Məhkəmə qərarları › İş №2(102)-2116/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2116/2024

10.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülki
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2116/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, eyni mənzilə dair bir neçə kreditorla müqavilə bağlanması, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X5 və Cavabdeh2 qarşı “mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsi, yaşayış sahəsindən çıxa rılma və mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-309/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh İlqar Həsənov (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MMC (sonraki adı Cavabdeh1 MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilələrə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzili 30.902 manata və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzili 46.493 manata almışdır. Pul məbləğlərinin onun tərəfindən "xxxx" MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli maliyyə arayışları verilmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 nömrəli, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 MTK-nın üzərinə mübahisəli mənzillərin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, Cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 3-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzilə dair X3 və X2 ilə həmin evin 3-c ü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzilə dair xx.xx.2016-cı il tarixli 107 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3069/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)3229/2018 nömrəli, 30 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh X1 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 MTK-nın üzərinə mübahisəli mənzillərin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərt əbəsindəki, ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzilə dair Əli Hacıyev ilə və Elman Dabaxov ilə həmin evin 3-cü blokunun 4cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli 107 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Ali Məhkəmənin 2(102)-2192/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3069/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh Əli Hacıyevə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzili 39.000 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı Cavabdeh1 MTK tərəfindən ona xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir.

6. Cavabdeh1 MTK ilə İlqar Həsənov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X7 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzili 86.645 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı Cavabdeh1 MTK tərəfindən ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (b undan sonra iddiaçı) cavabdehlər Cavabdeh1nə, X5 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya MTK, ad, soyadı) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzili ilə bağlı Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzili ilə bağlı İlqar Həsənov ilə MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavab deh2, İlqar Həsənovun ailə üzvləri ilə birlikdə göstərilən mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 150 manat, dövlət rüsumu olaraq ödənilmiş 101 manat olmaqla, cəmi 251 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) ilə xx.xx.2006-cı il tarixdə müqavilə bağlayaraq, o zaman tikintisi davam etdirilən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki üm umi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilləri almışdır. Hər iki mənzilin dəyəri tam ödənilmişdir. MTK mənzilləri ona təhvil verməmişdir. Sonradan məlum olmuşdur ki, MTK artıq ona məxsus olmuş, M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili Elman Dabaxova, həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzili isə Əli Hacıyevə satmışdır. Onun MTK-ya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Ab şeron Rayon Məhkəməsinin 2(012)3229/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Bundan əlavə, qətnamə ilə MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair Elman Dabaxov ilə və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair X3 ilə bağlanmış 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilə etibarsız hesab olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3069/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi onun təmin olunmuş iddia tələbinə münasibətdə dəyişiklik edilməmiş, Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə qərarları qanuni qüvvəyə minmiş, mənzillər tam tikilməsə də, xx.xx.2019-cu il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən ona təhvil verilmişdir. Ç ox təəssüflər olsun ki, bu mənzillər MTK tərəfindən yenidən əsassız və qanunsuz olaraq başqa vətəndaşlara - M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili Cavabdeh2, həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzili isə İlqar Həsənova satılmışdır. Onlar hazırda mənzillərin qapılarını dəyişdirərək, mənzillərdən sahiblik və istifadə hüquqlarını pozurlar, mənzillərdə təmir işləri ilə məşğuldurlar. Onunla MTK arasında bağlanmış müqavilələr ləğv edilmədiyi halda, 3-cü şəxslərlə eyni mənzillərə dair müqavilələrin bağlanması qanunsuz və əsassızdır.

9. Məhkəmə iclasında cavabdeh İlqar Həsənov və onun vəkili Vəkil2, Cavabdeh2 və onun vəkil i Vəkil1, iddiaya etiraz edərək, onun rədd olunmasını xahiş etmişlər. Cavabdehlər bildirmişlər ki, hər iki mənzilin dəyərini MTK-ya ödəyərək onu almışlar və faktiki olaraq orada yaşamışlar.

10. Məhkəmə tərəfindən mübahisəli mənzillərə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli binada qeyri-yaşayış sahəsi 1-ci mərtəbə kimi hesablandıqda, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 21 nömrəli mənzili 5-ci mərtəbədə, 18 nömrəli mənzil isə 4-cü mərtəbədə yerləşmişdir. Binadakı qeyri-yaşayış sahəsi 1-ci mərtəbə kimi hesablanmadıqda, 21 nömrəli mənzil 4-cü mərtəbədə, 18 nömrəli mənzil isə 3-cü mərtəbədə yerləşmişdir. Baxış zamanı mübahisəli mənzillərin tam təmirli yaşayışa yararlı olması müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, həmin binada 18 və 21 nömrəli başqa yaşayış sahələri mövcud olmamışdır.

11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-2660/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzili ilə bağlı Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.m olan 4 otaqlı 18 saylı mənzili ilə bağlı İlqar Həsənov ilə MTK arasında bağlanmış xx.x x.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzilindən, cavabdeh X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.m olan 4 otaqlı 18 nömrəli mənzilindən çıxarılmaları, hər iki mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3069/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olun muşdur ki, mübahisə predmetini təşkil edən hər iki mənzil iddiaçıya məxsus olduğundan bu əmlaklar MTK tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malik olmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, 88,8 kv.m-lik mənzil xx.xx.2022-ci il tarixli müqavilə ilə Cavabdeh2, 133,3 kv.m-lik mənzil isə xx.xx.2021-ci il tarixli müqavilə ilə İlqar Həsənova satılmışdır, halbuki MTK ilə iddiaçı arasında bağlanan müqavilələr qüvvədə olmuş, bu müqavilələrin ləğv olunması haqqında razılaşma, həmin müqavilələri dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında olmamış, müqavilələr məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdlərin mötəbərliyi məhkəmə aktları ilə təsdiq ol unmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, həmin mənzillərin sahiblik və istifadə hüququ ilə yüklü olmasına baxmayaraq, yenidən Cavabdeh2 və İlqar Həsənova satılmasına dair xx.xx.2022 və xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri etibarsız olmuşlar, çünki həmin müqavilələrlə özgəninkiləşdirilən mənzillər artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Mübahisəli daşınmaz əmlaklar hazırda nə MTK-nın, nə Cavabdeh2, nə də İlqar Həsənovun mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzillər qeyd edilən müqavilələr və maliyyə arayışlarına əsaslanmaqla cavabdehlərin istifadəsinə verilmişdir. Həmin müqavilələr Mülki Məcəllədə müəyyənləşdirilmiş şərt ləri pozmaqla bağlanıldığından etibarsız olmuşlar. Qüvvədə olan qanunvericiliyə görə maliyyə arayışı ciddi maliyyə hesabat blankı hesab olunmamış, həmin mənzillərin dəyərinin MTK-ya ödənilməsi barədə cavabdehlər məhkəməyə kassa mədaxil orderlərini təqdim etməmişlər. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab etmişdir ki, mübahisəli 21 nömrəli mənzilin Cavabdeh2 satılmasına dair xx.xx.2022-ci il tarixli müqavilə, həmçinin 18 nömrəli mənzilin İlqar Həsənova satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə yalan əqdlər olaraq əhəmiyyətsiz olmuşlar.

16. Məhkəmə onu da qeyd etmişdir ki, hər iki mübahisəli mənzillər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının hüquqları ilə yüklü olunduğundan cavabdehlər həmin mənzillərdən çıxarılmalı və həmin mənzillər boşaldılaraq idd iaçıya təhvil verilməlidir. Onların ailə üzvlərinin göstərilən yaşayış sahələrindən çıxarılmaları tələbinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, bu hissədə tələb qeyri-müəyyən olduğundan təmin edilə bilməz.

17. Mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair İlqar Həsənovun ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilən mənzillərlə bağlı iddiaçının hüquqları məhkəmə aktlarına əsasən tanındığından hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425.1, 646.1, 752.1, 752.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 82.3, 217.4, 218.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən cavabdeh İlqar Həsənovun nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

20. Cavabdeh İlqar Həsənovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə lazımi qədər araşdırma aparmamış, işin faktiki hallarına uyğun o lmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı ilə MTK arasında bağlanılmış müqavilənin üzərində hər hansı bir dəyişikliyin aparılması, müqaviləyə düzəlişlərin edilməsi, imzanın həqiqi olub-olmaması və digər hərəkətlərin edilib-edilməməsi ilə bağlı hər hansı bir araşdırma aparılmamışdır. İddiaçı məhkəməyə müraciət edərək, MTK tərəfindən pozulmuş hüquqlarının bərpası olaraq digər mənzillə təmin edilməsini xahiş etməli idi. İddiaçının cavabdeh kimi İlqar Həsənovun mənzildən çıxarılması tələbi qanunsuz və əsassız olmuşdur. X9 həmin mənzilin dəyərini ödəmiş və illərdir ki, həmin mənzildə yaşamışdır. O, mənzildə təmir və digər işlər görməklə istifadə və sahiblik hüququ əldə etmişdir. Lakin qarşı tərəfdə bu hüquqların heç biri mövcud olmamışdır. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır.

22. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Mənzili təhvil aldıqdan sonra, Cavabdeh2 əlavə 40.000 manat pul sərf edib, mənzili əsaslı təmir etmiş və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışdır. Keçən bu müddət ərzində Cavabdeh2 nə iddiaçını tanımış, nə də qonşulardan ona mənzilin mübahisəli olması barədə məlumat verilməmişdir. Cavabdeh2la MTK arasında bağlanmış alğı-satqı müqaviləsindən müəyyən olunmuşdur ki, MTK-nın Cavabdeh2 satdığı mənzil 12 mərtəbəli binada deyil, 16 mə rtəbəli binada yerləşmiş, habelə Cavabdeh2 məxsus mənzil 4-cü mərtəbədə deyil, 5-ci mərtəbədə yerləşmişdir. Belə olan halda iddiaçının mübahisə etdiyi mənzilin Cavabdeh2 mənzilinə heç bir aidiyyətinin olmaması tam təsdiq olunmuşdur. İddiaçının istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3069/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraata yönəldilmişdir. Lakin, qətnamə 2 il ərzində icra edilməmiş və iddiaçı həmin qətnamənin icra edilməsini tələb etməmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh2 təhvil verilən mənzilə sahib çıxmamışdır. Məhkəmənin qətnaməsi ilə iddiaçıya təhvil verilmiş mənzil başqa mənzil olmuşdur. Cavabdeh2 görə də bu müddət ərzində iddiaçı ona hər hansı etirazını bildirməmişdir. Bundan əlavə qeyd olunan məh kəmə mübahisələrində Cavabdeh2 tərəf olmamışdır. Buna görə də həmin məhkəmə aktlarının yaratdığı nəticələr Cavabdeh2 üçün məcburi hesab edilə bilməz.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-309/2024 nömrəli 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) cavabdehlər İlqar Həsənov və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə Əli Hacıyev və Elman Dabaxov arasında məhkəmə mübahisəsinin mövcudluğuna, hətta qanuni qüvvədə olmasına baxmayaraq cavabdeh MTK yenidən öz üstün mövqeyindən sui-istifadə edərək, xx.xx.2022-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mübahisəli mənzili Cavabdeh2, xx.xx.2021-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mübahisəli mənzili isə İlqar Həsənova satmışdır. Hər iki şəxsə mənzilə dair borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İddiaçı qeyd olunan şəxslərə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə cavabdehlərə m ünasibətdə iddia tələbini tam şəkildə təmin etmiş, narazı qalan cavabdehlər qətnamədən ayrı-ayrılıqda analoji dəlillərlə apellyasiya şikayəti vermişlər.

26. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh2 şikayətində ona məxsus olan mənzillə iddiaçının mənzilin fərqli olması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin predmeti ünvan 1 ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.m. olan 2 otaqlı 21 nömrəli mənzil, MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin predmeti isə əsasında ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 nömrəli mənzil olaraq qeyd edilm işdir. Zahirən hər iki müqavilədə qeyd olunan mənzillərin konkret olaraq yerləşdiyi mərtəbələrdə və ümumən mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının mərtəbələrində fərqlilik görünsə də, əslində işin araşdırılan halları mənzillərin fərqli deyil, məhz eyni mənzil olmasına dəlalət etmişdir.

27. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, konkret vəziyyətdə qeyd olunan nüansın aydınlaşdırılması heç də Cavabdeh2 iddia etdiyi şəkildə, yəni müvafiq ekspertiza təyin edilməklə müəyyən edilməsi, əslində mülki işin lüzumsuz olaraq uzanmasına səbəb ola bilər. Çünki işin araşdırılan hallarından görünmüşdür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və baxış protokoluna əsasən müəyyən edilmişdir ki, sözügedən mən zillər eyni mənzil olmaqla, sadəcə birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini nəzərə alıbalmadıqda fərqlilik yaranmışdır. Bütün halda tərəflərin hər ikisi eyni mənzili mübahisələndirmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında mübahisəli mənzillərə dair müqavilə 2006-cı ildə bağlansa da, müqavilə üzrə ödəniş 2009cu ildə başa çatmış və yalnız bundan sonra sonuncuya 15 yanvar 2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Kollegiya bundan çıxış edərək qeyd etmişdir ki, müqavilədə 12 mərtəbəli yaşayış binası qeyd edilsə də, sonradan bina 16 mərtəbəli inşa edilmişdir, bunun davamında mənzillərin nömrələrinə uyğun olaraq mərtəbələrdə dəyişiklik yaranmışdır. Lakin mənzillərin yerləşdiyi yaşayış binalarının blok, otaq sayı, ölçüsü və ən əsas ı nömrələri eyni olmuşdur. Bundan başqa iddiaçı tərəf artıq mübahisəli mənzillərə dair məhkəmə mübahisəsi yaşamış və həmin mənzillərə dair onun mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə tanınaraq, mənzillərin ona təhvil verilməsi öhdəliyi qəti şəkildə MTK-nın üzərinə qoyulmuşdur.

29. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəf olan MTK üzərinə götürmüş olduğu öhdəlikləri birtərəfli qaydada pozmaqla icra etməmiş və əlavə olaraq tikinti bazarında öz üstün mövqeyindən çıxış etməklə və yaranmış vəziyyətdən yararlanmaqla, hətta mənzillə bağlı məhkəmə mübahisəsinin getdiyini bildiyi halda, biləbilə həmin mənzili digər şəxslərə satmış, mübahisə barədə sonuncu “alıcılara” məlumat verməməklə, yaranmış vəziyyətdən bəhrələnməyə çalışmış və sonda cavabdehlərə satmaqla hazırkı mübahisənin yaranmasına şərait yaratmışdır.

30. Apellyasiya şikayətinin dəlillərini qəbul etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd olunan hallar artıq İlqar Həsənov və Cavabdeh2 mübahisəli mənzili qanuni əsaslarla, vicdanlı alıcı qismində əldə etmələri barədə dəlillərini istisna etmişdir.

31. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, apellyasiya şikayətlərinin təmin edilməsi daha əvvəl mövcud mübahisəyə dair iddiaçının mülkiyyət hüququnun müdafiəsini təmin edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edən və qeyri-müəyyən məhkəmə presedentinin yaranması ilə nəticələnə bilər.

32. Məhkəmə kollegiyası sonda İlqar Həsənov və Cavabdeh2 izah etmişdir ki, onların şikayətlərinin təmin olunmaması, sonunculara pulu ödədiyi MTK-ya qarşı mübahisəli mənzilə dair öd ənilmiş pulun qaytarılması və zərərin ödənilməsini mülki qaydada tələb etmək hüququnu istisna etmir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 178.8, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338-ci, Mənzil Məcəlləsinin 109.1, 112, 113-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.3, 88, 233.3, 372.2, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən cavabdeh İlqar Həsənov (Vəkil2) kassasiya ş ikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı dəfələrlə iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.m. olan 4 otaqlı 18 nömrəli mənzilə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ərizə yazaraq, mənzildən imtina edilməsi və zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması barədə məlumatların əldə edilməsi nə dair şifahi vəsatətin verilməsinə baxmayaraq, məhkəmə vəsatəti nəzərə almamışdır. Baxmayaraq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş davam etmiş və bu iş üzrə iddiaçı həmin işdə zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Həmçinin, icraatın dayandırılması barədə şifahi vəsatəti də nəzərə alınmamışdır. İcraatın dayandırılmasının səbəbi isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həmin işin baxılması idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh İlqar Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitus iyası.

37. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

38. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

39. Maddə 29 (hissə İİİ). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

40. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr do ğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

45. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata k eçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

49. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

50. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

51. Maddə

338. Həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istin ad etdiyi halları sübut etməlidir.

56. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayə tin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh İlqar Həsənov tərəfindən ona aid hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiy ası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar ək s etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-309/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver