Məhkəmə qərarları › İş №2(102)-3116/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3116/2020

24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3116/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı və vəkili Əliyeva Sevinc Alı qızının Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-350/2020 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(012)-3090/2019 saylı qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və həmin daşınmaz əmlaklardan iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsindəki məhdudiyyətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-350/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)3090/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşero n rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0,14 ha ölçüdə 1621 saylı bağ sahəsi və orada olan 169,1 kv.metr bağ evinin üzərinə qoyulmuş həbsin götürülməsi və həmin daşınmaz əmlaklardan onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsinin və həmin bağ sahəsində yerləşən 169,1 kv.m. bağ evinin ona məxsus olmasına və həmin daşınmaz əmlaklara dair daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış alınmasına baxmayaraq, qardaşı Cavabdeh1 təqsirləndirildiyi cinayət işi üzrə həmin əmlakların üzərinə həbs qoyulmuş və daha sonra isə sonuncunun məhkum olunmasına dair qəbul edilmiş məhkəmə hökmü ilə onlar dövlət nəfinə müsadirə ol unacaq əmlakların siyahısına salınmışdır. Bununla da o, məhkum olunmuş qardaşı Fizuliyə deyil, mülkiyyət hüququ əsasında özünə məxsus əmlaka dair sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Halbuki o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamıdır və məhkəmə hökmü əsasında məhrum olunduğu əmlak zəhməti və öz vəsaiti nəticəsində qanuni yolla əldə edilmişdir. Yəni, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli sərəncamından çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə Novxanı kənd sakini X3 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kv.m.-lik 1621 saylı bağ sahəsi özünün və ailə üzvlərinin razılığı ilə onun adına keçirilmiş və həmin torpaq sahəsi 2010-cu ildə özəllə şdirilərək, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə də, hələ 2007-ci ildə onun tərəfindən alınmış bağ evi 2010-2015-ci illərdə Cavabdeh1 tərəfindən törədilən cinayətlər yolu ilə əldə edilən pul vəsaitinə alınmış əmlak hesab edilə bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İd diaçı və vəkili Əliyeva Sevinc Alı qızı kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının sübutlarını heçə saymaqla Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini pozmuş, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmünün müddəalarını özü üçün məcburi hesab etmiş, iddiaçı tərəfindən irəli sürülmüş işin mahiyyətinə aid olan və işin nəticələrini həll edən arqumentlərə hər hansı mövqe bildirməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əs assız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyas iya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təqsirli bilindiyi maddələr üzrə təyin olunmuş əsas və əlavə cəzaları qismən topl amaq yolu ilə qəti olaraq ona 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda həmin hökmlə məhkum olunan Cavabdeh1 özünə və qohumlarına məxsus digər əmlaklarla yanaşı “Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinin” xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 1-1(103)-1 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmündən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş və Bakı Hərbi Məhkəməsinin məhkumlar X4, Cavabdeh1, X9, X2, X5, X7, X1 və qeyriləri haqqındakı 23 aprel 2018-ci il tarixli hökmü məhkumlar S.Qurbanov, Cavabdeh1, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, F.Atayev və A.Şirəliyevə aid hissədə dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat v erir. Təqdimata baxılması bu Məcəllənin 414, 416-420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının belə bir ərizə ilə Ali Məhkəməsinin sədrinə müraciət edib-etməməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, bununla da məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə edilmiş əmlakın üzərindən həbsin götürülməsi barədə işə mülki qaydada baxılmalı olubolmamasına yuxarıda qeyd olunan maddənin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi hüquqi qi ymət verməmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən hazırkı iddia tələbi üzrə işə MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından mülki qaydada baxılmalı olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğ v edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-350/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver