Məhkəmə qərarları › İş №2(102)-2829/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2829/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2829/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2880/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ve rilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı1 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı1-ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət vermiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)6326/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2880/2021 nömrəli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6326/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş apelyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Ləğv prosesində olan İddiaçı1 ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2880/2021 nömrəli qərardadının ləğv edilməsi, şikayətin təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kasasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. İstinad olunan normanın tələbindən aydın olaraq müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin göstərilən qərardadları istisna olmaqla qalan qərardadlardan şikayət verilməsi nəzərdə tutulmur. Belə olan halda nə qədər ki, iddianın baxılmamış saxlanması barədə qərardaddan kasasiya şikayəti verilməsini qanunvericilik müəyyən etmir, həmin növ qərardadla rla bağlı qəbul olunmuş hər hansı (o cümlədən apelyasiyanın qeyri-mümkün hesab edilməsi ilə bağlı) qərardadından kassasiya şikayəti verilə və kasasiya icraatı isə mümkün hesab edilə bilməz Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayət i bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətiə prosessual hüquq n ormalarının tələblərinə uyğun tərtib olunmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2880/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar