Məhkəmə qərarları › İş №2(102)-2667/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2667/2022

07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2667/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-2606/2021 nömrəli, 09 mart 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış DEN-00024-08/18A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, 18 oktyabr 2023-cü ilədək əlavə müqavilələr bağlanmaqla, 40.000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır.

2. Kreditin təminatı qismində, Cavabdeh1 və Cavabdeh2 18 oktyabr 2018-ci il tarixdə Bankla DENG-00024-08/18A saylı ipoteka müqaviləsi bağlayaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur.

3. Bankla borcalan arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli DEN-C0024-08/18A saylı əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədilə Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 32.577 manat məbləğində kredit verilmişdir.

4. X5 21 yanvar 2020-ci il tarixdə iddiaçı ilə DENZ-00024-08/20A saylı Zaminlik müqaviləsi bağlayaraq, cavabdehin kredit müqaviləsinə zamin durmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-0002408/18A saylı əsas kredit müqaviləsinin, xx.xx.2020-ci il tarixli DEN-C0024-08/18A sayl ı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-cu il tarixinə olan 32.577 manat əsas borc, 2.628,97 manat faiz borcu, 31,09 manat dəbbə borcu, cəmi 35.237,06 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, xx.xx.2018-ci il tarixli, DENG-00024-08/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 245 B saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait kredit borcunu ödəməzsə q alan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 övladları X1 və X2 ilə birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 01 dekabr 2020-ci il tarixli, 2(011)-6423/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən, yəni “cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli DEN-C0024-08/18A saylı əlavə kredit müqaviləsi üzrə 32.577 manat əsas borc, 2.628,97 manat faiz borcu, 31,09 manat dəbbə borcu, cəmi 35.237,06 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, cavabdeh Nəcəfalıyeva X4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2 nö mrəli Zeytun sovxozu, Zeytun küçəsi, 245B saylı fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 59500 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdehlərdən tutulması, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlərin övladları X1 və X2 ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və ev boşaldılması, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00024-08/18A saylı əsas kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli DEN-C0024-08/18A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilmiş, “tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdehlər qətnamədən birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 13 dekabr 2021-ci il tarixli, 2(103)2606/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.

9. Cavabdeh1 qətnamədən kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə vermi ş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-2606/2021 saylı qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş və həmin qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 (vəkili Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadından kassasiya şikayət verərək, qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron sənədin həmin sənədi alanın elektron sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı hesab edilir, lakin qeyd olunan qətnamənin elektron məhkəmə sistemi vasitəsilə alınma vaxtı barədə h ər hansı bir sübut məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə, cavabdeh qətnaməni rəsmi qaydada nə kağız daşıyıcıda, nə də elektron məhkəmə sistemi vasitəsilə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

14. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2606/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi hak imlərin elektron imzası ilə təsdiq edilməklə 20 dekabr 2021-ci il tarixdə Cavabdeh1 elektron kabinetində yerləşdirilmişdir.

18. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə edilmiş kassasiya şikayəti isə 27 fevral 2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir.

19. Azərbaycan Respublikası MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

20. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işləd iyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

21. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə g örə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

23. Cavabdeh tərəfindən kassasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmçinin məhkəməyə prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir.

24. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

25. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıl dığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2606/2021 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver