Məhkəmə qərarları › İş №2(102)-3143/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3143/2025

23.10.2025 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Maneənin arada
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3143/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına (Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı, həmçinin Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 (Cavabdeh2 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması, daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyət çilər arasında paylara uyğun bölüşdürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair və Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (Cavabdeh2 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılmas ı və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-267/2025 nömrəli, 20 iyun 2025ci il tarixli qətnaməsindən birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı1 və birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Koroğlu Axtarəli oğlu xx.xx.2003-cü il tarixdə (73 yaş) ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 767 nömrə ilə qeyd edilmişdir.

2. Məryəm Axtarəli qızı xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2007-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-339 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Yeni Suraxanı qəsəbəsi, Tağıyev küçəsi, 18 saylı evin “A” tikilisinin tinindən “B” tikilisinə tərəf tindən Tağıyev küçəsinə perpendikulyar istiqamətdə su anbarı Koroğlu Axtarəli oğlunun ərazisində qalmaqla həyət hasarı çəkilməklə həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi, hasarın hər iki tərəfin xərci hesabına çəkilməsi və su anbarından ümumi qaydada istifadə edilməsi qət edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)138/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Cavabdeh2 və X7 iddiası təmin edilərək Koroğlu Axtarəli oğlundan miras qalmış əmlakın vərəsələr arasında bölünməklə - 1/10 pay X4, 1/10 pay İddi açı1, 1/10 pay İddiaçı2 verilməsi və 7/10 pay Cavabdeh2 və X7 arasında bərabər paylara bölünməklə paylarının müəyyən edilməsi qət edilmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)3156/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)1606/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı (İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 16/20 hissədə Cavabdeh1 (xx.xx.2017-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaç ı1 (xx.xx.2015-ci il tarixdə), 2/20 hissədə X3 (xx.xx.2017-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır.

9. X6 və Cavabdeh1 arasında xx.xx.2017- ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, X6 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 173.4 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən – 2/20 hissəni (17.34 kv/m) Cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 10.000 manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və 4/20 hissədə Koroğlu Axtarəli oğlunun payı açıq almışdır.

11. Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Koroğlu Axtarəli oğlunun əmlakının 1/10 hissəsinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 18-də qeydiyyatda olan qızı – İddiaçı1 vərəsədir və 2/10 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İHBA ÖBMİ Texniki İnventarlaşdır ma Bürosu tərəfindən xx.xx.1999-cü il tarixdə verilmiş 03Y/S saylı reyestr kitabının 325-ci səhifəsində 30/1079 sayı ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri, Əİ tər, xx.xx.2013-cü il tarixdə verdiyi 06/1593 saylı Arayışa əsasən, mərhum Koroğlu Axtarəli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeynalabidin Tağıyev küçəsində yerləşən ümumi sahəsi 173.4 kv.m, o cümlədən yaşayış sahəsi 70.4 kv.m, yardımçı sahəsi 103 kv.m olan 4 (dörd) otaqlı 18 a saylı fərdi yaşayış evindən və ümumi sahəsi 39.3 kv.m olan həyətyanı tikililərdən ibarətdir. Göstərilən miras əmlakın qalan 7/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktuba əsasən, sözügedən ünvanda arxiv texniki pasportunda göstərilən tikililərdən “A” və “B” literli yaşayış evləri və İV saylı köməkçi tikili mövcuddur. “Q” literli tikili və İİ, İİİ, V saylı köməkçi tikililər sökülmüşdür. Əlavə olaraq sahəsi 160.0 kv.m olan bir mərtəbəli yaşayış evi, sahəsi 125 kv.m olan qeyri-yaşayış binası və köməkçi tikililər inşa edilmişdir. Eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur.

13. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qızı birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər İddi açı1 və İddiaçı2 göndərilmiş təklifə əsasən, Cavabdeh1 öz payının əvəzi olaraq 350.000 manat məbləğində kompensasiya haqqının ona ödənilməsi ilə bağlı İddiaçı1 və İddiaçı2 təklif göndərmiş, əks halda daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirilmişdir. xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materiallarına əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iddia:

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, qanunla qorunan mülkiyyət hüquqları pozulduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 4 ünvanında notari al qaydada bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, ev əmlak payından istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 5 ünvanında notarial qaydada bağlanmış, satıcı X1 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m. olan (mənzilin paylı mülkiyyət üzrə 2/20 pay – 173.4 kv.m hissəsini) xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçılara aid ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbu l edilməsini xahiş etmişlər.

16. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlərdən bacısı Cavabdeh1 2/20 və 1/10 hissədə İddiaçı1 məxsus və 1/10 pay hissədə İddiaçı2 məxsus vərəsəlik paylarından olan ünvan 4 ünvanında, ümumi sahəsi 173.4 kv.m olan evi razılıqları olmadan notarial qaydada müqavilə ilə Cavabdeh2 satmışdır. Alıcı Cavabdeh1 Cavabdeh2 aldığı yaşayış evinin hissəsini ticarət dükanına çevirmiş, İddiaçı1 məxsus 2/20 və 1/10 hissəni, eləcə də İddiaçı2 məxsus digər 1/10 pay hissəsini qanunsuz olaraq zəbt etmiş, ona maddi və mənəvi zərər vurmuş və vurmaqda davam edir. Belə ki, iddiaçılara aid ev əmlak payından yaranmış giriş-çıxış maneələri ilə bağlı, eləcə də yeni tikililər aparılmaqla ev əmlakının müvafiq hissələrindən istifadənin qarşısı alınmaqla istifadə etmək mümkünsüz ol muşdur. Cavabdehlər tərəfindən ümumi paylı mülkiyyət iddiaçıların iradəsi ziddinə olaraq digər şəxsə satılmaqla qanunla müəyyən edilən və qorunan mənafeyi pozulmuş və məhkəmə qaydasında hüquqlarının müdafiəsinə zərurət yaranmışdır. Bununla yanaşı, onu da bildirir ki, hazırda mübahisələndirdiyi iddiaçılara məxsus pay hissələrində ev əmlakının paylar üzrə naturada bölünməsi və ayrılması mümkün olduğu halda cavabdehlərin ev əmlakının paylara naturada bölünməsi ilə bağlı mümkünlüyünü inkar etmələrinin səbəbi məhz iddiaçılara məxsus payların əsassız varlanma yolu ilə tutaraq əldə etməkdir. İkinci iddia:

17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və X8) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən daşınmaz əmlakın dövlət reyestrində “**********49-10301” reyestri nömrəsi ilə qeydiyyata alınmış ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ümumi sahəsi 173.4 kv.m olan, ünvan 7 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilərindən biridir. Daşınmaz əmlak 2/20 pay üzrə mərhum Koroğlu Axtarəli oğlunun, 2/20 pay üzrə İddiaçı1, 16/20 pay üzrə isə onun mülkiyyətində dir. O, daşınmaz əmlakın əhəmiyyətli (4/5) hissəsini notarial alğı-satqı müqaviləsi əsasında üçüncü şəxslər Cavabdeh2 və X5 almışdır. Evi ona satan şəxslər paylarla bağlı hər hansı mübahisənin olmadığını, vaxt tapan kimi İddiaçı1 da notariat kontoruna gəlib öz payını təqdim edəcəyini, mərhum Koroğlu Axtarəli oğlunun payı ilə bağlı vərəsəlik məsələləri həll olunduqdan sonra o payında onun mülkiyyətinə verilməsinin təmin olunacağını bildirmişlər. Buna baxmayaraq sonradan cavabdeh İddiaçı1 ilə payın təqdim olunması ilə bağlı aparılmış danışıqlar fayda verməmiş, İddiaçı1 payı vermək istəmədiyini bildirmiş və bu səbəbdən də mübahisə yaranmışdır. Vahid çıxarışla rəsmiləşdirilmiş əmlak əslində iki ayrı-ayrı fərdi yaşayış evindən ibarətdir: ev “A” və ev “B”. “A” evində cavabdehlər yaşayır, “B” evi ndə isə o yaşayır. “A” evinin ümumi sahəsi 45.8 kv/m, “B” evinin isə ümumi sahəsi 127.6 kv.m-dir. Hər iki evin ümumi sahələrinin cəmi 173.4 kv/m-dir. Onun payının 16/20 olması onu göstərir ki, ona düşən hissə 138.72 kv.mdir (173,4/20 = 138.72). Onun qənaətinə görə, faktiki yaşadığı “B” evinin tam, eyni zamanda cavabdehlərin yaşadığı “A” evinin 11.2 kv.m. hissənin mülkiyyətçisidir. Buna baxmayaraq paylar naturada ayrılmadığına görə daşınmaz əmlakın hansı hissəsinin kimin mülkiyyətində olmasını israr etmək mümkün deyil, cavabdehlərlə də qarşılıqlı razılıq əldə etmək mümkün olmur. Belə ki, cavabdehlər məsələni məhkəmədən kənar qaydada həll etməyə istiqamətlənmiş, onun xahişlərini davamlı şəkildə rədd etmişlər. Payların naturada ayrılması ilə bağlı əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəmə sinə müraciət olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, payların naturada ayrılması haqqında iddia tələbi rədd edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh İddiaçı2 daşınmaz əmlak üzərində mərhum Koroğlu Axtarəli oğlunun payını faktiki qəbul etmişdir. O, cavabdehlərə təkliflə müraciət edərək öz payını təklif etmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onlardan hər-hansı cavab daxil olmamışdır. Cavabdehlərin təklifinə müsbət cavab verməməsini nəzərə alaraq hesab edir ki, daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi vacibdir.

19. Cavabdeh1 nümayəndəsi-vəkili birinci iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandığı gündən 3 ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da müraciət etmək hüququnu itirmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1606/2023 saylı qətnamə ilə payların naturada ayrılmasına dair iddia tələbi rədd edilmişdir. Beləliklə, paylar naturada ayrılmadığından və ayrıla bilmədiyindən kimin kimə maneə yaratmasının müəyyən edilməsi mümkün deyil. Bundan əlavə, payların naturada ayrılması haqqında iddia ərizələri icraatda olan zaman, eləcə də verdiyi apelyasiya şikayətində cavabdeh İddiaçı1 açıq mövqe bildirərək Cavabdeh1 payların naturada ayrılması haqqında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu fakt onu göstərir ki, İddiaçı1 Cavabdeh1 payla rını tanımış, bəyənmiş və mübahisələndirmək fikri olmamışdır. Odur ki, məhkəmədən iddia müddətinin tətbiq edilməsini, hazırkı mülki işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-5933/2023 saylı mülki işlə bir icraata birləşdirilməsi haqqında qərardad qəbul edilməsini və İddiaçı1 və İddiaçı2 “alğı-satqı müqaviləsinin ləğvi, əmlak payından istifadəyə maneələrin aradan qaldırılması haqqında” iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Cavabdeh2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılması və satış p ulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşüdürülməsi” tələbinə dair 2(010)-861/2024 saylı mülki işin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(010)-543/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.

21. Suraxanı Rayon Məhkəməsinin (hakim Fəridə Rzayeva) 2(010)-861/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, ikinci iddia tələbi təmin edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m. olan daşınmaz əmlak açıq hərracda satışa çıxarılması və hərracdan əldə edilən pul məbləğinin paylı mülkiyyətçilər arasında onlar ın paylarına mütənasib surətdə bölüşdürülməsi, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə birinci iddia tələbi üzrə iddiaçıların ləğvini tələb etdiyi həmin müqavilə üzrə müqavilə onlar müqavilə tərəfi olmadığından, hazırkı iddianı, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüquqları olmamışdır. İddiaçıların müqavilənin ləğvinə dair irəli sürdüyü dəlillər digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən mü ddəasının (MM 218.2, 218.3) mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. Lakin birinci iddia tələbi üzrə iddiaçılar bu hüquqlarından istifadə etməməklə, müqavilənin bağlanmısandan uzun müddət keçdikdən sonra həmin müqavilənin ləğvini tələb edirlər. Məhkəmə hesab etmişdir ki, ümumi paylı mülkiyyətlə bağlı bir neçə məhkəmə mübahisələri olmuşdur və iddiaçılar Kərimova Şərabani öz payını Cavabdeh1 satdığınıdan uzun müddətdir ki, xəbərdardırlar.

23. Məhkəmə birinci iddia üzrə iddia tələbinin “ev əmlak payından və ümumi isti fadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası”na dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar istinad etdikləri hallara dair sübut təqdim etməmişlər.

24. Əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, həmin iddia tələbi mübahisəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianı təmin etməmişdir, bu halda da qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

25. Ayrılmaq istəyən mülkiyyətçi Cavabdeh1 öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüqu qundan istifadə edərək digər mülkiyyətçilərə bu barədə təklif göndərmiş, lakin həmin təklifə hər hansı cavab almamışdır.

26. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər (birinci iddia üzrə iddaçılar) tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış və cavabdehlər (birinci iddia üzrə iddaçılar) heç bir təklifə razı olmadıqlarını bildirmişlər.

27. Məhkəmə qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6, 218.1, 218.2, 218.3, 220.1, 220.2, 220.3, 220.6, 221, 421.1, 421.2-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 214, 216-220, 233, 357 və 360-c ı maddələrinə də istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Birinci iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəlik paylarının bölgüsü vərəsələr arasında açıq qalmaqla, tamamlanmadığı halda, evin bütövlükdə açıq hərracda satılması və vərəsələrin paylarına uyğun olaraq bölünməsində ədalətli nəticə əldə etmək mümkünsüz olduğu üçün hesab edirlər ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi cavabdehlərin mülki hüquqlardan sui-istifadə edərək, iddiaçıların qanunla qorunan əmlak mənafelərinin pozulması üçün əsaslı şərait yaratdığı üçü n həmin qətnamə ləğv edilməlidir. İş materiallarında olan 2013-cü il tarixli Suraxanı Rayon Məhkəməsi adından çıxarılmış qətnamədə həyətdə olan su anbarının mülkiyyətçilərin ümumi istifadəsində olması müəyyənləşdirilir. Məhkəmə qətnaməsində ümumi istifadəyə daxil olan su anbarının üzərində cavabdehlər tərəfindən özbaşına əlavə tikililər tikilmiş, nəticədə mülkiyyətçilərin ümumi istifadəsində olan həmin su anbarından məhrum edilmişlər. Bu əhəmiyyətli hüquqi faktı önə çəkərək, iddia tələbləri üzrə cavabdeh şəxsində çıxış edən Cavabdeh1, Cavabdeh2 tərəfindən əmlak hüquqları pozulmuşdur. Mülki qanunvericilik ümumi paylı mülkiyyətdə pay sahiblərinin hüquq bərabərliyini müəyyən etməklə, bir-birinə münasibətdə bərabər əmlak payının əldə edilməsində ilk növbədə ümumi əmlak payının iştirakçılarının payı almaqda üstünlük hüququnu tanıyır, həmin üstünlük hüququnun məhdudlaşdırılması qadağan edilir. Belə olan halda, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətdə olan əmlakdakı mübahisələndirilən payın alınmasında və əldə edilməsində üstünlük hüquqları vardır.

30. Məhkəmə kollegiyasının iclasında birinci iddia üzrə iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı həmçinin Cavabdeh1 payını kompensasiya ödəməklə almağa razı olduğunu bildirdi.

31. Cavabdeh1 nümayəndəsi-vəkili "xxxx" MMC-nin müəyyən etdiyi bazar dəyəri ilə razı olduqlarını, Cavabdeh1nən öz payını iddiaçılara satmaqdan imtina etdiyini, əksində müəyyən edilən bazar qiymətinin üstünə 7000 manat əlavə etməklə iddiaçıların əmlak üzərində paylarını almağa razı olduqlarını qeyd etdi. O, həmçinin mübahisəli əmlakda Cavabdeh1 aid mağaza olduğunu, lakin onun sənədsiz olduğuna görə qiymətləndirmə zamanı nəzərə alınmadığını bildirdi. Halbuki həmin tikili qanunsuz olsa belə, maddi dəyərə malikdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - V.Sadıqov (sədrlik edən və məruzəçi), S.Bəhrəmzadə və X.Mərdanova) 2(103)-267/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən - iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (Cavabdeh2 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərra cda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi, iş üzrə iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının onu ödəmiş tərəflərin özlərinə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 500 manat qiymətləndirmə xərcinin iddiaçı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

33. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Həmin əmlak üzərində 2/20 hissədə İddiaçı1, 16/20 hissədə Cavabdeh1 payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır. Həmin paylı mülkiyyətdə olan paya kompensasiya ödəmək yolu ilə mülkiyyət hüququna xitam verilməsi və əmlakın naturada bölünməsinin məhkəmə qətnamələri ilə mümkün hesab edilməməsi işin mübahisəsiz halıdır.

34. Kollegiya qeyd edir ki, X2 ümumi paylı mülkiyyətdə olan payını 05 avqust 2017ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satması iddiaçların həmin müqavilə üzrə müqavilə tərəf olmadığından, onun hazırki iddianı, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

35. Bundan əlavə mübahisələndirməmişlər. paylı mülkiyyətçilər payın satılmasını 3 ay ərzində

36. Halbukı iddiaçılar payın satılmasından xəbərdar olmuşlar.

37. İddiaçılar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddia tələbinin ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpasına aid hissəsinə münasibətdə maneələrin nədən ibarət olmasını əsaslandıra bilməmişlər və cavabdehin hansı qaydada maneə yaratdığına dair sübutlar təqdim etməmişlər.

38. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddialarını təmin etməməkdə haqlı olmuşdur. Həmin hissədə qətnamə də yişdirilmədən saxlanılmalıdır.

39. Lakin kollegiya məhkəmənin ikinci iddiaya dair mövqeyi ilə razılaşmamışdır. 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülki yyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülmə si haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”

41. Mübahisəli əmlakların naturada bölgüsü mümkün deyildir. Belə ki, tərəflər arasında qeyd edilən tələblərlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnamələri var.

42. İşin hallarından da göründüyü kimi hazırda mübahisəli əmlak üzərində İddiaçı1 2/20, Cavabdeh1 16/20 qeydə alınmış, eləcə də İddiaçı2 2/20 açıq payı var.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən, ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər.

44. Həmin qərardadın 48 və 49-cu bəndlərinə əsasən, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ iz ah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir.

45. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1, eləcə də İddiaçı1 və İddiaçı2 mübahisəli əmlakın hazırki bazar qiymətinin müəyyən edilməsinə etiraz etməmişdir. 46. "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli MEB/04-2976/2025 nömrəli hesabatına əsasən mübahisəli əmlakın hazırki bazar qiyməti 5 2300 manat müəyyən olunmuşur.

47. Kollegiya qeyd edilən qiyməti ağlabatan hesab etmiş, işdə iştirak edən şəxslər də qiymətlə razı olduqlarını bildirmişlər.

48. Məhkəmə iclasında ikinci iddia üzrə cavabdeh İddiaçı1 iddiaçının payını almağa razı olduğunu bildirsə də, iddiaçı bununla razı olmamışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyindən, məhkəmə araşdırması yekunlaşmaqla iddia rədd olunmalıdır.

50. İddiaçıya gələcəkdə ikinci mərhələdən – öz payını məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği qarşılığında digər payçılara satmaqdan başlamaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilir.

51. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya hesab etmişdir ki, "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli MEB/04-2976 /2025 nömrəli hesabatının xidmət haqqı olan 500 manat iddia təmin edilmədiyindən Cavabdeh1 aid edilməlidir.

52. Birinci instansiya məhkəməsi ikinci iddia üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manatın həmin iddia üzrə cavabdehlərdən tutulmasını qət etmişdir.

53. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hər iki iddia ərizəsi təmin edilmədiyindən iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.

54. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu barədə tələb olmadığından kollegiya onu ödəmiş tərəfə aid etmişdir.

55. Məhkəmə nəticəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 215.6, 218.1, 218.2, 218.3, 220.1, 220.2, 220.3, 220.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı1 (vəkil - Vəkil3) kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq ilkin iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qətnamədə Cavabdeh1 da mülkiyyətçi kimi qeyd olunsa da həmin alqı-satqı qanunsuz yolla yəni, həmin əmlakda payı olan şəxslərin razılığı olmadan əmlak əldə etmişdir.

58. İddiaçı1 birmənalı şəkildə həyətdə olan cavabdeh tərəfindən onun və qardaşının hüquqlarını məhdudlaşdırmaqla sökülmüş tiki ntiklərin sökülməsi və əmlak payından olan giriş-çıxış maneələrinin aradan qaldırılmasını bildirməsinə baxmayaraq həmin məsələyə məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. Halbuki Cəmilə cavabdehin bacısından ondan xəbərsiz aldığı hissədə sanitar qovşağı, mətbəx, hamam, su anbarı sökülüb yerində mağaza tikilmiş, həyət qapısı bağlanmışdır. B tikilisinə ciddi zərər vurmaqla qeyri-yaşayış sahəsi yaradıb. Həyətdə qanunsuz tikili aparıb. Həmin tikili isə obyekt kimi fəaliyyət göstərir.

59. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir.

60. Cavabdeh1 (Vəkil2) kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qətnaməsinin iddiaçı Cavabdeh1 Yusiq qızının iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mütəxəssis rəyi ilə əmlakın qiymətini müəyyən etdikdən sonra birinci instansiya məhkəməsində icraat aparılan zaman heç bir təklifə razı olmayan cavabdehlərdən iddiaçının payını almaq niyyəti barədə təkrar sual qoymuşdur. Cavabdehlər də əvvəlki mövqeyini dəyişərək iddiaçının payını almağa hazır olduqlarını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində heç bir təklifə razı olmadıqlarını bildirmiş cavabdehlərə həmin sualı verməklə və əldə olunmuş cavab əsasın da qətnaməni ləğv etməklə maddi hüquq normasını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərardadının 49-cu bəndinə əsasən kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsi məhz həmi n bəndə istinad edərək Suraxanı Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Halbuki, iş materiallarından və cavabdehlərin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər kompensasiya ilə bağlı mübahisənin olduğunu bildirməyiblər, onlar nə iddiaçının payını almaq niyyətlərini ifadə ediblər, nə də əmlakın hərracda satılmasına razı olublar. Onların apellyasiya şikayətinin məzmunu da əmlakın hərracda satılmasına etirazdan ibarət olmuşdur. Bundan başqa, cavabdehlərin özlərinin müəllifi olduqları və hazırki mülki işdə birləşdirilmiş "alqı-satqı müqaviləsinin ləğvi haqqında" iddia tələbi də hazırki icraatda baxılmış və rədd edilmişdir. Həmin iddia tələbi özü-özlüyündə iddiaçının payının alınmasına deyil, əksinə onun payına olan hüquqlarının əvəzsiz aradan qaldırılmasına istiqamətlən mişdir.

62. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən əsaslı və qanuni qətnamədir. Həmin qətnamə formal mülahizələrə əsasən ləğv edilmə bilməzdi. Suraxanı rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, 1) Ayrılmaq istəyən mülkiyyətçi Cavabdeh1 öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququndan istifadə edərək digər mülkiyyətçilərə bu barədə təklif göndərmiş, lakin həmin təklifə hər hansı cavab almamışdır; 2) İşin icraatı zamanıAzərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər (birinci iddia üzrə iddaçılar) tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələs ini aydınlaşdırmış və cavabdehlər (birinci iddia üzrə iddaçılar) heç bir təklifə razı olmadıqlarını bildirmişlər. Belə olan halda birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsini düz tətbiq etmiş və bu mövqeyi tamamilə qanuni olmuşdur. Qiytmətləndirmənin keçirilməsi üçün mütəxəssisə müraciət edilməsi barədə bizim vəsatətimiz ona görə birinci instansiya məhkəməsində təmin edilmədi ki, cavabdehlər ümumiyyətlə hər-hansı kompensasiya müqabilində iddiaçının payını almağa və eyni zamanda öz paylarını da satmağa razı deyildilər. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mütəxəssis rəyi ilə əmlakın qiymətini müəyyən etdikdən sonra birinci instansiya məhkəməsində icraat aparılan zaman heç bir təklifə razı olmayan cavabdehlərdən iddiaçının payını almaq niyyəti b arədə təkrar sual qoymuşdur. Həmin sualın təkrar cavablandıran cavabdehlərin mövqeyi əsasında qətnaməni ləğv edən apellyasiya instansiyası məhkəməsi prosessual normanı pozmuşdur.

63. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərardadına istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

65. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində ol an əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

66. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

67. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

68. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

69. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

70. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri a rasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

71. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

72. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

73. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılma sı açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

77. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində n əzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətlərinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərindəki hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması ü çün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-267/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver