Məhkəmə qərarları › İş №2(102)-1590/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1590/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1590/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə görə artıq ödənilmiş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Əhmədov Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2(105)-294/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 04 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 1. 13 yanvar 2015-ci il tarixli “mənzilin alqı-satqısı haqqında” müqaviləyə əsasən satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivində inşa edilən 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.metr olan 1 otaqdan ibarət 97 saylı mənzili 43.400 manata alıcı İddiaçı satılmışdır. 2. 13 yanvar 2015-ci il tarixdə alıcı İddiaçı tərəfindən mənzilə dair 6.500 manat məbləğində ilkin ödəniş edilmiş, qalan 36.900 manat pul vəsaiti isə onun tərəfindən 13 yanvar 2015-ci il tarixdə "xxxx" ASC-dən 120 ay müddətinə, illik 14 faizlə götürdüyü 36.900 manat kreditin hesab ına ödənilmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən borclu İddiaçı tərəfindən 11 sentyabr 2020-ci il tarixdə kredit borcu tam məbləğdə ödənilmişdir və onun borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" MMC-nə (bundan sonracavabdeh) qarşı “mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə də ödənilmiş artıq pul məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu aldadaraq əksik verdikləri 12 kv.metr sahəyə görə pulun, yəni 8.400 manat pulun və 10 illik faiz olaraq 5000 manat pulun, ümumillikdə 13.400 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ilkin ödəniş olaraq cavabdehə 6.500 manat məbləğində pul ödənilmişdir. Belə ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 13 yanvar 2015-cü il tarixli, 15/004 saylı kredit müqaviləsinə əsasən mənzil alınması məqsədilə 36.900 manat məbləğində kredit verilmişdir. 2 sentyabr 2020-ci il tarixində qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, 11 sentyabr 2020-ci il tarixə iddiaçının sözügedən kredit müqaviləsi üzrə Bank qarşısında borc öhdəliyi mövcud deyil. Tərəflər arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli mənzilin alğı-satqısı haqqında müqavilədə mənzilin kv.metri 62,0 kv.metr göstərilsə də və iddiaçıdan 62,0 kv.metrin pulu alınsa da, cavabdeh tərəfindən ona 50 kv.metr mənzil təhv il verilmişdir. İddiaçı mənzilin kv.metrinin az olmasını sonradan bilmişdir. Əvvəlcədən bilsəydi qəti şəkildə etiraz edər və mənzili təhvil almazdı. İddiaçı bu barədə ilk öncə cavabdehə bildirmiş və müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edərək kv.metrə görə alınmış əlavə pulu geri tələb edir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı ekspert rəyinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələblərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən “AAAF-Park” yaşayış massivində inşa edilmiş 240 “C” saylı binanın 97 saylı mənzilin ümumi sahəsi 49,87 kv.metrdir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa etdiyi 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında 1 otaqdan ibarət 97 saylı mənzilin, müqavilədə göstərilən formada (layihədəki dəyişikliklər nəzərə alınmadan) ümumi sahəsinin neçə kv.metr olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin faktiki vəziyyətinə görə sözügedən mənzilin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin v ə həcminin hesablanması Qaydaları”na əsasən mənzilin ümumi sahəsi 49,93 kv.metr təşkil edir.

8. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)-163/2022 saylı qətnaməsi ilə (hakim Nümayəndə) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivində inşa edilən 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında olan 1 otaqdan ibarət 97 saylı mənzilin satışı zamanı artıq alınmış 8.400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, 13 yanvar 2015-ci il tarixli mənzilin alğı-satqısı haqqında müqavilədə "xxxx" MMC tərəfindən iddiaçıya satılmış “AAAF-Park” yaşayış massivində inşa edilən 240 “C” saylı, 10 m ərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.metr olan 1 otaqdan ibarət 97 saylı mənzilin ümumi sahəsi 62,0 kv.metr olduğu göstərilsə də Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəydə mənzilin sahəsinin 49.87 kv.metr və 13 iyul 2022-ci il tarixli rəydə həmin mənzilin ümumi sahəsinin 49,93 kv.metr olduğu müəyyən edilmişdir. Belə olan halda əskik verilmiş 12 kv.metr sahənin, hər kv.metri üçün 700 manat (43.400 manat ÷ 62,0 kv.metr) təşkil etdiyini nəzərə alaraq, iddiaçıdan artıq alınmış (49,93 x 700) 8.400 manat cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

10. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 377.1, 425.1, 442, 443.1, 443.2, 568, 646.1, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Mənzilin alqı-satqısı haqqında 13 yanvar 2015-ci il tarixli müqavilənin 2.1-ci bəndinə görə müqavilənin qiyməti- daşınmaz əmlakın vahid əmlak dəyəri tərəflər ar asında 43.400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinin mahiyyətindən, habelə iş materiallarında olan kredit müqaviləsinə əsasən mübahisələndirilən mənzilin dəyəri kreditləşdirilməklə satılmışdır. Mənzilin alqı-satqısı haqqında 13 yanvar 2015-ci il tarixli müqavilə tərəflər arasında könüllü olaraq bağlanmış, şərtləri qəbul edilməklə icra edilmişdir. Lakin iddiaçı tərəfindən müqavilənin razılaşdırılmış şərtləri tam icra olunmamışdır. Məhkəmə qeyd olunan xüsusata ümumiyyətlə hüquqi qiymət verməmiş və alqı-satqı hüquq normalarını tətbiq etməklə kifayətlənmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsiyekun aktı iddia müddətinin hüquqi əhəmiyyətini itirir, iddia müddətinin birtərəfli olaraq mülahizəyə əsasən seçilməsini səciyyələndirir. Müqavilə şərtlərini təfsir e dərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Birinci instansiya məhkəməsi mübahisə predmetinə müqavilənin “alqı-satqı” hərfi mənasına diqqət yetirərək, podrat hüquq normalarını tətbiq etməmişdir.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 5 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında iddiaçının faktiki istifadəsində olan mənzilin faktiki sahəsinin 52,8 kv.metr, tikintialtı sahəsinin (arakəsmə divarların, şaxtaların, kənar divarların və sair tikililərin altında qalan sahə daxil olmaqla) 61,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzi lin sxemləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Mənzil yaşayış binasının dördüncü mərtəbəsində yerləşir (birinci mərtəbənin qeyri-yaşayış olması nəzərə alınmaqla) və faktiki olaraq mənzil iki yaşayış otağından, bir mətbəx, bir dəhliz, bir sanitar qovşağı və bir balkon tikililərindən ibarətdir. 13 yanvar 2015-ci il tarixli “mənzilin alğı-satqısı haqqında” müqavilədə mənzilin neçənci mərtəbədə yerləşməsi qeyd olunmadığından, mənzilin planlı yerləşməsini əks etdirən sxem əlavə olunmadığından, həmin müqavilədə göstərilən mənzilin mübahisələndirilən mənzillə eynilik təşkil edibetməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş layihə sənədlərinə (eskiz layihə və işçi layihələri) mübahisəli mənzilin yerləşdiyi blokun işçi layihəsi əlavə edilmədiyində n Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında 97 saylı mübahisəli mənzilin otaqlarının (arakəsmə) divarlarında hər hansı bir dəyişiklik olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı mənzilin 12,45 kv.metr yataq otağı ilə mətbəx arasında mövcud olan arakəsmə divarın əvvəllər mövcud olmadığını, sonradan inşa etdiyini bildirmişdir. Aparılmış ölçü işləri nəticəsində həmin divarın altında qalan sahənin 0,47 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur və mənzilin ümumi sahəsinin 49,93 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.

14. Məhkəmə kollegiyasının iclasında ekspert Təhmasib Kərimov bildirmişdir ki, mənzilin faktiki sahəsi 52,8 kv.metrdir. Həmin ölçüyə arakəsmələr daxil deyil və 52,8 kv.metr hər bir otağın təmiz sahə sidir. Divarlar, şaxtalar, balkon bu ölçüyə aid deyil. Balkonun ölçüsü 4,1 kv.metrdir. Balkonu əmsallaşdıranda ölçüsü 1,23 kv.metr olur, bununla da sahə azalaraq 49,93 kv.metr olur. Birinci rəydə sual mənzilin ümumi sahəsi ilə bağlı idi. Onlar da həmin sahəni Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hesablayıb. Arakəsmələr ümumi sahə hesablanarkən daxil edilmir. Boşluqlar, şaxtalar ümumi sahəyə aid edilmir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2(105)-294/2023 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, A.A.Mahmudov və S.A.Qafari) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(012)163/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsində cavabdeh tərəfindən iddiaçıya satılmış mübahisəli mənzilin ümumi sahəsi 62,0 kv.metr göstərilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli ekspert rəylərində mənzilin ümumi sahəsinin 49,93 kv.metr olduğu müəyyən edilmişdir. Belə olan halda əskik verilmiş 12 kv.metr sahənin 1 kv.metrinin dəyərinin 700 manat (43.400 manat ÷ 62,0 kv.metr) təşkil etməsi nəzərə alınaraq iddiaçıdan artıq alınmış 8.400 manat pul vəsaiti (49,93 kv.metr x 700 manat) cavabdehdən tutularaq ona geri qaytarılmalıdır.

17. Məhkəmə kollegiyası q eyd etmişdir ki, iddiaçı cavabdehin əskik verdiyi 12 kv.metr sahəyə görə 8.400 manat pulun 10 illik faizi kimi hesablanmış 5.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də iddia bu hissədə rədd olunmalıdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olmasını sonradan bilmişdir. Belə olan halda mənzil in sahəsinin alğı-satqı müqaviləsində göstərildiyindən az olmasının iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

19. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdehin nümayəndəsi izahatında mənzilin dəyərinin onlara ödənilmədiyini qeyd etsə də, bu hal mülki iş materiallarında olan cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə təkzib olunur. Eləcə də LPO "xxxx" ASC tərəfindən tərəflərə ünvanlanmış məktubdan görünür ki, 2 sentyabr 2020-ci il tarixdə qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilmiş və 11 sentyabr 2020-ci il tarixə iddiaçının kredit müqaviləsi üzrə Bank qarşısında borc öhdəliyi mö vcud deyil. Beləliklə də birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etməkdə haqlı olmuşdur.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 425.1, 442, 443.1, 443.2, 568.1, 646.1, 752.1-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş müvafiq layihə və istismar aktı sənədlərinə əsasən X2 vəfat etməsinə baxmayaraq qanun üzrə vərəsəsi həy at yoldaşı X1 müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən bu fakt aydınlaşdırılmamışdır. Bundan başqa 13 yanvar 2015-ci il tarixli alqısatqı müqaviləsi bağlanarkən, alıcı İddiaçı daşınmaz əmlakı alaraq qəbul etmiş, təmir edərək yaşamış və orada təsərrüfat aparmışdır. İddiaçının mənzili qəbul etməsi və altı il müddət ərzində hər hansı bir tələb irəli sürməməsi razılaşma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasında yeni inşa edilən tikililərin hamısında sahənin hesablanması qaydası daşınmaz əmlakın çöl ölçülərindən hesablanır və bu ümumi qəbul edilmiş faktdır. Həmçinin cavabdeh tərəfindən “iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə verilməsinə baxmayaraq iddia müddəti tətbiq edilməmiş və iddia müddətinə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi h azırkı mübahisəyə alqı-satqı hüquq münasibətlərini tətbiq etməklə pozuntuya yol vermişdir.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 6, 10, 250, 398, 404, 752, 776, 1133, 1134, 1157, 1158-ci maddələrinə, habelə MPM-in 14, 76-78, 417, 418-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəl lənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

30. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşy anı alıcıya verməyə borcludur.

31. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tə ləblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

42. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş olsa da, mübahisəli mənzilin əskik sahəsinə görə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul vəsaitinin məbləğini düzgün müəyyən etməyib.

44. Belə ki, 13 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən cavabdeh, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivində inşa etdiyi 240 “C” saylı, 10 mərtəbəli yaşayış binasında yerləşən, ümumi sahəsi 62,0 kv.metr olan 1 otaqlı 97 saylı mənzili iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib 43.400 manat pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürüb. 13 yanvar 2015-ci ildə iddiaçı tərəfindən mənzilə görə cavabdehə 6.500 manat ilkin ödəniş edilib və qalan 36.900 manat pul vəsaiti isə onun tərəfindən 13 yanvar 2015-ci il tarixdə "xxxx" ASC-dən 120 ay müddətinə, illik 14 faizlə götürülmüş 36.900 manat kreditin he sabına ödənilib. "xxxx" ASC tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı tərəfindən 11 sentyabr 2020-ci il tarixdə kredit borcu tam məbləğdə ödənilib və onun Banka borcu yoxdur.

45. Hazırda iddiaçı, cavabdehdən mənzilin 12 kv.metr əskik sahəsinə görə 8.400 manat; 10 illik faizə görə 5.000 manat olmaqla, ümumillikdə 13.400 manat iddia edir.

46. Cavabdeh isə mübahisəli mənzilin 13 yanvar 2015-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verildiyini və sonuncunun hazırkı iddia ilə məhkəməyə müraciət edənədək üç illik iddia müddətini ötürdüyünü göstərib, iddia etiraz edir.

47. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi fakti ki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Hazırki işdə, işə baxan məhkəmələr öhdəlik münasibətlərinə dair ümumi xarakterli maddi hüquq normalarına, yəni Mülki Məcəllənin 425.1. 442, 443.1, 443.2-ci maddələrinin, habelə alqı-satqı münasibətlərini tənzimləyən 568.1, 646.1-ci maddələrin in tələblərinə istinad etsələr də, tərəflər arasında əslində podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olub.

49. Həmçinin işə baxan məhkəmələrin istinad etdikləri Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

50. Eyni zamanda, podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının mənasına görə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Mülki Məcəllənin 776-cı maddəsi).

51. Göründüyü kimi, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olub.

52. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

53. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi).

54. Hazırki işdə iddiaçı, mübahisəli hala dair sübut kimi sözügedən mənzil barədə cavabdehlə bağladığı 13 yanvar 2015-ci il tarixli müqaviləyə istinad edərək, ona müqavilədə nəzərdə tutulan 62,0 kv.metr sahədən 12 kv.metr az sahəsi olan 50,0 kv.metr mənzil satıldığını iddia edir.

55. Apellyasiya instansiyası məhkəməsi, Məhkəm ə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli ekspert rəylərinə əsaslanaraq, azaltma əmsallarına vurulmaqla sözügedən mənzilin ümumi sahəsinin 49,93 kv.metr oluğu və cavabdeh tərəfindən iddiaçıya 12 kv.metr az sahə satıldığı və beləliklə də birinci instansiya məhkəməsinin iddianı (12 kv.metr x 700) 8.400 manat pul tələbinə aid hissədə təmin etməkdə haqlı olduğu nəticəsinə gəlmişdir.

56. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin mənasına görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (bux arın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmir.

57. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

58. Göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənz ilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ noma kimi müəyyən edilmişdir.

59. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

60. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 5 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin faktiki sahəsi 52,8 kv.metrdir, arakəsmə divarların, şaxtaların, kənar divarların və sair tikililərin altında qalan sahə də daxil olmaqla isə mənzilin ümumi sahəsi 61,9 kv.metrdir.

61. İşin bu halları məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert Təhmasib Kərimovun izahatı ilə də tam təsdiq olunur. Belə ki, onun izahatı ilə də müəyyən olunur ki, mübahisəli mənzilin faktiki sahəsi 49,9 kv.metr deyil, 52,8 kv.metrdir. Həmin ölçüyə arakəsmələr, divarlar, şaxtalar aid deyil. Balkonun ölçüsü 4,1 kv.metrdir. Balkon azaltma əmsalına vurulduqda ölçüsü 1,23 kv.metr, mənzilin ümumi sahəsi isə azalaraq 49,93 kv.metr olur. Birinci rəydə sual mənzilin ümumi sahəsi ilə bağlı idi. O, mənzilin ümumi sahəsini Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hesablayıb.

62. Apellyasiya instansiyası məhkəməsi işə bax arkən qeyd olunan halları nəzərə almayıb və bununla da mübahisəli mənzilin ümumi əskik sahəsinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği düzgün müəyyən etməyib. Halbuki tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmadığından, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması iddiaçının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da cavabdehin mənafeyinə uyğun olmamışdır.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, sözügedən ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya satılmış mənzilin ümumi sahəsinin əski k olan sahəsi 12,0 kv.metr deyil, 9,2 kv.metrdir. Yəni, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 8.400 manat deyil, 6.440 manatdır (9,2 kv.metr x 700 manat). Ona görə də cavabdehdən əskik satdığı sahəyə görə 6.440 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.

64. Cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlillərə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli mənzilin təhvil verilməsi hər hansı tarixlə deyil, tikinti işlərinin tam başa çatdırılacağı müddətlə şərtləndirilmişdir. İşdə isə tikinti işlərinin məhz 13 yanvar 2015-ci il tarixdə tam başa çatdırılmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Bu səbəbdən də hazırkı mübahisə üzrə iddia müddətinin axımı 13 yanvar 2015-ci il tarixdən de yil, Mülki Məcəllənin Maddə 377.1-ci maddəsinə əsasən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. İddiaçı isə sözügedən mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olmasını sonradan bildiyini və dərhal da məhkəmədə iddia qaldırdığını iddia edir.

65. Bundan başqa cavabdeh kassasiya şikayətində iddiaya onun deyil, mərhum İlham Cavadovun hüquq varislərinin cavab verməli olduqlarını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, mübahisəli mənzilə dair sözügedən müqavilə iddiaçı ilə İlham Cavadov arasında deyil, onunla məhz cavabdeh arasında bağlanıb və iddiaçı həmin mənzilin dəyərini cavabdehə ödəyib. Eyni zamanda işdən görünür ki, mərhum İlham Cavadovla cavabdeh arasında 25 avqust 2012-ci il tarix də birgə fəaliyyət haqqında müqavilə bağlanıb və Abşeron rayon İHB-nın 14 mart 2012-ci il tarixli sərəncamından irəli gələn hüquq və vəzifələr cavabdehə həvalə edilib.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2023cü il tarixli, 2(105)-294/2023 saylı qətnaməsinə qismən- cavabdeh AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8.400 manat pulun tutulub İddiaçı verilməsi hissəsində dəyişiklik edilsin, həmin məbləğ 6.440 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətna mə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver