Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2521/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2521/22 Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10456/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 07 iyun 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 MMC və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli, 16-270 saylı qeydiyyat nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsi, Cavabdeh2-nin hərracın yekunları barədə 2346 saylı 27 noyabr 2017-ci il tarixli Protokolun, nəqliyyat vasitəsinə verilmiş sonuncu nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nət icəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, sonuncu ilə İddiaçı arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv ediməsi, İddiaçı və Vüqar Kərimovdan əsas borca görə 10.897,45 ABŞ dolları, faiz borcuna görə 1.177,89 ABŞ dolları, hesablanmış penyaya görə 129,60 ABŞ dolları, cəmi 12.204,94 ABŞ dollarının tutulub Cavabdeh3 ASC-nə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 2006-cı ildə istehsal edilmiş “Mercedes Benz C 200” markalı, 99-FZ605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, avtomobilin açıq açıq hərra cdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı və Vüqar Kərimovun Cavabdeh3 ASC-nə olan borcunun ödənilməsi qət edilib və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Bundan sonra, icra məmurunun sifarişinə əsasən Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabata əsasən borclu İddiaçı məxsus olan sözügedən avtomobilə 7000 manat qiymət qoyulub. “X2” MMC-nin Cavabdeh4, Cavabdeh3 ASC və Vüqar Kərimova ünvanladığı 30 oktyabr 2017-ci il tarixli “Açıq hərracın keçirilməsi haqqında” bildirişə əsasən, Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan “Mercedes Benz C-200” markalı, 99FZ-605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilib və avtomobilin ilkin satış qiy məti 7.000 manat müəyyən edilməklə hərracın keçirilmə vaxtı 27 noyabr 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. “Hərracın yekunları haqqında” 27 noyabr 2017-ci il tarixli protokol-qərara əsasən, borclu İddiaçı məxsus olan sözügedən avtomobil 7.000 manata Cavabdeh5 satılıb. "xxxx" MMC-nin 21 avqust 2019-cu il tarixli “Nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən, Cavabdeh5 mülkiyyətində olan sözügedən avtomobilin qiyməti 30 dekabr 2016-cı il tarixə 6.800 manat olub. Bakı Apeyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib və İddiaçı SərrafN” MMC-nə və digərlərinə qarşı “qiymətləndirmə rəyinin eti barsız hesab edilməsi və sair” barədə iddiası baxılmamış saxlanılıb. Eyni zamanda, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı vurulmuş maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 300 manat olmaqla, ümumilikdə 600 manat pulun tutulub Cavabdeh5 ödənilməsi qət edilib. Həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2-nə və digərlərinə qarşı “pul tələbinə dair” iddiası rədd edilib. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında” hesabatında İddiaçı məxsus sözügedən avtomobilin qiyməti 7.000 manat, məhkəmə tərəfindən keçirilmiş "xxxx"MMC-nin 21 avqust 2019-cu il tarixl i qiymətləndirici rəyində isə 6.800 manat müəyyən edilib. Bu baxımdan iddia əsassızdır, çünki avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmur, hətta mübahisələndirilən hesabatda avtomobilin qiyməti 200 manat artıq müəyyən edilib. Belə olan halda iddiaçının mübahisələndirdiyi sözügedən qiymətləndirməyə dair hesabatın əsassız olması barədə hər hansı əsas mövcud olmadığı üçün bu hissədə iddia rədd edilməlidir. Bundan başqa, hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirildiyindən hərracın nəticələrinin etibarsızlığı üçün də əsaslar yoxdur. Eyni zamanda, iddiaç hazırda mübahisələndirdiyi “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın və sair etibarsız sayılmasına əsas ve rən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin sənədləri mübahisələndirməməklə qanunla müəyyən edimiş kəsici müddəti də ötürüb. Ona görə də iddia tələbləri bütövlükdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 319.2, 416cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təm in edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 416-cı maddələrin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh5 və cavabdeh "xxxx" MMC eyni məzmunlu etiraz ərizələrində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinləni lmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borcl unun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsi nə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanun un 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsa sən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaybaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin ə saslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, sonuncu ilə İddiaçı arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv ediməsi, İddiaçı və Vüqar Kərimovdan əsas borca görə 10.897,45 ABŞ dolları, faiz borcuna görə 1.177,89 ABŞ dolları, hesablanmış penyaya görə 129,60 ABŞ dolları, cəmi 12.204,94 ABŞ dollarının tutulub Cavabdeh3 ASC-nə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 2006-cı ildə istehsal edilmiş “Mercedes Benz C 200” markalı, 99-FZ605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmi n avtomobilin açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, avtomobilin açıq açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı və Vüqar Kərimovun Cavabdeh3 ASC-nə olan borcunun ödənilməsi qət edilib və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Bundan sonra, icra məmurunun sifarişinə əsasən Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabata əsasən borclu İddiaçı məxsus olan sözügedən avtomobilə 7000 manat qiymət qoyulub. “X2” MMC-nin Cavabdeh4, Cavabdeh3 ASC və Vüqar Kərimova ünvanladığı 30 oktyabr 2017ci il tarixli “Açıq hərracın keçirilməsi haqqında” bildirişə əsasən, Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli icra vərəqəsi üzrə İddiaçı mü lkiyyətində olan “Mercedes Benz C-200” markalı, 99FZ-605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilib və avtomobilin ilkin satış qiyməti 7.000 manat müəyyən edilməklə hərracın keçirilmə vaxtı 27 noyabr 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. “Hərracın yekunları haqqında” 27 noyabr 2017-ci il tarixli protokol-qərara əsasən, borclu İddiaçı məxsus olan sözügedən avtomobil 7.000 manata Cavabdeh5 satılıb. "xxxx" MMC-nin 21 avqust 2019-cu il tarixli “Nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən, Cavabdeh5 mülkiyyətində olan sözügedən avtomobilin qiyməti 30 dekabr 2016-cı il tarixə 6.800 manat olub. Bakı Apeyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəmə sinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib və İddiaçı Sərraf-N” MMC-nə və digərlərinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və sair” barədə iddiası baxılmamış saxlanılıb. Eyni zamanda, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı vurulmuş maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 300 manat olmaqla, ümumilikdə 600 manat pulun tutulub Cavabdeh5 ödənilməsi qət edilib. Həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2-nə və digərlərinə qarşı “pul tələbinə dair” iddiası rədd edilib. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi Cavabdeh1 MMCnin 30 dekabr 2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında” hesabatın da İddiaçı məxsus sözügedən avtomobilin qiyməti 7.000 manat, məhkəmə tərəfindən keçirilmiş "xxxx"MMC-nin 21 avqust 2019-cu il tarixli qiymətləndirici rəyində isə 6.800 manat müəyyən edilib. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipot eka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlav ə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində sözügedən avtomobilə dair hərracın keçirilməsi barədə bildirişlərin, icra məmurunun sifariş məktublarının rəsmi qaydada ona göndərilmədiyini, hərracın qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyini, avtomobilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığını və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzər ə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, habelə işə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, “Hərracın yekunları haqqında” 27 noyabr 2017-ci il tarixli protokola və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 noyabr 2015-ci-ci il tarixli icra vərəqəsinə və Cavabdeh4 17/75-75/17-5 saylı sifariş məktubuna əsasən, Cavabdeh2 tərəfindən 27 noyabr 2017-ci il tarixdə hərrac keçirilib və hərracın predmetini İddiaçı məxsus “Mercedes Benz E-200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edib və onun dəyəri 7.000 manat müəyyən edilib. Bundan sonra, Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 202 0-ci il tarixli qətnaməsilə hüquqi qiymət verilsə də, həmin iş üzrə mübahisəli nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aparılmış araşdırmanın nəticəsindən də göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza ilə həmin avtomobilin satış tarixinə qiyməti 6.800 manat, hazırki bazar qiyməti isə 16.000 manat müəyyən edilib. Göründüyü kimi, "xxxx" MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazaar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” 04 yanvar 2008-ci il tarixli Qərarının tələbləri pozulmayıb. Bundan başqa, hazırda iddiaçı, 27 noyabr 2017-ci il tarixli “Hərracın yekunları haqqında” protokolun ləğv edilməsini və ondan irəli gələn digər iddia tələblərinin təmin edilməsini xahiş edir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilib. Göründüyü kimi, hərracın yekunları haqqında protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun ləğvini deyil, hərracın və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutur. Hazırki halda isə iddiaçı, 27 noyabr 2017-ci il tarixli protokolun etibarsızlığını deyil, ləğv edilməsini tələb edir, bunlar isə fərqli anlayışlar olmaqlı, fərqli hüquqi nəticələr doğurur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, mülki qanun vericilikdə hərracın yekunlarına dair protokol hərracın nəticələrini əks etdiridyindən, eyni zamanda müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları ilə müyyənləşdirildiyindən, dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd hesab edildiyindən, 27 noyabr 2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi tələbinə mülki qanunvericliyin əqdlərin etibarsızlığını şərtləndirən hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilən in mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəs ində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərarda əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddə ti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Göründüyü kimi Mülki Məcəllənin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prospessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkə məsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10456/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-2521/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2521/2022
07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver