Məhkəmə qərarları › İş №2(102)-2996/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2996/2019

25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2996/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-881/2018, hakim G.A.Əsədova) İddiaçı Cavabdeh-yə qarşı kredit, ipoteka və zaminlik müqav ilələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-5115/2018 F.Ş.Talışinski, R.Ə.Eyvazov, S.F.Hacıyev) İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı 48 ay müddətinə 102.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Cavabdeh ilə X2 arasında zaminlik müqa viləsi bağlanmışdır. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi X1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 28.12.2017-ci il tarixdə İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 fevral 2015-ci il tarixli kredit müqaviləsinin və həmin müqavilənin təminatı kimi bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə borc götürərkən ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsinin bu qədər yüksələ biləcəyini bilə bilməzdi, mü qavilə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi birmənalıdır. Lakin apellyasiya məhkəməsi qeyd olunan halı nəzərə almamaqla qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh bank tərəfindən iddiaçıya 48 ay müddətinə 102.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi eyni tarixdə zaminlik və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı hazırda həmin müqavilələrin ləğv edilməsini tələb edir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad edərək tələbini onunla əsaslandırmışdır ki, həmin müqavilə xarici valyuta ilə ifadə olunduğundan və müqavilə bağlandıqdan sonra ABŞ dolları kəskin şəkildə qalxdığından müqavilə üzrə öhdəliklərin icrası qeyri-mümkün olmuşdur. Müqavi lə bağlanarkən o milli valyutanın bu qədər sürətlə düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdi. Müqavilə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi birmənalıdır. Apellyasiya məhkəməsinin 02 may 2018-ci il tarixli qərardadına əsasən müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənn əsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver