Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2177/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulmas ı tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-156/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayonu AİK-nin 02 iyul 1999-cu il tarixli qərarı ilə Hüseynov Qəni Çəmən oğlunun, Cavabdeh5, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə Astara rayonu, Ərçivan qəsəbəsində 0,20 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə JN735A saylı şəhadətnamə verilmişdir.
2. Astara rayonu AİK-nin 02 iyul 1999-cu il tarixli qərarı ilə X7, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2, X5 və X2 mülkiyyətinə Astara rayonu, Ərçivan qəsəbəsində 0,16 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə JN852A saylı şəhadətnamə verilmişdir. 3. 02.11.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 rayon Ərçivan Bələdiyyəsindən 0.05ha torpaq sahəsi almışdır.
4. Astara rayonu, Ərçivan qəsəbəsində 0,21 hektar torpaq sahəsinə və üzərində yerləşən 243,9 kvadrat metr fərdi yaşayış evinə X7, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2, X5 və X2 birgə mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisələri olmuş və Cavabdeh5 cavabdehlər X4 və ailə üzvlərinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il t arixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 Cavabdeh5 qarşı, iddiaçıya məxsus 0,05 ha torpaq sahəsinin zəbt edilmiş 16 kv.m hissəsindən çıxarılması tələbi təmin edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəməslərində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh5 cavabdeh X4 qarşı bələdiyyə ilə 0,05 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılmasına dair iddiası Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat
6. İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan, Astara rayonu, Ərçivan qəsəbəsində 0,21 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 243,9 kvadrat metr sahəsi olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmalarını və cavabdehlərin özbaşınalıqlarına son qoyulmasını xahiş etmişlər.
7. İddiaçılar tələbini onunla əsaslandırılmışlar ki, onların mülkiyyətində Astara rayonu, Ərçivan qəsəbəsində 0,21 hektar torpaq sahəsi və onun üzərində ümumi sahəsi 243.9 kvadrat metr, iki mərtəbədən ibarət olan fərdi yaşayış evi vardır. Cavabdehlər (qardaşının ailəsi) evin 2-ci mərtəbəsini zəbt etmişlər və orada yaşayırlar. Dəfələrlə fərdi yaşayış evinin tərk edilm əsini cavabdehlərdən tələb etsələr də, bir nəticə əldə edə bilməmişlər. Fərdi yaşayış evinə və torpaq sahəsinə görə bir neçə dəfə məhkəmə mübahisələri yaranmış, həmin mübahisələr üzrə Astara rayon Məhkəməsinin qətnamələri onun xeyrinə çıxarılmış, həmin qətnamələr Şirvan Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə qüvvədə qalmışdır. Buna baxmayaraq cavabdehlər fərdi yaşayış evinin boşaldılmasından imtina etmişlər.
8. Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, cavabdehlər uzun illərdi ki, mübahisəli fərdi yaşayış evində yaşayırlar. Lakin iddiaçılar cavabdehlərlə qərəzli münasibətdə olduğundan əsassız olaraq məhkəmədə iddia qaldırmışlar.
9. Astara Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(018)-626/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qət naməsi ilə (hakim M.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astara rayonu, Ərçivan qəsəbəsində 0,21 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 243,9 m2 olan mənzildən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması, iddianın cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması barədə hissəsində təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçılar fərdi yaşayış evini qanuni əsasla əldə etmişlər və ev onların xüsusi mülkiyyətindədir. Cavabdehlərin mübahisəli fərdi yaşayış evində yaşamaları üçün hər hansı bir hüququ yoxdur. Bununla bağlı cavabdehlər iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Lakin iddianın cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə hissəsi təmin edilə bilməz. Çünki cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarıldıqdan sonra sonuncuların özbaşınalıq hərəkətləri iddiaçılara qarşı davam edilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də iddia bu hissədə təmin olunmamalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 153.3, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə faktiki halları hərtərəfli araşdırmadan qətnamə qəbul edib. Halbuki, məhkəmə təqdim edilmiş sübutları araşdırmalı idi. Cavabdehlər uzun illərdir ki, mübahisəli fərdi yaşayış evində yaşamışlar. Lakin məhkəmə bu hala qiymət verməmişdir.
14. Apellyasiya baxışı z amanı Cavabdeh5 izahatında bildirmişdir ki, anadan olandan valideynləri ilə eyni evdə birgə yaşamışlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi və yaşayış evini iddiaçı öz adına rəsmiləşdirmişdir. Hazırda onun adına əmlak yoxdur. O, 1999-cu ildə oğlu üçün 0.20 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi atasının adına sənədləşdirilsə də oğluna məxsusdur.
15. Apellyasiya baxışında iddiaçıların nümayəndəsi X7 izahatında bildirmişdir ki, mübahisəli ev onun və ailəsinin birgə mülkiyyətindədir, evdə o, ailəsi ilə yaşayır. Cavabdeh5 və ailəsi isə 1996-cı ilədək ayrı, atası ilə yaşamış, 1996-cı ildə qayınatasının (arvadının babasının) evinə köçmüş, qayınatası ilə narazılıq olduğundan 2006-cı ildə müvəqqəti olaraq evin 2-ci mərtəbəsində ona yaşamağa icazə vermişdir. Cavabdehlərin (və mərhum at asının) isə birgə mülkiyyətində ayrı sahədə evləri vardır. Mübahisəli evlə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən evin arasında 2-3 km məsafə vardır. Mübahisəli sahənin 5 sotunu alqı-satqı müqaviləsi ilə almış, 15 sotu isə əvvəldən aldığı torpaq sahəsidir
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-156/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X9 (sədrlik edən və məruzəçi), X12 və X10) Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(018)-626/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddianın hüquqi dəyərləndirilməsi ap arılarkən ilk növbədə cavabdehlərin mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, cavabdehlərin yaşayış sahəsindən çıxarılması onların bu sahəyə istifadə hüququnun olub-olmamasından asılıdır. Cavabdehlərin mənzilə hüquqlarının olmadığı halda iddiaçıların tələbi təmin edilməlidir. Bunun üçün ilk növbədə tərəflər arasındakı münasibətlərin yaranma anı müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasındakı münasibətlər 2006-cı ildən yaranmışdır. Belə ki, cavabdehlər 2006-cı ilədək Cavabdeh5 qayınatasının evində yaşamış, 2006-cı ildən sonra iddiaçılara məxsus yaşayış evinin ikinci mərtəbəsində yaşamağa başlamışlar. İddiaçı N.Hüseynovun bildirdiyinə görə, qardaşı ailəsi olan cavabdehləri müvəqqəti olaraq evə buraxmışdır, lakin onlar indi mənzild ən çıxmaq istəmirlər. Halbuki, onların özlərinə məxsus ayrıca torpaq sahəsində yerləşən evləri vardır. Cavabdeh5 2006-cı ildən ailəsi ilə birlikdə mübahisəli evə köçüb yaşamağa başladığı barədə iddiaçının bildirdiyini təkzib etməmiş, lakin bu evin atasına məxsus torpaq sahəsində yerləşən tikilinin sökülməsindən sonra inşa edildiyini, iddiaçıların həmin evi öz adlarına rəsmiləşdirdiklərini iddia etmişdir. Cavabdeh, atasının və özünün adına rəsmiləşdirilmiş torpaq sahəsindəki evin isə oğluna məxsus olduğunu qeyd etmişdir. Ona görə də hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddəyə əsasən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehlərlə iddiaçılar arasında yazılı razılaşma olmalıdır. Hazırkı işdə isə iddiaçılar a məxsus yaşayış evindən cavabdehlərin istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə mülkiyyətçilərlə ilə yazılı razılaşması olmamışdır. Ona görə də iddia əsaslıdır.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf etirazında torpaq sahəsinin əvvəldən atasına məxsus olduğunu, orada atasına məxsus ev olduğunu, evin sökülərək yerində iki mərtəbəli yeni evin inşa edildiyini, iddiaçıların qanunsuz olaraq torpağı və orada olan iki mərtəbəli evi öz adlarına rəsmiləşdirdiklərini bildirsə də, bu hal da iddianın rədd edilməsi üçün əsas deyil. Bundan başqa, apellyasiya şikayətinə qarşı etirazdan və izahatlardan müəyyən edilir ki, tərəflər arasında əvvəllər başqa məhkəmə mübahisələri də olmuşdur. Cavabdeh5 cavabdehlər X4 və ailə üzvlərinə qarşı torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 Cavabdeh5 qarşı, iddiaçıya məxsus 0,05 ha torpaq sahəsinin zəbt edilmiş 16 kv.m hissəsindən çıxarılması tələbi təmin edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəməslərində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Cavabdeh5 cavabdeh X4 qarşı bələdiyyə ilə 0,05 ha torpaq sah əsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılmasına dair iddiası Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu qətnamələrlə də iddiaçılara məxsus, mülkiyyət hüququnu təsdiq edən (çıxarışın verilməsinə əsas olmuş) şəhadətnamənin, eləcə də bələdiyyədən alınmış torpaq sahəsinin mübahisəsiz olaraq iddiaçılara məxsusluğu bir daha təsdiq olunmuşdur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 228.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsini n şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanın yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.
22. Bundan başqa qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaq hüquqları iddiaçılar tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdehlər uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evində yaşamışdır. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır.
23. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh5 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və m əhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-156/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.