Məhkəmə qərarları › İş №2(102)-1649/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1649/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1649/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili X4, cavabdeh “xxxx” İKB ASC-nin vəkili X3 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:N.T.Tağıyeva; 2(006 )2050/2018) İddiaçı iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” İKB ASC-dən 11925 (on bir min doqqua yüz iyirmi beş) ABŞ dolları 67(altmış yeddi) sent faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq alınıb ilkin iddia üzrə İddiaçı Əhmədəağa oğluna verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC-nin qarçılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə və vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov, (sədrlik edən və məruzəçi), V.Baxışova və, V.Həsənov 2 (103)-9126/2018) “xxxx” İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,Namiq Adullayevin ilk iddiası rədd edilmişdir. “xxxx” İKB ASC-nin qarşılıqlı iddiası qismən təmin olunmuş, Bakı şəhəri, ********************** ev № *******-də yerləşən 80 №-li mənzil İddiaçı qanunsuz sahibliyindən alınaraq “xxxx”xxxx” ASC-yə təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddianın qalan hissəsi rədd edilmiş, qətnamə ilk iddiada irəli sürülmüş “7.000 manat pulun tutulması barədə” tələbə aid hissədə ayrıca qərardadla ləğv olunmuş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşin halları İddiaçı cavabdeh “xxxx” CB ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40952 (qırx min oqquz yüz əlli ik i) ABŞ dolları pulun gecikdirilməsi müqabilində 08 sentyabr 2015-ci il tarixdən 01 fevral 2018-ci il tarixə qədər mərkəzi bankın uçot dərəcəsinə əsasən 11925,67 (on bir min doqquz yüz /irmi beş) ABŞ dolları 67 (altmış yeddi) sent faiz dərəcəsinin; 7000 (yeddi min) manat və 29 iyul 2015- i il tarixdən etibarən 01 fevral 2018-ci il tarixə qədər mərkəzi bankın uçot dərəcəsinə əsasən 1885 (min əkkiz yüz səksən beş) manat 07 (yeddi) qəpik faiz dərəcəsinin; ümumilikdə, 11925,67 (on bir min oqquz yüz iyirmi beş) 67 (altmış yeddi) sent və 8885 (səkkiz min səkkiz yüz səksən beş) manat 7(yeddi) qəpik pul vəsaitinin cavabdeh “xxxx” İKB ASC-den alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh “xxxx” İKB ASC-nin rəhbərliyinin və əməkdaşlarının hərəkətlərində cinayət tərkibi olduğu üçün mülki iş üzrə məhkəmə qərar qəbul edərkən cavabdehin barəsində prokurora xəbər verilməsi haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2011-ci il tarixli 2(103)-3118/2011 saylı qətnaməsinə əsasən ondan 04.10.2007-ci il tarixli 013-İP ( USD-01) saylı kredit müqaviləsindən irəli gələn ödəniş gününə olan məzənnə üzrə ümumilikdə 110604 (yüz on min altı yüz dörd) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə, həmçinin cəmi 40(qırx) manat dövlət rüsumu və xidmət haqqının tutulması, tutmanın ona məxsus və “xxxx” İKB ASC-nin qarşısında yüklü edilmiş, ünvan 1 invanında yerləşən 3 otaqlı 80 saylı mənzilə yönəldilməsi qət edilmişdir. 05 mart 2015-ci il tarixdə onu ailə üzvl əri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzildən çıxaraq mənzilin açarlarını Bankın Problemli kreditlər şöbəsinin rəisi E6 adlı şəxsə təhvil vermişdir. Həmin gün E6la şifahi razılığa gəlmişlər ki, o, 110604(yüz on min altı yüz dörd) ABŞ dolları məbləğində pulu Banka ödədiyi təqdirdə Bank mənzili geri qaytaracaq. E7 həmçinin ona bildirmişdir ki, onlar mənzili bankın adına rəsmiləşdirməyərək onun adında saxlayacaqlar. Bundan sonra aralarında olan razılaşmaya əsasən onun tərəfindən Banka 05.03.2015-ci il tarixdə (yeni həmin gün) 20000 (iyirmi min), 06.04.2015-ci il tarixdə 15000(on beş min), 05.05.2015-ci il tarixdə 5000 (beş min), 18.05.2015-ci il tarixdə 10000(on min), 22.06.2015-ci il tarixdə 5000 (beş min), 25.06.2015-ci il tarixdə 10000 (on min) və son olaraq 29.07.2015-ci il tarixdə 15000 ABŞ dolları olmaqla cəmi 80000(səksən min) ABŞ dolları pul ödəmişdir.Həmin ödənişlərin qəbzi mövcuddur. 29.07.2015-ci il tarixdə 15000 ABŞ dollarını Banka ödədikdən sonra o, “xxxx” İKB ASC-nin 2 saylı filialının yanında yerləşən Problemli kreditlər şöbəsinə getmişdir. Orada şöbə rəisi E6 adlı şəxsə görüşərək 05.03.2015-ci il tarixli şifahi razılaşmalarına əsasən artıq banka 80000(səksən min) ABŞ dolları ödədiyini və 30604(otuz min altı yüz dörd) ABŞ dolları borcu qaldığını bildirmişdir. Ancaq E6 ona bildirmişdir ki, mənzilin qiymətləndirilməsi və hərrac məsələlərini həll etmək üçün bank tərəfindən qeyri-rəsmi 7000 (yeddi min) manat pul sərf edilmişdir və o, həmin pulu da ona qaytarmalıdır. O, həmin günü 7000(yeddi min) manat pul tapıb Problemli kreditlər şöbəsinin rəisi E6un yanına geri gəlmişdir. E6 yanında adam olduğnu bildirib pulu həmin Şöbənin H6 adlı əməkdaşına verməsini bildirmiş, o da E6un dediyimi kimi 7000 (yeddi min) manat pulu Hacıya vermiş, lakin həmin pulun qəbul edilməsinə dair ona heç bir qəbz verməmişdir. “xxxx” İK Bankın Problemli kreditlər şöbəsinin Hacı adlı əməkdaşı həmin günü. Yəni 29.07.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzilin açarlarını ona geri qaytarmışdır. Həmin vaxtdan o, ailə üzvləriilə birlikdə qeyd edilən mənzildə yaşayır. Lakin 08.09.2015-ci il tarixdə o “xxxx” İKB-nin İdarə Heyətinin sədri V6 Xamaza ilə görüşdüyü zaman sədr ona aralarında heç bir razılaşmanın olmadığını və ödədiyi 80000(səksən min) ABŞ dolları məbləğində pulun 39048(otuz doqquz min qırx səkkiz ABŞ dollarının əsas borc dan silindiyin, qalan 40952 (qırx min doqquz yüz əlli iki) ABŞ dollarının isə cərimə borcunun olduğunu deyərək qısa müddət ərzində mənzili boşaldaraq Banka geri qaytarmalı olduğunu bildirmişdir. Həmin vaxtdan sonra Bankın əməkdaşları mütəmadi olaraq ona zəng edib mənzili boşaldaraq açarlarını təhvil verməyini tələb etmişlər. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin onun hüquqlarını müdafiə edən vəkil tərəfindən verilmiş sorğusuna cavab olaraq verdiyi 15.12.2015-ci il tarixli, 01/3555 nömrəli cavab məktubundan məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 04\01 saylı, 14.01.2015-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən 56100 (əlli altı min yüz) manata (56100m x 0.7840= 71556$), yəni həmin dövrün məzənnəsi ilə 71556(yetmiş min beş yüz əlli altı) ABŞ dollarına bankın özünə təklif edilmiş və Bank həmin qiymətə mənzili əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 05.12.2015-ci il tarixli, **********79 nömrəli cavab məktubundan məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzil hərracın yekunları barədə N-******saylı hərrac protokoluna, 2( 103)-3118/11 saylı 22.07.2011 -ci il tarixli icra vərəqəsinə əsasən, 14.01.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən “xxxx” İKB ASC-nin adına resmiləşdirilmişdir.08.09.2015-ci il tarixdə “xxx x” İKB-nin İdarə Heyətinin sədri Vasiliy Xamaza ilə görüşdüyü zamandan mənzili banka qaytarmalı olduğunu tələb edəndən sonra bankın əməkdaşları mütamadi olaraq ona zəng edərək mənzili boşaldıb, açarları təhvil verməsini tələb etmişlər. Bank ona məxsus Yasamal rayonu,************ ünvanında yerləşən 3 otaqlı, 80 saylı mənzili sənədləşdirərək öz balansına qeydiyyatdan keçirmişdir. Bu səbəbdən də o. ödənişləri dayandırmış və əvvəllər ödədiyi 40952(qırx min doqquz yüz əlli iki) Abş dolları məbləğində pulu da məhkəmə yolu ilə almağa nail olmuşdur. Bu səbəbdən də Bankın ona vurduğu zərərə görə əlavə faiz ödəməsi zərurəti yaranır. Cavabdeh “xxxx” İK Bank ASC-nin 40952(qırx min doqquz yüz əlli iki) ABŞ dollarının müqabilində 14.01.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barə də müqaviləyə əsasən Bakı şəhəri, ******************* ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzili adma rəsmiləşdirdiyi üçün və həmin vaxtdan 40952(qırx min doqquz yüz əlli iki) ABŞ dolları qaytarılmalı olduğundan mərkəzi bankın uçot faiz dərəcəsinə görə 14.01.2015-ci il tarixdən 13.07.2015-ci il tarixədək 3.5%-lə 180 gün,13.07.2015-ci il tarixdən 15.02.2016-cı il tarixədək 3%-lə 257 gün, 15.02.2016-cı il tarixdən 03.05.2016-cı il tarixədək 5%-lə 60 gün, 03.05.2016-cı il tarixdən 08.08.2016-cı il tarixədək 9.5%-lə 134 gün, 08.08.2016-cı il tarixdən 01.02.2018-ci il tarixədək 15%-lə 225 gün təşkil 134 gün təşkil etdiyindən həmin müddət üzrə 40.952(qırx min doqquz yüz əlli iki) ABŞ dollarının müqabilində 14 yanvar 2015-ci il tarixdən 01 fevral 2018-ci il tarixə qədər mərkəzi bankın uçot dərə cəsinə əsasən 11925(on bir min doqquz yüz iyirmi beş) ABŞ dolları 67(altmış yeddi) sent faiz dərəcəsi təşkil edir. “xxxx” İKB ASC- nin Problemli kreditlər şöbəsinin rəisi E6 Məmmədov və müavini E8 adlı şəxs tərəfindən ona qarşı yol verdikləri qanunsuz hərəkətlər səbəbindən, etbarından sui-istifadə edərək, aldatma yolu ilə ondan aldıqları 7000(yeddi min) manat məbləğində pulun Mərkəzi bankın faiz uçot dərəcəsinə görə 08.09.2015-ci il tarixdən 3%-lə 161 gün. 15.02.2016-cı il tarixdən 05.05.2016-cı il tarixədək 5%-lə 60 gün. 03.05.2016-cı il tarixdən 08.08.2016-cı il tarixədək 5%-lə 134 gün, 08.08.2016-cı il tarixdən 15%-lə 225 gün təşkil etdiyindən həmin müddət üzrə 29 iyul 2015-ci il tarixdən etibarən01 fevral 2018-ci il tarixə qədər mərkəzi bankın uçot dərəcəsinə əsasən 1885 (min səkkiz yü z səksən beş) manat 07(yeddi) qəpik faiz dərəcəsi borc yaradır ki. həmin məbləğ əsas 7000 (yeddi min) manat məbləğin üzərinə əlavə edilməklə cavabdeh “xxxx” İK Bank ASC-dən tələb edilməsinə əsas yaradır. Cavabdeh “xxxx” İKB ASC “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC-yə məxsus olan Bakı şəhəri, ****************** ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzilin İddiaçı qanunsuz sahibliyindən alınması və vurulmuş zərərə görə 84025 (səksən dörd min iyirmi beş) manat məbləğində və iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdeh İddiaçı tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onun la əsaslandırılmışdır ki. Bankla borclu şəxs olan vətəndaş İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə əvvəllər vətəndaş İddiaçı məxsus olan Bakı şəhəri, ***************** ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin vətəndaş İddiaçı kredit üzrə öhdəliklərini icra etmədiyindən Bank tərəfindən məhkəməyə müraciət edilmiş və yekun məhkəmə qərarına əsasən vətəndaş İddiaçı cəmi 110604 (yüz on min altı yüz dörd) ABŞ dolları borcun tutulması, tutmanın qeyd edilən mənzilə yönəldilməsi və mənzil açıq hərracdan satıldıqdan sonra bir ay müddətinə boşaldılmazsa, cavabdehlər İddiaçı vəö X1 həmin mənzildən məcburi qaydada çıxarılması qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarının icrasının tə min etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirilmiş və əmlak müstəqil qiymətləndirici tərəfindən 88000(səksən səkkiz min) manata qiymətləndirilərək hərraca çıxarılmışdır. Hərracın nəticələrinə və qanunvericiliyə uyğun olaraq əmlak 56100(əlli altı min yüz) manata Banka təklif edilmiş və hərracın yekunları barədə protokola əsasən 14 yanvar 2015-ci il tarixdə bankın mülkiyyətinə keçmişdir. Bununla bağlı Banka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 fevral 2015-ci il tarixə çıxarış (kupça) verilmiş və İddiaçı və X2 mənzildən çıxarılmışdır. Məhkəmə qərarı tam icra edildiyi üçün Yasamal rayon icra şöbəsinin təqdimatına əsasən Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qərardadı ilə iş üzrə icraat a xitam verilmişdir. Lakin bundan sonra İddiaçı Bankın bir qrup əməkdaşları ilə əlaqəyə girərək yenidən həmin mənzilə qayıtmış və mənzildən istifadə etməyə başlamışdır. İddiaçı tərəfindən Banka 05.03.2015, 06.04.2015, 05.05.2015, 18.05.2015,22.06.2015, 25.06.2015 və 29.07.2015-ci il tarixində cəmi 80000(səksən min) ABŞ dolları məbləğində pul ödənilmişdir. Daha sonra İddiaçı Banka qarşı iddia ilə müraciət edərək banka ödənilmiş məbləği geri tələb etmişdir. Azərbaycan Respublikasının müvafiq instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara əsasən Bankdan İddiaçı tərəfindən artıq ödənilmiş 40052(qırx min əlli iki O ABŞ dolları vəsaitin tutularaq sonuncuya ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən qərar icra edilmiş və vəsait İddiaçı ödənilmişdir. Lakin qeyd edilənlərə və Bankın dəfələrlə xəbərdarlıqlarına baxmayraq, İddiaçı Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan “xxxx” İKB ASC-nin mülkiyyətində olan binaya (Bakı şəhəri, **************** ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzilə) daxil olmaqla oradan istifadə etməkdə davam edir və Bankın qanuni fəaliyyətinə maneə yaradır və əmlakı qanunsuz sahibliyində saxlamaqla geri qaytarmaqdan imtina edir. Bu səbəbdən Bank zərərə məruz qalmışdır. Belə ki. mövcud qanunvericiliyə görə ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan daşınmaz əmlakbalansa götürüldüyü tarixdən 25% ehtiyat yaradılır. Bu isə 14025(on dörd min iyirmi beş) manat məbləğində likvid vəsaitdən bankdan istifadə edə bilməsi anlamına gəlir. Bundan əlavə sözügedən mənzil in likvid əmlak hesab edildiyi üçün qeyd edilən dövr ərzində həmin əmlakın satışı məsələsi gündəmə gəlmiş, lakin mövcud vəziyyəti görə satışı mümkün olmamışdır. Bu səbəbdən də Banka 70000(yetmiş min) manat məbləğində zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın cavabdeh “xxxx” İKB ASCdən 11925 ABŞ dolları məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 125,129-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3, 157.2,1097.5, 449.1-c i maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkili X4 kassasiya məzmununa uyğunizahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. şikayətinin Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İKB ASC-nin vəkili X5 Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbay can Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Nəsimi Rayon Məhkəməsinin 2(006)-3786/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh “xxxx” İKB ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh “xxxx” İKB ASC-dən 40952(qırx min doqquz yüz əlli iki) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azər baycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq İddiaçı verilməsi qət edilmişdir. Nəsimi rayon icra şöbəsinin 152071 saylı, 18.05.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki,borclu “xxxx” İKB ASC-dən 40952 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq tələbkar İddiaçı verilməsi, icra sənədi üzrə icraata başlanılması, borclu “xxxx” İKB ASC-yə təklif olunsun ki, icra sənədində göstərilən tələbi 03 gün müddətində könüllü təmin olunması, könüllü təmin edilmədiyi təqdirdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcl ər və icra ödənişi borcludan tutulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3786/2016 saylı, 10.05.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun 30.05.2017-ci il tarixli qərarından görünür ki, icra sənədi icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 15.12.2015-ci il tarixli, 01/3555 saylı sorğuya cavabda görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ************** saylı binanın 80 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ******* saylı. 14.01.2015-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən 56100(əlli alktı min yüz) manata tələbkar “xxxx” İKB ASC əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.3 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin arasında kredit və ipoteka münasibəti olub. Başqa mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinə görə kredit müqaviləsi üzrə ümumilikdə 110.604 ABŞ dollar ı məbləğində pul borcalan İddiaçı borcverən “xxxx” İKB ASC-nin xeyrinə tutulmalı və tutma ipoteka predmeti olan, borcalana məxsus mənzilə - Yasamal rayonu, **************** -də yerləşən 80 №-li mənzilə yönəldilməlidir. Qətnamənin icrası zamanı mənzil 56.100 manata (71.556 ABŞ dollarına) banka təklif edilmiş, mənzil bankın mülkiyyətinə keçmiş, bankın mülkiyyət hüququ 10.02.2015-ci il tarixində dövlət reyestrində qeydə alınmış, bankın adma reyestrdən çıxarışı verilmiş, borcalan mənzildən çıxarılmış, mənzil banka təhvil verilmişdir.Bundan sonra bankın əməkdaşı ilə borcalanın arasında şifahi razılaşma əldə edilmiş, razılaşmaya görə borcalan banka müəyyən məbləğ ödəməli, bank isə mənzili borcalana qaytarmalı idi. Borcalan yaşamaq üçün mənzilə qayıtmış və banka 80.000 ABŞ dolları ödəniş etmişdir. Sonradan tərəflərin arasında yenidən narazılıq yaranmış, bankın əməkdaşı borcalana bildirmişdir ki, onun ödədiyi 80.000 dolların 39.048 dolları borca görə silinmişdir, qalan 40.952 dollar cərimə məbləğidir, mənzili boşaldaraq banka təhvil verməlidir.Bankın “cərimə məbləği” adlandırdığı 40.952 dolların bankdan alınaraq borcalana qaytarılması barədə məhkəmə qətnaməsi var. Belə ki, iddiaçı 2(006)- 3786/2016 nömrəli başqa iş üzrə “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 09.06.2016-cı il tarixli qətnamə ilə qət olunmuşdur ki, 40.952 ABŞ dolları bankdan alınaraq borcalana qaytarılsın. Məhkəmə bu məbləği qətnamədə belə əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzil 56.100 manata banka təklif edilib, mənzil bankın mülkiyyətin ə keçib, 56.100 manat həmin vaxtın valyuta məzənnəsinə görə 71.556 dollarına ekvivalent olub (1 dollar = 0,7840 manat), kredit müqaviləsi üzrə borc kimi 110.604 dollar tutulmalıdır, həmin məbləğdən 71.556 dollar çıxıldıqda 39.048 dollar qalır, ona görə də borcalan banka 39.048 dollar ödəməli idi, lakin borcalan 80.000 dollar ödəmişdir, 80.000 dollardan 39.048 dollar çıxıldıqda 40.952 dollar qalır, artıq ödənilmiş 40.952 dollar bankdan alınaraq borcalana qaytarılmalıdır. Qətnamə qüvvəyə mindikdən sonra bank onu icra etmişdir, yəni 40.952 dolları 23.05.2017-ci il tarixində borcalana qaytarmışdır. Qətnamə icra olunduğuna görə icra məmurunun 20.05.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.Borcalan iddia edir ki, o, banka 80.000 dollar ilə yanaşı 7.000 manat da ve rmişdir. Lakin bu sübut olunmamışdır. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi hesab etmişdir ki, 40.952 dolların ödənilməsinin gecikdirilməsinə görə 08.09.2015-ci il tarixindən 01.02.2018-ci il tarixinə qədər bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 11.925,67 dolların tutulması barədə tələb rədd olunmalıdır. Belə ki, borcalan 40.952 dolları könüllü şəkildə banka ödəmiş, bu ödəniş qeyri-qanuni razılaşmaya əsaslanmış, borcalan ödənişi edən zaman onun qanuna uyğun olmadığını bilmişdir. Hazırda borcalan həmin ödənişin vaxtında geri qaytarılmamasına görə itkilərə məruz qaldığını bildirir və faiz ödənilməsini tələb edir. İtkilərin yaranmasına borcalanın özünün davranışı şərait yaratdığına görə tələb əsassızdır.Bundan başqa, borcalan bankın mülkiyyətində olan mənzildə yaşayır, başqasının mənzilindən istifadə etdiyinə görə heç bir ödəniş etmir, lakin öz puluna görə faiz ödənilməsini başqasından tələb edir. Sonradan bank pulu geri qaytarsa da, borcalan indiyə kim mənzili geri qaytarmayıb. Nəzərə alınmalıdır ki, borcalan pulu banka ona görə vermişdi ki, pul banka qalmalı idi, mənzil isə borcalana. Borcalan öz davranışı ilə (bankın mənzilindən heç bir əvəz ödəmədən istifadə etməklə) özünə məxsus olan pulun bankda qalmasına razı olması barədə iradə ifadə edib. 7.000 manat pul tutulması barədə tələbə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, bu tələbə başqa işdə baxılıb, tələbin rədd edilməsi barədə qətnamə qəbul olunub, qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də qətnamə bu tələbə aid hissədə ayrıca qərardadla ləğv olunmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. 7.000 manatın ödənilməsinin gecikdirilməsinə görə 29.07.2015-ci il tarixindən 01.02.2018-ci il tarixinədək bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 1.885,7 manat pul tutulması barədə tələb rədd olunmalıdır. Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-3786/2016 nömrəli başqa iş üzrə qəbul olunmuş 09.06.2016-cı il tarixli qətnamə ilə 7.000 manat pul tutulması barədə tələb ona görə rədd olunub ki, borcalanın banka həmin pulu verdiyi sübut olunmur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Yasamal rayonu,*********************** -də yerləşən 80 №-li mənzil borcalanın sahibliyindən alınaraq banka verilməsi barədə tələb təmin olunmalıdır. Belə ki, mənzil bankın mülkiyyətindədir, borcalan mənzilə qanunsuz sahiblik edir. Zərərin əvəzi kimi 84.025 manat məbləğində pulun borcalandan alınaraq banka verilməsi barədə tələb rədd olunmalıdır. Belə ki, bank bu tələbi belə əsaslandırıb ki, borcalan bankın mülkiyyətində olan mənzilə qanunsuz sahiblik edir, bu günə kimi mənzili banka qaytarmaqdan imtina edir, nəticədə isə bank zərər çəkib. Müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamənin icrası zaman borcalan mənzili banka təhvil vermiş, lakin sonradan bank mənzili könüllü şəkildə borcalana qaytarmış, bu hərəkət qeyri- qanuni razılaşmaya əsaslanmış, bank mənzili borcalana qaytaran zaman bunun qanuna uyğun olmadığını bilmişdir. Bundan başqa, bank başqasının pulunu (40.952 dollarını) qanunsuz saxladığına görə heç bir ödəniş etmir, lakin özünün mənzilinə başqasının qanunsuz sahiblik etməsinə görə ödəniş tələb edir. Nəzərə alınmalıdır ki, bank mənzili borcalana ona görə vermişdi ki, mənzil borcalana, pul isə banka qalmalı idi. Bank öz davranışı ilə (pulu qanunsuz saxlamaqla) özünə məxsus mənzilin borcalanın sahibliyində qalmasına razı olması barədə iradə ifadə edib. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh o lunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver