Məhkəmə qərarları › İş №2(102)-1674/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1674/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1674/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, müqavilə öhdəliklərinin icrası, maddi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilmiş artıq pul məbləğin borcdan çıxılması, maddi və mənəvi zərərin ödənilməsi və s. tələblərinə dair ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cə miyyətinin pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1260/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı müqaviləyə əsasən, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı ( bundan sonra - mübahisəli mənzil və ya mansard) iddiaçıya 31995 manata satmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, mübahisəli mənzilin ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47,4 kv.m-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı “alqı-satqı” müqaviləsinə əsasən sonuncu tərəfindən ona verilməli olan 47,4 kv. metr sahə ilə satıcı tərəfindən ona verilən 37,5 kv metr-lik sahə arasındakı 9,9 kv metr-lik fərqin manat ekvivalentinin (9,9 x 675: 6682,50 manat) cavabdehə yaranmış borcunun qalıq hissəsi olan 22058 manat məbləğindən çıxılmasına, cavabdeh tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi, cavabdeh tərəfindən ondan dəbbə pulu kimi tələb olunan 8000 manat cərimənin əsassız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndinə əsasən, satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, satıcı müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv. metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermişdir. Müqavilədə 47,4 kv.m sahəsi olan mansardın ümumi dəyəri 31995 manat göstərilmişdir. Yəni mənzilin hər bir kv. metrinin qiyməti 675 manat dəyərləndirilmişdir. Belə olduğu halda mənzilin ümumi dəyəri 31995 manat deyil, 25315,50 manat məbləğində olmalı idi. Bu məbləğdən o, cavabdehə 9937 manat ödəmişdir. Ona görə də bu gün onun cavabdehə borcu 22058 mana t yox, 15375,50 manat olmalıdır. Bundan əlavə, alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndində satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürsə də, bu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, evin dam örtüyünün vurulmasına baxmayaraq, keyfiyyətsiz inşaat materiallarından istifadə olunmuşdur. Dam örtüyünün alt hissəsi izolyasiya edilməmişdir. Bu da yayda onların həmin mənzildə yaşamaqlarını mümkünsüz edir. Meteoroloji amillərin təsiri nəticəsində həmin örtükdə çoxsaylı dəliklər yaranmışdır. Bu səbəbdən atmosfer yağıntıları yağdığı zaman bütün yağıntı suları onun ailə üzvləriylə birlikdə yaşadığı mənzilə dolur. Buna görə də, mənzildə quraşdırdığı mətbəx mebeli sıradan çıxmış, mənzilin təmirinə ziyan dəymişdir. Binada 5 ildən çox yaşayış olmasına bax mayaraq, binanın liftləri qoyulmamış, blokların giriş qapılarında və dəhlizlərdə işıqlar quraşdırılmamışdır. O, cavabdehin təqsirli hərəkətləri ucbatından həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyini əsas gətirərək, ona 8000 manat məbləğində cərimə hesablanmışdır. O, sonuncu dəfə cavabdehə ödəniş etdiyi zaman onun borcu 22058 manat kimi qeyd olunmuşdur.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 22958 manat və 16524 manat cərimə borcu olmaqla, cəmi 39482 manat borcun, habelə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahi ş etmişdir.

6. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq iddiaçı razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. İddiaçı müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da MMC, sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış əsas və cərimə məbləğinin ödənilməsini tələb edir. Müqavilənin 4.3-cü bəndinə görə,...Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman "Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində "Satıcı”ya cərimə öd əməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və "Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra "Alıcı”ya geri qaytarılır. İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən ödəniş etməmişdir. Həmin tarixdən hazıra kimi hesablanan günlərin sayı (iki il ərzində) 720 gün və hesablanmış cərimə məbləği isə (1 gün=22.95) 16524 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən, iddiaçının xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcu 22958 manat və 16524 manat cərimə borcu olmaqla cəmi 39482 manat təşkil edir. İddiaçının iddia etdiyi məbləğlər (6682,50 AZN + 12100 AZN) əsassız olaraq, mübahisəli mənzilə görə kredit öhdəliyinin həcminin azaldılması mə qsədi daşıyır. İddiaçı qəbul etdiyi daşınmaz əmlaka dair hər hansı bir qüsur və çatışmazlıq barədə bildirməmişdir. Daşınmaz əmlakda 6 il yaşadıqdan sonra həmin əmlakın “dam örtüyü”, “izolyasiya” kimi nöqsanların aşkar edilməsinə görə iddia qaldırması absurddur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 776.1-ci maddəsinə uyun olaraq, iddiaçı icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bildiyi halda sürməyərək, iddia müddətini buraxmışdır. Çünki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin müddəaları Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə cavab verir. Həmçinin iddiaçı, ona mənəvi zərər dəyməsi ilə bağlı sübutları da məhkəməyə təqdim etməmişdir.

7. İş üzrə təyin edilmiş məhkəmə-tikinti-texn iki ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyində qeyd edilmişdir ki, mübahisəli mansardın ümumi sahəsi 46,7 kv. m təşkil edir. Mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda və divarlarda su sızma ləkələrinin olması müşahidə olundu. Tədqiq olunan mənzilin binanın mansard mərtəbədə yerləşdiyi, tavanında və divarlarında olan qüsurların, su sızma izlərinin, ləkələrinin olmasını nəzərə alaraq, 47 saylı mansardın dam örtüyü istismara yararsızdır. Mansardda su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3067 manat müəyyən olunmuşdur.

8. Məhkəmə iclasında işt irak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X1 bildirmişdir ki, ekspert rəyində smeta hissəsində səhvə yol verilmişdir. Rəyin nəticə hissəsində texniki səhv olmuşdur, əslində məbləğ 4696 manat olmalıdır. Rəyin 3-cü bəndində 181 kvadratmetr üçün 1810 manat əvəzinə 181 manat göstərilmiş və bu səhv nəticəyə təsir göstərmişdir. Sözügedən mənzilin divarlarında, tavanında çox su sızmaları mövcuddur. Mansardı dam örtüyü ilə bağlanıb, sızma qüsurları dam örtüyündə olan nasazlıqdan əmələ gəlmişdir. Tavan isə alçıpanla bağlanmışdır. Mənzilin tam daxili təmiri üçün 4696 manat tələb olunur.

9. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddiaçının xx.xx.2015-ci il tarixli müqavilə üzrə mübahisəli daşınmaz əmlakı qəbul etdiyini və qüsur barədə bildirmədiyini qeyd etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(012)-87/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) ilk iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya satılmış mübahisəli mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, mansardın dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manatın və 13 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, ilkin iddia tələbinin qalan hissələrdə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 0 3 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 21585.5 manat və 16,40 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 3 dekabr 2015-ci il tarixli mansardın alqı-satqısı haqqında müqavilədə cavabdeh tərəfindən iddiaçıya satılmış «AAAF-Park» yaşayış massivindəki mübahisəli mansardın ümumi sahəsinin 47,4 kv.metr olduğu göstərilsə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4 noyabr 2022-ci il tarixli rəyi ilə sözügedən mənzilin ümumi sahəsinin 46,7 kv.m olduğu müəyyən edilmişdir. Belə olduğu halda, əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr sahəni n 675 manat təşkil etdiyini nəzərə alaraq iddiaçıdan artıq alınmış 472,50 manat pul vəsaiti (31995 - (46,7 m2 × 675 manat) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda, divarlarda su sızma ləkələrinin olması, tavanda və divarlarda olan qüsurların mansarddan axan su sızmaları nəticəsində əmələ gəlməsi müəyyən edilmiş, qeyd olunan hallar iddiaçı tərəfin izahatı ilə yanaşı, iş materiallarında olan 4 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyi ilə tam təsdiqini tapmışdır.

13. Vurulmuş zərərin miqdarı ilə bağlı məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti mənzilin tam daxili təmiri üçün 4696 manat məbləği tələb olunuduğunu qeyd et miş və məhkəmədə ekspert rəyi tədqiq edilərkən rəydə texniki səhvə yol verildiyi, ekspertin məhkəmədə ifadəsinin həqiqəti əks etdirdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçının tələbi ümumilikdə 4100 manat olduğundan və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə görə tələbdən kənara çıxa bilmədiyindən mübahisəli mansarda su sızma nəticəsində vurulmuş ziyana görə 4100 manat məbləğində pul MMC-dən alınaraq, iddiaçıya verilməlidir.

14. Məhkəmə, iddia tələbinin mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin "xxxx" MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində pulun tutulması ilə bağlı qeyd etmişdir ki, məhkəməyə sübutlar təqdim etmədiyindən, ilkin iddia tələbi bu hissələrdə rədd edilməlidir.

15. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, 3 dekabr 2015-ci il tarixli, E/0129 saylı müqavilənin ümumi məbləği olan 31995 manatdan iddiaçı 9937 manat MMC-yə ödəniş etmiş və həmin müqavilə üzrə ödənilməmiş 22058 manat qalmış və müqavilə üzrə əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr 472,50 manat pul vəsaiti 22058 manat əsas borcdan çıxılmaqla qalan 21585.5 manat borcu iddiaçı müqavilə üzrə ödəmək öhdəliyi daşıdığından həmin məbləğ sonuncudan tutularaq cavabdehə ödənilməlidir.

16. Məhkəmə qarşılıqlı iddianın 16524 manat cərimə borcunun iddiaçıdan tutularaq MMC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissə ilə bağlı əsasl ar müəyyən edilmədiyindən rədd edilməlidir. Belə ki, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulsa da, işin faktiki hallarından görünür ki, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsinə səbəb cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olmuş və iddiaçı müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmağa məcbur olmuşdur.

17. Məhkəmə, həmçinin cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibət bildirərək hesab etmişdir ki, cavabdeh həmin ərizədə və məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsinə əsas verən hallara və həmin halları təsdiq edən sübutlara istinad etməmiş, ərizənin əsaslandırılması vəzifəsi daşıdığı halda yalnız formal olaraq müqavilənin bağlanması tarixinə istinad etmişdir. Buna görə də ərizə əsassızdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 377.1, 385.1, 425.1, 441, 442, 443.1, 443.2-ci və MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin qismən təmin olunduğu hissədə dəyişdirilərək, tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Şikayət belə əsaslandırılmışdır ki, MMC iddiaçıya 7100 manat məbləğində təmirə görə 6682.50 manat isə sahə fərqinə görə olmaqla maddi ziyan vurmuşdur. Ekspert suallara dolğun və düzgün məlumat verməmişdir. Belə ki, mənzil müqavilədən də görünür ki, mansarddır. Yəni mənzilin 30-40%-dən artıq hissəsində tavanın hündürlüyü 1.6 m-dən çox deyil. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaların”da isə ayrıca qeyd edilmişdir ki, mansard mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2.7 metrdən az olan hissəsinin sahəsi 0.7 azaltma əmsalına vurulmaqla hesablanır. Məhkəmə baxışı zamanı ifadə verən ekspert Xəyyam İsgəndərov “mənzilin ümumi sahəsinin hesablanması zamanı, tavanın hündürlüyü 2.7 metrdən az olan hissələrdə azaltma əmsalını tətbiq edibetməməsinə dair” suala “xeyr, tətbiq etməmişəm” cavabı vermişdir. Yəni, ekspert mənzilin sahəsinin hesablanması zamanı qanunvericiliyin tələb etdiyi qaydalara əməl etmədiyini özü etiraf etmiş, izahını isə verə bilmə mişdir. Həmçinin, ekspert mənzildə olan mebellərdə yararsız dam örtüyündən əmələ gələn su sızmalardan yaranmış qüsurları aşkar etsə də, həmin mebellərə və avadanlıqlara dəymiş ziyanla bağlı ümumiyyətlə rəy verməmiş, məhkəmə iclasında bunun digər ekspertizanın predmeti olduğunu bildirmişdir. İşə baxan məhkəmə iş üzrə təkrar və ya əlavə ekspertizanın təyin olunmasına dair vəsatəti təmin etməmişdir. Bununla da mənzilin sahəsinin düzgün hesablanmaması və mənzildə olan mebel və avadanlıqlara dəymiş zərərin məbləğinin hesablanması sualları açıq qalmışdır.

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və ilk iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam (təmin edilməmiş hissədə - mənzilin sahəsinə görə 472,50 man at və ziyan olaraq 4100 manat) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspertiza rəyinin nəticəsi ilə kifayətlənmişdir. Halbuki, mübahisələndirilən daşınmaz əmlakda yaranmış qüsurun (dam örtüyünün yararsız olması halı) kim tərəfdən yaranması halına qiymət verilməmiş və xərclərin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa, məhkəmə mübahisə predmeti üzrə daşınmaz əmlakın qəbul edilməsi və istifadə- istismarına dair MMC tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinə düzgün hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. xx.xx.2015-ci il tarixli mansardın alqı-satqısı haqqında müqavilənin predmeti mansarddır. Həmin mansardı-daşınmaz əmlakı iddiaçı izahatında və çıxışında bildirdiyi (etiraf etdiyi) kimi 2017-ci il tarixində qəbul etmiş və 2020-ci il tarixinə kimi mübahisələndirməmiş, qüsurlar barədə bildirməmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin “cərimə borcunun tutulması” hissəsi düzgün qiymətləndirilməmişdir.

23. Apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/59319/ 6119 nömrəli rəyinə əsasən, mübahisəli mansardın ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 1.1-ci bəndinə uyğun olaraq (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) ümumi sahəsi 47.5 kv.m, eləcə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələblərinə əsasən ümumi sahəsinin 38.92 kv.metr təşkil etdiyi müəyyən edilir. Mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymət lərinə uyğun olaraq, 4547,0 manat məbləğində müəyyən olunur. Ekspert baxışına təqdim edilmiş 2,9 p/metr ölçülü mətbəx mebelində olan qüsurlar (mebelin gövdəsini təşkil edən taxtalar şişib, qabarıb və sair), dam örtüyündən su sızma nəticəsində əmələ gələn qüsurlara xarakterikdir. Həmin 2,9 p/metr ölçülü mətbəx mebelinin təmir-bərpasına çəkiləcək xərcin ümumi məbləği təxminən 300,00 manat müəyyən olunur.

24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1260/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-cavabdeh tərəfindən mübahisəli satışı zamanı sa həni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, mətbəx mebelinə görə xərclənmiş pul vəsaitinin tutulmasının və dəbbə pulunun əsassız hesab olunmasının rədd edilməsinə dair hissələrdə ləğv edilmiş, ilk iddia tələbinin alğı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması hissəsində təmin edilməməsi, mübahisəli mansardda dam örtüyünün yararsız olması səbəbindən mətbəx mebelinin təmirinə görə 300 manat MMC-dən alınaraq iddiaçıya verilməsi, xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 22058 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirimədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2015-ci il tarixli müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mansard sahəsinə hansı hissələrin daxil edildiyi, sahənin necə hesablandığını müfəssəl müəyyənləşdirmişlər. İlk iddia tələbinə görə satıcı müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv.metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermişdir.

26. Məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mansardın sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

27. Məhkəmə hesab etmişdir ki, mansardın sahəsi ilə bağlı göstərilənlər müqavilənin mühüm şərtləri olmuş və tərəfl ər həmin şərtlər barəsində tələb olunan formada razılığa gələrək yuxarıda adı çəkilən müqaviləni bağlamışlar. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən müqavilədə hesablaşma sahəsi konkret olaraq nəzərdə tutulmuşdur. Fiziki və hüquqi şəxslər isə mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Buna görə də qətnamə cavabdeh tərəfindən mübahisəli satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, mətbəx mebelinə görə xərclənmiş pul vəsaitinin tutulmasının və dəbbə pulunun əsassız hesab olunmasının rədd edilməsinə dair hissələrdə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir.

28. Mə hkəmə, ilk iddia tələbinin mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manatın və mətbəx mebelinin təmirinə görə 3000 manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə istinad edərək, həmçinin qeyd etmişdir ki, mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin ümumi dəyəri tələbdən çox olsa da, məhkəmə iddia tələbindən kənara çıxmamaqda haqlı olmuşdur.

29. Məhkəmə, ilk iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində də cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə dair mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.

30. Məhkəmə, qa rşılıqlı iddia tələbinin iddiaçıdan ödənilməmiş borcunun qalıq hissəsi olan 22058 manat borcun iddiaçıdan tutulması, həmçinin cərimə borcu hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli mansarda 2019-cu ilin yay aylarında köçmüşdür, su sızmanın olmasını yağış yağanda bilmişdir. Qüsurlar tədricən üzə çıxmağa başlamışdır. Digər tərəfdən iddiaçının müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməməsinə səbəb eyni zamanda cavabdehin qüsuru aradan qaldırmaması olmuşdur. İddiaçı qüsuru özü aradan qaldırıb xx.xx.2021-ci il tarixdə mövcud iddia ilə çəkdiyi xərclərin əvəzini tələb etmişdir. Belə olan halda iddia müddəti ötürülməmişdir.

31. Məhkəmə qənaətini Mülki Məcəllənin 373.4, 776.1, 776.2-ci maddələrinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin alğı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması hissəsində təmin edilməməsi hissəsində və “03 dekabr 2015-ci il tarixli alqı-satqı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 22058 manatın iddiaçıdan tutulması hissəsində ləğv edib, həmin hissədə yeni baxışa göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddiaçının apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

34. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi

35. Maddə

377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət icəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə

405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə

443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

42. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməli dir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

45. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

46. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

47. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1260/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver