Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2265/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı ilk, iddiaçı Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, zərərin əvəzinin ödənilməsi, iddia tələbinin həcminin artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabd eh1 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(105)-1031/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsin əsasən, Azərbaycan Beynəlxalq Bankının (bundan sonra – iddiaçı yaxud bank) “Səbail” filialı ilə Cavabdeh1 ara sında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 MTK bu müqaviləni bank və Cavabdeh1 arasında xx.xx.2015ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. 3. xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 bu müqaviləni bank və borclu Cavabdeh1 arasında xx.xx.2015ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. 4. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.x x.2015-ci il tarixli, 23-xxxx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 505,65 manat faiz borcu olmaqla, cəmi borcu 64462,80 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçının xeyrinə tutulmalı olan məbləğ xx.xx.2015-ci il tarixli, 23xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 549,15 manat faiz borcu olmaqla, cəmi borcu 64505,30 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul və saiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçının xeyrinə tutulmalı olan məbləğ xx.xx.2015ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin müqavilənin şərtlərini pozaraq əsas kredit məbləğini və ona hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə mürciətlər heç bir nəticə verməmişdir.
8. Cavabdeh1 öz növbəsində iddiaçıya və Cavabdeh3 MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və “Kristal Abşeron MTK”-dan onun sağlamlıqlarına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, o na qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq, 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh3 MTK tərəfindən xx.xx.2015-ci il tarixli müqavilənin şərtləri pozulmuş, onun tərəfindən ödənilmiş məbləğlər azaldılmış, əsas və faiz məbləği şişirdilmişdir. Onların belə hüquqazidd hərəkətləri nəticəsində cavabdeh illərdir mənəvi və fiziki ağır sarsıntılar keçirmiş, həmçinin əsəb və psixologiyası da ciddi şəkildə pozulmuşdur.
10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 9/ 5994 №-li ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 64642,57 manat, faiz borcu 143,65 manat təşkil edir.
11. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 312/E №-li ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 54000 manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 manat müəyyən edilmişdir.
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3130/2021 nömrəli i ş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.Məmmədov) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 143,65 manat faiz borcu olmaqla, cəmi 64099,80 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 nömrəli mənzilin açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyərinin 54000 manat, baza r dəyərinə uyğun likvid qiymətinin dəyərinin 45600 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, Cavabdeh1 evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi, ilkin iddia tələbi satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçıya ödənilməsi hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə müna sibətdə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 MTK-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Odur ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli ekspert rəyi nəzərə alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 63956,15 manat əsas borc və 143,65 manat faiz borcu olmaqla, cəmi 64099,80 məbləğində borc tutulmalıdır.
14. Həmçinin, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Digər tərəfdən, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh1 həmin mənzili ən geci 1 ay ərzində əşyaları ilə birlikdə tərk etməli, Cavabdeh1 həmin mənzildən çıxmadıqda evdən məcburi qaydada çıxarılmalı, həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir.
15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıya və Cavabdeh3 MTK-ya qarşı onun sağlamlığına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüza r nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq, 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, qarşılıqlı iddia rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 443.1, 445.1, 445.2.1, 448.1, 472.1, 472.2, 472.3, 739.1-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv ed ilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hazırkı iddia tələbi isə məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklər qüvvəyə minmədən qəbul edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən qəbul edilərək, qətnamə həmin tələbin təmin edilməsi ilə qəbul edilməli idi. Belə ki, ipoteka predmetinə q oyulan likvid dəyərdən aydın görünür ki, borc tam ödənilmir. Bu halda borcun geri qalan qisminin necə ödənilməsi sual doğurur. Birinci instansiya məhkəməsi qətnaməsində ilk növbədə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsini təmin etmiş, lakin əmlakın lkvid dəyərinin 45600 manat olduğu halda, cəmi 64099.80 manat borcun ödənilməsinə kifayət etmədiyini aydınlaşdırmamışdır. Qeyd olunan hal qətnamənin nəticə hissəsi ilə işin hallarına uyğun gəlmir.
19. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi bir sıra maddi və prosessual hüquq no rmalarının pozulması ilə nəticələnmişdir. Mövcud qanunvericiliyə əsasən məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin ekspertin stajını hakim müəyyən etməmişdir. Bundan başqa onun borcu şişirdilmişdir. Buna dair ekspert rəyi saxtadır. Habelə ekspert mənzilin likvid qiyməti 60.000 manat olduğu halda 45.600 manat qiymət qoymuş, mənzilin bazar dəyəri müəyyən edilməmişdir. Habelə, ilkin iddiaçının ona pretenziya göndərməsinə, eyni zamanda mənzilinə yönəltməyə dair ona və DƏDRX-nə bildiriş göndərməsinə münasibət bildirməmişdir. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir.
21. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/4223 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 23xx-xx-2015- RO-X3 saylı Təminatlı kredit müqaviləsinin və 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixədək banka əsas borc üzrə 64.642,57 manat, faiz borcu üzrə 17,96 manat borcunun olduğu müəyyən edilmişdir.
22. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əmlaka baxış keçirilməsinə icazə verilmədiyindən, satışların müqayisəsi metodu və standart əsaslardan istifadə edilməklə Cavabdeh1 məxsus, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 78000 manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 70000 manat müəyyən edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 13 sentyabr 2022-ci il tarixli, 2(105)-1031/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və M.Rzayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə, ilk iddia tələbinin “satışdan əldə olunacaq vəsait iddia çının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçıya ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə 143,65 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan 17.96 manat faiz borcunun iddiaçının xeyrinə tutulması, qətnamənin, “Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin likvid qiymətinin 45600 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin açıq hərraca çıxarılarkə n ilkin satış qiymətinin onun likvid dəyərinə uyğun 70 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə, yəni ödənilməmiş qalan 63956,15 manat əsas borc, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 nömrəli mənzilin açıq hərracdan satılması, hərracdan əldə olunacaq vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sa həsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar hesab etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 MTK ilə xx.xx.2015- ci il tarixli, 23-xx-xx2015-RO-X3 nömr əli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli, 23- xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir.
25. Cavabdeh1 indiyə qədər 45291 manat ödəmişdir. Cavabdeh1 kredit vəsaitini əldə etsə də, müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada icra etmədiyi üçün iddiaçı bank qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bank ASC” və “Kristal Abşeron MTK”- dan onun sağlamlığına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
27. Yaranmış mübahisə ətrafında məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
28. Hər şeydən əvvəl kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən, cavabdeh borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair zaminlərlə birlikdə vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər.
29. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əş yalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı ge cikdirməsi sayılır.
33. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
35. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməs i üçün məsuliyyəti öz üzərinə götürür.
36. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
38. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
39. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
40. Yenə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 41. “İpoteka haqqında” AR Qanununun 3 9.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
43. Məhkəmə kollegiyası Cavabdeh1 şikayətinin hər iki əsas dəlilini nəzərə alaraq, cavabdehin banka olan borcunun dəqiq məbləğinin müəyyən edilməsi, habelə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi barədə mülki iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəş ünaslıq ekspertizaları təyin etmişdir.
44. Yuxarıda qeyd olunduğu kimi iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka əsas borc üzrə 64.642,57 manat, faiz borcu üzrə 17,96 manat borcunun olduğu müəyyən edilmişdir.
45. Daha öncə qeyd edildiyi kimi məhkəmənin qərardadı əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində Cavabdeh1 məxsus, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 78000 (yetmiş səkkiz min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 70000 (yetmiş min) manat müəyyən edilmişdir.
46. İddiaçı “Azərbaycan Beynəlxalq Bank ASC”-nin apellyasiya şikayətini əsaslı hesab edən məhkəmə kollegi yası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin, ilkin iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinin rədd edilməsi hissəsində qətnaməsi əsaslı hesab edilə bilməz.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 70 000 manat müəyyən edilməlidir.
48. Başqa sözlə, hazırkı halda ipoteka predmeti olan əmlakın ilkin s atış qiymətini birinci instansiya məhkəməsi düzgün müəyyən etməmişdir.
49. Bundan əlavə yuxarıda qeyd olunan məhkəmə mühasibatlıq ekspertizasının 20 iyul 2022-ci il tarixli, 9/4223 nömrəli ekspert rəyinə istinad edərək, kollegiya qeyd edir ki, qətnamə qeyd olunan kredit müqaviləsi üzrə faiz borcu hissəsində dəyişdirilməli, ekspert rəyinə uyğun olaraq azaldılmalı, cavabdehlərdən müştərək qaydada 17.96 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
50. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Hazırkı halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı "xxxx" ASC apellyasiya şikayətinin dəlillərini tam, Cavabdeh1 isə apellyasiya şikayətinin əsaslarına dair dəlillərini qism ən sübut edə bilmişdir.
52. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsasdır.
53. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Elnarə Miikayılovanın apellyasiya şikayətinin qalan hissədə dəlillərini əsassız hesab etmişdir və hesab edir ki, bu dəlillər mahiyyət etibarı ilə qanuni və əsaslı qətnamənin tələb edilən qaydada ləğv edilməsi və heç bir ciddi dəlilə əsaslanmayan tələblərinin təmin edilməsi üçün əsas ola bilməz.
54. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundam ental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Mülki Məcəlləsinin 427.1-ci maddəsinə müvafiq olaraq Məcəlləsinin 427.1, 423.1ci, 742.2-ci və maddələrinə istinad etməklə qeyd etmişdir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 423.1-ci maddəsinə əasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 742.2.-cü maddəsinin tələblərinə görə yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, d aha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır.
57. İddiaçı ilə cavabdeh arasında qüvvədə olan xx.xx.2015-ci il tarixli 23-xx-xx2015-RO-X3 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən kredit öhdəliyinin son icrası tarixi xx.xx.2035-ci il müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası nəticəsindən də göründüyü kimi cavabdeh tərəfindən 42.491,33 manat məbləğində öhdəliklər icra edilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməsin baxmayaraq cavabdeh həmin müddətdən sonra da öhdəliklərin icrasını davam etdirmişdir. Eyni zamanda 2300 manat məbləğində gecikdirilmiş ödənişin iddiaçıya dərhal ödəmək imkanın olması ca vabdeh tərəfindən məhkəmədə təsdiq edilmişdir.
58. Məhkəmə qeyd olunan işin faktiki hallarını və yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almayaraq kredit müqaviləsinin qüvvədə olduğu zaman iddiaçının kredit müqaviləsi üzrə bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etmək hüququ olması barədə məhkəmə mövqeyini əsaslandırmamışdır.
59. Azərbaycan Prosessual Məcəlləsinin 53-cü və 217.2-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq ediməyib. Respublikasının Mülki Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
60. Həmin Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətn amə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. İddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə işin məhkəmə baxılmağa hazırlanması yekunlaşından sonra təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən yuxarıda göstərilən prosessual hüquq normaları pozularaq iddia tələbinin həcminin artırılması qəbul edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən ilk iddia tələbinə dair iddianın təmin edilmiş hissəsi mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
66. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
67. Maddə 445.2.1. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi.
68. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cava bdehdir.
69. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
70. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
71. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqavi ləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu
72. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
73. Maddə 34.1.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi.
74. Maddə 36.1. İpote ka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
75. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkə n qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə
53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gə lmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin kredit müqaviləsinin qüvvədə olduğu zaman iddiaçının kredit müqaviləsi üzrə bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etmək hüququ olması barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslandırmaması, iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşından sonra təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən prosessual hüquq normaları pozularaq iddia tələbinin həcminin artırılmasının qəbul edildiyi barədə dəlillərini apellyasiya şikayətində gö stərməmişdir.Yəni həmin dəlillər apellyasiya baxışının predmeti olmamışdır.Ona görə də həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin maddi və ya prosessual hüquq normalarının tələbinin pozmasından da söhbət gedə bilməz.Ona görə də həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmır.
85. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
86. Məhkəmə kollegiya sı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.