Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayılova İlhamə İsmayıl qızının vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” ASC-yə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “müqavilədə alıcı qismində göstərilməklə dəyişiklik edilməsi” tələbinə dair v ə iddiaçı X2 qanuni nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızının cavabdeh “xxxx” ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İddiaçı2 qızma, İddiaçı1 qızma, İddiaçı3 qızma, İddiaçı4, İddiaçı5 qarşı “alıcının hüquq və öhdəliklərinin iddiaçıya aid edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” ASC-yə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “müqa vilədə alıcı qismində göstərilməklə dəyişiklik edilməsi” tələbinə dair və iddiaçı X2 qanuni nümayəndəsi cavabdeh “xxxx” ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İddiaçı2 qızma, İddiaçı1 qızma, İddiaçı3 qızma, İddiaçı4, İddiaçı5 qarşı “alıcının hüquq və öhdəliklərinin iddiaçıya aid edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və T.Əliyev) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Ape Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixlii qərardadı ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Bakı Apellyasiya Məhkəməsin in MK-nın xx xxxx 2017-ci il tarixli qətaməsindən üçüncü şəxs və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Üçüncü şəxs kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı2, İddiaçı1, İddi açı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” ASC ilə X5 arasında Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı evin 50-ci (hazırki 70-ci) mənzilinə dair xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin dəyişdirilməsini və alıcı qismində İddiaçı2 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçı X2 qanuni nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx” ASC ilə alıcı, yetkinlik yaşına çatmayan qızı X2 atası, mərhum əri X5 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944 “A” saylı məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun 14-cü mərtəbəsindəki 70 saylı mənzilə dair xx.xx.2007-ci il tarixli müqavilə üzrə alıcı X3 təmsil etdiyi X4 aid hüquq və öhdəliklərin ona aid olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” ASC-yə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “müqavilədə alıcı qismində göstərilməklə dəyişiklik edilməsi” tələbinə dair və iddiaçı X2 qanuni nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızının cavabdeh “xxxx” ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İddiaçı2, İddiaçı1, İddiaçı3 qızma, İddiaçı4, İddiaçı5 qarşı “alıcının hüquq və öhdəliklərinin iddiaçıya aid edilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5, üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən üçüncü şəxs İsmayılova İlhamə İsmayıl qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı on unla əsaslandırmışdır ki, İ.İsmayılova Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətini xx xxxx 2017-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul etmişdir. Lakin həmin qətnamədən kassasiya şikayətini xx.xx.2019-cu il tarixində verməklə İ.İsmayılova qətnamədən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessua l hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan başqa kassatorun dəlillərindən görünür ki, sonuncu qətnamənin ona təqdim edilmədiyini və bununla bağlı qəbzdəki imzanın ona məxsus olmadığını bildirir. Qeyd edilən halın müəyyən edilməsi xüsusi bilik sahəsinə aid olduğundan müvafiq ekspertiza keçirilməklə müəyyən edilə bilərdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən İ.İsmayılovanın kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilərkən İ.İsmayılova məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, nəticədə şikayətin qəbul edilməsinin mümkünlüyü ilə bağlı öz etirazlarını bildirmək imkanından məhrum olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və İ.İsmayılovanın dəlilləri araşdırmaqla Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətinin qəbul edilməsi barədə xəbərnaməni imzalamış şəxsin İ.İsmayılova olub-olmama sı müəyyən edildikdən sonra kassasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-283/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-283/2020
24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver