Məhkəmə qərarları › İş №2(102)-247/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-247/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-247/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Cavabdeh" MMCyə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkilləri Vəkil və X5, üçüncü şəxs X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-300/2020 n ömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 96,3 kv.m olan 3 otaqlı 74 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasına və həmin mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi vəzifəsinin "Cavabdeh" MMC Tikinti şirkətinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında " Cavabdeh" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Babayev, iş № 2(004)5319/2018) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilindı istifadə və sahiblik hüququ tanınmış və həmin mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mənzilin dəyərini tam ödəməklə, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili almışdır. Onunla Cavabdeh MMC arasında bağlanmış müqavilə cəmiyyətin qanuni təmsilşisi Elnur Məmmədov tərəfindən imzalanmışdır. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə X3 arasında da həmin mənzilə dair müqavilə bağlanmış, lakin müqavilə cəmiyyətin qanuni təmsilşisi Elnur Məmmədov tərəfindən imzalanmamışdır. C.Hüseynov özü də etiraf etmişdir ki, mənzili Fariz adlı şəxsdən almış, müqaviləni həmin şəxslə bağlamış və mənzilin dəyərinin tam olaraq ona ödəmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıd akıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb e də bilər. Sözü gedən mənzilin dəyəri İddiaçı tərəfindən ödənildiyindən, lakin sonradan mənzil üzərində sahiblikdən qanunsuz məhrum edildiyindən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, xx.xx.2012-ci il tarixli müqavilə bağlanarkən, yəni hələ xx xxxxxxx 2009-cu il tarixdə C.Hüseynova satılmış mənzil barəsində Cavabdeh MMC tərəfindən sərəncam verilərkən xx xxxxxxx 2009-cü il tarixli müqavilənin tərəfləri Cavanşir Hüseyovun iradə ifadəsinə uyğun hərəkət etməməklə mülki qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüquqları ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməmişlər. Birinci instansiya məhkəməsi MMC-nin İddiaçı məxsus mənzil üzərində sonuncunun iradəsinə zidd olaraq sərəncam verməsi ilə bağlı hərəkətlə rini iddiaçının həmin mənzilə dair istifadə və sahiblik hüquqlarını pozan, maneələr yaradan qanuna zidd hərəkətlər kimi qiymətləndirərək, hesab etmişdir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin üzərində iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla, həmin mənzil İddiaçı təhvil verilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5319/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq üçüncü şəxs X2 verilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 180,65 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədiiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ona təhvil verilməsini tələb etdiyi Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m-dən ibarət 3 otaqlı mə nzil məhz C.Hüseynovla MMC arasında bağlanmış müqavilənin predmeti olan 74 saylı mənzildir, yəni mübahisənin eyni mənzillə bağlı olduğu müəyyən olunur ki, bunu da iş üzrə tərəflər sonradan məhkəmə baxışı zamanı mübahisələndirməmişlər. Odur ki, sözügedən mənzillə bağlı iddiaya dair iş üzrə C.Hüseynovun məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi əsaslı olmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisə predmeti olan mənzilə dair cavabdeh MMC ilə iddiaçı və üçüncü şəxs arasında ayrı-ayrılıqda bağlanmış 2 müstəqil müqavilə və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hər iki tərəfə verilmiş 2 maliyyə arayışı mövcuddur. Hazırki işdə iddiaçı onunla MMC arasında bağlanmış müqaviləyə istinad edərək mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, habe lə mənzilin ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mənzilin dəyərini tam ödəməklə, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili almışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə cəmiyyətin qanuni təmsilçisi Elnur Məmmədov tərəfindən imzalanmışdır. Həmçinin, müəyyən edilmişdi ki, Cavabdeh MMC ilə X3 arasında da həmin mənzilə dair müqavilə bağlanmış, lakin müqavilə cəmiyyətin qanuni təmsilçisi Elnur Məmmədov tərəfindən imzalanmamışdır. C.Hüseynov özü də etiraf etmişdir ki, mənzili Fariz adlı şəxsdən almış, müqaviləni h əmin şəxslə bağlamış və mənzilin dəyərini tam olaraq ona ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən ödənildiyindən, lakin sonradan o, mənzil üzərində sahiblikdən qanunsuz məhrum edildiyindən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin ona təhvil verilməsi ilə bağlı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157-ci maddəsi çıxış edir. Həmin maddənin tələbinə görə mülkiyy ətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Bundan əlavə Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllə nin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrin məzmununa müvafiq olaraq podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdu ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, hazırki halda iddiaçının mübahisəli mənzilə dair əşya hüququnun yaranması və MM-nin 157-ci maddəsi ilə tələb etmə hüququnun əsasında Mülki Məcəllənin tələblərinə zidd olmayan müqavilə çıxış etməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki iddiaçının tələbinin əsası kimi mübahisəli mənzilə dair cavabdeh MMC ilə bağladığını iddia etdiyi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi çıxış edir. Müqavilənin məzmunundan və işin hallarından da müəyyən olunur ki, həmin müqavilə bağlanarkən sözügedən mənzilin inşası başa çatmışdır. MMC inşa edilmiş sözügedən mənzili sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən olunmuşdur ki, iddia olunan mənzillə bağlı xx.xx.2012-ci il tarixli müqavilə ilə y anaşı, həmin mənzilin C.Hüseynova satılması barədə xx xxxxxxx 2009-cu il tarixli müqavilə də mövcuddur. Apellyasiya instansiya məhkəməsi hazırki mülki iş üzrə İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli müqavilədə və xx.xx.2014-cü il tarixli maliyyə arayışında, habelə üçüncü şəxs C.Hüseynovun adına verilmiş xx.xx.2009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhürün əkslərinin MMC-yə həmin ərəfədə məxsus möhür ilə eynilik təşkil edib-etməməsinin, habelə qeyd edilən sənədlərdə əks olunmuş imzaların MMC-nin qanuni təmsilçisi olan E.Məmmədovun imzası ilə eynilik təşkil edib-etməməsinin araşdırılmasının tərəflər arasındakı mübahisənin həlli üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası və məhk əmə-xəttşünaslıq ekspertizasını təyin etmişdir. Buna müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzindən iş üzrə xx.xx.2019-cu il tarixli 31215 saylı, habelə xx.xx.2020-ci il tarixli 4/31 saylı rəylər alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli 4/31 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin kserosurətində “Direktor: xxxx.” sözlərinin qarşısındakı imza - X6 tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim olunmuş İddiaçı adına olan xx.xx.2014-cü il tarixli maliyyə arayışının kserosurətində “xxxx” sözlərinin önündəki imza; MMC ilə X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 47 nömrəli müqavilədə “Direktor: E.Məmmədov” sözlərinin qarşısındakı imza; X1 adına olan xx.xx.2 009-cu il tarixli maliyyə arayışında “E.Məmmədov” sözlərinin önündəki imza; X1 adına xx.xx.2017-ci il tarixli 01/17 saylı arayışın kserosurətində “E.Məmmədov” sözlərinin önündəki imza – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 31215 saylı rəyə görə tədqiqata təqdim edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışındakı və xx.xx.2012ci il tarixli müqavilədəki möhür əksi kserosurət olub, surətçıxaran aparat vasitəsilə çıxarılmışdır. Tədqiqata təqdim edilmiş xx.xx.2009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, xx.xx.2019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xx.xx.2019-cü il tarixli apellyasiya şikayətində və xx.xx.2018-ci il tarixli protokolda olan möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Həmçinin xx.xx.2009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksi öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xx.xx.2019-cu il tarixli apellyasiya şikayətində və xx.xx.2018-ci il tarixli protokolda olan möhür əksi öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xx.xx.2009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksi təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xx.xx.2019-cu il tarixli apellyasiya şikayətində və xx.xx.2018-ci il tarixli protokolda olan möhür əksi aralarında eynilik təşkil etmir. Apellyasiya instansiya məhkəməsi mövcud mülki mübahisənin həlli və apellyasiya şikayət inin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.). Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcluda n vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu i lə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (maddə 406). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (maddə 407.2). Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair iddiaçı ilə bağlanması iddia edilən müqavilə MMCnin həmin vaxt direktoru olan E.Məmmədov tərəfindən imzalansa da, müqavilə MMC-nin nizamnamədəki həqiqi möhürü ilə təsdiqlənməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, sözügedən müqavilənin yalnız müəssisənin direktoru tərəfindən imzalanması onun mötəbər sənəd kimi qəbul edilməs i üçün kifayət etmir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınan möhürü ilə təsdiqlənməyən sözügedən müqavilə MMC-nin öz iradəsini ifadə edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Müqavilə tərəflərindən birinin iradə ifadəsinin mövcud olmaması halı isə həmin əqdin etibarlılıq şərtinə cavab vermədiyinin göstəricisidir. Eyni zamanda mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənəd kimi İddiaçı təqdim etdiyi xx.xx.2014-cü il tarixli maliyyə arayışı da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, maliyyə arayışında imza yerində MMC-nin direktoru E.Məmmədovun adı qeyd olunsa da, arayış onun tərəfindən imzalanmamış, habelə arayışdakı möhür əksinin mötəbərliyi öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənz ilin təqdim edilməsi ilə bağlı MMC-nin İddiaçı qarşısında icra edilməli olan müqavilə öhdəliyi yoxdur. İddiaçı mübahisəli mənzilə münasibətdə əmlak hüquqları, o cümlədən sahiblik və istifadə hüququ əldə etməmiş, bununla da iddia tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mövcüd mübahisənin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə isə iddiaçı tər əfindən mübahisəli mənzilin dəyərinin (pay haqqının) ödənilməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bununla bağlı iddia tələbinin əsasını sübut etmək vəzifəsi üzərinə d üşən İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də İddiaçı cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, habelə mənzilin təhvil verilməsi tələbi barədə” iddiası əsassızdır və təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-300/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkilləri X7 və Vəkil oğlu izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq 3-cü şəxs X1 izahatı dinlənilməmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüqu qi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-300/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver