Məhkəmə qərarları › İş №2(102)-3076/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3076/2025

20.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqaviləl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada qeyri-yaşayış sahənin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifa də edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 iyun tarixli 2(105)-622/2025 nömrəli qətnaməsindən Cavabdeh3 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Alıcı İddiaçı ilə satıcı Cavabdeh3 MTK arasında bağlanmış 9.01.2015-ci il tarixli 04 saylı müqaviləyə əsasən, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz 250.82 kv.m qeyri-yaşayış sahəsi alıcıya satılmışdır. Satılan qeyri-yaşayış sahəsinin hər kv.metrinin ilkin dəyəri 1200 manat olmaqla ümumi məbləği 300000 manat müəyyən edilmişdir. Müqaviləni Cavabdeh3 MTKnın adından sədr X12 imzalamışdır.

2. İddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 300000 manat pulun Cavabdeh3 MTK-ya ödənilməsi və kooperativə borcu olmadığı barədə Cavabdeh3 MTK tərəfindən maliyyə arayışı verilmişdir.

3. Cavabdeh1 ilə Çinar-AN» MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 98 saylı müqaviləyə görə Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1 mərtəbəsində E nömrəli qeyri-yaşayış sahəsinin E mərtəbəsində sahəsi 120 kv.m olan sahə hər kv.metri 1000 manata olmaqla ümumi dəyəri 120000 manata Cavabdeh1 satılmışdır. Müqaviləni Cavabdeh3 MTK-nın adından sədr X12 i mzalamışdır.

4. Cavabdeh1 tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 120000 manat pulun Cavabdeh3 MTK-ya ödənilməsi və kooperativə borcu olmadığı barədə maliyyə arayışı verilmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiqlənmiş etibarnamə əsasında müəyyən səlahiyyətləri, o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi; buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bagışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağı... və digər səlahiyyətləri X13 etibar etmişdir.

6. X20 qeyd edilən etibarnamə əsasında İddiaçı adından Cavabdeh3 MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində İddiaçı Cavabdeh3 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etdi yini, həmin pay hüququnun satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı olmadığını, gələcəkdə qeyri-yaşayış sahəsinə və ödədiyi pula dair Cavabdeh3 MTK-ya qarşı heç bir tələbi olmayacağını bildirmişdir.

7. Həmçinin İddiaçı arvadı X6 Cavabdeh3 MTK-ya ünvanlanmış 16 avqust 2022-ci il tarixli ərizəsində bilrimişdir ki, o, Cavabdeh3 MTK-da əri İddiaçı adına rəsmiləşdirilmiş bütün pay hüquqlarından imtina edir, pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı yoxdur, gələcəkdə hər hansı bir yaşayış və ya qeyri-yaşayış sahəsinə və ödənilmiş pula dair Çinar-AN MTK-nə qarşı heç bir tələbi olmayacaqdı r (İddiaçı ilə X6 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır).

8. Cavabdeh1 "xxxx" MTK-ya ünvanlanmış notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədə bildirmişdir ki, o,"xxxx" MTK-nın inşa etdiyi binada adında olan və Abşeron rayonu, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının, E blok, 1-ci mərtəbəsində yerləşən 120 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina edir, həmin pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən qeyri-yaşayış sahəsindən və ödədiyi pula dair "xxxx"MTK-ya qarşı heç bir iddiası olmayacaq.

9. Satıc ı Cavabdeh3 MTK ilə alıcı Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2022ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blokunda nömrəsiz qeyri-yaşayış sahəsinin sahəsi 120 kv.m olan sahəsi, hər kv.metri 1200 manata olmaqla, ümumi dəyəri 144000 manata Cavabdeh2 satılmışdır. Müqavilə MTK-nın adından X7 tərəfindən imzalanmışdır.

10. Cavabdeh2 tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 144000 manat pulun Cavabdeh3 MTK-ya ödənilməsi və kooperativə borcu qalmadığı barədə maliyyə arayışı verilmişdir.

11. İddiaçı Cavabdeh1 Cavabdeh3 MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Mə hkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasında başqa sahələrlə yanaşı, yaşayış binasının 1-ci mərtəbəsində E nömrəli qeyriyaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin özgəninkiləşdirilməsi, hər hansı formada yüklü edilməsi, həmin sahələrə dair istənilən əqdlərin bağlanması, həmin sahələrdə yenidənqurma, təmir işlərinin aparılması Cavabdeh3 MTK-ya qadağan edilmiş, ərizənin qalan hissədə təmin edilməmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-3737/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Cavabdeh3 MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xita m verilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTKya qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1 və "xxxx" MTK- ya qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.

13. Abşeron Rayon Məhkəməsinin e-2(012)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddiaçı X8 Cavabdeh3 MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvilve rilməsi barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu X9 aid edilməsi qət etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1482/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e2(012)-209/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 15. 05.04.2018-ci il tarixli, 04 saylı müqavilədən görünür ki, X3 şəhəri Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E bloku, 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinin 133 kv.metr olan sahənin hər kv.metri 1120 manata, ümumi dəyəri 149000 manata Cavabdeh3 MTK-dan almı şdır. 16. "xxxx" MTK-nın rəhbəri X7 tərəfindən xx.xx.2022-ci il tarixdə X13 nümayəndəlik səlahiyyətlərinin ötürülməsi barədə etibarnamə verilmiş, etibarnamə müddəti xx.xx.2027ci ilədək müəyyən edilmişdir.

17. İddiaçının adından verilmiş ərizənin imzalandığı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh3 MTK-nın direktoru X20 olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 10 may 2016-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 MTK (bundan sonra - MTK) arasında Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəs i 120 kv.m olan sahənin alqısatqısına dair bağlanmış müqavilənin, 17 dekabr 2022-ci il tarixdə Cavabdeh2 ilə cavabdeh MTK arasında Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəs indən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MTK ilə 09 yanvar 2015-ci il tarixdə 04 nömrəli müqavilə bağlayaraq MTK tərəfindən Xırdalan şəhəri BakıQuba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1-ci mərtəbəsində sahəsi 250.82 kv.m olan sahənin hər kv.metri 1200 manat olmaqla, ümumilikdə 300000 manata almışdır. Müqavilənin tam dəyəri ödənildikdən sonra MTK-nın möhürü və sədrinin imzası ilə maliyyə arayışı tərtib edilərək ona təqdim edilmişdir. Bu yaxınlarda iddiaçıya məlum olub ki, həmin qeyri-yaşayış sahəsi heç bi r əsas olmadan cavabdeh tərəfindən başqa şəxslərə - 10 may 2016-cı il tarixdə 98 saylı müqavilə ilə Cavabdeh1 və 17 dekabr 2022-ci il tarixdə Cavabdeh2 satılıb. Hər iki müqavilə etibarsız hesab edilməli, qeyri-yaşayış sahəsi iddiaçı ona təhvil verilməli, həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır.

20. Cavabdeh MTK iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 09 yanvar 2015-ci il tarixli müqaviləyə onun nümayəndəsinin və arvadının ərizəsi əsasında xitam verilmiş, onun tərəfindən ödənilmiş vəsait geri qaytarılmışdır. Hal-hazırda həmin əmlak Cavabdeh2 istifadə və sahibliyində olduğundan iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Geri qaytarılmış vəsaitlə bağlı MTK hər hansı bir məsuliyyə t daşımır, bütün hərəkətlər iddiaçının notariat orqanı vasitəsi ilə verdiyi etibarnamə əsasında çıxış edən nümayəndəsi və rəsmi arvadının iştirakı ilə aparılıb, əmlak artıq başqa şəxslərin qanuni istifadə və sahibliyindədir.

21. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən notarial qaydada təsdiqlənmiş ərizə ilə MTK-nin xeyrinə imtina etmişdir. Bu səbəbdən o, bu tələb üzrə cavabdeh kimi çıxış etməməlidir. Qeyd olunanları nəzərə alıb, iştirakı olmadan işə baxıb, ona qarşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

22. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-276/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Mirnəsir Mirhəsənli).

23. Birinci instansiya məhkəməsi müəyyən e tmişdir ki, İddiaçı MTK ilə bağladığı 09 yanvar 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində ümumi sahəsi 250.82 kv.m olan nömrəsiz qeyri-yaşayış sahəsini 300000 manata dəyərini tam şəkildə ödəyərək almışdır. Həmçinin MTK 10 may 2016-cı il tarixli müqavilə ilə qeyd edilən qeyri-yaşayış sahəsinin 120 kv.metr sahəsini Cavabdeh1 120000 manat müqabilində, dəyəri tam ödənilməklə satılmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən MTK-nın inşa etdiyi binada adında olan və Abşeron rayonu, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının, E blok, 1-c i mərtəbəsində yerləşən 120 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etmişdir. Həmin ərizədən sonra xx.xx.2022-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi MTK ilə Cavabdeh2 arasındakı müqavilə ilə sonuncuya satılmışdır. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixdə ona məxsus bütün əmlaklara, o cümlədən MTK-da adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağa dair X2 vermişdir. Həmin etibarnamə əsasında A.E.Dadaşov ərizə yazaraq, iddiaçıya məxsus MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsindən və pay hüququndan imtin a etmiş, həmin pay hüququnun satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə və ya dəyişdirilməsinə etiraz olmadığını, gələcəkdə qeyri-yaşayış sahəsinə və ödədiyi pula dair MTK-ya qarşı heç bir tələbi olmayacağını bildirmişdir. MTK-nın məhkəməyə ünvanlandığı ərizədən və məhkəmənin xx.xx.2024-cü il tarixli yerli baxış iclasından müəyyən edildi ki, mübahisəli əmlak hazırda Cavabdeh2 istifadə və sahibliyindədir. İddiaçı Abbas Dadaşova verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, ona məxsus əmlakın öz xeyrinə özəlləşdirməsinə və Cavabdeh2 ilə MTK arasında 17 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanan zaman məhkəmənin qərardadına əsasən mübahisəli əmlak üzərində həbsin olduğuna istinad etmişdir.

24. Məhkəmə ilk öncə qeyd etmişdir ki, hər iki tərəflə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırkı mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir.

25. İşin tədqiq olunan faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı özünə məxsus bütün əmlaklara, o cümlədən MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağa dair Abbas Dadaşova səlahiyyət vermişdir. Həmin etibarnamə əsasında A.Dadaşov ərizə yazaraq, iddiaçıya məxsus MTK-nın Xırdalan şəhəri, BakıQuba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv. metr sahədən ibarət qeyri- yaşayış sahəsindən və pay hüququndan imtina etmişdir. Abbas Dadaşova verilən etibarnamə ona fiziki şəxs qismində verilmiş, etibarnamədə onun hər hansı hüquqi şəxsi təmsil etdiyi göstərilməmişdir. Abbas Dadaşov öz növbəsində xx.xx.2022-ci il tarixli ərizəni yazarkən etibarnamə qüvvədə olmuş və o, həmin ərizəni yazarkən buna səlahiyyəti çatan şəxs olmuşdur. İddia edilənin əksinə Abbas Dadaşov əmlakı öz xeyrinə deyil, MTK-nın xeyrinə imtina etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Abbas Əliyev (izahatı ilə təsdiq olunur) qeyd edilən etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etmişdir.

26. Cavabdeh1 ilə MTK arasında 10 may 2016-cı il tarixli, həmçinin Cavabdeh2 ilə MTK arasında 17 dekabr 2022-ci il tarixli mübahisələndirilən müqavilərlər bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmi n əqdlərin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alğı-satqı predmeti daşınmaz əmlak olduğu üçün müqavilə qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış və əmlakın dəyəri alıcı tərəfindən MTK-ya tam ödənilmişdir. Əmlak 2022-ci ildən Cavabdeh2 istifadəsindədir. Məhkəmə iclasında iddiaçı tərəf əqdin etibarsızlığı barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd onunla MTK arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi onun (etibarnamə əsasında səlahiyyətli nümayəndəsi) tərəfindən ləğv edilmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, üzərində həbs olan əmlakın satılması ilə bağlı iddiaçının dəlilinə gəldikdə isə, iş materailları ilə bu hal təkzib olunur.

28. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşdür. Belə ki, işdən göründüyü kimi iddianın əsasını onun tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsidir. Çünki onu təmsil edən A.E.Dadaşov ondan xəbərsiz mübahisəli əmlakdan imtina etmiş, məhz bundan sonra MTK mübahisələndirilən müqavilələri bağlamışdır. İddiaçı ona məxsus əmlakdan imtina edilməsindən və əmlakın başqa şəxsə satılmasından xəbər tutduqdan sonra qeyd edilən etibarnaməni xx.xx.2022ci il tarixdə ləğv etmişdir. Bütün qeyd edilənlərdən görünür ki, iddiaçının mübahisləndirilən əqdlərin mövcudluğundan ən azından etibarnaməni ləğv edərəkən (xx.xx.2022-ci il tarixdən) məlumatı olmuşdur. Hazırki iddia isə xx.xx.2024-cü il tarixd ə qaldırıldığına görə İddiaçı əqdin etibarsızlığı barədə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan 1 illik müddəti (8 ay) ötürmüşdür və istənilən halda bu iddia rədd olunmalıdır.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 337.2, 337.4, 646.1, 752.1, 752.2, 404.1, 404.2, 339.1, 339.3, 359, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(012)-276/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ümumi etibarnaməni Abbas Dadaşova vermişdir. Abbas Dadaşov eyni zamanda MTK-nı etibarnamə ilə idarə edir. Faktiki olaraq həm MTK-nın etibarnamə üzrə nümayəndəsi, həm də onun etibarnamə üzrə nümayəndəsi olub. Mülki Məcəllənin 359.3-cü maddəsi bu cür təmsilçiliyi qadağan edir. Bu zaman hər iki tərəfi təmsil edən şəxsin bağladığı müqavilə etibarsız hesab edilməlidir. Hazırkı mübahisəli qeyri-yaşayış sahəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış olmasa da, təcrübədə mənzil tikinti kooperativləri öz əmlakından imtina edən şəxslərdən və onların həyat yoldaşlarından notarial qaydada ərizə tələb edirlər. Hazırki, iş üzrə isə onun və həyat yoldaşının adından notarial qaydada ərizə alınmayıb. Notarial qaydada ərizə alınmamasına səbəb isə, verilmiş etibarnamə onun tərəfindən ləğv edildikdən sonra ərizələrin əvvəlki tarix göstərilməklə yazılmasıdır. Əgər notarial qaydada ərizəyə ehtiyac yoxdursa etibarnamə verdiyi Abbas Dadaşov bu gün də ona məxsus əmlakları əvvəlki tarixə ərizə yazmaqla sata bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi bu fakta xüsusi diqqət yetirməli idi. Tərəflər arasında 09 yanvar 2015-ci il tarixli müqavilədən bir il sonra Cavabdeh1, 2022-ci ildə isə Cavabdeh2 qeyri-yaşayı ş sahəsi satılıb. Birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsini sonradan başqa bir şəxsə satmasına hazırkı qətnamə üzrə qanuni don geydirməyə çalışıb. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən imtina etdiyini bildirib. MTK bundan sonra 2022-ci ilin dekabr ayının 17-də digər Cavabdeh2 adına keçirib. Birinci instansiya məhkəməsində Cavabdeh2 adına qeyri-yaşayış sahəsinin keçirilməsi ilə bağlı qanunsuzluğu kifayət qədər sübut etsə də, məhkəmə tərəfindən həmin əsaslar nəzərə alınmamış, hətta həmin qanunsuzluqlara qanuni don geydirməyə çalışmışdır. Bəzi əsaslar sübut oluna-oluna, olunmadığı bildirilmişdir. Bunlara aiddir: O və cavabdeh eyni adama etibarnamə verib. Qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, addan ada keçməsi qadağan edilsə də, cavabdeh MTK buna məhəl qoymayıb. Nümayən dəsi və cavabdeh tərəfindən qeyri-yaşayış sahəsindən imtinaya dair ərizələr qanunvericiliyin tələbinə uyğun olmayıb. Abşeron Rayon Məhkəməsinin MTT(012)-117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilib. Həmin qərardad qüvvədə olan zaman iddiaçı məxsus olan qeyri-yaşayış sahəsi başqasının adına keçirilib. Birinci instansiya məhkəməsində işin hər bir detalı dəqiqliklə göstərilib qanunsuzluqlar sadalansa da, cavabdehlərin qeyri-qanuni əməlləri sübut edilsə də, məhkəmə bunların hamısının üzərindən sükutla keçərək, mülki işə aid olmayan hüquq normaları ilə iddianın rədd edilməsini əsaslandırmağa çalışmışdır. Qətnamədə iddianın verilməsi üçün kəsici müddətin olması, kəsici müddətə dair hüquq normalarının və Konstitusiya Mə hkəməsinin qərarından gətirilmiş istinadları başa düşməkdə çətinlik çəkir. Müqavilələrin etibarsızlığını qoyarkən hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığını qoymamışdır. İddiada onu göstərməyə çalışmışdır ki, iddiaçıya məxsus evi başqasına satmaq olmaz. Satılarsa, müqavilə etibarsız hesab edilməlidir. Çünki qanunvericilik bir nəfərə satılan fərdi müəyyən əşyanı başqasına satmağı qadağan edir.

32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 iyun tarixli 2(105)-622/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tari xli, 2(012)-276/2025 nömrəli qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə MTK arasında 10 may 2016-ci il tarixdə və Cavabdeh2 ilə Mənzil Tikinti Kooperativi arasında 17 dekabr 2022-ci il tarixdə bağlanmış, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində, MTK tərəfindən inşa edilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində yerləşən 120 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinin alğı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi, həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi hakim), Ayaz Mahmudov və Səyyad Qafari).

33. Məhkəmə kollegiyası Cavabdeh1la MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 98 saylı müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında müqavilə Cavabdeh1 ilə MTK arasında bağlanmış müqavilədən daha əvvəl, yəni 09 yanvar 2015-ci il tarixdə bağlanmışdır ki, yuxarıda istinad olunan hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinin və hal-hazırda da qüvvədə olan Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmuşdur. xx.xx.2016-cı il tarixli, 98 saylı müqavilə bağlanarkən MTK həmin əmlakın mülkiyyətçisi olmamış, bununla da MTK həmin əqdə dair sərəncam verməkdə səlahiyyətsiz şəxs olm uşdur.

34. Hərçənd ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-3737/2022 saylı mülki iş üzrə Cavabdeh1 cavabdeh MTK-ya qarşı qeyd olunan əmlaka dair iddiadan imtina etməsi və həmin əmlakdan MTK-nın xeyrinə imtina etməsi, o cümlədən cavabdehin iddiaçının etibarnaməli nümayəndəsi olmuş Abbas Dadaşovun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında müqaviləyə xitam verilməsinə dair mövqeyi İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin xx.xx.2022-ci il tarixədək qüvvədə olmasını, Cavabdeh1 ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 98 saylı müqavilənin isə əhəmiyyətsiz əqd qismində etibarsız olmasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası Cavabdeh2 ilə MTK arasında bağl anmış 17 dekabr 2022ci il tarixli saylı müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbinə münasibətdə də iddianın əsaslı olması qənaətinə gələrək bildirmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən MTK iddiaçının etibarnaməli nümayəndəsi qismində Abbas Dadaşovun xx.xx.2022-ci il tarixli ərizəsini əsas gətirərək, iddiaçı ilə bağlanmış 09 yanvar 2015-ci il tarixli müqaviləyə xitam verildiyini, daha sonra isə həmin əmlakı 17 dekabr 2022-ci il tarixli saylı müqavilə əsasında Cavabdeh2 satıldığını iddia etmişdir ki, iddiaçının etibarnaməli nümayəndəsi olan Abbas Dadaşov eyni zamanda həmin vaxt MTK-nın direktoru olmuşdur. Mülki Məcəllənin 359-cu maddəsi qeyd olunan formada bağlanan əqdləri qadağan etməkdədir. Buna görə də Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə əsasən qeyd edilən forma da müqavilənin ləğvinə dair razılaşma da əhəmiyyətsiz əqd qismində etibarsız olmuşdur.

36. Hərçənd ki, iddiaçı, nümayəndəsi olmuş Abbas Dadaşovun xx.xx.2022-ci il tarixli ərizəsinin, o cümlədən ailə münasibətləri pisləşmiş arvadı olan X6 tərəfindən MTKya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin etibarnamə ləğv edildikdən sonradan tərtib edildiyini iddia etmiş, bunun təsdiqi kimi isə Cavabdeh1 MTK-ya qarşı bir sıra əmlaklarla yanaşı, hazırkı mübahisənin predmeti olan əmlaka dair də Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-3737/2022 saylı mülki iş üzrə MTK-nın nümayəndəsi və vəkili tərəfindən onun mülki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixdə vəsatət verməsi faktını irəli sürmüşdür ki, məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlilini a ğlabatan hesab etmişdir. Belə ki, mübahisəli əmlak xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının mülkiyyəti hesab olunmadığı halda, xx.xx.2022-ci il tarixdə onun həmin əmlaka dair gedən mübahisəyə dair üçüncü şəxs qismində işə cəlb edilməsinə dair ərizənin verilməsi anlaşılmaz olmaqla, qeyd edilən fakt ərizələrin sonradan tərtib edilməsi ehtimalını artırmışdır.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi üzrə müddətin ötürüməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunduğu kimi Mülki Məcəllənin etibarsız əqdlər üzr ə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Yəni, Mü lki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

38. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəllənin 112.1, Mülki Məcəllənin 152.1, 157.2, 178.8, 329.1, 337.1, 337.5, 340.1, 354.1, 358.1, 359.1, 359.2, 359.3 -cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh3 Mənzil-Tikinti Kooperativi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 iyun tarixli 2(105)-622/2025 nömrəli qətnaməsinin “iddianın qismən təmin edilməsi hissəsində” ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, mübahisə predmeti olan qeyriyaşayış sahəsi Cavabdeh2 təhvil verilmiş, onun tərəfindən təmir işlərinə başlanmış, qeyriyaşayış sahəsinin qapısı dəyişdirilmiş və açarlar da hal-hazırda həmin şəxsdədir. Başqa sözlə qeyri-yaşayış sahəsi f aktiki olaraq Cavabdeh2 istifadə və sahibliyindədir. Apellyasiya instansiyası məhkəməsinə bu hal dəfələrlə bildirilsə də, məhkəmə qeyriyaşayış sahəsinə baxış keçirməmiş və ümumiyyətlə bu halı araşdırmamışdır. İddiaçı arxa tarixə, yəni 09 yanvar 2015-ci il tarixə öz adına 250 kv.m qeyri-yaşayış sahəsinə dair saxta müqavilə tərtib edərək, artıq iddiaçı kimi özü məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı və Nofəl Hacıyev əvvəllər MTK-nı faktiki idarə etmiş, möhürlər, blanklar onlarda olmuşdur. Həmin möhürlərlə keçmiş tarixə ərizələr yazmışlar. Anar və Nofəlin adları heç bir yerdə hallanmasa da faktiki idarəçilik onlarda olub. Onlar başqa möhür də hazırlamış, müxtəlif müqavilələr tərtib ediblər. Hazırda onlarla bağlı məhkəmə prosesləri getməkdədir. Sözügedən müqavilə də onlardan biridir. Be lə ki, E blokunda 250 kv.m qeyri-yaşayış sahəsi yoxdur, binanın layihəsinə görə ora keçid yoludur.

42. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İddiaçı təqdim etdiyi müqavilənin etibarlılığını (möhürün saxta olmasını) araşdırmamış, ekspertiza keçirməmiş, yerində baxış etməmişdir.

43. Məhkəmə təsis sənədlərini araşdırmadan İddiaçı nümayəndəsi Abbas Dadaşovun MTK-nin direktoru olması qənaətinə gəlmişdir. Məhkəmə başqa məhkəmə işlərində də X24 Əliyevin adından əmlaklar rəsmiləşdirdiyini nəzərə almamış və araşdırmamışdır. Halbuki, həmin işlərə də Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır.

44. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri

45. Kassasiya ş ikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

46. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

49. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflə rin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

52. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüq uqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

54. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

55. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

56. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

57. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

58. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

59. Maddə 359.2 Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçı ları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

60. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

68. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbləri nə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

69. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia təmin edilən hissəsini mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.

71. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan mübahisəsiz hallarına görə, İddiaçı ilə MTK arasında Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissə sində MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz 250.82 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısı barədə 9.01.2015-ci il tarixli müqavilə bağlanmış, razılaşdırılmış 300000 manat dəyərinin tam ödənilməsi barədə İddiaçı maliyyə arayışı verilmişdir. Həmçinin Cavabdeh1 ilə MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 98 saylı müqaviləyə görə MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1 mərtəbəsində E nömrəli qeyri-yaşayış sahəsinin E mərtəbəsində sahəsi 120 kv.m olan sahə hər kv.metri 1000 manata olmaqla ümumi dəyəri 120000 manata Cavabdeh1 satılmış, onun tərəfindən qeyd olunan qeyriyaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 120000 manat pulun MTK-ya ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

72. İddiaçı xx.x x.2022-ci il tarixdə notariat qaydada təsdiqlənmiş etibarnamə ilə, ona məxsus əmlak hüquqlarına dair sərəncam vermə səlahiyyətlərini Abbas Dadaşova etibar etmişdir. Abbas Dadaşov bu səlahiyyətlər əsasında İddiaçı adından MTK-ya xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı MTK-dan aldığı 250,82 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etdiyini, həmin pay hüququnun satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı olmadığını, gələcəkdə qeyri-yaşayış sahəsinə və ödədiyi pula dair MTK-ya qarşı heç bir tələbi olmayacağını bildirmişdir. Eyni zamanda İddiaçı arvadı X6 MTK-ya 16 avqust 2022-ci il tarixli ərizə yazaraq, MTK-da əri İddiaçı adına rəsmiləşdirilmiş bütün pay hüquqlarından imtina etdiyini, pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı olmadığını, gələcəkdə bununla bağlı MTK-ya qarşı heç bir tələbi olmayacağını bildirmişdir.

73. Həmçinin Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə MTKnın inşa etdiyi binada adında olan 120 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının satılmasına, MTKya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etiraz etmədiyini bildirmişdir.

74. Bundan sonra MTK 17 dekabr 2022-ci il tarixli müqavilə ilə, MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasını n E blokunda nömrəsiz qeyri-yaşayış sahəsinin 120 kv.m olan sahəsini Cavabdeh2 satmış, sonuncu tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 144000 manat ödənildiyinə dair maliyyə arayışı verilmişdir.

75. İddiaçı 10 may 2016-ci il tarixdə Cavabdeh1la MTK arasında bağlanmış müqavilənin, 17 dekabr 2022-ci il tarixdə Cavabdeh2 ilə MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında Abbas Dadaşov onun adından ərizə yazıb, saxtakarlı q edərək, öz maraqlarına xidmət etmək üçün ona məxsus əmlakdan imtina etmişdir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri üzrə düzgün nəticəyə gəlmək üçün ilk növbədə Abbas Dadaşovun ona etibar edilmiş səlahiyyətlər əsasında İddiaçı adından MTK-ya xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etməsinin hüquqi nəticələrinin təhlili zəruridir. Çünki iddiaçının mübahisələndirdiyi müqavilələrin etibarsız sayılması barədə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmaması bundan asılıdır.

77. Birinci instansiya məhkəməsi iddiaçının “2022-ci ilin avqust ayında Abbas Dadaşovun onun adından ərizə yazıb, saxtakarlıq etməsi, öz maraqlarına xidmət etmək üçün ona məxsus əmlakdan imtina etməsi” barədə dəlili ilə bağlı qeyd edib ki, Abbas Dadaşova verilən etibarnamə ona fiziki şəxs qismində verilmiş, etibarnamədə onun hər hansı hüquqi şəxsi təmsil etdiyi göstərilməmişdir. Abbas Dadaşov öz növbəsində xx.xx.2022-ci il tarixli ərizəni yazarkən etibarnamə qüvvədə olmuş və o, həmin ərizəni yazarkən, iddiaçının əmlakı barədə sərəncam verməyə səlahiyyəti çatan şəxs olmuşdur. İddia edilənin əksinə Abbas Dadaşov əmlakı öz xeyrinə deyil, MTK-nın xeyrinə imtina etmişdir.

78. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iddianı təmin edib və gəldiyi nəticəni belə əsaslandırıb ki, işin müəyyən edilmiş hallarına əsasən MTK iddiaçının etibarnaməli nümayəndəsi qismində Abbas Dadaşovun xx.xx.2022-ci il tarixli ərizəsini əsas gətirərək, iddiaçı ilə bağlanmış 09 yanvar 2015-ci il tarixli müqaviləyə xitam verildiyini, daha sonra isə həmin əmlakı 17 dekabr 2022-ci il tarixli müqavilə əsasında Cavabdeh2 satıldığını iddia etmişdir ki, iddiaçının etibarnaməli nümayəndəsi olan Abbas Dadaşov eyni zamanda həmin vaxt MTK-nın direktoru olmuşdur. Mülki Məcəllənin 359-cu maddəsi qeyd olunan formada bağlanan əqdləri qadağan etməkdədir. Buna görə də Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə əsasən qeyd edilən formada müqavilənin ləğvinə dair razılaşma da əhəmiyyətsiz əqd qismində etibarsız olmuşdur.

79. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

80. Təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Qanuni şəkildə verilmiş və hüquqi qüvvəsi mübahisələndirilməyən etibarnamədə əksini tapmış səlahiyyətlər çərçivəsində edilən hərəkətlərin təmsil olunanın iradəsinə uyğun olması prezumpsiyası mövcud olur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

81. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.

82. Buna əsasən, mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mübahisələrin həllində mülki qanunvericiliyin müvafiq normalarının məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir.

83. Bu baxımdan eti barnamə əsasında, orada əksini tapmış səlahiyyətlərə uyğun hərəkət edən təmsilçinin hərəkətlərinin legitimliyinin əsassız olaraq şübhə altına alınması, etibarnamə və təmsilçilik institutunun məqsədinə zidd şəkildə tətbiq edilməsinə, Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.

84. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

85. Kollegiya vurğulayır ki, bu norma təmsilçilik institutu nda maraqların toqquşmasının qarşısının alınmasına yönəlmiş imperativ hüquq norması olmaqla, təmsilçinin səlahiyyətlərinin icrası zamanı təmsil edilənin mənafelərinin qorunmasına, habelə əqdlərin bağlanmasında iradə azadlığının real və vicdanlı şəkildə təmin olunmasına, hüquqdan sui-istifadənin qarşısının alınmasına, bununla da təmsilçilik institutunun sabitliyini və mülki dövriyyədə hüquqi təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Təmsilçilik anlayışı, Mülki Məcəllədə əksini tapmış vicdanlılıq prinsipinin, habelə hüquqdan sui-istifadəyə qoyulmuş qadağanın əhatə dairəsinə daxildir.

86. Mülki Məcəllənin 359.3-cü maddəsində bəhs edilən “təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz” müddəası o halı nəzərdə tutur ki, təmsilçi əqd bağlayarkən bir tərəfdən təms il edilənin iradəsini ifadə edir, digər tərəfdən isə əqdin qarşı tərəfi qismində özü çıxış edir. Belə şəraitdə əqd formal olaraq iki tərəfli görünsə də, faktiki olaraq vahid iradəyə əsaslanır, bu isə əqdin hüquqi mahiyyətinə ziddir. Əqd iradələrin azad və müstəqil qarşılıqlı ifadəsini tələb etdiyindən, təmsilçinin eyni anda hər iki tərəfin yerinə çıxış etməsi müqavilənin konstruksiyasına zidd olur.

87. Təmsilçinin “şəxsən özü barəsində əqd bağlaması” anlayışı, onun əqddən birbaşa hüquq (əşya və ya tələb hüququ) əldə etməsini yaxud bir öhdəlik götürməsini, fayda əldə etməsini ehtiva edir. Başqa sözlə, bu halda təmsilçi əqddən yaranan hüquqi nətəcəyə münasibətdə birbaşa subyekt kimi çıxış edir. Dolayı, ehtimal olunan və ya sübuta yetirilməmiş maraqlar, “şəxsən özü barəsində əqdə bağlaması” a nlayışına daxil edilə bilməz. Bu məhdudiyyət, yalnız təmsilçinin əqdin tərəfi olduğu hallara şamil edilir.

88. Bu baxımdan işin halları təhlil edildikdə görünür ki, Abbas Dadaşov iddiaçının verdiyi etibarnamədə əksini tapmış daşınmaz əmlaka dair sərəncam vermək də daxil olmaqla geniş səlahiyyətlərə malik olmuşdur. Abbas Dadaşovun MTK-nın təmsilçisi olması faktı ilə bağlı diqqət edilməli olan məqam ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli etibarnamə ilə A.Dadaşova MTK-nın nümayəndəlik səlahiyyəti vermiş, direktor kimi səlahiyyətlərə malik olmuş, xx.xx.2022-ci il tarixdə isə ona iddiaçı etibarnamə vermişdir. Lakin Mülki Məcəllənin 49-cu maddəsinə əsasən hüquqi şəxsin direktoru hüquqi şəxsin özü deyil, icra orqanıdır. Həmçinin xx.xx.2022-ci il tarixli ərizə birtərəfli iradə ifadəsidir. B u hal, 359.3-cu maddənin tətbiqi üçün vacib olan “iki tərəfin təmsilçisi olmaq” şərtini istisna edir. Abbas Dadaşovun, iddiaçının verdiyi etibarnamə əsasında qeyri-yaşayış sahəsinə dair verdiyi sərəncam nəticəsində pul alması, əmlak əldə etməsi, pay sahibi olması, yaxud ona bağlı olan şəxsə ötürməsinə dair sübuta istinad edilməmişdir.

89. Apelyasiya instansiyası məhkəməsi iddiaçının etibarnaməli nümayəndəsi Abbas Dadaşovun müqavilənin ləğvinə dair razılaşmasının Mülki Məcəllənin 359-cu maddəsi baxımından qadağan edildiyi, buna görə də əhəmiyyətsiz əqd qismində etibarsız olduğu barədə nəticəyə gələrkən, işin hallarını Mülki Məcəllənin 359.3-cü maddəsinin dispozisiya şərtləri əsasında tam təhlil etməmişdir.

90. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin Cavabdeh 1la MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 98 saylı müqavilənin etibarsızlığı barədə hüquqi əsaslandırması düzgündür. Bu əsaslandırma, Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğundur.

91. Buna baxmayaraq, həmin hissədə də qətnamə ləğv olunmalıdır. Çünki, iddia tələbləri bir-biri ilə bağlı olmaqla, etibarnamə əsasında qeyri-yaşayış sahəsindən imtina etmənin qanuni və ya qanunsuzluğundan asıdır. Abbas Dadaşovun ona etibar edilmiş səlahiyyətlər əsasında İddiaçı adından MTK-ya xx.xx.2022-ci il tarixli ərizə əsasında qeyriyaşayış sahəsindən və pay hüququndan imtina etməsi qanunauyğun sayıldığı halda, iddiaçının həmin qeyri-yaşayış sahəsi ilə bağlı əqdləri mübahisələndirmək üçün subyektiv hüququ tanınmayacaqdır. Bu əsas həm də Cavabdeh2 ilə MTK arasında 17 dekabr 2022ci il tarixdə bağlanmış müqavilənin etibarsız sayılmasına da aiddir və həmin hissədə də qətnamə ləğv edilməlidir.

92. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının vəkili bildirmişdir ki, “iddiaçının yoldaşı MTK-nın rəhbərinin qızıdır və ailə münasibətlərində olan problemlər bu işə təsir edib” (1-ci cild, səh. 110). Bundan sonra iddiaçı özü bildirib ki, “Qayınatamın MTK-da 40 % payı olub. Arvadımla 2023-cü ilin oktyabrından münasibətlərimiz normal deyil, bir yerdə yaşamırıq. Qayınata mdan haqqımı tələb etdim, sonra məsləhətlə etibarnamə verdim, etibarnamə verənə qədər münasibətlərimiz normal idi, ondan sonra münasibətlərimiz korlandı” (1-ci cild, səh.212).

93. İddiaçı 2023-cü ilin oktyabrından ailə münasibətlərinin korlanmasına istinad etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçı Abbas Dadaşova etibarnaməni bundan əvvəl - xx.xx.2022-ci il tarixdə vermiş, Abbas Dadaşov həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixli ərizə yazmışdır. Eyni zmanda İddiaçı arvadı Vüsalə Fərəcova buna yazılı razılıq vermişdir.

94. Məhkəmə bu xüsusatlarla bağlı araşdırma aparmamışdır.

95. Həmçinin ötən müddət ərzində iddiaçının bu qeyri-yaşayış sahəsini təhvil alması, faktik olaraq sahiblik edib etməməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi qeyri-yaşayış sahəsinin təhvil verilmədiyini bildirmidir (1-ci cild, səh.56). Lakin iddiaçı izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsinin “bir hissəsini 2018-ci ildə X1. Obyekti alandan sonra təmir etməmişdir” (1-ci cild, səh.88). İddiaçının qeyri-yaşayış sahəsini təhvil almadığı halda nəyə görə indiyə qədər iddia qaldırmamasının səbəbinin müəyyən edilməsi, iş üzrə obyektiv nəticəyə gəlməyə imkan verə bilər.

96. Bundan başqa, iddiaçı aralarında olan mübahisə ilə bağlı prokurorluq orqanına müraciət etdiyini və kifayət qədər materiallar toplandığnı bildimişdir (1-ci cild. Səh.88). Məhkəmə bu araşdırmanın tamamlandığını və ya davam etdiyini, həmin araşdırma zamanı müəyyən edilən halların baxılan işin həlli üçün əhəmiyyətli olub-olmadığını araşdırmamışdır.

97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. 98. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir (2.2-ci bəndi). Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (2.4-cü bəndi).

99. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur

100. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənl ik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

101. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

102. Məhkəmə kollegiyası göstərilənləri nəzərə al araq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

103. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı q əbul etməlidir.

104. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 iyun tarixli 2(105)622/2025 nömrəli qətnaməsi iddianın təmin olunan – «cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında 10 may 2016-ci il tarixdə və Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında 17 dekabr 2022-ci il tarixdə bağlanmış, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, Cavabdeh3 MTK tərəfindən inşa edilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində yerləşən 120 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinin alğısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi, həmin əmlakın boşal dılaraq iddiaçıya təhvil verilməsi» - hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar