Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1546/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-455/2024 nömrəli, 2024-cü i l 13 fevral tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı İddiaçı ilə alıcı Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Cavabdehndə təsdiqlənərək 4Ə-324 reyestrlə qeydiyyata alınmış alğı-satqı müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.15 kv/m olan mənzili alıcıya 70000 manata satmışdır. Müqavilənin 4-cü bəndində təsbit edilmişdir ki, alıcı mənzilin qiyməti olan 70000 manatın 40000 manatını "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə satıcıya tam ödədi, satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etdi. Məbləğin qalan 30000 manatını isə satıcıya xx.xx.2021-ci ildə "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Məbləğin 14400.11 manatı isə "xxxx" ASC 3 saylı şöbəsi vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə satıcı İddiaçı 650.70 manat, ümumillikdə 650.70 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur.
2. Mənzil üzərində mülkiyyət hüquqları Maraqlı şəxs adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Həmin alğı-satqı müqaviləsi üzrə tərəflərin arasında bundan əvvəl mübahisə olmuşdur. Belə ki, Maraqlı şəxs cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanından cavabdeh İddiaçı öz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Maraqlı şəxs qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5066/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilər ək İddiaçı və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Maraqlı şəxs adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 2 üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh İddiaçı 43250.11 manat məbləğdə pulun tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli, 25 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin edilərək cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli, 25 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin e dilərək cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması, qarşılıqlı iddianın isə rədd olunması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan not ariat hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda dələduzluq etdiyi üçün cəzaçəkmə müəssisəsində cəza çəkən (başqa bir vətəndaşa qarşı oxşar bir məsələyə görə) Maraqlı şəxs ilə iddiaçı arasında rəsmiləşdirilmiş 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş və həmin proseslər aparılarkən, Sumqayıt şəhər 3 saylı Notariat ofisinin rəisi daşınmaz əmlakın alğı-satqı müqaviləsinin qanuna zidd formada tərtib olunması və qeydiyyata alınmasını icra etmişdir. 17 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsinə dair bütün notariat qovluğuna aid sənədlərin sürətlərindən görünür ki, Sumqayıt şəhər 3 sa ylı notariat ofisinin rəisi olaraq o, həmin alğı-satqını “nisyə alğı-satqı” adı altında rəsmiləşdirərkən, “Notariat haqqında” qanunun, “Notariat hərəkətlərinin aparılmasına dair təlimat”ın və digər qanunların tələblərini kobud formada pozmuşdur. Belə ki, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsində qeyd olunmuş 70.000 manat tam olaraq ona ödənilməmişdir. Notariat orqanı alıcı Maraqlı şəxs şərait yaradaraq, xx.xx.2021-ci il tarixində 40.000 manatın saat 13:47-də notariat ofisinin "xxxx" ASC-nin Sumqayıt filialında depozit hesabına ödədikdən sonra, yenidən həmin pul vəsaitinin depozit hesabından çıxarılaraq, 2-ci dəfə alğı-satqı müqaviləsində qeyd edilə və guya ödənilməli olan digər 30.000 min manatın elə əvvəlki 40.000 manat vasitəsi ilə ödənişin görüntüsünü yaratmışdır. Notariat işindən görünür ki, 17 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsində qeyd edilmiş 70.000 manatın 40.000 manatı depozit hesab vasitəsi ilə saat 13:47 və digər 30.000 manatı isə 16:18-də qeydiyyata alındığı, ödənişin tam ödənilmədiyi halda o, saat 15:37-də ƏMDK yanında DƏDRX-nə elektron sənəd daşıyıcı vasitəsilə məktub ünvanlayaraq, alğı-satqısı qeyd edilən daşınmaz əmlakın ona qarşı dələduzluq etmiş (alğı-satqı üzrə alıcı qismində olan) Maraqlı şəxs adına qeydiyyata alınmasını reyestr xidmətindən istəmişdir. Halbuki, alğı-satqı müqaviləsində qeyd edildiyi kimi 70.000 manat tam ödənilmədən və depozit hesabına oturmadan, təsdiqləndikdən sonra notariat ofisinin rəisi elektron sənəd daşıyıcı vasitəsilə məktub ünvanlayaraq, ƏMDK yanında DƏDRX-də alıcının hüqu qlarının qeydiyyata alınmasına dair müraciət edə bilərdi. Bundan əlavə o, xx.xx.2023-cü il tarixli bütün notariat hərəkətlərinin qeydiyyatı aparılan müvafiq qeydiyyat kitabçası və depozit hesablarına mədaxil edilməli olan pul qəbzlərinin (alıcının ödəyəcəyi 70.000 manatın (40.000-30.000 manat olmaqla) pul vəsaitinə dair qeydiyyat nömrəsi və eyni zamanda notariat ofisinin bankdakı depozit hesabı üzrə "xxxx" ASC-nin bankdan məxaric edilən pul çeklərinin qeydiyyat nömrələrindəki sıralama nömrələrinin pozulması, alğı-satqı üzrə nəzərdə tutulan vergi ödənişinin normal hesablanarkən müəyyən edilən 760 manatdan aşağı məbləğdə ödənilməsi və digər pozuntular 3 saylı notariat ofisinin “alğı-satqı” müqaviləsi üzrə ödənilməli olan pul vəsaitindən 40.000 manat verildiyi halda, eyni pul vəsaitinin 2 d əfə depozit hesabına keçirilməsinə şərait yaratmışdır. Qanuna müvafiq formada cavabdeh orqana müraciət edərək “3 saylı notariat ofisinin xüsusi notarisi olan Telman Mustafazadənin 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsini qanuna zidd apardığı notariat hərəkətlərinin və alğı-satqı müqaviləsinə dair aparılmış qeydiyyatın qanunsuz hesab edilməsini və həmin qeydlərin elektron sistemdən ləğv edilərək silinməsini tələb etmiş, lakin tələbi təmin edilməmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-4197/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, notariat işinin materiallarında olan 17 ma rt 2021-ci il tarixli mədaxil orderindən göründüyü kimi 13:47-də Maraqlı şəxs alğı-satqı müqaviləsi üzrə 40 min manat məbləğdə pulu "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Notariat işinin materiallarında olan 17 mart 2021-ci il tarixli mədaxil orderindən görünür ki, saat 16:18-də Maraqlı şəxs alğı-satqı müqaviləsi üzrə 30 min manat məbləğdə pulu "xxxx" ASC vasitəsilə mədaxil etmişdir. Alğı-satqı müqaviləsi Cavabdeh tərəfindən saat 15:35-də təsdiq edilmiş, saat 15:37-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron formada göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 sentyabr 2023-cü il tarixli məlumata əsasən müəyyən olunur ki, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 119 ünvanında yerləşən 65 nömrəli mənzil xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyes tr nömrəli alğı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına xx.xx.2021-ci il tarixində (saat 16:06) **********67-05101-093044 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında tədqiq edilmiş sənədlərdən görünür ki, ödəniş qəbzləri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınma tarixləri arasında pozuntular müşahidə olunur. Bu isə özlüyündə mübahisə predmeti olan daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır.
13. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3-337.5, 339-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası təmin edilmiş, cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması, cavabdeh İddiaçı Maraqlı şəxs qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Buna baxmayaraq İddiaçı yenidən Sumqayıt Şəhər Məhkəməsinə eyni tələblə müraciət edərək, qeyd etdiyi halları məhkəmədən gizlətmiş, məhkəmə isə heç bir araşdırma aparmad an, Maraqlı şəxs məhkəmə iclasında iştirakını təmin etmədən iddia tələbini təmin etmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi qanunla və tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməklə bağlanılmışdır. Belə olan halda həmin müqavilə etibarsız hesab oluna bilməz.
15. Cavabdeh də apelyasiya şikayəti vermiş, apellyasiya şikayəti üçüncü şəxsin şikayətinə uyğun məzmunda əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-455/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər F.Məmmədov (məruzəçi), L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətləri təmin edilərək, qətnamə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onu nla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli iş üzrə 25 aprel 2021-ci il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan ünvan 2 ünvanından İddiaçı öz əmlakları ilə birlikdə çıxarılması, İddiaçı 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
18. Həmin iş üzrə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Mübahisəyə baxılarkən alğı-satqı müqaviləsində qeyd edilmiş 70.000 manatın 40.000 manatının saat 13:47-də və digər 30.000 manatının isə saat 16:18-də mədaxil edilməsi barədə "xxxx" ASC-nin xəzinə məxaric orderlərinin surəti iş materiallarında olmuş və həmin hallar da nəzərə alınaraq mübahisəyə qiymət verilmişdir (İ cild iş v. 209).
19. İddiaçı qeyd edilənləri alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 70.000 manatı tam almaması barədə əsas dəlil olaraq göstərməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında da iddiaçı tərəf bildirmişdir ki, hazırkı iddianı qaldırmaqda məqsəd İddiaçı ilə Maraqlı şə xs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə nail olmaqdır.
21. Göründüyü kimi mövcud iddia üzrə iddiaçının hüquqi marağı 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. Halbuki, qeyd edilən alğı-satqı müqaviləsinin etibarlılığı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmiş və onun iddiası təmin edilməmişdir.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əqdə əsaslanan iddiaya mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilmə zdir. Digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir.
23. Həmçinin məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən əqdə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin iddia tələbinə yenidən baxılması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edib ki, notariat hərəkətlərinin qanunsuz hesab edilməsi zahirən fərqli görüntü yaradan tələbə əsasən eyni əqdin qanuniliyinə və etibarlılığına ayrıca icraatda yenidən məhkəmədə baxılmasına və araşdırılmasına zərurət yoxdur.
24. Həmçinin məhkəmə hesab edib ki, qanun pozuntuları ilə bağ lanmış hesab edilərək etibarsız hesab edilən əqdin, yəni mövcud iddianın əsasını təşkil edən həmin əqdin etibarlılığı, onun forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması və s. məsələlər araşdırılmış və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mahiyyəti üzrə qiymət verilmişdir. Məhkəmə aktlarına yenidən baxılması üçün əsaslar isə mülkiprosessual qanunvericilikdə göstərilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi kimi zahirən fərqli görüntü yaradan tələbə əsasən eyni əqdin qanuniliyinə və etibarlılığına ayrıca icraatda yenidən məhkəmədə baxılmasına və araşdırılmasına zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariusun cinayət xarakterli hərəkətlərinin araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Həmin şikayət üzrə araşdırma yekunlaşanadək hazırki işin icraatının dayandırılması barədə vəsatət vermiş, lakin məhkəmə vəsatətə baxmamış və qiymət verməmişdir.
27. Həmçinin məhkəmə tərəfindən Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində tanınmaqla kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə Maraqlı şəxs iş üzrə məhkəmə icraatına cəlb edilmədiyini nəzərə almamışdır. Həmin iş üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra M araqlı şəxs ərizəsinə əsasən onu iş üzrə üçüncü şəxs qismində tanımış və bununla da MPM-in 57-ci maddəsinin tələbi kobud surətdə pozulmuşdur. İddia tələbinin mahiyyəti alğı-satqı müqaviləsinin deyil, həmin müqavilənin notarius tərəfindən rəsmiləşdirilməsi zamanı həyata keçirilmiş notariat hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarətdir. Notariat orqanı isə dövlət orqanı olduğuna görə Maraqlı şəxs bir dövlət orqanının hərəkətləri ilə bağlı mübahisəyə üçüncü şəxs qismində cəlb olunması qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etiraz
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan im tina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
32. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.1. Maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yolları ndan biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
43. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
45. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstəril mişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
46. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bəziləri MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, 261.0.2-ci maddəsinə görə isə ey ni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
48. Həmçinin qeyd olunmalıdır ki, icraata xitam verilməsi üçün əsasların olubolmamasının yoxlanılması apelyasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.
49. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iş üzrə icraata xitam verilməsi üçün əsasların olub olmadığını araşdıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli iş üzrə 25 aprel 2021-ci il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan ünvan 2 ünvanından İddiaçı öz əmlakları ilə birli kdə çıxarılması qət edilmiş, İddiaçı 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
50. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin iş üzrə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş, mübahisəyə baxılarkən alğı-satqı müqaviləsində qeyd edilmiş 70.000 manatın 40.000 manatının saat 13:47-də və digər 30.000 manatının isə saat 16:18-də mədaxil edilməsi barədə "xxxx" ASC-nin xəzinə məxaric orderlərinin surəti iş materiallarında olmuş və həm in hallar da nəzərə alınaraq mübahisəyə qiymət verilmişdir (İ cild iş v. 209).
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin bu halı, iş üzrə icraata xitam verilməsi üçün əsasdır.
52. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk nö vbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
53. Bu baxımdan, hazırki iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
54. MPM-nin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib,... bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
55. MPM-nin 387.2.8-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının lğ v olunması üçün əsaslardan biridir.
56. Məhkəmə kollegiyası kassatorun cavabdehin qanunsuz əməlləri haqqında polis orqanına etdiyi şikayətin araşdırılması ilə bağlı icraatın dayandırılmadığı barədə dəlili əsasszıdır.
57. Çünki MPM-nin məhkəmənin icraatı dayandırmaq vəzifəsindən bəhs edən 254cü maddəsində, habelə məhkəmənin icraatı dayandırmaq hüququnu müəyyən edən 255-ci maddəsində icraatın dayandırılması üçün bu cür əsas nəzərdə tutulmamışdır.
58. Həmçinin iş üzrə Maraqlı şəxs iş üzrə üçüncü şəxs kimi tanınmalı olmadığı barədə kassatorun dəlili açıq-aşkar əsassızdır.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 455/2024 nömrəli, 2024-cü il 13 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.