Məhkəmə qərarları › İş №2(102)-29/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-29/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-29/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs3, 3-cü şəxs X2) iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə mənzillərin təhvil verilməsi öhdəliyinin icrası, fərdi müəyyən əşyanın verilməsi öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs3, 3-cü şəxs X2) «mənzillərin təhvil verilməsi t ələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-535/2023 nömrəli mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (bundan sonra –MMC) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil (bundan sonra – 56 saylı mənzil 34100 manat qarşılığında iddiaçıya satılmış və MMC tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

2. MMC ilə iddiaç ı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı (bundan sonra – 60 saylı mənzil 50000 manat qarşılığında iddiaçıya satılmış və MMC tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

3. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil (bundan sonra – 58 saylı mənzil 53200 manat qarşılığında iddiaçıya satılmış və MMC tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

4. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil (bundan sonra – 36 saylı mənzil 50000 manat qarşılığında iddiaçıya satılmış və MMC tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

5. Mübahisəsi gedən mənzillər eyni zamanda MMC tərəfindən ayrı-ayrı vaxtlarda digər şəxslərə-10 may 2016-cı il tarixli müqaviləyə əsasən 60 nömrəli mənzil Maraqlı şəxs1; 6. xx.xx.2015-cı il tarixli müqaviləyə əsasən 36 saylı mənzil Maraqlı şəxs2; 7. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xı rdalan şəhəri, 58 saylı mənzil X5; 8. xx.xx.2016-cı il tarixli müqavilə ilə 56 saylı manzil isə Maraqlı şəxs3 satılmışdır.

9. İddiaçı tərəfindən pay haqqının tam ödənilməsi və borcun olmaması barədə maliyyə arayışları verilmişdir.

10. İddiaçı cavabdeh MMC_yə qarşı (3-cü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs3) Səbail rayon Məhkəməsində iddia qaldıraraq, 3-cü şəxslərlə MMC arasında mübahisə predmeti olan mənzillərə dair bağlanmış müqavilələrin və həmin müqavilələr əsasında verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsini xahiş etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-58/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr 2 otaqdan ibarət 58 saylı mənzilin dəyərini 53200 manat, xx.xx.2021- ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin dəyərini 34100 manat, xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin dəyərini 50000 manat və xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin dəyərini 50000 manat pulu tam olaraq öd əməklə 4 (dörd) ədəd mənzil almışdır. Həmin mənzillərin alınması ilə də bağlı cavabdehlə ayrılıqda 4 ədəd müqavilə imzalamış və borcunun olmaması barədə də iddiaçıya maliyyə arayışı təqdim edilmişdir. Müqavilə bağalanan vaxtı iddiaçıya tezliklə mənzillərin təhvil veriləcəyi bildirilmişdir. Lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq mənzil təhvil verilməmiş və naməlum səbəbdən əlavə olaraq hər mənzil üçün 10000 manat ödəniş tələb edilmişdir. İddiaçı tərəfindən 10000 manat ödəniş edilməsə, mənzilin təhvil verilməyəcəyi bildirilmişdir. Halbuki, müqavilələrdə bununla bağlı bənd yoxdur.

13. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh MMC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmışdı r. Müqavilələr mövcud olsa da, İddiaçı tərəfindən ödəniş edilməmiş, hətta maliyyə arayışlarının ikisində mənzillərin nömrəsi qeyd edilməmişdir. Bundan əlavə müqavilələrdəki imza "xxxx" MMC-nin direktoruna məxsus deyildir.

14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-797/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin olunmuşdur.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmişdir.

16. Bundan əlavə, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdeh təşkilatla bağladığı müqavilələr mahiyyətinə görə həmin müqavilə lərin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır.

17. Məhkəmə cavabdeh MMC-nin nümayəndəsinin izahatına tənqidi yanaşaraq qeyd etmişdir ki, MMC-nin nümayəndəsi iddia tələbinə etiraz etmiş, lakin etirazın əsasları ilə bağlı heç bir sübut təqdim etməyərək, yalnız formal mülahizələrə əsaslanmışdır.

18. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 425.1, 442, 752.1, 755-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslər- Maraqlı şəxs1, Maraq lı şəxs2, X6 və Maraqlı şəxs3 tərəfindən apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

20. Maraqlı şəxs1 şikayəti onunla əsaslandırılmışdır ki, onun iştirakı olmadan baxılmaqla, eləcə də nəticə etibarı ilə ona məxsus mənzilin iddiaçıya təhvil verilməsi barədə qərar qəbul etməklə məhkəmə tərəfindən sadalanan mülkiyyət hüquq normaları pozulmuşdur. 10 may 2016-cı il tarixdə MMC ilə alqı-satqı müqaviləsi bağlamış, 60 nömrəli mənzili satın almış, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən mənzilə 45000 manat pul ödəmişdir. Ona məxsus mənzilə dair məhkəmə mübahisəsi olarkən iştirakı olmadan belə bir mübahisəyə baxılması ilə məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

21. M araqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 36 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi qanunsuzdur. Belə ki, onunla cavabdeh MMC arasında həmin mənzilə dair xx.xx.2015-cı il tarixli müqavilə vardır və həmin müqavilə iddiaçı və MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır.

22. X7 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh MMC arasında 58 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilə vardır və həmin müqavilə iddiaçı və MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır. Buna görə də iddia tələbi əsassızdır.

23. Maraqlı şəxs3 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh MMC arasında 56 sayl ı mənzilə dair xx.xx.2016-cı il tarixli müqavilə vardır və həmin müqavilə iddiaçı və MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır. Buna görə də iddia tələbi əsassızdır.

24. Məhkəmə icraatı gedişində MMC-nin keçmiş direktoru X2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur.

25. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X2 izahatında bildirmişdir ki, o MMCdə direktor vəzifəsini icra etmişdir. Heç bir zaman mənzil alqı-satqısını həyata keçirməmişdir. Bu tip işlərlə təsisçilər məşğul olmuşlar. Apellyasiya şikayətlərində istinad olunan müqavilələr və maliyyə arayışlarındakı imzalar onun tərəfindən icra edilməmişdir.

26. Məhkəmə İddiaçı adına verilmiş müqavilə və maliyyə arayışlarındakı imzaların X3 adına verilmiş (87.8 kv.m-dən ibarət olan 62 nömrəli mənzillə bağlı) xx.xx.2019-cu il tarixli maliyyə arayışındakı imzanın eyni şəxs, yəni direktor X2 tərəfindən icra edilibedilməməsini müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli ekspert rəyinə əsasən, mülki işin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənz il alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli maliyyə arayışında “Direktor” qrafalarında X1 adından olan imzalar-eyni şəxs X2 tərəfindən icra olunmuşdur.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), L.Məmmədova və L.Rəhimli) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin eyni tarixli xüsusi qəraradı ilə cavabdeh MMC-nin səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olub-olmamasını aydınlaşdırılm ası, varsa həmin əmələ hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, sözügedən mənzillər daha əvvəl apellyatorlara (2015-2017-ci illərdə), sonra isə iddiaçıya (2021-ci ildə) satılmış, hətta İddiaçı adına verilmiş 62 kv.m və 87.8 kv.m mənzillərə dair xx.xx.2021-ci il tarixli maliyyə arayışlarında mənzillərin nömrəsi də qeyd edilməmişdir (i/m 2-ci cild səh. 22 və 24).

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı adına bağlanmış müqavilə və maliyyə arayışlarındakı tarix apellyatorlara münasibətdə daha sonraya təsadüf etməklə yanaşı, həm də sözügedən mənzillər iddiaçının sahibliyinə və istifadəsinə verilməmiş dir. Belə ki, iddiaçı hazırki iddianı verməklə mənzillərin ona verilməsini tələb etmiş və yalnız bundan sonra icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Apellyatorlar isə mənzilin onlara daha əvvəl təhvil verildiyi, hətta Maraqlı şəxs1 mənzilin qapısını dəyişdiyini, Maraqlı şəxs2 isə təmir işlərini apardığını bildirmiş, iddiaçı tərəfin nümayəndəsi isə bunu mübahisələndirməmişdir.

31. İşdə olan müqavilələrdən və arayışlardan görünür ki, mübahisə edilən mənzillərə dair müəyyən edilmiş pay haqqı tam olaraq apellyatorlar tərəfindən MTK-ya ödənilmişdir. Beləliklə, onlar mübahisəli mənzilin mülkiyyətçisinə çevrilmişdir. Lakin "xxxx" MMC tikinti bazarında öz üstün mövqeyindən çıxış edərək, eyni mənzilləri ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə satmaqla hazırki mübahisənin yaranmasına şəra it yaratmışdır.

32. Məhkəmə kollegiyası pay haqqının tam ödənilməsi ilə bağlı maliyyə arayışlarda apellyatorların tarixi daha əvvələ təsadüf etdiyindən, həmçinin mübahisəli mənzillər apellyatorların ixtiyarında olduğundan onlar daha öncə istinad olunan hüquq normalarına əsasən həmin tarixdən mənzilin mülkiyyətçisi hesab olunmalı ilə bağlı hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, belə olan halda iddiaçının həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Çünki sadalanan maddi hüquq normalarının konkret işə tətbiqi baxımından hazırkı halda iddia tələbinin təmin edilməsi apellyatorların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

33. Bundan başqa məhkəmə, iddiaçıy a izah etmişdir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işin apellyasiya instansiya məhkəməsində baxışı zamanı məhkəmənin diqqətinə vəsatətlə müraciət edilərək çatdırılmışdır ki, tərəflər arasında mübahisəli 4 mənzilin cavabdehlər "xxxx" MMC-yə və qeyriləri nə qarşı "müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi" tələbinə dair mülki iş vardır. Həmin mülki iş həll edilməyincə hazırki mülki işə baxmağın və həll olunmasının mümkünsüzlüyünün hüquqi tərəfləri məhkəmənin diqqətinə ətraflı formada çatdırılmışdır. Lakin məhkəmə vəsatətə ümumiyyətlə baxmamış, ona heç bir reaksiya verməmiş, hətta həmin vəsatətə qətnaməsində belə heç bir münasibət bildirməmişdir. Nəticədə, Azərbaycan Respublikasının adından iddiaçıya münasibətdə onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 yazılı etiraz verərək, kassasiya şikayətinin təmin olunmamsını, qətnamənin dəyişd irilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə n əzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

41. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

42. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından az ad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

54. Göstərilən maddi hüquq normasının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi mənzillər həmin mənzillərə dair öhdəlik 3-cü şəxslərin xeyrinə daha əvvəl əmələ gəldiyindən və iddiaçının həmin 3-cü şəxslərlə bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilmədiyindən həmin mənzillərin iddiaçıya təhvil verilməsi barədə tələbin təmin edilməsi mümkün deyildir.

55. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə icraat dayandırılaraq həmin mübahisəy ə Səbail rayon Məhkəməsində baxılarıb yekun məhkəmə aktının qüvvəyə minməsinə qədər iş üzrə icraat dayandırılmış və Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-58/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılmışdır.

56. Apellyasiya məhkəməsi iş üzrə icraatın dayandırmamaqla prosessual pozuntuya yol versə də, bu pozuntu düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnməmişdir.

57. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver