Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2618/2023 26.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbi üzrə QƏRARDADİ İş № 2(102)-2618/2023 (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğunsuzluğu əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 22 fevral 2023-cü il tarixli, 2(105)-137/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 131.268,29 manat əsas, 10.877,69 manat faiz borcu olmaqla, cəmi 142.145,98 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və ipoteka bildirişini n qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsumun tutulması, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 34 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ö dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərti ilə, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 131.268,29 manat əsas, 18.060,99 manat faiz borcu olmaqla, cəmi 149.329,28 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-405/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-QRS1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 131.268,29 manat, faiz borcuna görə 18.060,99 manat olmaqla cəmi 149.329,28 manat borc, məhkəmə xərclərinə görə 71,82 manatın (dövlət rüsumu 30.40 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldilməsi, həmin mənzilin likvid satış qiyməti 105.000 (yüz beş min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 149.401,1 manat pul vəsaitinin "xxxx" ASC-nin hesabına keçirilməsi, "xxxx" ASC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılaraq bir ay sonra cavabdehin həmin mənzildən çıxarılması, daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
4. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 22 fevral 2023-cü il tarixli, 2(105)-137/2023 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-405/2022 nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə mənzilin likvid satış qiymətinin 105.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin ilkin satış qiymətinin 160.360 manat məbləğində müəyyən olunması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(105)137/2023 saylı qətnaməsinin ləğv edilmə si və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;...
8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;https://e-qanun.az/framework/46945... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;...
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instans iyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdaf iəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
14. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlər in mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmədə işin başlanması üçün müraciətin təqdim edilmə üsulu və müraciətin forma və məzmunu müəyyən edilib ki, qanunla müəyyən edilmiş bu şərtlərə əməl olunmaması, müraciət üzrə icraatın başlanmasndan imtina edilməsi kimi hüquqi nəticəyə səbəb olur.
15. Bu növ məhdudiyyətlərdən biri MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin forma və məzmunu üçün nəzərdə tutulmuş tələblərə əməl olunmamasıdır.
16. Belə ki, MPM-nin 407.1-ci və 407.1.4-ci maddələrin tələbinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməklə yanaşı, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməl idir.
17. Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməyib.
18. İşin bu prosessual vəziyyəti MPM-nin 404-1.2-ci maddəsinə əsasən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Buna görə də kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.
19. Eyni zamanda kassasiya şikayəti geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki kassasiya şikayətinin MPM-nin 407-ci maddəsində müəyyən edilmiş forma və məzmunda tərtib olunmaması, 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayətinin apelyasiya instansiyası tərə findən geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
20. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətna mələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
21. Odur ki, kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(105)-137/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.