Məhkəmə qərarları › İş №2(102)-1958/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1958/2022

20.04.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1958/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı, dəymiş zərər və digər xərclər 20.04.2022 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclərin ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5463/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyriyaşayış sahəsi (1-ci mərtəbə) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir.

2. İddiaçı və Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 101.4 m2 olan qeyriyaşayış sahəsi (yarımzirzəmi) bütün avadanlıqları ilə birlikdə aylıq icarə haqqı 1500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş 10.06.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 olan qeyriyaşayış sahəsinin icarə dəyəri 2400-2800 manat arasında t əyin edilmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş abonentin saldolarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92.4 m2 və 101.4 m2 olan qeyri-yaşayış sahələrinə 24.08.2020-ci il tarixdə 14.16 manat və 72.37 manat məbləğində işıq kommunal ödənişi edilmişdir. 5. 26.11.2020-ci il tarixdə 11.01.2020-ci il tarixli icarə müqavilələri Bakı şəhəri 6 saylı Notariat ofisində ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra –cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus olan ünvan 2 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil veri lməsi; müqavilə bağlandığı tarixdən (11.01.2020) müqaviləyə xitam verildiyi tarixədək (16.04.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi 9500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; 16.04.2020-ci il tarixdən icarə sahələrinin icarəyə verənə təhvil veriləcəyi tarixədək olan müddət üçün icarə haqlarının aylıq olaraq hər bir icarə sahəsi üzrə 2500 manat məbləğində hesablanmaqla, ümumi olaraq aylıq 5000 manat olmaqla hesablanması və tutularaq iddiaçıya ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cav abdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli icarə müqavilələrinə əsasən ünvan 2 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri bütün avadanlıqları (icarə sahəsi gözəllik salonu kimi istifadə edilir) ilə birlikdə sonuncuya icarəyə verilmişdir. İcarə haqqı hər bir icarə sahəsi üzrə aylıq olaraq 1500 manat məbləğində olmaqla, cəmi 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə müqaviləsinin bağlanmasından təxmini 5 ay müddət keçməsinə baxmayaraq, icarəçi tərəfindən ödənişlər həyata keçirilmir. Bu müddət ərzində icarəçi ilə dəfələrlə telefon əlaqəsi yaradılmış, ödənişlərin edilməməsi və məsələnin həlli barədə danışıqlar aparılmışdır. Lakin bu cəhdlər nəticəsiz qalmışdır. Sonradan 13.03.2020-ci il tarixdə ic arəçiyə bildiriş göndərilərək 10 gün müddətində icarə haqqının ödənilməsi tələb edilmiş və əlavə olaraq icarəçi tərəfindən müqavilələrin əhəmiyyətli dərəcədə pozulduğu əsas kimi götürülərək, həmçinin müqavilələrin 8-ci bəndinin tələblərinə uyğun olaraq müqavilələrin ləğv edilməsi niyyəti barədə qarşı tərəf məlumatlandırılmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 06.11.2020ci il tarixli, 2(010)-2634/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli ünvan 3 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icra müqavilələri 16.04.2020-ci il tarixdən ləğv edilməsi, müqavilə bağlandığı tarixdən müqavilə ləğv edildiyi tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 6000 (altı min) manat, iddiaçıya icarə haqqına görə dəymiş zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat, iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzi olaraq 86.53 manat (səksən altı manat əlli üç qəpik) olmaqla, cəmi 7686.53 manat (yeddi min altı yüz səksən altı manat əlli üç qəpik) cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2, 690.1, 690.2, 700.1, 700.2, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcələssinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya in stansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, bərbərxanaların və gözəllik salonlarının fəaliyyətini dayandırması 05 may 2020-ci il tarixdən bərpa edilmiş, sonradan 06 iyun 2020-ci il tarixdən yenidən dayandırılaraq, 20 iyul 2020-ci il tarixdə bərpa edilmişdir. Bu faktı əsas gətirərək hətta istinadı düzgün hesab etsə belə, hesablanmanın tam olaraq düzgün aparılmadığı açıq-aşkar görünməkdədir. Yəni bu dövr hesablanarkən məhkəmə 05 may 2020-ci il tarixdən 06 iyun 2020- ci il tarixədək və eləcə də 20 iyul 2020-ci il tarixdən sonrakı dövr üçün gözəllik salonlarının işləməsi fak tını əsassız və qanunsuz olaraq nəzərə almamış, həmin dövrlər üzrə icarə məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən Koronavirus infeksiyasının yayılması ilə bağlı halın fors-major hal hesab edilməsi və bununla bağlı tərəfin öhdəliklərindən azad edilməsi məsələsi nə qanunvericilikdə, nə də müqavilədə əks edilməmişdir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin şahid qismində cəlb etdiyi X1 məhkəmədə çıxış edərək bildirmişdir ki, işə 2020-ci il mart ayının sonlarında qəbul edilmişdir. Pandemiya şəraitində işə nə səbəbdən qəbul olunması və bu müddət ərzində işdə nə etməsinə, cavab olaraq bildirmişdir ki, pandemiya dövründə də işə çıxıb təmizlik işləri aparırmış. Cavabdeh bütün pandemiya dövründə salonda gizli şəkildə də olsa fəaliyyət göstərmişdir. Bund an başqa 16 aprel tarixindən icarə müqavilələrinə və müqavilə üzrə tərəflərin razılaşmasına və öhdəliklərinə xitam verildiyindən bu əsaslandırmanı da tam əsassız və qanunsuz hesab edir. Qanun birbaşa olaraq ona imkan yaradır ki, icarə haqqı məbləğini daha yuxarı həcmdə tələb etsin, digər tərəfdən də nəzərə alınsa ki, müqaviləyə xitam verildikdən sonra icarəçi icarə sahəsini tərk etmiş olsa idi, icarə sahəsini başqa məqsədlər üçün də icarəyə verə bilərdi. Həmçinin tələb qismində icarəçinin icarə sahəsini boşaltmadığı dövrdə gözəllik salonundan əldə etdiyi gəliri də tələb etmək hüququmu özündə saxlayır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiy a şikayətini onunla əsaslandırmışdır ki, o obyekti icarəyə götürdüyü ilk vaxtlar çətinliklərin olacağını anlayıb, icarə haqqını əlində olan pulla ödəmək qərarına gəldi. O, icarə haqqı olaraq icarə verənə ayrı-ayrı vaxtlarda 10.000 manat məbləğində pul verdi. O həmin məbləğdə pul vəsaitini iddiaçının oğlu X2 vermiş, bu barədə o ona rəsmi sənəd verməmiş, lakin, sonradan məhkəmədə bu faktı danaraq, ondan heç bir məbləğdə pul vəsati qəbul etmədiyini bildirmişdir. Halbuki, onun Həsənli Həsənə icarə haqqı olaraq 10.000 manat məbləğində pul verməyimi o özü ona yazdığı mesajlarda etiraf etmiş, sadəcə olaraq birinci instansiya məhkəməsində o, bu mesajları çıxara bilməmiş, məhkəmə bir dəfə iclas keçirməklə məhkəmə araşdırmasını yekunlaşdırmış, bu üzdən o, həmin sübutu məhkəməyə təqdim edə bilməmiş dir. Halhazırda isə o, bu sübutları əldə etmiş, Həsənli Həsən tərəfindən onun telefonuna göndərilmiş mesajları çıxarmışdır. Məhkəmənin 20 iyul 2020-ci il tarixdən 06 avqust 2020ci il tarixədək icarə obyektinin onun istifadəsində olması ilə əlaqədar 1600 manat ödəməli olması əsası ilə əlaqədar bildirmək istəyir ki, pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edildikdən sonra salonların fəaliyyətinə icazə verilmədiyindən o, da fəaliyyətini müvəqqəti dayandırmış, bir-neçə ay heç bir fəaliyyətlə məşğul olmamışdır. 20 iyul 2020-ci il tarixdən o, yenicə fəaliyyətə başladıqdan sonra icarəyə verən ondan obyekti tərk etməsini tələb etdi və təxminən 2425 iyul tarixlərində o, evdə olduğu zaman işçilər ona zəng edərək, obyektin işığının söndürülməsini bildirdilər. O, iddiaçı ilə bağlad ığı 11 yanvar 2020-ci il tarixli icarə müqavilələrinə əsasən ona məxsus qeyri-yaşayış sahələrində 11 yanvar 2020-ci il tarixdən 31 mart 2020-ci il tarixədək fəaliyyət göstərmiş və həmin tarixədək ilkin iddia üzrə cavabdehə 10.000 manat məbləğində pul ödəmişdir. 31 mart 2020-ci il tarixdən yaranmış fors-major halı ilə əlaqədar fəaliyyətini dayandırmış, həmin tarixdən obyektdən istifadə etməmişdir. Bundan başqa məhkəməyə qarşılıqlı iddia əriəsi ilə müraciət etsə də, məhkəmənin icraatına qəbul edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 13 iyul 2021-ci il tarixli, 2(103)5463/2021 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddiaçı icarə haqqlarının aylıq məbləğinin 5.000 manat hesablanaraq, cəmi 18.350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, COVİD-19 pandemiyası zamanı ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi tədbiq edildiyindən, gözəllik salonundan həmin məbləğdə gəlir əldə edilməsi sübuta yetirilmir. Sərtləşdirilmiş karantin dövründə salonun işıqlarının yanması və salonda təmizlik işlərinin aparılması, salonun işləməsi anlamına gəlmir. Bundan başqa iddiaçı iddia tələbində cavabdeh tərəfindən götürülmüş əşyalarının dəyərini, yəni, 4.610 manat məbləğində pulun ödənilməsini və icarə sahəsinə 4.000 manat məbləğində zər ər vurulmasını bildirsə də, kollegiyaya bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıya icarə obyektlərinin aylıq ödənişlərinin əvvəlcədən 10.000 manat məbləğində ödənilməsinə istinad etsə də, məhkəmə kollegiyasına buna dair hər-hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh məhkəmə kollegiyasının iclasında məhkəməyə “Whats app” mobil tədbiqindən çıxarış təqdim etsə də, həmin çıxarışda olan məlumatların kimə aid olunduğu müəyyən edilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün ol madığını əsaslandırsın. Göründüyü kimi həmin çıxarış birinci instansiya məhkəməsinə təqdim edilməli olduğu halda bu edilməmişdir. Belə olan halda apellyasiya baxışı zamanı “Whats app” mobil tədbiqindən çıxarış sübut qismində qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, həmin çıxarış sübut qismində qəbul edilmiş olsaydı belə, Həsənli Həsən yəni, iddiaçının oğlu tərəfindən icarə haqqlarının ödənilməsinin etiraf edilməsi müəyyən edilmir. Ümumiyyətlə həmin mesajlarda 10.000 manat məbləğində deyil, 5000 manat məbləğində pul vəsaitinin fevral ayına qədər ödənilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh özü qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə icarə haqqı 3.000 manat göstərilsə də, faktiki olaraq, icarə haqqının məbləği 5.000 manat təşkil etmişdir. İş ma terialları ilə icarə haqqının 5.000 manat təşkil etməsi öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, o, icarə haqqı olaraq icarə verənə ayrı-ayrı vaxtlarda 10000 manat məbləğində pul verib. Apellyasiya məhkəməsinə təqdim edilmiş sübutlardan da görünür ki, iddiaçının oğlu icarə haqqının cavabdeh tərəfindən ödənilməsini etiraf edir. Lakin apellyasiya instansiya məhkəmə si bu sübutlara qiymət verməmişdir. Həmçinin, məhkəmə tərəfindən 20.07.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək icarə obyektinin cavabdehin istifadəsinə olması ilə əlaqədar 1600 manat ödəməli olması qət edilmişdir. Halbuki pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edildikdən sonra salonların fəaliyyətinə icazə verilmədiyindən cavabdeh də fəaliyyətini müvəqqəti dayandırmış, bir neçə ay heç bir fəaliyyətlə məşğul olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

19. Maddə. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

20. Maddə. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

21. Maddə. 700.3. Əgər bu Məcəllənin bu fəslini n müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissəd ə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdeh iddiaçıya icarə obyektlərinin aylıq ödənişlərinə görə əvvəlcədən 10.000 manat məbləğində pul verdiyinə istinad etsə də, işə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, cavabdeh bu halı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.

29. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutla r araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5463/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver