. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməy i öhdəsinə götürür.

55. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

56. Maddə 646.2. Əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəm əsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

68. Kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır. Belə ki, şikayətdə pozulması kimi göstərilən maddi və prosessual hüquq normalarının pozulmaması aşkardır, şikayətin əsaslandırılması isə işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır.

69. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 4 16-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1635/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver