Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1661/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh və X5 İddiaçı qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair, Cavabdeh və X5 İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər» tələbinə dair bir i craatda birləşdirilmiş mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2195/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi xx.xx.2013cü ildə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi xx.xx.2019-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Abşero n rayonu Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadrat metr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadratmetr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissəsində Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 440 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış, dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikililər tik mişdir.
5. Cavabdeh və X1 Asif Cəlal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus torpaq sahəsinin hasarının İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını və İddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sadıxlı X4 rayonu, Novxanı kəndində alqı-satqı müqaviləsilə üzərində fərdi yaşayış evi olan torpaq sahəsi əldə etmişdir və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX- nin xx.xx.2019-cu il qeydiyyat tarixli seriya RX ******* saylı çıxarışı ilə Cavabdeh adına xüsusi mülkiyyət hüququnda ölçüsü 0,01 ha olan torpaq sahəsi qeydə alınmışdır. Fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsilə razılaşdırılmış eskiz layihəsi tərtib olunmuşdur. 14 fevral 2019-cu il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsi 0,07 ha torpaq sahəsini 10 (on) il müddətinə Cavabdeh icarəyə vernişdir. Bu torpaq sahəsi fərdi yaşayış evinə bitişik ərazidə yerləşir. 2 ildir ki Cavabdeh və X13 həmin evdə yaşayırlar və göstərilən torpaq sahələrindən istifadə edirlər. Bu müddət ərzində torpaq sahəsilə bağlı onlara heç kim bir etiraz və ya iddia bildirməmişdir. 2020 -ci ilin noyabr ayının ortalarında Cavabdeh evinə gələndə darvazaya bitişik hasarın böyük hissəsinin dağıdılıb uçurulmasını görmüşdür. Sonradan müəyyən olunmuşdur ki, İddiaçı adında bir şəxs qanunsuz hərəkətlər, özbaşınalıq edərək, məhkəmə qərarı olmadan, müvafiq dövlət orqanlarının iştirakı olmadan iddiaçının mülkiyyətindəki torpaq sahəsinin hasarını dağıtmış, yaşayış evində olan ev əşyalarının talan olunma təhlükəsi altında qoymuşdur. Hal-hazırda Cavabdeh hasarı bərpa etmək istəyir lakin İddiaçı tərəfindən hasarın yenidən dağıdılması təhlükəsi vardır. Bu səbəbdən İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması və həmin maneənin aradan qaldırılması zərurəti yaranmışdır. Dağıdılmış hasarı bərpa etmək, həmin yeri əvvəlki vəziyyətinə gətirmək üçün tikinti materiallarına və ustaların işinə 500 0 manata yaxın pul vəsaiti ödənilməlidir. Bu hadisədən sonra Cavabdeh əsəb gərginliyindən sağlamlığı pozulmuş, qan təzyiqi qalxmış, həkim-nervopataloqa müraciət etmiş və müalicə almışdır. Eyni zamanda bundan sarsılan, hamilə vəziyyətində olan İddiaçı həyat yoldaşı X5 da əsəb sistemi pozulmuş, sancıları və ağrıları olmuş, həkimə müraciət etmiş, zəruri dərmanlar qəbul etmişdir. Beləliklə, İddiaçı bu qanunsuz hərəkətlər nəticəsində onların səhhəti pozulmuş, həyəcan keçirmişlər, mənəvi sarsıntıya məruz qalmışlar. Vurulmuş mənəvi zərərə görə İddiaçı Cavabdeh və Sadıxlı Nərgizin hər birinə ayrı-ayrılıqda 10000 manat-cəmi 20000 manat tələb olunması ədalətli olardı.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
8. Cavabdeh vək ili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında, izahatında bildirmişdir ki, ekspert rəyində məhkəmə tərəfindən ekspertiza keçirilməsinə dair qərardadın 3-cü sualına cavab olaraq, hər hansı tikili qeyd edilməmiş və koordinatların üst-üstə düşmədiyi müəyyən olmuşdur. İddiaçı özü bundan əvvəlki məhkəmə iclaslarında mübahisə predmeti olan torpaq sahəsinə 10-15 ildən bir baş çəkdiyini etiraf etmişdir. Cavabdeh torpaq sahəsini zəbt etməmişdir. Belə ki, Cavid torpaq sahəsini alanda əmlakın əvvəlki satıcısı darvaza tikmiş və Cavid torpaqda hasar tikməmişdir. Lakin, İddiaçı məhkəmə qərarı olmadan hasarı uçurtmuşdur və əməllərində cinayət tərkibi vardır. Odur ki, İddiaçı barəsində xüsusi qərardad qəbul edillməlidir. Eyni zamanda hazırda Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi iddiaçıya məxsus torpa q sahəsində yerləşmir. Lakin onlar məhkəmədən kənar barışıq əldə etmək niyyətində olsalar da, iddiaçı torpağın bazar qiymətindən qat-qat artıq torpağa görə vəsait tələb etdiyi üçün barışıq əldə etmək mümkün olmamışdır.
9. Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, Abşeron Rayon məhkəməsinin 2(012)-1151/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə ekspertizası təyin edilməsinə dair qərardada əsasən tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışlarına əsasən koordinatların üst-üstə düşüb-düşməməsinə dair tərəfindən mütəxəssis rəyi verilmişdir. Məhkəməyə də təqdim etdiyi fəzadan çəkilmiş rəngli sxemə əsasən, hər iki çıxarışın üst-üstə düşmədiyini müəyyən edirlər. Əgər çıxarışlar üst-üstə düşmürsə o zaman hər hansı tikilinin də üst-üstə düşməsindən söhbət gedə bilməz. İş üzrə tərəf Cavabdeh faktiki istifadəsində 14 sot, və çıxarışla isə 1 sot torpağı vardır. Hazırda Cavabdeh faktiki istifadəsində çıxarışla müəyyən edilən torpaq sahəsində artıq torpaq sahəsi mövcuddur və orada yaşayış evi və yardımçı tikililər müəyyən edilmişdir. İddiaçı adına qeydiyyata alınmışdır 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Lakin hazırda cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin nə qədər hissəsinin İddiaçı məxsus torpaq sahəsinə düşdüyü müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bak ı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.015 ha torpaq sahəsi (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № A№ 353774 saylı, xx.xx.2019-cu il tarixli, **********06 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron kadastr məlumat bazasında İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.015 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın d övlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.01 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlar təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı.
11. Azərbaycan Respıublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (gü nlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir.
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsi ilə (hakim X14) İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin, yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması, Cavabdeh və X5 İddiaçı qarşı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, İddiaçı Cavabdeh və X5 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 say lı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin Cavabdeh və X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı məxsus torpaq sahəsi, Cavabdeh məxsus torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. İddiaçı adına qeydiyyata alınmış 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir, Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (günlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il qeyd iyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir və göstərilən bu hallar iş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyi və Azərbaycan Respıublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyi ilə tam təstiq olunur. Ona görə də Cavabdeh İddiaçı mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 h a torpaq sahəsinə müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir.
14. Cavabdeh və X5 İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər»ödənilməsi və xüsui qərardad qəbul edilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbi Cavabdeh və X13 tərəfindən mülkiyyətə müdaxilə kimi qiymətləndirildiyindən, o cümlədən Cavabdeh və X13 tərəfindən iddianın təmin olunmasına əsas verən hər hansı bir mötəbər sübut təqdim etmədiyindən sonuncuların iddiası rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 176-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80, 84-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonr a – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Cavabdeh və X5 iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işin bütün halları tam, hərtərəfli araşdırılmamışdır. Bundan başqa iş üzrə keçirilmiş eksperiza rəyləri əsassızdır, iş üzrə yeni ekspertiza təyin ediliməlidir. Belə ki, yerdə ölçmə işləri mütəxəssis tərəfindən düzgün aparılmamış, texniki səhvlərə yol verilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2195/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi hakim), X15 və X7) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış, cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır.
19. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh qətnamənin ləğv olunmaqla onun tərəfindən verilmiş iddianın təmin olunmasını xahiş etmişdir. Lakin iddiasının və apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, ona məxsus torpaq sahəsinin hasarının İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulm asına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa ekspert rəylərinin əsassız olduğunu qeyd etsə də bunu əsaslandıra bilməmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 176-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80, 83, 84-cü,, MPM-in 4.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyin və xx.xx.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyin əsassız olması, yerində ölçmə işlərinin mütəxəssis tərəfindən dü zgün aparılmaması, texniki səhvlərə yol verilməsi və bu səbəbdən qeyd olunan işlərin düzgün icra olunmaması qeyd olunsa da, məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməmişdir. İddiaçı iş üzrə verdiyi izahatında etiraf etmişdir ki, neçə illərdir ki, mülkiyyətçisi olduğu torpaq sahəsinə sahiblik etmir. Bunun nəticəsidir ki, onun iddia etdiyi torpaq sahəsinə nə darvazası, nə qapısı və nə də bir tikilisi var. Onun uçurub dağıtdığı hasarı isə torpaq sahəsini və tikililəri Cavabdeh satan şəxs və Cavidin özü tikdirmişdir. Torpaq sahəsinin hasarı İddiaçı aid olmadığı üçün o vurduğu maddi zərərin əvəzini ödəməlidir. Eyni zamanda onun hərəkətləri nəticəsində Cavabdeh və X9 dəymiş mənəvi zərərə görə də mülki məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Kollegiyası işin bu hallarına da heç bir qiymət ve rməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquq larını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi
29. Maddə 80 torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçilərinin hüququdur.
30. Maddə 83 Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nə zərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
31. Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükd ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Bundan başqa qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2195/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.