Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2206/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə 2(105)-923/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-192 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv e dilməsi, Cavabdeh2, Cavabdeh4 və “Bank Avrasiy 2. a” ASC arasında bağlanmış, Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə dair Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ipotekanın dövlət qeydiyyatı və bunun əsasında Cavabdeh5 ASC-nin xeyrinə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(060)-34/2024 nömrəli, 20 fevral 202 4-cü il tarixli qətnaməsi ilə (X2) İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddianın qismən təmin edilməsi, Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (2V-192 reyestr nömrəli) etibarsız hesab edilməsi, ƏMDK yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1A saylı evin 28 saylı mənzili üzrə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelya siya şikayəti verərək qətnamənin qismən, iddianın rədd edilmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-923/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər Lalə Rəhimli (məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
6. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənilmiş və beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüş, müddətin bərpası barədə ərizə verilmmişdir.
7. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1,130.3, 135.6, 360-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, qətnamədən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanuna əsasən 10 gün müddətində qətnamənin təsdiq edilmiş surətini poçt vasitəsilə göndərməyə borclu olduğu halda, bunu etməmişdir. Bir aydan artıq qətnamənin surətinin ona göndərilməsini gözləmiş, qətnamənin surəti uzun müddət, yəni bir aydan da artıq müddətə göndərilmədiyi üçün vəkillə əlaqə saxlamış, o da bildirmişdir ki, qətnamənin surəti rəsmi olaraq gəlməyibsə, bunu məhkəmədən yazılı ərizə ilə tələb etməlidir. Lakin iddiaçı xaricdə təhsil aldığı üçün bunu edə bilməmiş və vəkildən xahiş etmişdir ki, onun adından apellyasiya şikayəti versin. Yalnız bundan sonra vəkili apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə şikayəti mümkünsüz hesab edərək işi geri qaytarmışdır. İddiaçı hesab etmişdir ki, məhkəmə kollegiyası bununla kobud prosessual səhvə yol vermişdir. Qətnamənin surətinin ona çatdırılmasının müddətinin vəkilin elektron kabinetdə yerləşdirilməsindən hesablamaqla məhkəmə kollegiyası haqlı olmamışdır.
10. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6, 360-cı m addələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinini qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
18. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab ed ilə bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Qərardaddan kassasiya şikayəti verən kassator onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 26. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan e lektron kabinet vasitəsilə həyata keçirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının vəkili və nümayəndəsinin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən apelyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.
27. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı isə müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etməmişdir.
28. Kassasiya şikayətind ə apelyasiya verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü səbəblərdən baş verməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Hazırkı halda nümayəndənin iddiaçıya məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.
29. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya inst ansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-923/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.