Məhkəmə qərarları › İş №2(102)-1865/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1865/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Müqavilənin etibarsız h
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, X37, X38 və X13 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaç ı ilkin iddia üzrə Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X49, X50 və X25 qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-111/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X44 18 may 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir. X27 xx.xx.1931-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X97, anası X29r. X73 ilə X27 arasında xx.xx.1958-ci ildə nikah bağlamışdır.

2. X28 tərəfindən X21 anası X20 miras qalmış əmlakla bağlı vərəsəlik işinin aparılması üçün etibarnamə verilmişdir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 yanvar 1976-ci il tarixli şəhadətnaməyə əsasən 18 may 1975-ci il tarixdə vəfat etmiş X26 vərəsəsi X17r. Şəhadətnamə verilən miras əmlak: ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. 4. ünvan 2 saylı evin yarısı xx.xx.1947-ci il tarixdə X63 tərəfindən notariat kontorunda 28741 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1. 5. xx.xx.1976-cı il tarixdə X26 vəfatından sonra 6/12 hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X28 vərəsəliyi qəbul etmişdir. 6. xx.xx.1980-cı il tari xdə X28 alqı-satqı müqaviləsinə əsasən 29.1 kv.m-dən 1 otağı və 12,8 kv.m-dən ibarət köməkçi sahəni X3. 7. xx.xx.1983-cü il tarixdə X28 alqı-saqı müqaviləsinə əsasən 35.6 kv.m-dən ibarət 2 otağı və köməkçi sahəsi 33.1 kv.m 3/12 hissəni İsmayılov X6. 8. 41 saylı Bakı Dövlət Notariat Kontorunda bağlanmış 04 noyabr 1999-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsini X28 Cavabdeh bağışlamışdır.

9. Bakı şəhəri, H.Sultanov küçəsindəki 231,5 kv.m yaşayış sahəsi, 382,1 kv.m ümumi sahədən ibarət 27/29 saylı fərdi yaşayış evi 2/12 payda Cavabdeh adına, digər paylar üzrə isə X68, X14, X69, X22, X56, X57, X4 və digərlərinin adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)1395/2012 saylı qətnaməsindən görünür ki, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X2 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi, həmin mənzil barədə alqısatqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə İddiaçı, 1/12 hissədə X58, 1/12 hissədə X5, 3/12 hissədə X11, 2/12 hissədə X46, 1/12 hissədə X36, X70, X75 və X59, 1/12 hissədə X47 və 1/12 hissədə isə X51 məxsus olmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012ci il tarixli, 2(004)-1395/2012 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1188/2023 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)-1395/2012 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi, ünvan 3 ünvanında yerləşən mənzil barədə alqısatqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X2 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilə, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin bərpa edilməklə əvvəlki vəziyyətə gətirilməsi qərara alınmışdır.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan gö rünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 382.10 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə ********* qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına, 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə X39 adına, 1/12 hissədə X52 adına, 3/12 hissədə 30/267 qeydiyyat nömrəsi ilə xx.xx.1983-cü il tarixdə X8 adına, 1/12 hissədən ¼ hissədə X36, 1/12 hissədən ¼ hissədə X70, 1/12 hissədən ¼ hissədə X75, 1/12 hissədən ¼ hissədə X53 adına, 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X19 adına, 2/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X32 adına və 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə X48 adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X28 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X15 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)-1395/2012 saylı qətnaməsi ilə 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X2 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi, həmin mənzil barədə alqı-satqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minərək icra olunmuş, onun adına çıxarış verilmişdir. Sonradan cavabdeh tərəfindən bu qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamə tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı yalnız 2011-ci ildə məhkəməyə müraciət etdikdən sonra məhkəmə gedişi zamanı öyrənmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlə bağışlama müqaviləsi bağlanmış və onun hüquqları qeydə alınmışdır. Həmin ev iddiaçının babası X33 tərəfindən 1957-ci ildə həmin mənzilin o vaxtkı sahibi X20 18500 rubla alınmışdır. Lakin həmin vaxt alqı-satqı müqav iləsi yazılı notarial qaydada rəsmiləşdirilməmiş, iddiaçının babasının və onun ailə üzvlərinin həmin evə qeydiyyata düşməsi ilə həyata keçirilmişdir. İddiaçı özü isə 1960-cı ildən həmin evdə yaşayır və 1973- cü ildə ora qeydiyyata düşmüşdür. Yasamal Rayon Məhkəməsində aparılan icraat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, X44 xx.xx.1947-ci ildə X40 notarial alqı-satqı müqaviləsi əsasında həmin əmlakın yarısını almışdır. xx.xx.1976-cı il tarixdə X26 vəfatından sonra 6/12 hissəyə dair 1 saylı DNK-da 1kn n-99 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X28 vərəsəlik qəbul etmişdir. xx.xx.1999-cu il tarixdə X28 41 saylı DNK-da 3M-686 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinə əsasən əmlakın 2/12 hissəsini Cavabdeh bağışlamışdır. Bunun əsasında cavabdehə xx.xx.1999-cu il tarixli, 001855 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu bağışlama müqaviləsi bağlanarkən həmin evdə qeydə olan şəxslərin razılığı alınmamışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən, “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq infor masiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.” Cavabdeh heç vaxt həmin evdə yaşamamış, onun saxlanmasında iştirak etməmiş, həmin evlə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bu illər ərzində iddiaçı və ailə üzvlərindən başqa evdə heç kim yaşamamış, hər hansı şəxs tərəfindən etiraz irəli sürülməmişdir. Qeyd olunan evdə istifadə olunan bütün kommunal xidmətlər iddiaçının adınadır. Ev ilkin olaraq alındığı zaman 2 otaqdan ibarət olmuş, daha sonra iddiaçının atası tərəfdən təmir və yenidənqurma işləri aparılaraq 4 otağa çevrilmiş, iddiaçının özü tərəfindən isə tamamilə sökülərək yenidən inşa olunmuş, dəfələrlə təmir olunmuş, sonuncu dəfə 2020-ci ildə yenidən təmir edilmiş, böyük miqdarda vəsait xərclənmişdir.

17. Cavabdeh, İddiaçı, X49, X50 və X13 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı Cavabdeh tərəfindən 14.500 manat məbləğində pul kompensasiyası ödənilməklə onun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

18. Qarşılıqlı iddia ərizəsi onuna əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi ünvan 3 ünvanında ye rləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi üçün, sözügedən iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. İddiaçının sözügedən ünvanda qeydiyyatda olması, həmin ünvanda yerləşən əmlakla əlaqədar həyata keçirilmiş bağışlanma müqaviləsini mübahisələndirməyi istisna edir ən azından ona görə ki, iddiaçının qeyd edilən əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur. İddiaçı müqavilənin bağlanması və əqdin etibarsız hesab edilməsi tələbi ilə bağlı 1999-ci il deyil 2012-ci ildə (ilkin iddia qaldırılan vaxt) iddia qaldırmışdır ki, bu da əqdi mübahisələndirmək üçün iddia müddətinin ötürülməsi deməkdir. Bundan başqa, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət N otariat X2 tərəfindən ona bağışlanmasına dair müqavilənin yalan əqd olduğunu təsdiq edəcək hər hansı mötəbər sübut iddia ərizəsinə əlavə olunmamış, iddia tələbinin əsaslılığını təsdiq edəcək sübutlar iş materiallarında mövcud deyildir. Eyni zamanada qeyd edilməlidir ki, iddiaçının 1960-cı ildən həmin mənzildə yaşamasını və 1973-cü ildən qeydiyyata düşməsi və hal-hazırda da ailəsi ilə birlikdə adı çəkilən mənzildə yaşaması faktı mənzilə dair bağlanılmış bağışlanma müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsızlığını zəruri edən hallar konkret olaraq qanunvericilikdə göstərilmişdir. Mübahisəli mənzil X30 məxsus olmuşdur ki, o da onun anasının nənəsi olmuşdur. 1976-cı il tarixində X16 vəfat etdikdən sonra mübahisəli əmlak vərəsəlik qaydasında qızı Kazakova X7. X28 isə onu n anasının xalası olmuşdur. X26 qızı X28, yəni onun anasının xalası 1999-cu ildə əmlakı bağışlanmaq müqaviləsi əsasında əmlakı ona bağışlamışdır. X12 həyat yoldaşı özbək olduğu üçün soyadı Kazakova olub. X12 qızlıq soyadı isə Həsənova olub. Nəticə etibarı ilə göründüyü kimi, X28 onun anasının doğma xalasıdır. X12 bacısı Xanımın həyat yoldaşı Lənkəran şəhərindən olan Kələntərov Nəriman iddiaçının mübahisəli evə tələbə olduğu üçün qeydiyyata düşməsini xahiş etmiş və bu səbəbdən qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da alır yazılıb, almalıdır qeyd edilməyib. Daha sonra belə bir razılığın alınmamasının əqdi n etibarsızlığına səbəb olmasına dair də hər hansı bir norma mövcud deyil. İddiaçı mübahisəli mənzil barədə alqı-satqı müqaviləsinin onunla bağlanılmasını tələb etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin 24 iyun 2005-ci ildən qüvvədən düşdüyünü nəzərə almamış, iddia tələbinin də məhz nə üçün qeyd edilən vaxtdan əvvəl irəli sürməməsinə dair iddia ərizəsinə hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Qüvvədə olmuş həmin normaya görə, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eyni zamanda, normada da qeyd edildiyi kimi, iddiaçı əqdin notaria t qaydasında təsdiqlənməsindən boyun qaçırılma ilə bağlı da hər hansı bir sübut təqdim etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1395/2012 saylı, 14 may 2012-ci il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)- 1188/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1395/2012 saylı, 14 may 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanmışdır. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinə icrada dönüş barədə ərizə ilə müraciət olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1188/2023 saylı qərardadına əsasən ünvan 3 ünvanında yerlə şən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) Cavabdeh mülkiyyət hüquqlarının bərpasının təmin edilməsi üçün icrada dönüş barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmiş, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində ərizə təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) Cavabdeh mülkiyyət hüquqları bərpa edilmişdir. Nəticə etibarı ilə iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata düşdüyü üçün ona kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini əsaslı hesab edirlər. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzildən (2/12 hissə) cavabdehin mənzilində qeydiyyatda qalması və yaşaması cavabdehin mülkiyyət hüquqlarını pozur. Cavabdehə nəzərdə tutulmuş məbləğdən də artıq kompensasiya verməklə fərdi yaşayış evindən istifadə hüququna xitam vermək qanunvericiliyin tələblərindən də göründüyü kimi mümkündür. Belə ki, “Əmlak Ekspert Mərkəzi” tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, ƏEM/İ 76424/23 saylı “Daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə” arayışa görə ünvan 6 ünvana bilavasitə yaxın olan yaxşı təmirli 4 (dörd) otaqlı, yaxşı təmirli, ümumi sahəsi 108,79 kv.m olan fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 350-400 manat təşkil edir. Göründüyü kimi, ən yüksək aylıq kirayə haqqı ilə hesablansa üç illik müddət üçün cəmi məbləğ (36 ay x 400 = 14400 manat) 14400 manat təşkil edir. Lakin cavabdeh qe yd edilən məbləğdən də artıq, yəni 14.500 manat kompensasiya verməyə hazırdır. Eyni zamanda, İddiaçı və onun ailə üzvləri mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır.

19. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı Cavabdeh tərəfindən 17.000 manat məbləğində kompensasiyası ödənilməklə onun (ailə üzvlərinin) ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə aşağıda qeyd edilmiş şəkildə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 9/8153 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı 450 (dörd yüz əlli) manat olduğu qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə götürərək aylıq kirayə haqqı ilə hesablansa üç illik müddət üçün cəmi məbləğ (36 ay x 450 = 16200) 15200 manat təşkil edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qeyd edilən məbləğdən də artıq 17.000 (on yeddi min) manat kompensasiya verməyə hazırdır.

21. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı 25.000 manat məbləğində kompensasiyası ödənilməklə İddiaçı (ailə üzvlərinin), X9, X34 və X41 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin), X9, X34 və X41 istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması onların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə aşağıda qeyd edilmiş şəkildə qarşılıqlı iddia tələbinin həcminin artırılması zərurət i yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 18/2-4221/2024 saylı məktubda, həmin rəydə ünvan 3 ünvanında qeydiyyatda olan bütün şəxslərin dairəsi göstərilmişdir. Halbuki, mübahisə ilə əlaqədar “ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ailə üzvlərinin dairəsi barədə dəqiq məlumatın” əldə edilməsi zəruridir. Bu səbəbdən mövcud məktuba əlavə edilmiş siyahıya əsasən ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ailə üzvləri kimi aşağıdakılar göstərilmişdir: iddiaçının özü İddiaçı; həyat yoldaşı - X25; oğlu - X49; oğlu - X60. Göründüyü kimi, qarşılıqlı iddia tələbinin ikinci hissəsi istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evind ən çıxarılma ilə bağlı olduğu üçün X25, X49 və X60 cavabdehlər şəxs qismində cəlb edilməlidir. Bu səbəbdən, məhkəmədən sözügedən şəxslərin cavabdehlər qismində cəlb edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 9/8153 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı 450 (dörd yüz əlli) manat olduğu qeyd edilmişdir. Göründüyü kimi, ekspert rəyi nəzərə alaraq aylıq kirayə haqqı ilə hesablansa, üç illik müddət üçün cəmi məbləğ (36 ay x 450 = 16200 on altı min iki yüz manat) 16200 manat təşkil edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh lütfkarlıq göstərərək q eyd edilən məbləğdən daha artıq 25.000 (iyirmi beş min) manat kompensasiya verməyə hazırdır.

23. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8153 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 7 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 108,81 kv.m, 15,81 kv.m həyətyanı sahəsi olan mənzilinin icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

24. İş materiallarında olan Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən “Kiçikbəyov və Partnyorları” vəkil bürosunun vəkili Vəkil2 ünvanlana n 65 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixindən İ.Qutqaşınlı küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. Göstərilən ünvanda qeydiyyatda olan digər vətəndaşlar haqqında “Asan xidmət” mərkəzlərindən məlumat alına bilər.

25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-283/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh tərəfindən 25.000 manat məbləğində pul kompensasiyası ödənilməklə İddiaçı və onun ailə üzvlərinin X9, X34 və X35 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər İddiaçı, X49, X50 və X9 evdən çıxarılması, 25.000 manat məbləğində pul kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. (hakim Ramin Xəlilov)

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması və orada yaşaması, bununla əlaqədar olaraq da bağışlama müqaviləsi bağlandığı zaman onun razılığının alınmaması həmin mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X28 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıldığından, ilkin iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

27. Məhkəmə daha sonra qeyd etmişdir ki, həm əvvəlki mülki qanunvericilikdə, həmdə ki hazırkı qanunvericilikdə qeydiyyatda olan şəxslərin razılığının alınmaması mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmamış və mülkiyyətçinin üstün sərəncamverici hüquqları gözlənilmişdir. Bu halda isə iddiaçının əvvəlki mülki qanunvericilikdə nəzərdə tutulan mənzilə dair istifadə hüquqları mövcud olmuşdur ki, bu hüquq barədə isə qarşılıqlı iddia üzrə iddiaçı müvafiq kompensasiya verməklə həmin mövcud hüquqlara xitam verilməsini mübahisələndirmişdir.

28. Məhkəmə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşın maz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X15 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və digər hissələr də əsas hissə ilə birbaşa əlaqəli olduğundan həmin hissələrinə ayrılıqda münasibət bildirilməsinə zərurət qalmamışdır.

29. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşadıqlarını və onların həmin mənzilə istifadə hüquqlarının mövcud olmasını, həmçinin qanunvericilikdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi halının nəzərdə tutulmasını əsas gətirərək və eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı tərəfində n ekspert rəyi əsasında müəyyən edilən məbləğdən də çox və ədalətli şəkildə daha yüksək kompensasiya məbləğinin verildiyini qeyd edərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli və İddiaçı Cavabdeh tərəfindən 25.000 manat məbləğində pul kompensasiyası ödənilməklə İddiaçı və onun ailə üzvlərinin-X9, X34 və X41 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməli, onlar evdən çıxarılmalı və həmçinin, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39, 42, 43, 44-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyas ının 13, 29-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Mülki Məcəllənin 228.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Qətnaməsindən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı qeydiyyatda olduğu mübahisəli mənzilə dair bağışlama müqaviləsinin bağlandığı zaman onun razılığının alınmamasını iddia edərək, həmin bağışlama müqaviləsinin etibarsızlığını tələb etsə də, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında bağlanmış əqdin etibarsız sayılması üçün belə bir hal nəzərdə tutulmamışdır. Odur ki, ilkin iddia üzrə iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması və orada yaşaması, bununla əlaqədar olaraq da bağışlama müqaviləsi bağlandığı onun razılığının alınmaması həmin mübahisəli mənzilə dair bağlan mış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz.” Halbuki həmin əqdin etibarsız hesab edilməsi təkcə qeydiyyatda olan şəxslərin razılığının alınmaması ilə əlaqədar olmamışdır. Həm də onunla əlaqədar olmuşdur ki, həmin ev iddiaçının babası X33 tərəfindən 1957-ci ildə həmin mənzilin o vaxtkı sahibi X20 18500 rubla alınmışdır. Lakin həmin vaxt alqı-satqı müqaviləsi yazılı notarial qaydada rəsmiləşdirilməmiş, iddiaçının babasının və onun ailə üzvlərinin həmin evə qeydiyyata düşməsi ilə həyata keçirilmişdir. İddiaçı özü isə 1960-cı ildən həmin evdə yaşayır və 1973-cü ildə ora qeydiyyata düşmüşdür. Cavabdeh heç vaxt həmin evdə yaşamamış, onun saxlanmasında iştirak etməmiş, həmin evlə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bu illər ərzində iddiaçı və ailə üzvlərind ən başqa evdə heç kim yaşamamış, hər hansı şəxs tərəfindən etiraz irəli sürülməmişdir. Qeyd olunan evdə istifadə olunan bütün kommunal xidmətlər iddiaçının adınadır. Yəni, artıq həmin evin faktiki mülkiyyətçisi iddiaçının babası X33 olmuşdur və iddia tələbinin digər hissəsi də məhz bununla, həmin mənzil barədə alqı-satqı müqaviləsinin X15 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi barədə olmuşdur. Bu şəxslərin həmin evdə pasport qeydiyyatına düşməsi tərəflər arasında əqdin olmasını müəyyənləşdirir. İş üzrə təqdim edilmiş 64 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2011-ci il tarixli arayışından da göründüyü kimi iddiaçı və ailə üzvləri 1960-cı ildən həmin evdə yaşayır, 1973-cü ildən isə qeydiyyata düşmüşlər. Aydın məsələdir ki, heç kim öz qohumu olmayan və tanımadığı şəxsləri heç bir səbəb olmadan öz evinə qeydiyyata sala bilməz. Göründüyü kimi 1999-cu ildə bağlanmış bağışlama müqaviləsi ona görə etibarsız hesab olunmalıdır ki, müqavilə predmeti əqd bağlanan zaman başqa şəxsə məxsus olmuşdur. 04 noyabr 1999-cu il tarixdə bağışlama müqaviləsi bağlanarkən Kazakova Nərgiz adına olan reyestr qeydi formal xarakter daşımışdır. Müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin (1964) 53-cü maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Bağışlama müqaviləsi bağlanan zaman hər iki tərəf bilirdi ki, həmin mənzil Kərimovlar ailəsinə satılmışdır, onların istifadəsindədir. Bağışlama müqaviləsi məhz formal reyestri qeydi yaratmaq, hüquqdan sui-istifadə etməklə özü üçün hüquqlar əldə etmək məqsədilə b ağlanmışdır. Məhz buna görə də bağışlama müqaviləsinin bağlandığı gündən bu günə qədər Cavabdeh bir gün belə həmin mənzilə gəlməmiş, onun harada yerləşdiyini belə bilmir. Bu isə tamamilə məntiqə və həyatın normal axarına ziddir. Necə ola bilər ki, şəxs 1999-cu ildə əmlak əldə etsin, lakin bir dəfə olsun həmin mənzilə baş çəkməsin, onunla maraqlanmasın. Əgər Cavabdeh həqiqətən həmin əmlakın mülkiyyətçisi olsa idi, mənzildə başqa şəxslərin yaşadığını müəyyən edər, onlara etiraz edər və mənzilin boşaldılması üçün müvafiq orqanlara müraciət edərdi. Bu halda cavabdeh yalnız 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Bunun səbəbi isə həmin ərazidə evlərin satın alınaraq yerində hündürmərtəbəli yaşayış binası tikilməsidir. Necə təsadüfdür ki, məhz Kərimovlar ailəsi ilə "xxxx" MMC arasında mənzil in satınalınması ilə bağlı danışıqlar gedərkən, cavabdeh ortalığa çıxmış və mənzilin ona məxsus olduğunu bildirmişdir. Bu, faktiki olaraq hamıya bəlli olan və iş üzrə mübahisəsiz haldır ki, əgər həmin ərazidə tikinti olmasaydı, Cavabdeh heç vaxt həmin mənzillə bağlı tələb irəli sürməzdi. Necə ki, İddiaçı 2011-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət edərkən Cavabdeh həmin mənzilin onun üçün hər hansı əhəmiyyəti olmadığını və Kərimovlar ailəsinə məxsus olduğunu bildiyi üçün məhkəmədə iştirak etməmiş, qətnamənin qəbul edilməsi və qanuni qüvvəyə minməsini qəbul etmiş, məhkəmə işi barəsində məlumatlı olsa da qətnaməni əldə etmək üçün hər hansı cəhd göstərməmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsini əldə etmədiyini əsas gətirərək 11 il sonra apellyasiya şikayəti vermişdir. Qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada əldə edilməməsi ilə razılaşsaq belə, həmin məhkəmə işi üzrə cavabdehin məlumatı olmuş və qeyd olunan mənzillə bağlı hər hansı iddiasının olmadığını və məhkəmənin çıxaracağı istənilən qərarla razılaşacağını şifahi olaraq bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin “həmin mənzil barədə alqı-satqı müqaviləsinin X15 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi” hissəsinə münasibət bildirməli, tələbin bu hissəsi haqlı olardısa, avtomatik olaraq digər - “04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də təmin olunmalı idi. Məhkəmə isə tərsinə, ilk növbədə müqavilənin etibarsızlığı ilə bağlı hissəyə münasibət bildirmiş, formal bir əsaslandırma aparmış, bunun əsasınd a da digər hissələri təmin etməmişdir. Halbuki bu iddia tələbində əsas araşdırılmalı hissə mübahisəli mənzil barəsində alqı-satqı müqaviləsinin X33 ilə bağlanmış hesab edilməsi olmalı idi. Məhkəmə isə heç bir araşdırma etmədən, təkcə qeydiyyatda olan şəxslərin razılığının olmamasının etibarsızlığa səbəb olmamasını əsas gətirərək iddia tələbini rədd etmişdir. Bununla əlaqədar oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, “Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdi n etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə al ınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin o lmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Göründüyü kimi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyin əksinə olaraq, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, formal mülahizələrdən çıxış etmiş, hətta işin hərtərəfli araşdırılması üçün verilmiş vəsatətlər də təmin edilməmişdir. Belə ki, iş üzrə materiallardan müəyyən olunur ki, xx.xx.1976-cı il tarixdə X26 vəfatından sonra 6/12 hissəyə dair 1 saylı DNK-da 1kn n-99 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X28 vərəsəlik qəbul etmişdir. Həmin vərəsəlik işində Kazakova Nərgiz saxtakarlıq edərək özünün yeganə vərəsə olmasını qeyd etmiş, buna görə də miras əmlakı tam olaraq qəbul etmişdir. Halbuki cavabdehin özünün də ərizəsində qeyd etdiyi kimi X65 adına bacısı olmuşdur. Bu halların araşdırılması üçün X26 və X12 övladları barədə məlumatları (ad, soyad, ata adı, doğum və ölüm tarixi, şəxsiyyət vəsiqələri barədə məlumat) Ədliyyə Nazirliyi Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidmətindən tələb edilməsi barədə verilmiş vəsatət məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Digər tərəfdən, məhkəmə nəticədə qarşılıqlı iddianı tam təmin edərək 25.000 manat məbləğində pul kompensasiyası ödənilməklə İddiaçı və onun ailə üzvlərinin fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam vermişdir. İlk növbədə qeyd edilməlidir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ümumilikdə 382.10 kv.m sahəli daşınmaz əmlakdan, 0.052510 ha torpaq sahəsindən ibarətdir. Cavabdeh dair reyestr qeydi bu evin 2/12 hissəsidir. Bu isə daşınmaz əmlakın 63.68 kv.m hissəsi deməkdir. Bu o deməkdir ki, cavabdehin qarşılıqlı iddiası yalnız onun qeydə alınmış payına dair hissədə təmin oluna bilərdi. Qalan hissə isə iddiaçı tərəfindən tikilmişdir. Belə ki, ev ilkin olaraq alındığı zaman 2 otaqdan ibarət olmuş, daha sonra iddiaçının atası tərəfindən təmir və yenidənqurma işləri aparılaraq 4 otağa çevrilmiş, iddiaçı tərəfindən isə tamamilə sökülərək yenidən inşa olunmuş, dəfələrlə təmir olunmuş, sonuncu dəfə 2020-ci ildə yenidən təmir edilmiş, böyük miqdarda vəsait xərclənmişdir. Məhkəmə evin faktiki ölçülərini müəyyənləşdirmədən, yalnız cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi tələbə əsasən bu qətnaməni qəbul etmişdir. Belə olan halda məhkəmənin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəyə dair qətnamə qəbul etməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki 63.68 kv.m sahədən artıq hissəyə cavabdehin ümumiyyətlə aidiyyəti və hüququ yoxdur. Torpaq sahəsi isə dövlət mülkiyyəti olduğu üçün həmin hissədə cavabdehin iddiası qəbul edilməzdir. Mülki Məcəllənin 135.10cu maddəsinə əsasən özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Oxşar iş üzrə Ali Məhkəmənin 2(102)661/2020 saylı, xx.xx.2020 saylı qərarında göstərilmişdir ki, “ Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir... Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən mü əyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi üçün ilk öncə bu tələb mülkiyyətçi tərəfindən irəli sürülməlidir. Ona görə də hazırkı işdə Mülki Məcəllənin 228-ci maddəsinin qanunun analogiyası üzrə tətbiqi üçün mübahisəli özbaşına tikilinin kim tərəfindən tikilməsi məsələsinə diqqət yetirilməlidir. Lakin iş materiallarından göründüyü kimi mübahisəli özbaşına tikilinin kim tərəfindən tikilməsi məsələsi tərəflər arasında mübahisə predmetidir. Ona görə də hazırkı iş üzrə qanunun ana logiyasını tətbiq etməklə mübahisənin həlli qeyri-mümkündür.” Bu halda birinci instansiya məhkəməsi heç bir araşdırma etməkdən bütün sahəni cavabdehin mülkiyyəti kimi tanımış, onun tələbini tam olaraq təmin etmişdir. Halbuki ilk növbədə məhkəmə tələbin hansı hissəsinin reyestrdən keçmiş sahə ilə əlaqəli olduğunu, hansı hissəsinin özbaşına tikili (artırılmış sahə) ilə əlaqədar olmasını müəyyən etməli, daha sonra özbaşına tikilinin kim tərəfindən tikilməsini müəyyən etməli idi. Birinci instansiya məhkəməsi iddiaçının babasının və ailə üzvlərinin nəyə əsasən həmin evə qeydiyyata düşmələrini, tərəflər arasında həqiqi iradə ifadəsini və alqı-satqı münasibətlərinin olubolmamasını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə heç bir araşdırma etmədən bütün sahəni cavabdehin mülkiyy əti kimi tanımış, onun tələbini tam olaraq təmin etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə dair Cavabdeh mülkiyyət, o cümlədən istifadə hüquqları sübuta yetirilməmiş, cavabdehin çıxarış üzrə yalnız 63.68 kv.m sahəyə hüquqları qeydiyyata alınsa da məhkəmə hər hansı dəlilə əsaslanmadan bütün sahəyə dair qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə evin hazırki faktiki ölçülərini də müəyyən etməmiş, yenə də cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi ölçüləri həqiqət kimi qəbul etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan texniki pasportun əldə edilməsinə lüzum yoxdur. Sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddia qaldırılarkən tələbin həcmi Yasamal Rayon Məhkəməsinin qətnaməsinə uyğun olaraq qeyd edilmişdir. Təmsil etdiyi şəxsin uzun illər mübahisəli fərdi yaşayış evinə getməməsi onun mülkiyyət hüququnu əlindən almır. Yasamal Rayon Məhkəməsinin məhkəmə iclasının keçiriləcəyi yer və tarixlə bağlı bildirişləri, qətnamə yanlış ünvana göndərilmiş, ona görə də Xumar xanım məhkəmə prosesindən xəbərsiz olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsin dediyinə görə, Kazakova Nərgizin bacısının əri X10muş, yerli olduqları üçün iddiaçının Bakıda tələbə olduğu müddətdə onu öz evinə qeydiyyata almış, daha sonra iddiaçı öz ailə üzvlərini də hə min evə gətirmişdir. Təmsil etdiyi şəxs evin iddiaçıya ayrılan hissəsindən istifadə hüququnu tanıyır. İddiaçının ailə üzvlərinin qeydiyyata alınma əsası onların razılığı deyildir, razılıq yalnız İddiaçı münasibətdə olmuşdur. Qarşı tərəfin qeydiyyata alınması 2000-ci ildən əvvəl baş vermişdir, ona görə də istifadə hüququnu qəbul edirlər. Həmçinin artırmaların iddiaçıya məxsus olduğunu qəbul etmir. 2/12 hissənin neçə kvadrat metr sahəni əhatə etməsi barədə məlumatı yoxdur. Mübahisə predmeti eynidir, hər iki tərəf eyni yaşayış sahəsindən bəhs edir. Yaşayış sahəsinin qarşı tərəfin faktiki istifadəsində olduğunu qəbul edir. Evin dəyəri barədə məlumatı yoxdur, lakin təmsil etdiyi şəxs qarşı tərəfə 25000 manat məbləğində kompensasiya təklif edir. Kompensasiya məbləğinin hansı meyara əsasən 25000 manat hesablanmasına gəldikdə, iş üzrə ekspertiza keçirilmiş, qiymətləndirmə aparılmış, təmsil etdiyi şəxs ekspert rəyində göstərilən məbləğdən daha artığını təklif etmişdir. İddiaçı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırsa da məhkəməyə bağışlanma müqaviləsinin etibarsızlığına, həmçinin iddiaçının babasının daha əvvəl həmin əmlakı almasına dair hər hansı sübut təqdim edilməmişdir, bu da iddiaçının subyektiv hüququnun olmadığını göstərir, subyektiv hüququn olmaması isə iddianın rədd edilməsi üçün əsasdır. Eyni zamanda, təmsil etdiyi şəxs iddiaçının istifadə hüququnu qəbul edərək müvafiq kompensasiya təklif edir. Qarşı tərəfin vəkilinin hüquqdan sui-istifadəyə dair qeyd etdiyinə gəldikdə isə, hüquqdan sui-istifadədən söhbət gedə bilməz, cavabdehin mülkiyyət hüququdur, mülkiyyət hüququ konstitusion hüquqdur, qanunla qorunur, hüquqdan suiistifadə mülkiyyət hüququna tətbiq oluna bilməz. Ona görə də apellyasiya şikayəti əsassızdır, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Apellyasiya icraatı zamanı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3699/2024 nömrəli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkibinə verilmiş etiraz təmin edilmiş, mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

35. Sumqayı t Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-111/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-(006)-283/2024 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə çıxarılmış, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən cavabdehlər İddiaçı, X25, X49 və X35 hər birinə 6250 manat olmaqla, ümumilikdə 25.000 manat kompensasiya ödənilməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı, X49, X50 və X9 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsindən çıx arılması, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı babası X15 mübahisəli mənzili 1957-ci ildə X20 şifahi alqı-satqı müqaviləsi əsasında aldığını iddia etmişdir ki, hüquq münasibətlərinin yarandığı həmin vaxt Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsini qərarı ilə 1923-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsi qüvvədə olmuşdur. Lakin həmin Məcəllədə 1964-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 43-cü maddəsində və 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan hazırkı Mül ki Məcəllənin əvvəlki redaksiyasının 335-ci maddəsində “əqdin notarial formasına riayət edilməməsinin nəticələri” adlı norma ümumiyyətlə mövcud olmamışdır. Belə ki, 1964-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 43-cü maddəsində və 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 335-ci maddəsinin tələbinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı olmuşdur. Lakin, 1923-cü il tarixli Azərbaycan SSR-in Mülki Məcəlləsində belə bir norma olmamaqla, Həmin məcəllənin 29 və 185-ci maddələrinin tələbinə əsasən daşınmaz əmlaka dair müqav ilələrin alqı-satqısı üçün notarial qaydada təsdiqetmə məcburi olmuş, əks hal isə alqı-satqı müqaviləsinin etibarsız olmasını təsbit etmişdir.

37. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan 19 yanvar 1976-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X28 18 may 1975-ci il tarixdə vəfat etmiş X20 miras qalmış mübahisəli evi qəbul etmişdir ki, iddiaçı tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə də mübahisələndirilməmişdir. Həmçinin, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, xx.xx.1976-cı il tarixdə X26 vəfatından sonra mübahisəli fərdi yaşayış evinin 6/12 hissəsinin vərəsəlik yolu ilə X12 mülkiyyətinə keçməsi, onun isə xx.xx.1980-cı il tarixdə fərdi yaşayış evinin 29,1 kv.m-dən ibarət 1 otağı və 12,8 kv.m-dən ib arət köməkçi sahəni, xx.xx.1983-cü il tarixdə isə 3/12 hissəsini İsmayılov X6 ki, ümumilikdə isə 4/12-də hissəsini özgəninkiləşdirmişdir. Qeyd edilən hallar isə 18 may 1975-ci il tarixə kimi mübahisəli mənzilin X26 mülkiyyətində olmasını təsdiq etməklə, onun tərəfindən evin hər hansı bir formada özgəninkiləşdirdiyini istisna etmişdir.

38. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və ilk iddia üzrə iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması ilə əlaqədar gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq, qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ümumiyyətlə on un bağışlama müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququnun mövcudluğunu istisna etmişdir. Belə ki, mübahisəli mənzilin bağışlanması ilk iddia üzrə iddiaçının, o cümlədən qarşılıqlı iddia üzrə cavabdehlərin mənzildə olan istifadə hüquqlarının mövcudluğuna hər hansı bir təsir göstərməməklə yanaşı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzər iddiaçı mübahisəli mənzildə onların istifadə hüquqlarının mövcudluğunu da mübahisələndirməmişdir.

39. Məhkəmə kollegiyası qarşılıqlı iddianın tam təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qarşılıqlı iddiaçı cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sür müşdür ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 382.10 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə qarşılıqlı iddiaçının mülkiyyətində olmuşdur. Həmin 382.10 kv.m olan fərdi yaşayış evinin 2/12 hissəsi isə 63,68 kv.m olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş mübahisəli fərdi yaşayış evinin 1965-ci il tarixli və 15 avqust 2012-ci il tarixli texniki pasportundan isə görünür ki, tərəflərin mübahisələndirmədiyi fərdi yaşayış evinin 2/12 hissəsi 20, 21, 22 və 23 nömrəli otaqlardan ibarət olmuşdur ki, 20 nömrəli yaşayış otağı 18,6 kv.m, 21 nömrəli yaşayış otağı 12,8 kv.m, 22 nömrəli bağlı eyvan 27,2 kv.m və 8,1 kv.m mətbəxdən ibarət olmaqla, ümumilikdə 66,7 kv.m təşkil etmişdir ki, bu da qarşılıqlı iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində olan 2/12 hissədə payına uyğun olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin, mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsi fərdi yaşayış evinə xidmət etdiyindən əlavə olaraq həyətyanı sahə üzərində istifadə hüququna xitam verilməsinə də zərurət olmamışdır.

40. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli evin ilkin olaraq alındığı zaman 2 otaqdan ibarət olması, daha sonra isə iddiaçının atası tərəfindən yenidənqurma işləri aparıl araq 4 otağa çevrilməsi, təmir olunaraq böyük miqdarda vəsait xərclənməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş mübahisəli fərdi yaşayış evinin texniki pasportunda tərəflərin mübahisələndirmədiyi fərdi yaşayış evinin 2/12 hissəsinə aid olan otaqların 1920-1953-cü illər tarixdə, həyətlərdə olan 4 ədəd ayaqyoluların isə 1939-1956-cı illərdə tikildiyi qeyd olunmuşdur. Yəni, texniki pasportlara əsasən mübahisəli fərdi yaşayış evinin 2/12 hissəsinə aid olan otaqlar 1953-cü il tarixdən etibarən mövcud olmuşdur. Həmçinin, 1965ci il texniki pasportla 15 avqust 2012-ci il tarixli texniki pasportun müqayisəsi isə mübahisəli evin konfiqurasiyasında dəyişiklik olmasını deməyə əsas verməmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin bu dəlili qarş ılıqlı iddianın rədd edilməsi üçün hüquqi əsas da təşkil etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin tərkib hissəsinə çevrilən hər hansı bir tikili inşa etdiyini və ya əsaslı təmir işləri apardığını iddia etdiyi təqdirdə, vicdanlı sahib qismində əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malik olmaqla, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi i ddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

43. Kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 25000 manat kompensasiya məbləği mənzilin dəyərinin (qarşılıqlı cavabdehin öz izahatına əsasən mənzilin bazar dəyəri təxminən 60000-70000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir.

44. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 25.000 manat kompensasiya məbləğini yalnız İddiaçı verməklə, digər cavabdehlər X25, X49 və X35 istifadə hüquqlarına xitam verməsi də düzgün olmamışdır. Belə ki, təklif edilən kompensasiya məbləği mənzildə istifadə hüququ olan şəxslərə mütənasib şəkildə bölünməklə verilməli idi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən cavabdehlər İddiaçı, X25, X49 və X35 hə r birinə 6250 manat olmaqla, ümumilikdə 25.000 manat kompensasiya ödənilməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməlidir

45. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan SSR Mülki Məcəlləsinin (1923) 27, 29, 180, 185, Mülki Məcəllənin 152, 228, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 62.1, 77.1, 119, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil4 Vəliyəddin oğlu) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-111/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, müqavilə münasibətlərinin mövcud olduğu dövrdəki qanunvericiliyin tələblərinə əsasən Məhəmmədəli Kərimov ilə Püstə Həsənova arasında əmlakın alqı-satqısına dair 1957-ci ildə bağlanmış müqavilə etibarlı olmuş və mübahi səli sahə Məhəmmədəli Kərimovun mülkiyyətinə keçmişdir. İddiaçı da Məhəmmədəli Kərimovun hüquqi varisi olduğu üçün, həmçinin yaşayış sahəsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, fasiləsiz və etirazsız sahiblik etdiyi üçün həmin yaşayış sahəsi hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq İddiaçı mülkiyyətinə keçmişdir. Müvafiq yaşayış sahəsi Cavabdeh faktiki şəkildə verilmədiyi üçün, həmçinin o, mübahisəli yaşayış sahəsində heç vaxt yaşamadığı və həmin sahəyə sahiblik etmədiyi üçün 41 saylı Dövlət Notariat Kontorunda 04 noyabr 1999-cu il tarixdə X28 və Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Məhkəmələr 1957-ci il tarixli alğı-satqı müqavilə sinin notarial forması ilə bağlı tələblərə əməl edilməməsini etibarsızlıq səbəbi kimi göstərdikləri halda, 1999-cu ildə qüvvədə olan qanunvericiliyə görə evdə qeydiyyatda olan ailə üzvlərinin razılığının alınması ilə bağlı forma tələbinin pozulmasını etibarsızlıq səbəbi kimi nəzərə almamaqla ziddiyyətə yol vermişlər.

48. Cavabdeh (Vəkil2) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2025-ci il tarixli 2(105)-111/2025 saylı qətnaməsini “qarşılıqlı iddianın ləğv edilmiş hissədə” ləğv edərək, qarşılıqlı iddia tələbinin tam edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlili olmamasına və hətta iclaslarda belə müzakirə edilməməsinə baxmayaraq, əsassız olaraq k ompensasiya məbləğini şəxslərə uyğun bölüşdürərək, cavabdehlər İddiaçı, X25, X49 və X35 hər birinə 6250 manat olmaqla, müəyyən etmişdir. Halbuki, bununla bağlı apellyasiya şikayətində hər hansı bir qeyd şərt mövcud deyildir və məhkəmə araşdırmasının da müzakirə mövzusu olmamışdır. Nəticədə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi “qarşılıqlı iddianın” təmin edilən hissəsində əsassız olaraq qismən ləğv edilmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində bu bölüşdürməni zəruri edən halı əsaslandırmamış və heç maddi hüquq normasına istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

51. Maddə 13 (İ). Azərbaycan Respublikası mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

52. Maddə

29. Mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan SSR Mülki Məcəlləsi (1923)

53. Maddə

27. Əqdlər sözlə (şifahi) və yazılı formada ola bilər. Yazılı əqdlər iki yerə ayrılır. Sadə əqdlər və notariat qaydası ilə təsdiq edilən əqdlər.

54. Maddə

29. Qanunda tələb edilən formaya riayət edilməməsi, əqdin etibarsız hesab olunmasına yalnız o halda səbəb olur ki, formaya riayət etməməyin nəticəsi qanunda açıq göstərilmiş olsun.

55. Maddə

180. Alqı-satqı müqaviləsi üzrə bir tərəf (satıcı), əmlakı digər tərəfin (alıcının) mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul etməyi və şərtləşmiş (qiyməti) ödəməyi öhdəsinə götürür.

56. Maddə

185. Tikililərin və tikinti hüquqlarının alqı-satqısı etibarsız olmamaq üçün notariat qaydası ilə təsdiq edilməli və sonra müvafiq yerli təsərrüfat şöbəsində (kommunal şöbədə) qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında tə sdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qay danın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş val ideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam, cavabdeh tərəfində n qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

73. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq və ilk növbədə qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə qiymət verərək onları əsassız hesab edir və bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şikayətdə göstərilən halla bağlı ətraflı araşdırma aparılaraq düzgün qiymət verilmiş, cavabdehlərin hər birinə ödənilməli olan kompensasiya məbləğini müəyyən etməklə məhkəmə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

75. Bu səbəbdən kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsassız olmuşdur və təmin edilməməlidir.

76. Məhkəmə kollegiyası ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini də müzakirə edərək onları qismən əsaslı hesab edir və bununla bağlı qeyd edir ki, ilk iddiaçının kassasiya şikayətinin dəlilləri əsasən ilk iddianın rədd edilməsinin əsassız olması ilə bağlı olmuşdur. Kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

77. Məhkəmə kollegiyası müb ahisələndirilən qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə işin hallarına və tərəflər arasındakı hüquq münasibətlərinə uyğun olmuş, işə baxan məhkəmə tərəfindən bununla bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.

78. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini də əsassız hesab edir və bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

79. Bununla yanaşı kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli yaşayış sahəsinə olan istifadə hüquqlarına kompensasiya ödənilmək lə xitam verilməsinə dair gəldiyi nəticə doğru olsa da, kompensasiyanın hesablanması və məbləğinin müəyyən edilməsi hissəsində gəlmiş olduğu nəticə natamam olmuşdur.

80. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün müəyyən etdiyi hallardan görünür ki, qarşılıqlı iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsi paylı mülkiyyətdə olan əmlakın 2/12 hissəsini təşkil etmişdir. Məhkəmə daha sonra müəyyən etmişdir ki, qeyd edilən əmlakın ümumi sahəsi nəzərə alınmaqla onun 2/12 hissəsi 63,8 kv.m təşkil etsə də, işdə olan texniki pasportlara əsasən həmin sahə 66,7 kv.m təşkil edir.

81. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli əmlakın hazırkı faktiki vəziyyətində sahəsi 108,79 kv.m təşkil edir.

82. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi müəyyən e tmişdir ki, mübahisəli yaşayış evinin bu günkü mövcud vəziyyətdə faktiki sahəsi onun əvvəllər mövcud olan sahəsindən əhəmiyyətli dərəcədə artıq olmuşdur.

83. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edib iddianı həmin hissədə qismən təmin edərkən də yuxarıda göstərilən hallara istinad etmiş və belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin istifadə hüququna evin 108,79 kv.m hissəsinə münasibətdə deyil, məhz 2/12 hissəsinə münasibətdə xitam verilməlidir.

84. Lakin digər tərəfdən, qarşılıqlı iddia üzrə cavabdehlərin bütün bu müddət ərzində həmin ünvanda mübahisəsiz qaydada yaşamalarına rəğmən, məhkəmə mübahisəli yaşayış evində tikinti aparmaqla onun sahəsini genişləndirmələri və əsaslı təmir işləri aparmaları ilə ba ğlı onların dəlillərini əsassız hesab etmiş və bu dəlilin qarşılıqlı iddianın rədd edilməsi üçün əsas təşkil etmədiyini qeyd etmişdir.

85. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin sahəsinin tikiliyə aid sənədlərdə göstəriləndən əhəmiyyətli dərəcədə artıq olduğunu müəyyən etsə də, bu artımın kimin hesabına baş verməsi ilə bağlı araşdırma aparmamışdır. Halbuki, qeyd edilən hal mübahisənin ədalətli həlli və kompensasiya məbləğinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmuşdur.

86. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə tikinti və təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia üzrə cavabdeh vicdanlı sahib kimi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

87. Məhkəmə kollegiyası a pellyasiya instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq bildirir ki, bu cür tələbin hüququ əsası kimi MM-nin 157.7-ci maddəsi çıxış edir. Həmin maddənin dispozisiya şərtinə görə vicdanlı sahib əmlakın yaxşılaşdırılması üçün çəkilən məsrəfləri mülkiyyətçidən tələb edə bilər. Maddənin dispozisiya şərtindən də göründüyü kimi, qeyd edilən tələb mahiyyət etibarı ilə vicdanlı sahibin yaxşılaşdırma üçün çəkmiş olduğu xərclərin mülkiyyətçi tərəfindən kompensasiyasını ehtiva edir.

88. Göründüyü kimi, həm qarşılıqlı iddia tələbi, həm də bu tələb üzrə cavab verməli şəxsin tələbə dair etirazları kompensasiya xarakteri daşıyan pul məbləği ilə bağlıdır.

89. Doğrudur, qarşılıqlı iddia üzrə cavabdeh həmin kompensasiyanın ödənilməsi ilə bağlı ayrıca tələb irəli sürməmişdir, lakin o, bu dəlildən ve rilmiş qarşılıqlı iddiadan müdafiə məqsədilə istifadə edərək, faktiki olaraq, təklif edilən kompensasiyanın məbləği ilə razı olmadığını ifadə etmişdir. Həm də nəzərə almaq lazımdır ki, hazırkı iddia qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli əmlakla bağlı mövcud hüquqlarına xitam verilməsi və bununla da onların həmin yaşayış sahəsi ilə bütün hüquqi bağlılıqlarının kəsilməsinə yönəlmişdir.

90. Bu isə onu deməyə əsas verir ki, yaranmış vəziyyətdə yaxşılaşdırma üçün çəkilmiş xərcin kompensasiyasına dair ayrıca məhkəmə mübahisəsinin açılmasına ehtiyac qalmır və belə xərcin çəkilməsi təsdiq olunacağı halda, bu məbləğ qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə birlikdə hesablanmaqla nəzərə alınmalı dır.

91. Lakin göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma aparmamış, bu isə iş üzrə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlinməsinə səbəb olmuşdur.

92. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə qarşılıqlı iddianın kompensasiya məbləğinin müəyyən edilməsinə dair hissəsində ləğv edilməli, bu hissədə mübahisənin yuxarıda şərh edilən hüquqi mövqeyə uyğun olaraq yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

93. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, yuxarıda şərh edilən hallara qiymət verilərkən mübahisəli yaşayış sahəsinin yeni yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi və belə tikililərin sökülməsinin müəyyən kompensasiya (pul, yaxud yeni yaşayış sahəsi) ilə bağlı olması kimi diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

94. Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Qar şılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İlk İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2025-ci il tarixli 2(105)-111/2025 saylı qətnaməsi qarşılıqlı iddia üzrə kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver