Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3122/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilmə və evdən çıxarılma, evə köçürülmə, evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilmə və evdən çıxarılma, evə köçürülmə” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli 2(105)-946/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) üzərində İddiaçı (bundan sonra – iddiaçı) adına xx.xx.2013-cü ildə çıxarış verilməklə, onun mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmışdır.
2. İddiaçı ilə Cavabdeh1 27 aprel 1993-cü ildə rəsmi nikaha daxi l olmuş, 25 avqust 2023-cü il tarixdə nikah pozulmuşdur.
3. Cavabdehlərdən Bəhrəm, Səxavət və Murad iddiaçının oğlu, Cavabdeh5 isə oğlu Səxavətin həyat yoldaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 15.000 manat kompensasiya verilməklə, onların Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 59/23-də yerləşən 1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri Cavabdeh5, azyaşlı X1, X2 ilə birlikdə bu mənzildən çıxarılmaları, onun bu mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçını və anasını mənzildən çıxarmış və onları bu mənzilə buraxmır, onu yeganə yaşayış yeri olan bu mənzildən məhrum etmişdir. İddiaçının isə yaşamağa başqa bir yaşayış yeri yoxdur. İddiaçı özü də 2- ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Bu halda iddiaçı mənzilin aylıq kirayə haqqının 200 manat olmasını nəzərə almaqla, bir ailənin üzvləri olan cavabdehlərə 15000 manat kompensasiya təklif edir. Belə ki, bu məbləğ ailənin oxşar şəraitli bir mənzildə 3 ildən artıq bir müddətdə kirayədə yaşamalarına imkan verər.
6. Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaşadıqları - ünvan 1 ünvanında yerləşən şəxsi vəsaitləri hesabına evin əsaslı təmiri və yenidən quraşdırılması üçün çəki lmiş 25.000 manat dəyərində xərcin iddiaçıdan tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə onun şəxsi vəsaitləri hesabına yaşadıqları mübahisəli mənzilin əsaslı təmiri və yenidən quraşdırılması üçün 25.000 manat dəyərində xərc çəkilmişdir. Həmin təmir və xərclər onunla digər cavabdehlərin hesabına edilmişdir. Həmin xərclərin iddiaçıya heç bir aiddiyəti yoxdur. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmədə Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, anası xəstədir, nənəsi də həmin mənzildə qeydiyyatdadır. Heç kim iddiaçını evdən qovmamışdır. Mənzil onlar tərəfindən 3 dəfə təmir olunmuşdur. Təmir xərclərində atası iştirak etməmişdir. Onun başqa yaşayış yeri yoxdur.
9. Məhkəmədə Cavabdeh3 ilkin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun hazırda başqa yaşamağa mənzili yoxdur. Belə ki, o, hazırda babasına baxır. Bu səbəbdən babasının yanında qalır. Sözügedən mənzil 2010-2018-ci il tarixdə təmir olunub. Təmir xərcləri ümumilikdə 25.000 manat təşkil etmişdir.
10. Məhkəmədə şahid X4 bildirmişdir ki, 2011-ci ildə sözügedən mənzil əsaslı təmir edilib. Mənzil ikinci dəfə 2018-ci ildə su basdığı üçün təmir olunmuşdur. Təmir işlərini evdə usta kimi o aparmışdır. Mənzilin təmir xərcləri Teymur, Bəhrəm və Gülnar tərəfindən ödənilmişdir. Evdə təmir işləri aparılan zaman Teymur mənzildə yaşayırdı.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışınd an müəyyən olunmuşdur ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşüdürlməsi şöbəsinin 24 may 1978-ci il tarixli, 10/404 nömrəli orderinə, Azərbaycan Respublikasının Milli Raxiv İdarəsinin 25 noyabr 2013-cü il tarixli 715 nömrəli arxiv çıxarışına, Mənzil İstismar Sahəsinin 4362 nömrəli 14 noyabr 2013-cü il tarixli 2 nömrəli forma arayışına, Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 26 noyabr 2013-cü il tarixli 7E47707, 7E-47708, 13 noyabr 2013- cü il tarixli 7E-45419, 7E-45418 reyestr nömrəli razılıq ərizələrinə əsasən mübahisəli mənzil üzərində 5 dekabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınmışdır. 12. “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin orta aylıq kirayə dəyəri 220 manat təşkil edir.
13. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 4 mart 2024-cü il tarixli, 2(060)-585/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumilikdə 15000 manat kompensasiya verilməklə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və ailə üzvləri Cavabdeh5, azyaşlı X1, X2 ilə birlikdə həmin mənzildən çıxarılması, iddiaçının mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
14. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Mübahisəli mənzildə tam təmir işləri 2011-ci ildə, cuzi kosmetik işləri isə 2018-ci ildə aparılmışdır. Həmin təmir işlər aparılarkən tərəflər birgə nikahda olmuş və təmir işləri mülkiyyətçinin öz təşəbbüsi ilə edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İlkin iddia üzrə cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edil məsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə həyata keçirilir. Məhkəmə nəzərə almamışdır ki, təklif edilən kompensasiya məbləği bu sayda ailə üzvlərinin azyaşlı uşaqları ilə birlikdə eyni şəraitli evdə yaşamaları üçün kifayət deyildir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.2-ci maddəsinin MPM-in 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi belə iş lərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib–göstərilməməsindən asılı olmayaraq kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kompensasiya məbləğini bazar qiyməyinə uyğun olaraq müəyyən etməmişdir. Həmçinin məhkəmənin qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyi işin həqiqi hallarına uyğun olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsini qətnaməsi qanunsuz və əsassızdır. Hazırda hüquqlarını müdafiə etdiyi şəxs ağır xəstəlikdən əziyyət çəkir və özünü saxlamaq iqtidarında deyil. Ona görə də 15.000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsiylə cavabdehlərin evdən çıxarılması əsassız hes ab olunur. Ümumilikdə 25.000 manat kompensasiya ödənişi tələb edirlər. Həmçinin mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olması da yoxlanılmalıdır. Qeyd olunanlara əsasən, şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, mübahisə predmeti olan evin dəyərinin 70000 manat olmasını mübahisələndirmir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, 30 ildən çoxdur ki ailəlidir, təxminən 1990-cı illərdə nikaha girmişdir. Ev əvvəllər atasına məxsus olmuş, atası öləndən sonra mülkiyyətçi özü olmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ev 2 otaqlıdır, dəyəri təxminən 70.000 manatdır. Kompensasiya məbləğini maksimum 5000 manat artıra b ilər. Buna görə də 20.000 manat kompensasiya verilməklə, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-946/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15.000 manat kompensasiya verilməklə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə 5000 m anat olmaqla, ümumilikdə 20000 manat kompensasiya verilməklə, mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, iddiaçı cavabdehlərin hər birinə 5000 manat olmaqla, ümumilikdə 20000 manat kompensasiya verilməsi məbləği təklif edilmiş, cavabdehlər isə ümumilikdə 25000 manat kompensasiya məbləği tələb etmişlər ki, məhkəmə kollegiyası 20000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir.
23. Məhkəmə həmçinin nəzərə almışdır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə Sumqayıt şəhərində a ğlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, 20000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işin mübahisə edilməyən halına əsasən mənzilin bazar dəyəri təxminən 70000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir.
24. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticənin əsassızlığına dair hər hansı bir dəlil irəli sürməmişlər. Bunun la yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı tələbində mübahisəli mənzilin iddiaçı ilə birgə nikah dövründə onun şəxsi vəsaitləri hesabına əsaslı təmiri və yenidən quraşdırılması üçün 25000 manat dəyərində xərc çəkilməsini qeyd etsə də, buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
25. Məhkəmə kollegiyası Cavabdeh5 şikayətinə münasibətdə isə qeyd etmişdir ki, o, “Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Buna görə də ona m ünasibətdə iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.
26. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının nümayəndəsinin mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməsi ehtimalı ilə bağlı izahatına münasibətdə isə qeyd etmişdir ki, nümayəndənin kompensasiya məbləğinin 25.000 manat müəyyən edilməli olması ilə bağlı izahatı, həmin izahatla ziddiyyət təşkil etmişdir. Digər tərəfdən qarşılıqlı iddiaçının iddiasının mahiyyəti onun mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını iddia etməsini istisna etməklə, apellyasiya şikayətinin dəlilləri də bununla bağlı olmamışdır. Digər tərəfdən isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı S umqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, mübahisəli əmlak Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşüdürlməsi şöbəsinin 24 may 1978-ci il tarixli, 10/404 nömrəli orderinə əsasən verilmişdir ki, iddiaçının 1972-ci il təvəllüdlü olması nəzərə alındıqda həmin mənzilin atasına verilməsi ilə bağlı iddiaçının izahatının əsaslı olması müəyyən olunmaqla, qarşılıqlı iddiaçı da bunu mübahisələndirməmişdir. Tərəflər arasında nikahın isə 1993-cü il tarixdə bağlanması nəzərə alındıqda, həmin mənzilin iddiaçının atasının xidmətlərinə görə dövlət tərəfindən verilməsi müəyyən olunur ki, işdə olan sübutlarla əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması sübut olunmamaqla, qarşılıqlı iddiaçı tərəfindən də buna dair m əhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.6, 157.7, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının 1-ci bəndinə istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məns ub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
34. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
35. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə h üququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, o nun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli 2(105)-946/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.