Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3009/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehlərin vəkili və nümayəndəsi Həsənov Hüseyn Xeybər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2019 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Tağıyeva) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)-7830/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2019 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı ASC-nin əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsində iddiasının təmin edilməməsi, ipoteka predmetinin – ünvan 1 ünvanında yerləşən 66 nömrəli mənzilin ilkin satış qiyməti 195.000 (yüz doxsan beş min) manat müəyyənləşdirilməsi, ipoteka predme tinin – ünvan 1 ünvanında yerləşən 66 nömrəli mənzilin satışından əldə olunacaq vəsait hesabına borc ödənildikdən sonra qalan vəsaitin ipoteka qoyana - Cavabdeh2 qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı “İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 54136 ABŞ dolları əsas, müqavilə bağlandığı tarixdən bitdiyi tarixə qədər 24826 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən bu günkü tarixə qədər (xx.xx.2019) illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 911 ABŞ dolları borcun, ümumilikdə 79873 ABŞ dolları kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka pr edmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşnmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, ipoteka və zaminlik müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 məxsus ünvan 1, 66 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üç ün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməyən hissəsində sübutlara düzgün hüquqi qiymət verməyərək işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, mühasibatlıq ekspertizasının rəyinə əsasən faiz borcu iddia ərizəsində göstərildiyi kimi 24826 ABŞ dolları deyil, 20488 ABŞ dolları təşkil edir. Yəni məhkəmə sübutlara qiymət verərkən 24826-20488= 4338 ABŞ dolları artıq borc hesablamışdır. Digər tərəfdən illik 5 faiz dərəcəsi ilə əsas borca görə hesablanmış 911 ABŞ dolları məbləğində borcun hesablanması da qanunsuzdur. Belə ki, müqavilə xx.xx.2015-ci ildə 37 ay müddətinə bağlanmışdır. Yəni müqavilənin bitmə vaxtı 2018-ci ilin oktyabr ayının 15-dir. İddiaçı isə məhkəməyə 2018-ci ilin iyun ayında, yəni müqavilə müddəti bitmədiyi halda müraciət edib. Belə vəziyyətdə 911 Abş dollarının hansı müddətə, hansı məbləğə hesablanması aydın deyil. Məhkəmə Kollegiyası iddianın bu hissəsini müzakirə edib qiymətləndirmədən təmin etmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərini pozaraq müzakirə edib qiymətləndirilmədiyi hal üzrə qətnamə çıxarmışdır. İddianın dəqiqləşdirilməsinə dair ərizədə illik 5 faiz dərəcəsi ilə əsas borca görə hesablanmış 911 ABŞ dolların hansı məbləğə hesablanması göstərilməyib. Məhkəmə kollegiyası da işin bu xüsusatına diqqət verilməyib. Proses sal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili və nümayəndəsi Həsənov Hüseyn Xeybər oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. H üquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Ka ssasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassator qətnaməni tutulan faiz məbləği və əldən çıxmış faydaya görə tutulan məbləğ hissəsində mübahisələndirir. İşdə olan sənədlərlə müəyyən edilir ki, “İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1073 PFFK№-İİ kredit müqaviləsinə Bank borcalana illik 17% dərəcəsi ilə 37 ay müddətinə, 59600 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh3 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən 66 nömrəli mənzili Bankın xe yrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində ipoteka predmeti 170000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2015-ci il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmadan görünür ki, Cavabdeh2 ilə “İddiaçı ASC arasında xx xxxxxx 2013-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşma bağlanmış, ipoteka dövlət qeydiyyatına alınmışdır. Bank tərəfindən təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə cavabdehlərin banka ödənilməmiş əsas borcu 54136 ABŞ dolları, müqavilənin bağlandığı tarixdən bitdiyi tarixə qədər olan faiz borcu 24826 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən bu günkü tarixə (xx xxxxxx 2019) qədər olan illik 5 faiz dərəcəsi ilə əsas borca görə hesablanmış borc isə 911 ABŞ dolları, ümumilikdə 7 9873 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 449.1, 449.4, 470.1, 474.2, 472.2-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia kredit borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Əvvəla qeyd olunmalıdır ki, borcun faiz hissəsinin ekspert rəyindən artıq tutulması əsaslıdır. İş üzrə mühasibatlıq ekspertizası keçirilmiş, əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. İşə məhkəmədə baxılma müddəti uzun çəkdiyi üçün iddiaçı tələbin artırılması barədə ərizə vermişdir. Faiz borcu yenə əvvəlki kimi müqavilə şərtlərinə uyğun olaraq hesablanmışdır. Məhkəməyə müraciət etdikdən sonra ödənişlər edilmədiyi üçün tələbin artırılması ilə bağlı əlavə ekspertiza keçiriməsinə zərurə t olmamış və məhkəmə müqavilə müddəti ərzində yaranmış faiz borcunu tutmuşdur. Cavabdeh tərəf faiz borcunun düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, iddia tələbinin artırılması barədə ərizədə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün əldən çıxmış fayda kimi 5% məbləğində pul tələb edilmiş (Mülki Məcəllənin 445.7. maddəsinə əsasən) və məhkəmə haqlı olaraq həmin tələbi təmin etmişdir. Qeyd olunan normaya görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edil məsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3009/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3009/2020
21.07.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver