Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh «xxxx» QBKT MMM-nin vəkili X3 iştirakı ilə, İddiaçı və cavabdeh «xxxx» QBKT MMM tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12418/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-127/2019 saylı i şi üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə İddiaçı işdən azad edilməsi barədə «xxxx» QBKT MMM-in xx.xx.2017-ci il tarixli, 0141/17-BO nömrəli əmri etibarsız hesab edilmiş və ilkin iddia üzrə İddiaçı «xxxx» QBKT MMM-ə işə əvvəlki vəzifəsinə bərpa olunması, ilkin iddia üzrə İddiaçı işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmiş, ilkin iddia tələbinin qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Zaur Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə“xxxx” QBKT MMM və İddiaçı tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməmi ş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia (iddia tələbinin həcmi artırılmışdır) ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” QBKT MMM-in 0141/17-BO nömrəli əmrinin etibarsız hesab edilməsi, işə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyana 10000 manat məbləğin və Ali Məhkəmənin 2(102)-2089/19 saylı işi üzrə iddiaçının vəkil xərclərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» QBKT MMM qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh QBKT MMM ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 44744/17 saylı əmək müqaviləsinə 27 fevral tarixdən həmin müqavilənin müddətinin bitməsi əsası ilə Azərab ycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş hesab edilməsi, İddiaçı Cavabdeh QBKT MMM və onun əməkdaşı barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yayması nəticəsində təşkilatın işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdehdən 50000 manatın alınaraq Cavabdeh QBKT MMM ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən dəyişərək mənəvi zərərin əvəzinin və vəkil xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kasasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırmamış, apelyasiya şikayətinin nə üçün təmin edilməməsini göstərməmişdir. Cavabdeh «xxxx» QBKT MMM kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə Qərar qəbul edilməsini xahiş edilmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kasasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblə rini pozmuşdur. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin düzgün olduğunu qeyd etsə də, maddi hüququ normasını tətbiqini əsaslandırmamış, nəticədə apelyasiya şikayətinin əsasını təşkil edən dəlillərə münasibət bildirmədən şikayətin təmin edilməməsi nəticəsinə gəlmiş və bununla maddi hüquq normasının tətbiqində və təfsirində birinci instansiya məhkəməsi yol verdiyi səhvi təkrarlamışdır. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə ümumiyəətlə münasibət bildirmədən, şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdeh «xxxx» QBKT MMM-nin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixində Bakı Dövlət Universitetinə daxil olmuş, xx.xx.2017ci il tarixində hüquqşünaslıq ixtisası üzrə hüquq fakültəsini bitirmişdir Cavabdeh QBKT MMM-in direktoru AAA ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müddətli (06 ay müddətinə - xx.xx.2018-ci il tarixədək) əmək müqaviləsinə əsasən iddiaçı həmin təşkilatın korporativ işlər üzrə hüquqşünas vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh QBKT MMM-in direktoru AAA tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, 0141/17-BO №-li əmrə əsasən, təşkilatın korporativ hüquq işləri üzrə hüquqşünası İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına, yəni əmək müqaviləsində əsas vəzifə funksiyası kimi müəyyən edilmiş öhdəliklərini lazımınca təmin edə bilmədiyinə, həmçinin həmin funksiyanın təmin edilməsi üçün zəruri olan və əmək müqaviləsi ilə müəyyən edilmiş “fəaliyyət istiqamətləri”ni yetərincə icra edə bilmədiyinə görə xx xxxxxx 2017-ci il tarixdən Azərbaycan Respubli kasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Apelyasiya instansiyası məhkəməsi iş materiallaırna əsasən müəyyən etmişdir ki, İddiaçı təhsil müəssisəsini xx.xx.2017-ci il tarixində bitirmiş, xx.xx.2017-ci il tarixdə Cavabdeh QBKT MMM-də korp orativ işlər üzrə hüquqşünas vəzifəsinə qəbul edilmişdir. Lakin Cavabdeh QBKT MMM tərəfindən Əmək Məcəlləsinin 52-ci maddəsinin tələbini pozularaq, İddiaçı təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürüldüyü halda onunla əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanmışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – Cavabdeh QBKT MMM tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən vəzifədən azad olunması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddia sı təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi işin sadalanan hallarını və istinad edilən normaların tələblərini rəhbər tuttaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən azad edilməsi barədə «xxxx» QBKT MMM-in xx.xx.2017-ci il tarixli, 0141/17-BO nömrəli əmri etibarsız hesab edilməli və o, «xxxx» QBKT MMM-ə işə bərpa olunmalı, həmçinin İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin “mənəvi ziyana görə 10000 manat məbləğin və Ali Məhkəmə nin 2(102)-2089/19 saylı işi üzrə iddiaçının vəkil xərclərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissələri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntu sudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı həmin tələblərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə rədd etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin “tərəflər arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 44744/17 saylı əmək müqaviləsinə 27 fevral tarixdən həmin müqavilənin müddətinin bitməsi əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xit am verilmiş hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşdən müəyyən edildiyi kimi İddiaçı ilə 6 aylıq müddətli əmək müqaviləsi bağlanmasına baxmayaraq, o, cəmi 3 ay işlədikdən sonra “sınaq müddəti ərzində özünü doğrultmadığı” əsası ilə işdən azad olunmuşdur. Yəni İddiaçı faktiki olaraq 6 ay işləmədiyinə görə onunla bağlanmış əmək mü qaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “İddiaçı Cavabdeh QBKT MMM və onun əməkdaşı barədə həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatları yayması nəticəsində təşkilatın işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdehdən 50000 manatın alınaraq Cavabdeh QBKT MMM ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən işgüzar nüfuza ziyan vurulmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Habelə, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı və onun əməkdaşı barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yayılması və nəticədə qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzuna zərər dəyməsi kimi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apelyasiya şikayətlərinin dəlillərini əsasszı hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, apelyasiya şikayətlərində qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görməmiş, şikayətlərin dəlillərinə ümumilikdə qiymət vermişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətlərinin hər bir dəlilinə ayrılıqda qiymət verilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qət namənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətlərinin dəlillərinə qiymət verilməməsi prosessual pozuntu hesab edilsə belə məhkəmə kollegiyası hesab edir ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir. Mülki Prosessual Məcəlləin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi hər iki kassasiya şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və cavabdeh «xxxx» QBKT MMM-nin kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12418/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2808/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2808/2020
27.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşə bərpa - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver