Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2880/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 iyun 2020-ci il № 2(102)-2880/20 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1, x5, Cavabdeh3, Cavabdeh4, 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız, mülkiyyət hüququ barədə sənədin ləğv edilməsi”tələbinə dair mülki iş üzrə Bak ı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-2996/19) İddiaçı Cavabdeh1, x5, Cavabdeh3, Cavabdeh4, 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız, mülkiyyət hüququ barədə sənədin ləğv edilməsi”tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2 (103)-14922/19) iddiaçının ape lyasiya şikayəti təmin edilməyərək iş üzrə Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılmışdır. İddiaçıkassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1, x5, Cavabdeh3, Cavabdeh4, 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2000-ci il tarixli, nənəsi x3 ilə Cavabdeh4 Ovsat oğlu arasında mənzillərin dəyişdirilməsi haqqında bağlanmış “Dəyişdirilmə müqaviləsi”nin etibarsız hesab edilməsi, x1 adına verilmiş 04.08.2000-ci il tarixli, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin 130 inv. saylı reyestr kitabında 21330-cu səhifədə 30/14616 nömrə ilə qeydə alınmış ÖM 045847 nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunması, 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən reyestrdə 2V-256 nömrə ilə qeyd olunmuş V-129/2017 saylı vərəsəlik işi üzrə verilən 18 aprel 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, x4 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 21330 nömrəli vərəqində 20.06.2017-ci il tarixdə qeydiyyata alınmış RX ******* nömrəli, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın” ləğv edilməsi və qeyd olunan mənzil üzərində onu n mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflə rin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, A.Məmmədov (əvvəlki Popov) küçəsindəki 55 saylı evin 24 saylı 3 otaqlı mənzil əvvəllər x 2 məxsus olmuş, 2000-ci ildə həmin mənzili eyni binada olan Cavabdeh4 Ovsat oğluna məxsus 35 saylı 2 otaqlı mənzilə dəyişdirilmiş, 04.08.2000-ci il tarixdən həmin mənzilə x1 mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. x3 15 noyabr 2012-ci il tarixdə vəfat etmiş, mənzil vərəsəlik hüququ ilə onun oğlu x4 mülkiyyətinə keçmişdir. Həm dəyişdirmə müqaviləsi bağlanarkən, həm də vərəsəlik qaydasında mənzil anadan oğula keçərkən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Qeyd olunan əqdlərin etibarsızlığına səbəb olan Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulan hallar mövcud deyil. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdl ər ola bilər. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, istər 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə, istərsə də qüvvədə olan Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən dəyişdirilmə müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görün üş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən dəyişdirilmə müqaviləsinin uydurma əqd olduğunu yalnız özünün də qeyd etdiyi kimi müqavilə bağlanarkən 3 yaşı olan iddiaçı iddia edir. Müqavilənin tərəfi olan vəfat etmiş nənəsi sağlığında bu müqaviləni hansısa formada mübahisələndirməmiş, müqavilənin digər tərəfi də ümumiyyətlə bu müqaviləni heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, dəyişdirilmə müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq o lunmur. Bundan başqa, məhkəmələr qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisələndirilən dəyişdirilmə müqaviləsi 17 iyun 2000-ci ildə bağlanmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 18 aprel 2017-ci il tarixdə verilmiş, onların etibarsızlığı barədə iddia isə iddiaçı tərəfindən 18.07.2019-cu il tarixdə, yəni birincidən 19 i l, ikincidən isə 2 il, 3 ay sonra qaldırılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 nümayəndəsi və vəkili yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən iddianın Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. Mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, iddiaçı isə dəyişdirilmə müqaviləsinin bağlandığı vaxtdan 19 il sonra, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən isə 2 il, 3 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi yaxud bu müddətin bərpa edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur və həmin müddətin bərpası da ərizə ilə təmin edilə bilməz. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Buna görə də, ÖM 045847 nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunması üçün də əsas ola bilməz. Çünki, tələbin bu hissəsi dəyişdirilmə müqaviləsindən asılı və törəmə bir tələbdir. Birincinin təmin olunmaması, ikincinin də rədd edilməsi üçün əsasdır. Bundan əlavə, iddia tələbinin 18 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üzrə iddiaçı subyektiv hüquqa da malik olmamışdır. Çünki, o, qanun üzrə vərəsəlik zamanı birinci növbədə olan vərəsələr sırasına aid deyildir. Ona görə də, x4 adına daşınmaz əmlakın d övlət reyestrində 20.06.2017-ci il tarixdə qeydiyyata alınmış RX ******* nömrəli, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın” ləğv edilməsi və qeyd olunan mənzil üzərində onun mülkiyyət hüququnun tanınması tələbi də qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsindən asılı və törəmə bir tələbdir. Bu hissədə də birincinin təmin olunmaması, digərlərinin də rədd edilməsi üçün əsasdır. Qətnamədə mənzillərin dəyişdirilməsi zamanı nənəsinə verilmiş pul məbləğinə münasibət bildirilməməsi, ümumiyyətlə mənzillərin nə məqsədlə dəyişdirilməsi, nənəsinin niyə mənzillər dəyişdirildikdən sonra yeni mənzildə yaşamayıb gedib özünə ev tikib yaşaması məsələlərinə münasibət bildirilməsinin yaxud bildirilməməsinin hazırkı iddianın əsaslılığına h ər hansı bir təsiri ola bilməz. Çünki, qeyd olunan məsələlərlə iddia tələbləri arasında iddianın təmin olunmasına səbəb olacaq hansısa bağlılıq mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə tamamilə üst-üstə düşür və apelyasiya icraatı daxilində həmin dəlillər tam olaraq araşdırılmış və iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 dekabr 2019-cu il tarixli, 2 (103)- 14922/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2880/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2880/2020
09.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver