Məhkəmə qərarları › İş №2(102)-2549/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2549/2020

20.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Ləyaqətsiz vərəsə hesab edilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2549/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 nümayəndəsi X9, iddiaçının vəkili X2, Cavabdeh X10 vəkili X1 iştirakı ilə, İddiaçı1tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13160/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbiza də) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 Cavabdeh qarşı “çıxarışın etibarsız hesab olunaraq dövlət reyestr qeydinin ləğv edilməsi, ona əsas olmuş hüquq müəyyənedici sənədlərin ləğv edilərək etibarsız sayılması, daşınmaz əmlak üzərində pozulmuş miras və mülkiyyət hüquqlarının tanınaraq ona dair çıxarışın verilməsi, pozulmuş istifadə hüququnun bərpa edilməsi və cavabdehin ləyaqətsiz vərəsə sayılaraq mülkiyyət hüququnun itirilməsi” barədə iddia tələbləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılarımn apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X14 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988-ci ilin noyabr ayınadək Ermənistan SSR-nin Quqark rayonunda yaşadıqlarını, məlum hadisələrə görə 1988-ci ildə qaçqın düşərək Bakı şəhərinə gəldiklərini, bu ərəfədə Quqark rayonunda olan evlərini ünvan 1 ünvanda yerləşən ev ilə dəyişdirdiklərini, ailə üzvlərinin 7 nəfərdən ibarət olduğunu, ailədə iki uşağın sənədlərində səhv olaraq ata adının X7, üç uşağın sənədlərində isə X8 yazıldığını, Cavabdeh uzun müddət Ukraynanın Dnepropetrovsk şəhərində təhsil alıb orda yaşadığını, 1998-ci ildə valideynlərin çağırışı ilə Bakıya gəldiyini və göstərilən evə qeydiyyata düşdüyünü, ailə qurduqdan sonra bir müddət valideynləri ilə birgə yaşadığını, sonra Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpaq alaraq ev tikdiyini və ailəsi ilə birlikdə oraya köçdüyünü, ailənin başçısı X6 xx xxxxxxx 2010-cu il tarixdə vəfat etdiyini, qanun üzrə vərəsələr olaraq miras açılan andan sözügedən evdə yaşayıb miras əmlak üzərində idarəçiliyi həyata keçirdiklərini, lakin Cavabdeh onların savadsızlığından və anasının xəstəliyindən sui-istifadə edərək aldatma yolu ilə evi öz adına rəsmiləşdirdiyini, onun bu hərəkətlərindən uzun müddət xəbərləri olmadığını, X8 in ölümündən sonra evin öz adlarına keçdiyini zənn etdiklərini, Cavabdeh 2011-ci ildə onları notariat kontoruna aparararkən aldadaraq sənədləri imzalatdırdığını, notariusun da qanunla tələb olunan hüquqlarını izah etmədiyini, mənzilin Cavabdeh adına olmasından son günlər xəb ər tutduqlarını irəli sürmüş, buna görə də Bakı şəhəri, Azadlıq prospekti 28 (188) ünvanında yerləşən 40 saylı mənzilə dair çıxarışın etibarsız hesab olunaraq dövlət reyestr qeydinin ləğv edilməsi, ona əsas olmuş hüquqmüəyyənedici sənədlərin ləğv edilərək etibarsız sayılması, daşınmaz əmlak üzərində pozulmuş miras və mülkiyyət hüquqlarının tanınaraq ona dair çıxarışın verilməsi, pozulmuş istifadə hüququnun bərpa edilməsi və cavabdehin ləyaqətsiz vərəsə sayılaraq mülkiyyət hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsin in ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı1 nümayəndəsi X15 və vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh X10 vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ün vanında yerləşən 40 saylı mənzil xx.xx.1996-cı il tarixdə X6 adına qeydiyyatdan keçirilmiş, xx.xx.2010-cu il tarixdə Bakı şəhərində öldüyü zaman onun qanun üzrə 5 vərəsəsi – iddiaçılar və cavabdeh – olmuşdur. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, X8 in vəfatından sonra Bakı şəhəri 27 saylı notariat kontorunda Cavabdeh xx.xx.2011-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış, mənzildə qeydiyyatda olan və yaşayan digər vərəsələr İddiaçı1 və X14 ərizələr təqdim edərək miras əmlakı qəbul etmədiklərini və gələcəkdə qəbulu ilə əlaqədar heç vaxt iddia irəli sürməyəcəklərini bildirmiş, xx.xx.2011-ci il tarixdə Cavabdeh mübahisəsi gedən mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, mənzil xx.xx.2011-ci il tarixdə onun adına qeydə alınmışdır. Haz ırkı mübahisə xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X4 qalmış miras əmlak – ünvan 3 ünvanında yerləşən 40 saylı mənzillə əlaqədar onun arvadının, habelə övladlarının vərəsəlik münasibətləri ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsi aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliy ə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktikicəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (KonstitusiyaMəhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Vərəsəl ik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı (ləğvi) məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxs(lər)in (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəh bər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda qeyd olunduğu kimi, X8 in mirasının açıldığı xx.xx.2010-cu il tarixdə ondan miras qalan ünvan 3 ünvanında yerləşən 40 saylı mənzil onun oğlu Cavabdeh tərəfindən rəsmi qəbul olunmuş, mənzildə faktiki yaşayan arvadı İddiaçı1, həmçinin qızı a isə miras əmlakdan imtina etdiklərinə dair notariat kontoruna xx.xx.2011-ci il tarixdə ərizə vermişlər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından mirasqoyanın digər qanun üzrə vərəsələrinin - İddiaçı2 və İddiaçı3 -mirası qəbul etdikləri (nə rəsmi, nə də faktiki) qənaətinə də gəlmək mümkün deyildir və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Qeyd olunduğu kimi, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə müəyyən edilir; Qüdrət və İddiaçı3ların isə mübahisəsi gedən evdə qeydiyyatda olmamaqla, mirasqoyanın ölümündən əvvəl və sonra orada nəinki yaşadıqları, mirası qəbul etmək məqsədilə 2019-cu ilin ortalarınaqədər hər hansı hərəkət göstərdikləri, yaxud ona sahiblənmək və ya imtina etmək arzusu barədə iradə ifadələrini bəyan etdikləri ümumiyyətlə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, mirası faktiki qəbul etmiş olduğunu sübutetmə yükü bunu iddia edən vərəsənin (yaxudbunda mənafeyi olan digər şəxslərin) üzərinə düşür və mirası qəbul etmiş digər vərəsələrin üzərinə vərəsələrdən birinin mirası qəbul etmədiyini sübut etmə vəzifəsinin qoyulması q anunvericiliyin mənasına uyğun deyildir. Mülki Məcəllənin 1273-1-ci maddəsində qanunverici təsbit etmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; həmin Məcəllənin 1262-ci və 1263-cü maddələrinə görə isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərə sələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Göründüyü kimi qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir. Bu isə o deməkdir ki,iddiaçılar X8 in mirasını qəbul edən vərəsələr kimi qiymətləndirilə bilməzlər və onların payı həmin mirası rəsmi qəbul etdiyi təsbit edilən digər qanun üzrə vərəsənin – Cavabdeh - payına əlavə olunmaqla əmlak vərəsəlik qaydasında tam şəkildə sonuncuya məxsus olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən iddia müddətinin ötürülmüş olması barədə birinci instansiya m əhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edərək qeyd etmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməs bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci inst ansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olanhüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hal larla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1kassasiya şikayəti təmin edilməd ən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13160/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver