Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1804/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağayev Fərid Sahib oğlu cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X5, İddiaçı3 Cavabdeh qarşı əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1744/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 01 iyun 2008-ci ildə, Ağayev Ağaxan Misirxan oğlu 14 dekabr 1985-ci ildə vəfat etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2(074)-60/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağayev Ağaxan Misirxan oğlundan qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 10 8,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda İddiaçı1 payı 1/7 hissədə müəyyən edilmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli e-2(074)-730/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağayev Ağaxan Misirxan oğlundan qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçılar İddiaçı2 payı 1/7 hissədə və İddiaçı3 payı 1/7 hissədə müəyyən edilmişdir.
4. Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi İddiaçı2, 5/7 hissəsi Ağayev Fərid Sahib oğluna məxs usdur.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarilxi 3-16-16/2-10/9408 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin sayını və onların payına düşən sahəni, həmin paya uyğun sahələrin movcud olmadığını, yalnız bir sanitar qovşaq (tualet, hamam) bir mətbəxt olduğunu nəzərə alaraq həmin yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün “AzDNT 2.7-2 “yaşayış binaları Layihəlşdirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “yaşayış evlərinin real bölgüsünün mümkünlü yünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, X5, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər, İddiaçı1 və həyat yoldaşı – xx.xx.1970-ci il təvəllüdlü X1 onun paylı mülkiyyətində olan Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Ağayev Ağaxan Misirxan oğlu xx.xx.1985-ci ildə vəfat etmiş, mərhumdan miras qalmış Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ 4/7 pay mərhumun adında qeydiyyatda qalmaqla qalan 3 pay vərəsəlik qaydasında müvafiq olaraq iddiaçıların mülkiyyətinə keçmişdir. Belə ki, həmin daşınmaz üzərində iddiaçı – İddiaçı1 1/7 payı, İddiaçı2 1/7 payı, İddiaçı3 1/7 payı müəyyən edilmiş, qalan 4/7 pay mərhum Ağayev Ağaxan Misirxan oğlunun adında qeydiyyatda qalmışdır. (Sənəd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış). Buna baxmayaraq iddiaçılar öz mülkiyyətlərində olan daşınmaz əmlakdan istifadə edə bilmirlər. Belə ki, həmin ev və torpaq sahəsi tam olaraq iddiaçıların qardaşı Cavabdeh istifadəsində olub, iddiaçılara öz mülkiyyətlərindən istifadə etmələrinə mane olur, onları həmin evə-həyətə buraxmır. Bu iş tərəflər arasında ciddi mübahisələrə səbəb olur. Ona görə də, məhkəmə qaydasında həmin ev və torpaq sahəsi iddiaçıların mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməli və onların naturada payları müəyyən edilməli və iddiaçılara öz mülkiyyət hüquqlarından maneəsiz istifadə imkanı veri lməlidir. Bundan başqa, iddiaçılara həmin ev və torpaq sahəsinin onlara məxsus olan hissədən istifadəsi ilə bağlı manelərin qoyulması cavabdehə qadağan edilməli, iddiaçıların həmin ev və torpaq sahəsinin onlara mülkiyyət hüququ ilə məxsus olan naturada bölünmüş hissəyə köçürülməsi təmin edilməlidir. İddia tələbi qeyd edilən tələblər ilə bağlıdır. Əvvəlcə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə və MPM-in 4.3-cü maddəsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərək Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsindən mülkiyyətçilər İddiaçı2, İddiaçı3, İddiaçı1 düşən payı naturada müəyyən edilərək 5 gün ərzində bildirilməsi, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Həmin pretenziya məktub cavabdehə xx.xx.2023-cü il tarixində çatsa da, bu günə qədər hər hansı bir cavab verməmişdir. Bu səbəblə məhkəmədə iddia qaldırmağa məcbur qalmışlar.
8. Şamaxı Rayon Məhkəməsinin (hakim Fərid Yaqubov) xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı1 ailə üzvü olan X2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(074)-57/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək id dianın tam təmin edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə ekspertin verdiyi rəy əsasında müəyyən etmişdir ki, həmin əmlakın naturada bölgüsü mümkün deyildir. Bu durumda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məc əllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir” tələbinə əməl edildiyi müəyyən olunur. Bundan başqa, məhkəmə açıq-aydın iddiaçıların hansı qaydaya əməl etmədiyini də bildirmir. Məhkəmənin iddiaçıların “Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi” tələbinin rədd etməsi Mülki Məcəllənin 220-ci və digər maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı və digər maddələrinə ziddir.
12. Cavabdeh da apellyasiya şikayəti vermiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-57/2024 saylı qətnaməsini tamamilə rədd edilərək, iddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı əml akın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bir icraatda baxıla bilməyən iki tələbə bir yerdə baxaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçılar Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi tələbi tamamilə ayrı tələb evə köçürülmə tələbi isə tamamilə ayrı tələbdir. Çünkü fərdi yaşayış evi və yaxud mənzilin paylar müəyyən olunubsa açıq hərracda satılıb hərənin payına uyğun pulunun bölüşdürülməsi qan unvericilikdə nəzərdə tutulub. Lakin əgər ev tikinti norma qaydalarına uyğun paylara müvafiq bölünməsi mümkün deyilsə bu zaman ev hərracda satılıb paylara uyğun bölüşdürülməlidir. Bu tip işlərlə bağlı Konstitusiya Məhkəmənin Plenum qərarı var. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya v ermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Konstitusiya Məhkəməsinin həmin qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Digər mülkiyyətçilər kompensasiya verməyə məcbur edilə və ya onların üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçılar 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 məxsusdur. Qanunla məhkəmə müəyyən etməli idi ki o, 1/7 hissələrlə bağlı iddiaçılara kompensasiya verir ya yox əgər kompensasiya versəydi onların mülkiyyət hüquqlarına xitam verilirdi və ya o, kompensasiya alır ya yox. Bu 3 mərhələni tətbiq edib aydınlaşdırmadan o evdə yaşamayan, evlə əlaqəsi olmayan iddiaçıların həmin evə köçürülməsi tamamilə kobud qanun pozuntusudur. Şamaxı rayon Məhkəməsinin 2(074)57/2024 saylı qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməs indən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
15. Apellyasiya icraatı zamanı Fərid Ağayev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
16. Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1744/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (L.Rəhimli (sədrliyi və məruzəsi ilə), hakimlər A.Süleymanova və F.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi qismən – “ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbi təmin edilməmiş, qətnamə qalan mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya icraatı zamanı müəyyən olmuşdur ki, dövlət reyestrindən xx.xx.2024cü il tarixli çıxarışa əsasən Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi İddiaçı2, 5/7 hissəsi Ağayev Fərid Sahib oğluna məxsusdur.
18. Cavabdeh hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın hərracdan satilmasına dair iddiaya cavab verməli şəxs olmadığından, hazırki iddia isə Cavabdeha qarşı qaldırıldığından, birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh əsl cavabdehlə əvəz olunmadığından, Fərid Ağayevin paylı mülkiyyətin hərracdan satılmasına dair münasibəti öyrənilmədiyindən, hazırkı vəziyyətdə Cavabdeh paylı mülkiyyətçi olmadığından ona qarşı həmin əmlakın hərracdan satılma sına dair iddia təmin oluna bilməz.
19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadının 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, üm umi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
20. Göründüyü kimi, mübahisəli əmlakla bağlı paylı mülkiyyətçilərin paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılığın əldə olunması istiqamətində Fərid Ağayevin münasibəti öyrənilməmişdir. Odur ki, belə olan halda iddia həmin hissədə təmin oluna bilməz.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ümumi mülkiyyətdə olan əşya nın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl mülki qanunvericilik ilə nəzərdə tutulmuş qaydalara riayət edilməlidir.
22. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək İddiaçı1 ailə üzvü olan X2 ilə birlikdə Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradıılması aradan qaldırılmalı olması qənaətinə gəlmişdir.
23. Məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada həmçinin müəyyən edilmişdir ki, mübahisəli evdə hal-hazırda Cavabdeh yaşayır. Kollegiya hesab edir ki, Cavabdeh hazırda İddiaçı1 paylı mülkiyyətində olan yaşayış sahəsinə buraxmamaqla, həmin evdə yaşamasına və paylı mülkiyyətçi kimi əşyadan istifadə hüquqlarını həyata keçirilməsinə maneə törətdiyindən, həmin məneələrin aradan qaldırması və İddiaçı1 evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
24. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən, yəni iddiaçının İddiaçı1 sözügedən evə köçürülməsi, cavabdeh tərəfindən yaradılan hər hansı maneənin aradan qadırılması hissəsində razılaşsa da, digər, yəni İddiaçı1 ailə üzvü olan Səbirə Usubaliyevanı iş üzrə iddiaçı olmadığından və onun belə tələbi olmadığından əri İddiaçı1 iddiası əsasında onun həmin evə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan R espublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1, Mülki Məcəllənin 152.1, 152.5, 213.1, 213.2, 213.3, 215.1, 215.2, 215.6, 218.1, 218.2, 218.3, 221, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadına, MPM-nin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə iddia ərizəsi məhkəməyə verilərkən Cavabdeh müb ahisəli daşınmazı əmlakın birgə mülkiyyətçilərindən biri idi. Belə ki, işdə olan tərəflər arasında olan vərəsəlik mübahisələrinə dair qətnamələr bu faktı təsdiq edir. Məhkəmə icraatı davam edərkən həmin daşınmaz əmlak üzrə Ramin və digər mülkiyyətçilər öz paylarını iddiaçıların və Cavabdeh qardaşı oğlu olan Fərid Ağayevə formal qaydada bağışlayıblar. Yəni məhkəmə icraatı davam edərkən hüquq varisliyi qaydasında Cavabdeh dəyişib və yerinə Fərid Ağayev keçib.
29. Apelyasiya Məhkəməsinə vəsatət verərək xahiş etmişdir ki, MPM-nin 58.1-ci maddəsinin “Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münas ibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür” tələbinə əsasın Fərid Ağayev, Cavabdeh hüquq varisi hesab olunsun. Lakin Apelyasiya Məhkəməsi MPM-nin 58.1-ci maddəsinin tələbini pozaraq heç bir əsas olmadan bu vəsatəti təmin etmədi. Amma bu proses bununla yekunlaşmadı. Apelyasiya məhkəməsində qətnamə qəbul ediləndən sonra Cavabdeh, formal qaydada Fərid Ağayev verdiyi payı ondan geri aldı. Belə ki, X12 şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin öz adına formal olaraq qeydiyyata alınmış 5/7 hissəsini Cavabdeh adına keçirtdi. Belə ki, xx.xx.2025-ci il tarixli DƏDRX-dən alınmış çıxarışdan görünür ki, Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 5/7 hissəsi Cavabdeh, 2/7 hissəsi isə İddiaçı1 mülkiyyətindədir (Çıxarışın surəti əlavə olunur). Məhz bu fakt belə məhkəmə qətnaməsinin qanunvericiliyin maddi və prosessual hüquq normalarına zidd olduğunu təsdiq edir. Göstərilən faktı nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli və İddiaçı1 hüququ təmin olunmalıdır. Bundan başqa İddiaçı1 ümumi paylı mülkiyyətçidir. Belə ki, o da Sumqayıt Apelyasiya Məhkəməsində qətnamə qəbul ediləndən sonra Adıgözəl Ağayevə məxsus olan payı əldə edib. Hal hazırda həmin mübahisəli daşınmazı üzərində İddiaçı1 2/7 payı, Cavabdeh 5/7 payı var. Yəni həmin əmlak İddiaçı1 ilə Cavabdeh ümumi mülkiyyətindədir. İddiaçı1 ümumi mülkiyyətdə olan həmin əmlakın naturada ayrılmasını məhkəmədən xahiş edib. Şamaxı Rayon Məhkəməs ində ekspertin verdiyi rəy əsasında müəyyən edib ki, həmin əmlakın naturada bölgüsü mümkün deyildir. Bu durumda tərəflər arasındakı mübahiəsnin daha böyük fəsadlara səbəb olmasının qarşısını almaq üçün tək çıxış yolu həmin daşınmaz əmlakın açıq hərracda satışının təşkil olunmasıdır. Məhkəmə açıq hərracda satışa icazə vermədiyi kimi, iddiaçıların hansı qaydaya əməl etmədiyini də bildirmir. Hesab edir ki, Məhkəmənin iddiaçıların “Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan İddiaçı1 ödənilməsi” tələbinin rədd etməsi Mülki Məcəllənin 220-ci və digər maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, 60-cı və digər maddələrinə ziddir. İddiaçı1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evində mülkiyyətçidir. Onun ən təbii hüququdur ki, mülkiyyətində olan fərdi yaşayış evini istədiyi şəxsə kirayə, icarəyə, istifadəyə versin, eyni zamanda istədiyi şəxsin həmin evə köçürülməsinə mane olan digər mülkiyyətçi Cavabdeh bunun təmin edilməsini məhkəmə qaydasında tələb etsin. Lakin məhkəmə hesab edir ki, mülkiyyətçi İddiaçı1 belə bir hüququ yoxdur. Bu qəbul edilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh və üçüncü şəxs Ağayev Fərid Sahib oğlu kassasiya şikayətinə qarşı ayrı-ayrılıqda yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya baxışının hədlər i
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
36. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mü lkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
37. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
38. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
39. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iş tirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı m ərhələsində mümkündür.
41. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyasının mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq p ozuntuları ilə qəbul edildiyi üçün ləğv edilərək yeni baxışa qaytarılmalıdır.
45. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən müəyyən olmuşdur ki, iddiaçılar tərəfindən iddia qaldırılarkən Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi vərəsəlik qaydasında Cavabdeh paylı mülkiyyətində olsa da, dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən sonradan evin 5/7 hissəsi Ağayev Fərid Sahib oğlunun mülkiyyətinə keçmişdir.
46. Apellyasiya məhkəməsinə sonuncu məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ağayev X8 şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan 5/7 hissəsini yenidən Cavabdeh bağışlayaraq cavabdehin mülkiyyətin ə qaytarmışdır.
47. Apellyasiya instansiyası məhkəməsi bu müqaviləni nəzərə almadan hesab etmişdir ki, Cavabdeh mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın hərracdan satilmasına dair iddiaya cavab verməli şəxs olmadığından və iddia Cavabdeha qarşı qaldırıldığı halda birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh əsl cavabdehlə əvəz olunmadığından, Fərid Ağayevin paylı mülkiyyətin hərracdan satılmasına dair münasibəti öyrənilmədiyindən ona qarşı həmin əmlakın hərracdan satılmasına dair iddia təmin oluna bilməz.
48. Kollegiya bu mövqeni əsassız hesab edərək qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 5/7 hissəsi yenidən Cavabdeh mülkiyyətinə qaytarıldığından onun iddiaya cavab verməli şəxs olmadığına dair məhkəmənin gəldiyi nəticə düzgün deyil. Bundan əlavə maddi hüquq münasibətlərində şəxslərin dəyişməsi MPM-nin 58-ci maddəsinə əsasən prosesin istənilən mərhələsində cavabdehin prosessual hüquq varisi ilə əvəz edilməsinə əsas verdiyindən apelyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinin Ağayev Fərid Sahib oğlunun mülkiyyətində olduğu dövrdə Cavabdeh prosessual hüquq varisi ilə əvəz edilməsini təmin edə bilərdi.
49. Cavabdeh xx.xx.2024-cü il tarixdən fərdi yaşayış evinin 5/7 hissəsini əldə etdiyindən artıq onun prosessual hüquq varisi ilə əvəz edilməsinə zərurət olmadığı üçün işə yenidən baxılarkən iddiaçının ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxılaraq mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommers iya Kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqe nəzərə alınmaqla həll edilməlidir. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Əgər paylı mülkiyyətdə olan əmlakın yalnız iki mülkiyyətçisi qalmışsa iddiaçının tələbi əsasında payın ayrılması deyil, MM-nin 221-ci maddəsi tətbiq edilməklə ümumi mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı hüquqi prosedur müzakirə edilməlidir.
50. İşdən eyni zamanda görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edildiyi hissədə qətnaməni Cavabdeh apellyasiya şikayəti əsasında yo xlayaraq İddiaçı1 paylı mülkiyyətində olan evə köçürülməsinə dair hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşsa da İddiaçı1 ailə üzvü olan Səbirə Usubaliyevanın evə köçürülməsi ilə bağlı hissədə qətnaməni ləğv etmişdir. Halbuki xx.xx.2024-cü il tarixdən sözügedən fərdi yaşayış evinin 5/7 hissəsinin Ağayev Fərid Sahib oğlunun mülkiyyətinə keçdiyindən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilərkən onun sözügedən fərdi yaşayış evinə dair hansı hüququ olduğu və mülkiyyət hüququ başqasına keçdikdən sonra iş üzrə qəbul edilmiş qətnamə ilə hansı hüququnun pozulduğuna məhkəmə tərəfindən hüquqi qiymət verilməli, buna müvafiq olaraq cavabdehin apellyasiya şikayətinin mümkünlüyü yenidən müzakirə edilməli idi.
51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1744/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.