Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1512/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili İsmayılov Ceyhun Zöhrab oğlu, hüquq və vəzifələrinə toxunan şəxsin vəkili Güləhmədov Ziyamin Yunus oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Ra yon Məhkəməsinin 2(012)-267/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Nəcəfova) iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət olan 34 saylı mənzilə x1nun sahiblik və istifadə hüquqlarının tanınması və həmin hüquqların həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması və mənzil sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim Ş.H.Nəcəfova). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), S.Qafari və F.Məmmədov, 2(105)-3136/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-267/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı x1nun cavabdeh x2-ya qarşı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması tələbinə dair iddiası təmin olunmamışdır. İşin halları İddiaçı x1 cavabdeh x2-ya qarşı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək x1 ilə x2 arasında bağlanmış 27.10.2018-ci il tarixli müqaviləyə əsasən həmin MTK-nm Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış binasının 2ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqda n ibarət olan 34 saylı mənzilə onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin hüquqlarının həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili İsmayılov Ceyhun Zöhrab oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxsin vəkili Güləhmədov Ziyamin Yunus oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları ara şdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış binasının 2ci blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət olan 34 saylı mənzilə x1nun sahiblik və istifadə hüquqlarının tanınması və həmin hüquqların həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması və mənzil sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan x3-nin direktoru x4 ilə x5 arasında bağlanmış 29 aprel 2008-ci il tarixli, 329 saylı müqaviləyə əsasən icraçı Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blokunun 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət olan 34 saylı mənzili pay kimi «Payçı»ya ayırmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1 bəndənə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 435 manat təşkil edir və cəmi 42500 manat ödənilməlidir. 29 aprel 2008-ci il tarixli maliyyə arayışından görünür ki. ünvan 1 ünvanda inşa olunan yaşayış binası x3-yə məxsusdur. Bu binanın 2 blok 9-cu mərtəbəsind' sahəsi 97.7 kv.m olan 3 otaqlı 34 saylı mənzilin pay dəyəri payçı x5 tərəfindən qeyd edilən mənzil üçün 42500 manat ödənilmişdir. 27 oktyabr 2016-cı il tarixli, 288 saylı müqavilədən görünür ki, iddiaçı x1 və cavabdeh x2nın sədri x6 arasında 27 oktyabr 2016-cı il tarixli, 288 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən «İcraçı» əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət olan 34 saylı mənzili pay kimi «Payçı»ya ayırmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1 bəndənə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 271 manat təşkil edir və cəmi 27063 manat ödənilməlidir. 11 iyun 2011-cı il tarixli müqavilədən görünür ki, x3-nin direktoru x4 ilə iddiaçı x1 arasında 11 iyun 2011-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən x3-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət olan 34 saylı mənzil payçı kimi hər kv.m sahə üçün 271 manat olmaqla cəmi 27146 manat ödənilməlidir. Maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan yaşayış binası x2 məxsusdur. Bu binanın 2 blok 9-cu mərtəbəsində, sahəs i 97.7 kv.m olan 3 otaqlı 34 saylı mənzilin pay dəyəri payçı x1 tərəfindən 36833 manat ödənilmişdir. Mübahisəli mənzilə dair x5 ilə iddiaçı x1 ilə müqavilə bağlanmamışdan təxminən 7 il 6 ay əvvəl, yəni 29 aprel 2008-ci il tarixdə müqavilə bağlanmış və mənzilin dəyəri tam olaraq ödənilmişdir. Bundan başqa x2-nm 23 sentyabr, 23/09 saylı məktubundan görünür ki, x3 ilə x5 arasında bağlanılmış mübahisələndirilən ünvan 1 ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blokundan 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqlı, 34 saylı mənzil 29 aprel 2008-ci il tarixli müqavilə ilə x1ndan öncə bağlanıldığından və həmin mənzil üzrə pay haqqı tam ödənildiyindən Kooperativ həmin mənzilə x5nun hüquqlarını tanıyır. x3 ilə x5 arasında bağlanmış 29 aprel 2008-ci il tarixli müqavilə qüvvədədir, ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çox tərəfli) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənl əşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa koperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər koperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 17 8.8 maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlanmamışdan qabaq, yəni 29 aprel 2008-ci il tarixdə x3 ilə x5 ilə müqavilə bağlanılmışdır və həmin müqavilə hal-hazırda qüvvədə olduğundan, iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, idd ia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1512/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1512/2020
18.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver