Məhkəmə qərarları › İş №2(102)-1610/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1610/2019

12.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1610/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-1610/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və cavabdeh “xxxx” KB ASC-nin vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-11315/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X2 və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəs imi rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh “xxxx” KB ASC və digərlərinə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” barədə iddiası təmin edilərək, iddiaçıya məxsus Bakı şəhəri, xxx rayonu, X5 küçəsi 14 saylı evin 150-ci mənzilinin ipotekası ləğv edilmişdir. Cavabdeh “xxxx” KB ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)11315/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” KB ASC-nin nüm ayəndəsi Altun Vəliyev və vəkili Vəkil2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, 15 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən xxx 60 ay müddətinə, illik 21 faiz ödənilməsi şərti ilə 52.500 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx küçəsi 14 saylı evin, 150-ci mənzili “xxxx” KB ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. xxx həmin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Bundan sonra 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavələr edilməsinə dair “xxxx” KB ASC ilə xxx arasında 28 avqust 2014-cü il tarixli saziş bağlanmışdır. Həmin sazişə əsasən o nlar arasında bağlanmış 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsində nəzərdə tutulan kredit limitinin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilmişdir. Eləcə də 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavələr edilməsinə dair onunla “xxxx” KB ASC və xxx arasında 28 avqust 2014-cü il tarixli saziş bağlanmış və həmin sazişdə kredit məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, “xxxx” KB ASC ilə xxx arasında 29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 21 faiz ödənilməsi şərti ilə 91.500 ABŞ dolları kredit verilmişdir. İpoteka müqaviləsi və ona əlavə edilən sazişin şərtlərinə görə o, mülkiyyətində olan sözügedən mənzili “xxxx” KB ASC ilə xxx arasında bağlanmış həm 15 mart 201 2-ci il tarixli əsas kredit müqaviləsi üzrə, həm də əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alan xxx un öhdəliklərinin icrasının təmini üsulu kimi ipoteka qoymuşdur. Eləcə də o, bağladığı bütün ipoteka müqavilələrində sözügedən mənzili xxx un “xxxx” KB ASC-dən əsas və əlavə kredit müqavilələri üzrə alacağı 1.000.000 manat kredit məbləği çərçivəsində olan öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoymuşdur. Lakin, onun məlumatı olmadan “xxxx” KB ASC ilə xxx arasında 29 avqust 2014- cü il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 28 avqust 2014-cü il tarixdən sonra xxx la “xxxx” KB ASC arasında 15 mart 2012-ci il tarixli əsas ipoteka müqaviləsinə, həmin ipoteka müqaviləsin ə olan 28 avqust 2014-cü il tarixli əlavə sazişə, həmçinin onlar arasında bağlanmış 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinə, həmin əsas kredit müqaviləsinə olan 28 avqust 2014-cü il tarixli əlavə sazişə uyğun olaraq əlavə kredit müqaviləsi bağlanmamışdır. Ona görə də mülkiyyətində olan sözügedən mənzil ipotekadan azad edilməlidir. xxx la “xxxx” KB ASC arasında bağlanmış 29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi isə onlar arasında bağlanmış 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan 28 avqust 2014-cü il tarixli əlavə sazişə uyğun deyil. Belə ki, 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin müqaviləyə olan 28 avqust 2014-cü il tarixli əlavə sazişdə kreditin manatla verildiyi qeyd edildiyi halda, xxx la “xxxx” KB ASC arasında bağlanmış 29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsində kreditin ABŞ dolları ilə verildiyi göstərilmişdir. Müqavilənin manatla deyil, ABŞ dolları ilə bağlanması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, hazırda ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi bahalaşdığından, borclu xxx un “xxxx” KB ASC olan borcunu geri qaytarması şansı sıfıra enmişdir. Çünki borclu xxx un bilərəkdən deyil, maddi çətinlik üzündən üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən borcun ödənilməsi onun mülkiyyətində olan mənzilə yönəldilə bilər. Əgər ona əvvəlcədən kreditin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsi təklif olunsa idi, o, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mənzilinin ipoteka qoyulmasına razı olmazdı. Həm də, ona əvvəldən məlum idi ki, borclu xxx 1.000.000 manat kredit xətti müəyyən olunsa da, bu məbləğ bir dəfəyə deyil, hissə-hissə veriləcəkdir. Belə olan halda borcun qaytarılması və onun əmlakı üçün təhlükə yaranmamış olur. Hazırda “xxxx” KB ASCnin xxx və digərlərinə qarşı “29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması və sair tələbə dair” Bakı Apellyasiya Məhkəməsinin icraatında mülki iş vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” KB ASC-nin vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı, üçüncü şəxslər xxx, Bakı şəhəri, 41 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh “xxxx” KB ASC-nin vəkili Vəkil2 izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, 15 mart 2012-ci il tarixli əsas kredit müqavil əsinə əsasən, borcverən “xxxx” KB ASC borcalan xxx 52.500 manat məbləğində 60 ay müddətinə, yəni 15 mart 2017-ci il tarixədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir. Həmin Müqavilənin 1.2-ci bəndinə görə, kredit məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, əsas kredit müqaviləsi çərçivəsində borcalan xxx verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesfik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqaviləsində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutul malıdır. Həmin Müqavilənin 6.2-ci bəndinə görə, bu müqavilə üzrə borcalan xxx un öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyulan əmlak həm bu müqavilə üzrə, həm də müqavilə çərçivəsində bağlanılan əlavə kredit müqavilələri üzrə borcalan xxx un öhdəliyinin icrasının təmin edilməsi üsulu kimi çıxış edir. Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan müddət və kredit limiti çərçivəsində borcalan xxx neçə dəfə kredit verilməsindən asılı olmayaraq bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan xxx tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklər bu müqavilənin təminatı olan ipoteka ilə təmin olunur. Eləcə də 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan İddiaçı bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalan xxx un öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 14 saylı evin, 150-ci mənzilini ipoteka saxlayan “xxxx” KB ASC-nə ipoteka qoyur. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan ipoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalan xxx un öhdəliklərinin icrasının təmini üsuludur. Bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayan “xxxx” KB ASC-nin ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borcalan xxx neçə dəfə kredit verilməsindən asılı olmayaraq əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan xxx tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Həmin Müqavilənin 3.1-ci bəndində göstərilir ki, ipoteka qoyulmuş mənzil ipoteka saxlayan “xxxx” KB ASC-nin tələblərini faktiki ödəmə anına kredit üzrə əsas borc məbləği, kreditdən istifadəyə görə hesablanmış faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulu, vurulmuş zərərin əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil olmaqla tam həcmdə təmin olunur. Həmin Müqavilənin 6.1-ci bəndinə görə, bu müqavilə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və tərəflərin kredit müqaviləsi ilə üzərlərin ə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədədir. Daha sonra 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavə edilməsi haqqında 28 avqust 2014-cü il tarixli sazişə əsasən, tərəflər arasında bağlanmış sözügedən əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan kredit limitinin məbləği artırılaraq 1.000.000 manat məbləğində, əsas kredit müqaviləsinin son bitmə tarixi isə uzadılaraq 15 mart 2019-cu il tarixədək müəyyən edilir. Həmin Müqavilənin 2-ci bəndində göstərilir ki, bu saziş 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. İşə əlavə edilmiş 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavə edilməsi haqqında 28 avqust 2014-cü il tarixli sazişin 1-ci bəndində göstərilir ki, tərəflər arasında bağlanmış 15 mart 2012- ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavə sazişə əsasən kredit müddəti dəyişdirilərək 15 mart 2019-cu il tarixədək müəyyən edilir. Həmin Müqavilənin 2-ci bəndinə görə, tərəflər arasında bağlanılan 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan 15 mart 2012ci il tarixli əsas kredit müqaviləsinə əlavə edilməsi haqqında sazişə əsasən kredit məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, ipoteka predmetini sözügedən mənzil təşkil edir. Həmin Müqavilənin 4-7-ci bəndlərinə görə, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 78.000 manat məbləğində qiymətləndirilir. İpoteka müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır. İpoteka qoyan İddiaçı ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu saziş imzalandığı tarixdən qüvvəyə minir və ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır. Bundan başqa 29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, borcverən “xxxx” KB ASC müqavilənin 1.2, 1.3-cü bənlərində göstərilən məbləğdə və faizlə krediti borcalan xxx un mülkiyyətinə verir, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverən “xxxx” KB ASC qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2, 1.3-cü bəndlərində göstərilir ki, bu müqavilə üzrə “xxxx” KB ASC tərəfindən borcalan xxx verilən kreditin məbləği 91.500 ABŞ dolları təşkil edir. Kredit 36 ay müddətinə, yəni 28 avqust 2017-ci il tarixədək illik 21 faiz ödəmək şərti ilə verilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, borcalan xxx un bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən “xxxx” KB ASC ilə aralarında bağlanılan 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsi və ona edilən dəyşiklik haqqında 28 avqust 2014-cü il tarixli əlavə sazişə əsasən sözügedən mənzillə təmin olunur. Hazırda iddiaçı cavabdehlər arasında bağlanılan sözügedən əsas kredit xətti müqaviləsində faiz dərəcəsinin ümumiyyətlə göstərilmədiyini, eləcə də həmin müqavilədə kreditin valyutasının manatla göstərildiyi halda, sonradan onun razılığı alınmadan xxx kreditin başqa valyuta ilə, yəni ABŞ dolları ilə verildiyini və bununla da qanunverciliyin tələblərinin pozulduğunu, bu barədə yalnız Bakı şəhəri, xxx rayo n məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsinin qəbulundan sonra xəbər tutduğunu, həmçinin ipoteka qoyulan mənzil mülkiyyətində olduğuna görə mənzilin ipotekadan azad edilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq olunmadığını və bu səbəbdən də ipoteka müqaviləsinin ləğv edilməli olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər arasında bağlanılan sözügedən əsas kredit müqaviləsində faiz dərəcəsinin ümumiyyətlə göstərilməməsini, həmin müqavilədə kreditin valyutasının manatla göstərilməsini, lakin sonradan iddiaçının razılığı alınmadan əlavə kredit müqaviləsi üzrə xxx ABŞ dolları ilə kredit verilməsini, bununla da qanunverciliyin tələblərinin pozulmasını, iddiaçının bu barədə yalnız sözügedən qətnaməsinin qəbulundan sonra xəbər tutmasını, ipoteka predmeti iddi açının mülkiyyətində olduğu üçün onun mənzilin ipotekadan azad edilməsi barədə tələbinə iddia müddətinin tətbiq edilməli olmamasına istinad edərək iddia tələbini təmin etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11, 307.4-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb qətnaməni dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan h alları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, əsas kredit müqaviləsinin hüquqi nəticələr və tərəflər arasında öhdəlik yaradıb-yaratmaması məsələlərinə aydınlıq gətirmək üçün ilk növbədə əqd, öhdəlik və müqavilə barədə normalar əlaqəli şəkildə təhlil edilməlidir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülk i Məcəllənin 324.1, 324.3 və 324.4-cü maddələri). Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri də öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mənasına görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 3 86.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı isə Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərt ləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub hesab edir ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən əsas kredit müqaviləsi də niyyət razılaşması deyil, müqavilədir. Apellyasiya instansiyası məhkəməsi əsas kredit müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin müqaviləyə qədərki danışıqlarını, sonrakı hərəkətlərini, habelə 29 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinin 15 mart 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavələr edilməsi haqqında 28 avqust 2014-cü il tarixli sazişin, həmçinin 15 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavələr edilməsi haqqında 28 avqust 2014-cü il tarixli sazişin şərtləri çərçivəsində bağlanmasını, həmin sazişlərdə kreditin müddətinin dəyişdirilərək 15 mart 2019-cu il tarixədək uzadılmasını, kreditin məbləğinin isə dəyişdirilərək 1.000.000 manat məbləğində müəyyən edilməsini, ipoteka predmetinin 78.000 manat məbləğində qimətləndirilməklə sözügedən əsas kredit müqaviləsi, həmin müqaviləyə dəyişiklik edilməsi haqqında saziş üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi saxlanılmasını, əlavə kredit müqaviləsi üzrə xxx verilən 91.500 ABŞ dolları kreditin əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişdə göstərilən 1.000.000 manat məbləğində kreditin limitini aşmamasını, əsas kredit müqaviləsi üzrə hesablanacaq faizlərin tərəflər arasında olan razılaşmaya görə əlavə kredit müqavilələri ilə tənzimlənməsini nəzərə almadan, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsini, iddiaçının razılığı olmadan əlavə kredit müqaviləsində kreditin valyutasının dəyişdirilməsini və bununla da qanunverciliyin tələblərinin pozulmasını əsas tutub, sözügedən mənzilin ipotekasını ləğv etməklə əslində xxx un “xxxx” KB ASC-nə olan 91.500 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsull arını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar (Mülki Məcəllənin 460.1-ci maddəsi). Hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir. Həmin Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminatı üsullarını müəy yən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka sax layan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduql arı yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddələrində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün əsas kredit müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Əsas kredit müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti- bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.1-48.1.5-ci maddələrinin mənasına görə ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yö nəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin ipotekasının ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. Belə ki, iddiaçının məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin artması;kreditin faizinin artması; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan hallar baş verməmişdir. Kreditin valyutasının dəyişdirilməsinə gəlincə isə xxx la bağlanmış əlavə kredit müqaviləsinin şərtləri əsas kredit, ipoteka müqavilələrinin, eləcə də onlara dəyişiklik edilməsi haqqında sazişlərin şərtlərinə zidd deyil, həmin müqavilələ r üzrə iddiasının üzərinə məsuliyyətini artıran hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin əlavə kredit müqaviləsi üzrə xxx ayrılmış 91.500 ABŞ dolları əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 1.000.000 manatı aşmamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi sadalanan halları, eləcə də iddiaçının xəbəri olmadan bağlanmasını iddia etdiyi əlavə kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin konkret həcmi əsas kredit müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını nəzərə almamışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 21 faiz dərəcəsinin, onlara hesablanacaq cərimənin iddiaçı ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi, mənzilin ipotekasının ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz. Bundan başqa kassasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktın müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınması zəruridir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 377.1, 384.0.4-cü maddələrinin tələblərinə istinad edib, iddiaçının hüququnun pozulduğunu Bakı şəhəri, xxx rayon məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsinin qəbul edilməsindən sonra bilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla d a razılaşmır. Belə ki, iddiaçının zəruri sənədləri (1 və 2 saylı forma arayışları) toplayıb notariat orqanına təqdim etməsi, sözügedən ipoteka müqaviləsini, ona əlavələr edilməsi haqqında sazişi imzalaması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişi, kredit borcunun tutulması və sair tələblər üzrə iddia ərizəsinin surətini qəbul etməsi və hətta həmin işə baxılarkən məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunması, həmin vaxt ipoteka müqaviləsini deyil, yalnız ipotekanın qiymətini, kredit borcunun məbləğini mübahisələndirməsi, əslində onun əlavə kredit müqaviləsi barədə məlumatlı olmaması qənaətinə gəlməyə əsas vermir. Digər tərəfdən işdən görünür ki, ipoteka müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən dəyişdirilərək 15 mart 2019-cu il tar ixədək müəyyən edildiyi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 30 yanvar 2018-ci il tarixdə müraciət etdiyi və ipoteka müqaviləsinin ləğv edilməsini və ya etibarsızlığını tələb etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi sözügedən mənzilin ipotekasını ləğv etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən nəzərə almalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarının məqsədi ipotekanın xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən ipoteka qoyana hüquqi müdafiə imkanının yaradılmasıdır. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” apellyasiya instansiyası məhkə məsi tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmaqla, işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X2 və vəkili Vəkil2 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-11315/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver