Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2791/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)-8707/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) 18.04.2018-ci il tarixli, 2(007)810/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ca vabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, nəqliyyat vasitəsinin alqı-satqısına dair 05.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nəqliyyat vasitəsinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin olunaraq, Bakı şəhəri, ***********küçəsi, *******saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı bir otaqlı mənzil üçün ödənilmiş 34320 (otuz dörd min üç yüz iyirmi) manatın ½ hissəsinin, yəni 17160 (on yeddi min yüz altmış) manat pulun X2 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə öd ənilmiş dövlət rüsumundan 30 manat pulun Cavabdeh1 oğlundan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 19.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayətinin rədd edilməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin olunaraq, hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsinin qismən – “Mitsubishi Pajero” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunması, “Mitsubishi Pajero” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 05.08.2017-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dai r Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 ümumi əmlakı hesab olunması, avtomobildə onların paylarının bərabər (hər birinə ½ hissə) müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə 28.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, cavabdehlər birgə nikahlarından anadan olmuş 24.01.2006-cı il təvəllüdlü X3 və 19.09.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilmələr i, 24.01.2006-cı il təvəllüdlü X3 və 19.09.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun aylıq gəlirlərinin və qazancının 1/3 miqdarında alimentin tutulması, cavabdehlə birgə nikah müddətində əldə etdikləri 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Akkord” şirkətlər qrupundan alınmış yenitikili binadakı cavabdehin adına rəsmiləşdirilmiş mənzilin ½ hisəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə cavabdehin adına “xxxx” ASC-dən 29.09.2006-cı il tarixli, 000226 saylı müqavilə əsasında Bakı şəhəri, ***********küçəsi, *******saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı 1 (bir) otaqlı mənzili üçün ödənilmiş 36160 (otuz altı min yüz altmış) manatın ½ hissəsinin, yəni 18080 (on səkkiz min yüz səksən) manatın Cavabdeh1 onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, **-*****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair AR DİN BDYPİ-də bağlanmış 05.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə onun mülkiyyət hüququ nun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarında kassatorun mənzili qardaşına satmağını təsdiq edən birbaşa sənəd yoxdur. Çünki mənzil dövlət qeydiyyatına alınmamışdır və çıxarışı yoxdur. Mənzilin bir addan digərinin adına keçirilməsi üçün tikinti şirkətləri külli miqdarda pul tələb edirlər. İki qardaş arasında etibar olduğu və mübahisə olmadığı üçün, qardaşlar alqı-satqı prosesini öz aralarında rəsmi sənəd imzalamadan həyata keçirmişlər. Mənzilin kassator tərəfindən qardaşına satılmasını təsdiq edən dəlillər isə mənzilin dəyərinin ödənişlərinin kassatorun qa rdaşı tərəfindən həyata keçirilməsi və Hazırda mənzildə kassatorun qardaşının öz ailəsi ilə yaşamasıdır. Məhkəmə kollegiyasının hesab etdiyi “3-cü şəxslərin ödədiyi pul ərə məxsus olub və ya ər 3-cü şəxslərin ödədiyi pulları onların özlərinə qaytarıb”, “Maddi çətinliklər yarandığı zaman yaxın qohumlar (xüsusilə qardaşlar) bir birlərinə pul vasitəsi ilə kömək edirlər”, habelə “maddi çətinlik vəziyyətlərində əlavə pul vəsaiti əldə etmək üçün əmlakın (mənzilin, avtomobilin və s.) həiqətən özgəninkiləşdirilməsinə ehtiyac olduqda o, yad insanların xeyrinə özgəninkiləşdirilir” kimi fikirləri məhkəmə kollegiyasının əsassız mülahizələridir ki, belə mülahizələrlə qətnamə qəbul edilməsi yolverilməzdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməyərək əsassız mülahizələrə və ehtimallara söykənən qətnamə qəbul etmiş, nəticədə məhkəmə kollegiyası 3-cü şəxs Cavabdeh2 aid olan əmlakın-pul vəsaitinin üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququnu tanıyaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və 109.4-cü maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q1 və digərlərinin şikayəti üzrə Azırbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 15.07.2015-cı il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması və 2) əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmçinin qeyd olunmalıdır ki, avtomobilin satılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Əks halda hüquq-mühafizə orqanı sayılan AR DİN BDYPİ-si həmin müqaviləni təsdiq etməzdi və avtomobil bir şəxsin adından digərinin adına rəsmiləşdirilməzdi. Avtomobilin satılması zamanı, kassator keçmiş arvadının razılığı ilə hərəkət etmişdir. Əks halda avtomobilin satılması zamanı kassatorun keçmiş arvadı İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edərdi. Beləliklə, işə baxan apelyasi ya instansiyası məhkəməsinin gəliyi nəticələr səhv olmuşdur. Nəticədə məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, məhkəmələrdə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın “əmlak bölgüsü” hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh1 vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və AR DİN BDYPİ-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 keçmiş ər-arvaddır. Onların nikahı 29.11.2003-cü ildə bağlanmışdır. Tərəflərin bigə nikahlarından iki uşaqları vardır. 28.09.2017-ci il tarixdə məhkəməyə nikahın pozulması barədə tələb verilmişdir. 1-ci tələb mənzillə bağlıdır. Mənzil ***********küçəsi **** saylı məhəllədəki yaşayış binasının 1-ci blokunun ***-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 58.60 kv.m təşkil edir, 1 otaqlıdır, nömrəsi 50-dir. İddia ərizəsində mənzil üçün ödənilmiş 36160 manatın ½ hissəsinin, yəni 18080 manatın Cavabdeh1 alınıb İddiaçı xeyrinə tutulması tələb edilmişdir. 2-ci tələb avtomobillə bağlıdır. Avtomobil “Mitsubishi Paj ero” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. İddia ərizəsində avtomobilə dair cavabdehlər Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcının) arasında bağlanmış 05.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alıcının adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması tələb edilmişdir. İddiaçı apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin avtomobilə aid tələbin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin tələbin təmin olunmasını, Cavabdeh1 isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin mənzilə aid tələbin təmin edilməsi hissəsində dəyişdirilməsi, 34320 manatın ½ hissəsinin deyil, 7280 manatın ½ hissəsinin, yəni 3640 manatın Cavab deh1 alınaraq İddiaçı verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki işin mənzillə bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, mənzilin əldə edilməsi barədə müqavilə Cavabdeh1 adınadır. O, həmin müqaviləni 29.09.2006-cı il tarixdə “X7” MMC ilə bağlamış və həmin müqavilə hazıradək ləğv edilməmişdir. Cavabdeh1 tərəfindən mənzilin qardaşı Cavabdeh2 satılması barədə hər hansı sənəd yoxdur. Odur ki, mənzilin onun qardaşına satılması öz təsdiqini tapmır. Ödənişin üçüncü şəxs tərəfindən həyata keçirilməsi öhdəliyin subyektini dəyişmir. Digər tərəfdən üçüncü şəxslər tərəfindən həyata keçirilmiş ödənişlər alqı-satqı öhdəliyinə deyil, kredit öhdəliyinə aiddir. Belə ki, Cavabdeh1 mənzil əldə etmək üçün bankdan kredit götürmüş, həmin pul hesabına satıcıya ödəniş etmiş, daha sonr a onun banka kredit öhdəliyi qalmışdır. Apellyasiya instansiyası məhkəməsi mülki işin avtomobillə bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, “Mitsubishi Pajero” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nikah müddətdə, 01.07.2013-cü il tarixdə əvəzli əqd əsasında əldə edilmişdir. Ona görə də ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh1 iddiaçı tərəfindən əmlak bölgüsü tələbi barədə iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən 1 ay 20 gün əvvəl, 05.08.2017-ci il tarixdə avtomobillə bağlı qardaşı ilə alıq-satqı müqaviləsi bağlamışdır. Müqavilə arvadın razılığı olmadan bağlandığı üçün etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.2-ci maddəsində “rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlak” ifadəsi onu təsdiq edir ki, razılığa olan güman avtomobillərə aid edilmir, çünki avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyadır. Odur ki, avtomobilin alqı-satqısı üçün razılığa olan güman deyil, razılığın özü olmalıdır. Məhkəmə Mülki Məcəllənin 337-ci maddəsinin göstərişinə əsasən hesab etmişdir ki, həmin müqavilə etibarsızdır. Etibarsız hesab olunan alqı-satqı müqaviləsində avtomobilin 14000 manata satıldığı qeyd olunsa da, bu pulun alıcı tərəfindən satıcıya ödənildiyini təsdiq edən sübut yoxdur. Kassasiya kollegiyası kassasiya şikayətinin iddia tələbinin mənzillə bağlı hissəsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin qeyd olunan hissəsinin həll edilməsinə düzgün yanaşmış və haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən mənzilin qardaşı Cavabdeh2 sat ılması barədə hər hansı sənəd yoxdur. Odur ki, mənzilin onun qardaşına satılması öz təsdiqini tapmır. Ödənişin üçüncü şəxs tərəfindən həyata keçirilməsi öhdəliyin subyektini dəyişmir. Mübahisəli mənzil Cavabdeh1 ilə “X7” MMC arasında bağlamış 29.09.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında, tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Odur ki, kassasiya şikayətinin mənzillə bağlı dəlilləri əsassız hesab edilməli, mübahisəli mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmaqla, kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyəti nə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Kassasiya kollegiyası kassasiya şikayətinin iddia tələbinin avtomobillə bağlı hissəsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mü lki işə mahiyyəti üzrə baxarkən iddiaçı tərəfindən 08.01.2018-ci il tarixdə iddianı təmin etmə tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməsinə, məhkəmənin isə vəsatətə münasibət bildirməməsinə hüquqi qiymət verməmiş, avtomobilin digər bir şəxsə satılıb satılmadığını araşdırmamış, mübahisənin bu hissədə həllinə düzgün yanaşmamış, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında avtomobilin alqı-satqısına dair müqavilənin etibarsızlığının nədə ifadə edilməsinə aydınlıq gətirməmiş, yalnız Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.2-ci maddəsinin hərfi məzmununu özünəməxsus qaydada təfsir etməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsaslanmaqla avtomobilin alqı-satqısının etibarsızlığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan avtomobil 20.08.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Apellyasiya instansiyası məhkəməsi mübahisənin bu hissəsi ilə bağlı araşdırma aparmamış, həmin şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsini təmin etməklə mübahisənin düzgün həllinə nail ola bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı h ər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin avtomobilə dair dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin -“iddianın avtomobilə dair hissədə təmin olunması” hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsi qismən, yəni “id dianın avtomobilə dair hissədə təmin olunması”hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)8707/2018 nömrəli qətnaməsi qismən, yəni “iddianın avtomobilə dair hissədə təmin olunması” hissəsində ləğv edilsin, mülki iş bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə, yəni - “iddianın mənzil bölgüsü” hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2791/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2791/2019
22.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver