Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2157/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1) kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələblərinə dair iddia ərizə si ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC-nin XXX filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli XXX nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvandakı 42 nömrəli mənzilin alınması məqsədilə 216 ay müddətə illik 8 faiz ödəmək şərti ilə 38.000 manat məbləğdə aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir.
2. Kreditin təminatı qismində cavabdeh xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin XXX filialı və satıcı X4 ilə göstərilən mənzilə dair XXX/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. 3. xx.xx.2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli xidmət müqaviləsinə əsasən "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. 4. "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatına əsasən, ünvan 1 ünvandakı 42 nömrəli mənzilin bazar dəyəri 57.500 manat, likvid dəyəri 48.750 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli XXX nömrəli kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.201 9-cu il tarixə olan 33.982,96 manat əsas borc, 941,24 manat faiz borcu, ümumilikdə 34.924,2 manat məbləğdə borcun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus ünvan 1 ünvandakı 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması, borcun həmin satışdan əldə edilən vəsait hesabına ödənilməsi, həmin vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, "xxxx" ASC-nin XXX filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli XXX nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvandakı 42 nömrəli mənzilin alınması məqsədilə 216 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 38.000 manat məbləğdə aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin XXX filialı və satıcı X4 ilə XXX/1 nömrəli alqı-satqı və ipoteka müqaviləi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixinə 33.982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə 34.924,2 ma nat məbləğdə borcu vardır. xx.xx.2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli xidmət müqaviləsinə əsasən "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-776/2020 nömrəli iş üzrə 03 noyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin XXX filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli XXX nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 33.982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə 34.924,20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın c avabdehə məxsus ünvan 1-də yerləşən 42 nömrəli mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ cavabdehə qaytarılması, ünvan 1-də yerləşən 42 nömrəli mənzilin ilkin satış qiymətinin 48.750 manat məbləğdə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 300 manat qiymətləndirmə xərcinin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qət naməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə ipoteka müqaviləsi üzrə borcun əmələ gəlməsi səbəblərini araşdırmamışdır. Kreditin götürüldüyü və müqavilənin bağlandığı müddətdən sonrakı iqtisadi böhran və son zamanlar respublikada pandemiya şəraitində iş yerlərinin bağlanması və vətəndaşların gəlirlərinin məhrum olmasını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa, hazırda həmin mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin mənafeyi nəzərə alınmayaraq, ipoteka saxlayan tərəfindən heç bir tədbir görülməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin şəxslərin mənzildə qeydiyyatda olmaları araşdırılmamışdır. Çünki iş materiallarından göründüyü kim i, mənzilin satılmasına onların razılıq verib-verməmələri aydınlaşdırılmamışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), G.Cabbarova və A.Süleymanova) 2(105)-271/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mövcud kredit müqaviləsi 2015-ci ildə bağlanmış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni pandemiya başlamazdan ə vvəl cavabdehin mövcud müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməməsinə görə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442, 269, 319.1, 319.6-cı maddələri, “İpoteka haqqında” Qanunun 33-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməklə, mənzilin açıq hərracda satılması barədə iddia qaldırmaqda haqlı olmuş, birinci instansiya məhkəməsi də bu hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.... Məhkəmə kollegiyası həmçinin cavabdehin mənzildə qeydiyyatda olan şəxslərin mənafelərinin nəzərə alınması barədə ipoteka saxlayan tərəf indən heç bir tədbir görülməməsinin məhkəmə tərəfindən araşdırılmaması, həmin mənzildə olan ailə üzvlərinin maraqlı şəxs kimi cəlb olunmaları, onların qeydiyyatda olduqlarını, mənzilin satılmasına razılıq verib-verməmələrinin aydınlaşdırılmaması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı mövcud iddia tələbinin predmeti deyildir, bunun üçün bankın hansısa bir tədbir görməməsi iddiaçıya kredit müqaviləsi üzrə borcun və bunun təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etməsi hüququnu aradan qaldırmır. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir.”
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 317, 319, 425-ci, “İpoteka haqqında” Qanunun 33-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın əsasları ilə eyni olmuş, etirazda şikayətin təmin edilməməsi xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədi kdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddət də icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peş ə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 17. “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 3 9.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqa viləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4 (Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1439-VQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsi nin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İlk olaraq, ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora t anınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur.
24. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamış, eyni dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası da həmin əsaslandırılma ilə razılaşır.
26. Məhkəmə kollegiyası şikayətin mənzildə qeydiyyatda olan və yaşayan şəxs lərin mənafeyinin nəzərə alınmaması barədə dəlilinə dair həmçinin bildirir ki, birincisi, iddia mənzilin boşaldılması tələbi hissədə rədd edilmiş, iddiaçı isə bundan şikayət verməmişdir. İkincisi, cavabdeh ipoteka predmeti əmlakla bağlı əşya hüquqlarının qorunması məqsədilə məhkəmə müdafiəsi hüququndan MPM-in 4.1-ci maddəsi anlamında özünə aid hüquq və azadlıqların, eləcə də maraqların qorunması və təmin edilməsi hüdudlarında istifadə edə bilərdi.
27. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.