Məhkəmə qərarları › İş №2(102)-3187/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3187/2025

02.12.2025 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3187/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması, bağışlamaqdan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-714/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsini, o cümlədən ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsini (4Ə-891 reyestr nömrəli müqavilə) xx.xx.2023-cü il tarixdə qızı – Cavabdeh bağışlamışdır;

3. Daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4 Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ona verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin Cavabdeh sahibliyindən götürülməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yuxarıda sadalanan əmlakların cavabdehə bağışlamamışdan əvvəl onlar razılığa gəlmişlər ki, o, Türkiyə Respublikasına köçdüyündən və başqa heç kimə etibar etmədiyindən bu əmlakları cavabdehin adına keçirir və istədiyi vaxt Azərbaycana qayıtdığında əmlak lardan istifadə edəcək və onun maddi ehtiyacı yarandığı zaman cavabdeh həmin ona bağışladığı əmlakların hesabına maddi ehtiyacını qarşılayacağını demiş, cavabdeh onu buna inandırmışdır. Bundan əlavə onun vəsaiti hesabına cavabdehə əlavə əmlaklar da alınmış və hal-hazırda mülkiyyətindədir. Lakin o, xx.xx.2024-cü ildə Bakıya qayıtdığında həmin əmlaklara getmək istəyəndə və özünə məxsus şəxsi əşyaları götürmək istəyəndə məlum olmuşdur ki, cavabdeh bağların və digər əmlakların açarlarını dəyişdirib və ona oraya daxil olmağına icazə vermir və heç nəyi geri qaytarmır. Onun maddi ehtiyacı olduğundan cavabdehə ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi satılmalı olduğunu ilə bağlı xəbər göndərmişdir. Lakin cavabdeh bundan sonra onun barəsində üçüncü şəxslərin yanında təhqiramiz ifadələr is tifadə edərək onu təhqir edərək, bunu etməkdən imtina etmiş və onların razılaşmasını pozmuşdur. Bunun nəticəsi olaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi əsassız olaraq icra etməkdən imtina edərək razılaşmalarını pozmuşdur və bunun ilə onu maddi və mənəvi cəhətdən çıxılmaz vəziyyətə qoymuşdur. O, cavabdehə bununla bağlı bildiriş də göndərmiş, lakin nəticəsiz olmuşdur.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsindən görünür ki, qeyd olunan mübahisəli əmlak İddiaçı Mikayıl oğlu tərəfindən Cavabdeh, özünün iradə ifadəsinə uyğun, təmənnasız olaraq və hər hansı bir qeyri-şərt olmadan bağışlanmış, iddiaçının, əmlakın gələcəkdə ehtiyac üzündən satılmasına dair razılıq barəsində şərtlər qeyd olunan müqavilədə ö z əksini tapmamışdır. Halbuki, həmin razılaşmanın müqavilədə əks olunmasına dair hər hansı bir maneə müəyyən olunmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qismində çıxış edən Şahid2 və X4 tərəfindən bildirilsə də, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olmuşdur ki, Şahid2 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonra da onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Xaliq Elnur da Fəridin tövsiyyəsinə əsasən İddiaçı hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində - İddiaçı bağın qaytarılması ilə b ağlı tövsiyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının - İddiaçı maraqları ilə üst-üstə düşməsi, onların maddi ehtiyaclarının İddiaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən - Şahid1 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da iddia ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 19 saylı Notariat ofisində 4Ə-891 reyestr nömr əli, daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Mülki Məcəllədə nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. H əmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də, qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlamasına dair müqavilə Cavabdeh münasibətdə İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməymiş və öhd əliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarına əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyil. İddia əsassız olduğundan rədd edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 2(060)-348/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə891 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsi Cavabdeh sahibliyindən götürülməklə İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması işdə olan sübutlarla, o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin bu barədə izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi növbəti iclaslarda verdiyi izahatı nisbətən dəyişsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçının evə bur axılmadığını təsdiq etmiş, lakin bunun cavabdeh tərəfindən yox, onun anası, yəni iddiaçının həyat yoldaşı tərəfindən edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilən iki şahid ifadələrində iddiaçının bağ evinə buraxılmadığını təsdiq etmiş, bununla bağlı iddiaçının həmin vaxt oteldə qaldığını bildirmişdir.

9. Məhkəmə cavabdeh tərəfin şahidlər Şahid3 və Şahid2 iddiaçının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə etirazının dəlilləri ilə razılaşmamışdır. Belə ki, iş materiallarından görünmüşdür ki, həmin şəxslər həm İddiaçı, həm də Cavabdeh uzun müddət etibar etdiyi, bütün əmlaklarına sərəncam verilməsinə dair etibarnamə verdiyi şəxslər olmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi kimi sahiblik, istifadə və sərə ncam hüquqlarına sahib olan cavabdehin bağ sahəsinin açarının dəyişdirilməsi barədə təşəbbüsü və məlumatı olmuşdur. Buna baxmayaraq cavabdeh həmin əmlakları ona bağışlayan atasına bu barədə məlumat verməmiş, o cümlədən onun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşmaqla ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur.

11. Eyni zamanda məhkəmə iclasında verdiyi izahatında cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığını, onun barəsində hər hansı məlumatı olmadığını bildirmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına b ağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etmişdir. Cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verənə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal münasibət saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

14. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

15. Eyni zamanda məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin ləğv edilməsi mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün də əsasdır.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 424, 666, 673-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi əsasız və qeyri-obyektiv olduğundan, iş üzrə əhəmiyyət kəsb edən hallar tam araşdırılaraq hüquqi qiymət verilmədiyindən dəyişdirilməlidir. İddiaçı tər əfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qismində çıxış edən Şahid2 və Elnur Xaliq tərəfindən bildirilsə də, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olmuşdur ki, Şahid2 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonrada onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Elnur Xaliq də Fəridin tövsiyəsinə əsasən İddiaçı hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində İddiaçı bağın qaytarılması ilə bağlı tövsiyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının İddiaçı maraqları ilə üst-üstə düşməsi, onların maddi ehtiyaclarının İd diaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən Şahid1 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da iddia ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 19 saylı Notariat ofisində 4Ə-891 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və onun Mülki Məcəllədə nəzərdə tutu lan etibarsızlığının əsasları müəyyən olunmamışdır. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlanmasına dair müqavilə Cavabdeh münasibətdə İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməyib və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməyib. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarına əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyil. Müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçının, bağ evinə daxi l olmasına məhdudiyyətlərin yaratması və bununla da ailə münasibətlərinin kobudcasına pozulması kimi səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən, əvvəllər atasının tövsiyəsinə əsasən etibarnamə verdiyi şahidlər Elnur və Fəridin verdiyi ifadələrin mötəbər olması barədə səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə heç bir maraqları olmayan Şahid1 bağın açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan mühafizə otağı ilə bağlı və o da mühafizəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərilməsi barədə hallara hüquqi qiymət verməmişdir. Yalnız mühafizəçi otaqlarının açarlarının dəyişdirilməsi nəzərə alınmamışdır. İddia ərizəsində göstərilən hallar və əsaslar işin nəticəsinə uyğun deyildir. İddiaçının nümayəndəsi Vəkil1 verdiyi izahat və orada qe yd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyyad Qafari sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) 2(105)-714/2025 nömrəli mülki iş üzrə 10 iyun 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması nəticəsində yaşlı və səhhətində problemlər olan iddiaçının həmin vax t Merida Hoteldə qaldığı işdə olan sübutlarla (səhifə 63), o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) izahatı ilə öz təsdiqini tapdığından, eləcə də Cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığı, ondan məlumatsız olması, habelə bağışlanmış əmlakın (bağ sahəsinin) açarlarının dəyişdirilməsi barədə təşəbbüskar və məlumatı olması, lakin həmin əmlakı ona bağışlayan atasını məlumatlandırmaması, o cümlədən sonuncunun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşması ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi qiymətləndirməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

21. Bununla yanaşı iş üzrə dindirilmiş şahidlərin iddi açının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə cavabdehin etirazının dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid maddihüquqi münasibətlərin subyekti olmadığından, işdə iştirak edən digər şəxslərdən fərqli olaraq, işin nəticəsində marağı olmayan, lakin işə aid olan hallar barəsində hər hansı məlumata malik olan və işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Ümumi qaydaya görə, iş üçün əhəmiyyət kəsb edən hər hansı hallar barəsində bilavasitə məlumatlı olan şəxslər şahid kimi çağırılırlar. Şahidin tərəflərdən biri və hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və s. marağı olması onu şahid qismində cəlb etmək üçün maneçilik yaratmır. İşdən göründüyü kimi həmin şəxslər uzun m üddət etibarnamə əsasında hər iki tərəfi bütün əmlakları ilə bağlı təmsil etmişlər. Belə olan halda məhkəmə haqlı olaraq cavabdehin bu dəlili ilə razılaşmamışdır. Digər Şahid1 ifadəsinə məhkəmənin qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədə ümumilikdə bütün şahid ifadələrinə qiymət verildiyindən şikayətin bu dəlili əsassızdır.

22. İddiaçının nümayəndəsi Vəkil1 verdiyi izahat və orada qeyd olunan hallar qətnamənin nəticəsi ilə uyğunsuzluq təşkil etməsi və cavabdehin nümayəndəsi tərəfindən verilən izahat təhrif olunması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmuşdur ki, cavabdeh bu uyğunsuzluğun nədən ibarət olmasını kifayət qədər əsaslandırmamış, eləcə də nümayəndəsinin izahatının təhrif olunduğu əsas gətirsə də məhkəmə iclas protokoluna MPM-in 273-cü maddəsinin tələbi baxımından qeydlər verməmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etsə də, cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verən atasına qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir.

24. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sü but edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal ailə münasibətləri saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. İddia tələbinin mülkiyyətə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış bağışlama müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə tərəfindən ləğv edildiyindən, iddia tələbini bu hissədə də təmin etməklə məhkəmə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 424, 666, 673-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

31. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçini n təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

32. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2:

33. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirs ə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

35. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

36. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaql a hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

41. Maddə 673.1.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələri ni izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya insta nsiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

51. Baxılan işdə iddiaçının tələbi mahiyyəti etibarilə mübahisəli torpağa dair daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması və bununla da əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlıdır.

52. Bu tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 141-ci və 157.2-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış şəxs daşınmaz əmlakın dövlət reye strində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu halda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 34-36, 39).

53. Bu xarakterli mübahisəyə baxılarkən məhkəmə mötəbərliyinə etiraz edilən qeydin hüquqi səbəbini təşkil edən əqdin hüquqi qüvvəsini yoxlamalıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində əsas götürülən səbəbə bağlılıq prinsipinə görə, əgər qeydiyyatın hüquqi səbəbi etibarsızdırsa və ya ləğv edilmişdirsə, həmin qeydiyyatın həqiqi hüquqi vəziyyətə uyğun olmadığı təsbit edilir və reyestrdə müvafiq düzəliş aparılır.

54. Hazırkı işdə iddiaçı, cavabdehin adına olan reyestr qeydinin ləğv edilməsi tələb inin əsası kimi bu qeydiyyatın aparılmasına səbəb olmuş bağışlama müqaviləsinin sonradan ləğv edildiyini göstərir. İddiaçının dəlillərindən belə görünür ki, o, bağışlamaqdan imtina etmişdir (§ 4-5).

55. Cavabdeh isə buna etiraz edərək iddianın təmin edilməsi üçün qanuni əsasların olmadığını bildirir (§ 6).

56. Belə olan halda hədiyyə vermiş şəxsin bağışlamaqdan imtinasının əsaslı olubolmaması, yəni bu barədə iradə bəyanının hüquqi nəticə yaradıb-yaratmaması işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmalıdır.

57. Bağışlamaqdan imtinanın əsasları Mülki Məcəllənin 673-cü maddəsində sadalanmışdır.

58. Onlardan hər hansı birinin mövcudluğuna görə bağışlamaqdan imtina edən tərəf öz iddiasının əsasında dayanan faktiki halların nədən ibarət olduğunu göstərməli və mübahisə halında onla rı sübut etməlidir.

59. İddiaçı torpaq sahəsinin geri qaytarılması barədə Cavabdeh ünvanlandığı bildirişdə və iddia ərizəsində mübahisəli əşyanı bağışlamaqdan imtina etməsinə səbəb kimi üç halı göstərmişdir: 1)bağışlama edərkən cavabdehlə razılaşmışdır ki, maddi ehtiyacı yarandığı zaman bu ehtiyac bağışladığı əmlakın hesabına qarşılanacaqdır. Buna baxmayaraq onun maddi ehtiyacı yarandığından mübahisənin obyekti olan əşyanı satmaq təklifini cavabdeh rədd etmiş, bununla da razılaşmanı pozmuşdur; 2)xx.xx.2024-cü ildə cavabdeh ona bağa daxil olmağa icazə verməmişdir; 3)cavabdeh üçüncü şəxslərin yanında təhqiramiz ifadələr işlədərək onu təhqir etmişdir.

60. Məhkəmələr isə iddianı təmin edərkən mövqelərini belə əsaslandırmışlar ki, iddiaçı bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmamış, bu səbəbdən bir neçə gün oteldə qalmış, cavabdeh bağ sahəsinin açarının dəyişdirilməsi barədə iddiaçıya məlumat verməmiş, cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamamış, onun barəsində hər hansı məlumatı olmamışdır. Bütün bunlar cavabdehin iddiaçıya münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmsına dəlalət edir (§ 10-12, 20,23).

61. Göründüyü kimi, məhkəmələr iddiaçının istinad etdiyi hallardan yalnız birinin cavabdeh ona bağa daxil olmağa icazə verməməsi halının təsbit olunduğunu qeyd etmiş, digər hallara istinad etməmişlər. Cavabdehin 2023-cü ilin dekabr ayından sonra iddiaçı ilə ünsiyyət saxlamamasını isə məhkəmələr əlavə bir pozuntu kimi göstərmişlər.

62. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin hazırkı işə tətbiqi qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamışdır.

63. Həmin normaya görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər (§ 41).

64. Bu əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifə(lər)in nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Həmin halları sübut etmək yükü isə bağışlamadan imtina edən tər əfin üzərinə düşür (§ 43).

65. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin ha llarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

66. Göründüyü kimi, əvvəla, ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr, qeyri-müəyyən və ya subyektiv qiymətləndirmələrə görə “məqsədəuyğun” sayılan vəzifələri deyil, məhz ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı konkret vəzifələri ehtiva edir. Odur ki, bu cür pozuntuya istinad edən məhkəmə, pozulan vəzifənin konkret olaraq hansı normadan irəli gəldiyini, hədiyyə alan tərəfindən bu vəzifənin necə pozulduğunu aydın şəkildə izah etməlidir.

67. İkincisi, ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifənin pozuntusunun təsbit edilməsi faktı bağışlamaqdan imtina edilməsi üçün kifayət deyil. Qanunda düzünə göstərilmişdir ki, pozuntunun kobud olması da müəyyən edilməlidir. Mübahisə halında pozuntunun kobudluğunu qiymələndirmək və bu xüsusda qənaətə gəlmək hər bir işin konkret hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxılmışdır. Lakin bu zaman məhkəmə, formal və işin həqiqi haları ilə uzlaşmayan subyektiv qiymətləndirmədən çıxış etməməli, obyektiv bir dəyərləndirmə aparmalıdır. Bu dəyərləndirmə nəticəsində məhkəmə, hədiyyə alanın hərəkət və ya hərəkətsizliyinin hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıtdığı nəticəsinə əminliklə gələ bilməlidir.

68. Lakin hazırkı işdə iddiaçının bildirdiyi hallardan yalnız cavabdehin ona bağa daxil olmağa icazə verməməsinin, əlavə olaraq cavabdehin iddiaçı ilə ünsiyyət saxlamamasının hansı meyarlar əsasında Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayılması məhkəmələr tərəfindən əsaslandırılmamışdır.

69. Kollegiya əvvəlcə onu vurğulayır ki, bağışlamadan sonra hədiyyə alanla hədiyyə edən arasındakı şəxsi münasibətlərin hər zaman bir tərəfin arzu etdiyi yaxınlıqda olacağına dair məcburi bir hüquq qaydası yoxdur. İnsanlar arasındakı şəxsi münasibətlər zəminində yaxınlaşmalar olduğu kimi uzaqlaşmaların da olması istisna deyil. Hətta bəzi nəzakət və əxlaq qaydalarına uyğun olmayan davranışlar belə, hüquqi müstəvidə xüsusi olaraq qadağan edilmir, təqib olunmur və ya cəzalandırılmır. Başqa sözlə, hər bir nəzakət və ya əxlaq qaydasının pozulması hüquq qaydas ının pozulması sayılmır. Hüquq yalnız qanunvericiliklə müəyyən edilən məcburi davranış qaydalarının pozulmasına görə sanksiya tətbiq edir.

70. Bu baxımdan bir şəxsin ona hədiyyə vermiş şəxslə ünsiyyət saxlamaması, mülkiyyətində olan əraziyə həmin şəxsi buraxmaması, yaxud buraxılması üçün vaxtında müəyyən tədbirləri görməməsi müxtəlif obyektiv və subyektiv səbəblərdən irəli gələ bilər. Bu səbəblər araşdırılmadan, törədilmiş əməlin konkret hüquq qaydası ilə müəyyən edilmiş vəzifə pozuntusu olduğu, habelə bu cür pozuntunun ailə hüquq münasibətlərini kökündən zədələdiyi təsbit edilmədən istinad olunan faktlar Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayıla bilməz.

71. Kollegiya vurğulayır ki, bu normanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə normanın məqsədinə də uyğun deyil. Odur ki, bu xarakterli mübahisəyə baxan məhkəmə qeyd edilənləri nəzərdə saxlamaqla, sözügedən normanı dispozisiya şərtlərinə və məqsədinə uyğun şəkildə tətbiq etməlidir.

72. Kassasiya instansiyası məhkəməsi, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının istədiyi anda buraxılmamasını aşağı instansiya məhkəmələrinin hüquq pozuntusu saymasını nəzərə alaraq, aşağıdakıları da qeyd etməkdə yarar görür.

73. Daşınmaz əşya dövlət reyestrində hədiyyə alan şəxsin adına qeydə alındıqdan sonra onun mülkiyyəti sayılır (Mülki Məcəllənin 139.1-ci maddəsi). Bu o deməkdir ki, Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəllənin 152-ci maddəsi ilə mülkiyyət hüququn a verilən təminatlar eynilə həmin mülkiyyətçiyə də şamil olunur.

74. Hər bir mülkiyyətçi öz istədiyi kimi, təkbaşına və ya başqaları ilə birlikdə əmlaka (əşyaya) sahib ola, ondan istifadə edə və onun barəsində sərəncam verə bilər. Bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur (§ 30-31, 37).

75. Mülkiyyətçi, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Bu imkan yalnız qanunda və ya müqavilədə müəyyən edilən yüklülüklərlə, bir də qonşuların və ya üçüncü şəxslərin hüquqlarının pozulmaması, yaxud hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşır (§ 38).

76. Odur ki, əgər mülkiyyətçi başqa bir şəxsi mülkiyyətində olan əraziyə buraxmağa məcbur tutulursa, hətta bunu etmədikdə öz hüququndan tamamilə məhrum olacaqsa, bu, mülkiyyət hüququnun məhdudlaşdırılması deməkdir. Belə olan halda, məhdudlaşdırmanın qanuni (və ya müqavilə) əsası, qanuni məqsədi, eləcə də mütənasibliyi (hüquqa müdaxilənin zəruriliyi) məhkəmə tərəfindən aydın şəkildə əsaslandırılmalıdır (bu barədə daha ətraflı bax: “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-3.5-ci maddələrinə).

77. Baxılan işdə mübahisəli daşınmaz əşyanın mülkiyyətçisi olan cavabdehin belə bir öhdəliyinin hansı qanundan irəli gəlməsi, bu qaydanın məqsədi və zəruriliyi, eləcə də həmin qaydanın pozulmasının ailə münasibətləri baxımından hansı ciddi nəticələrə səbəb olması məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.

78. Beləliklə, a pellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda qeyd qeyd edilənləri nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 45-46).

79. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

80. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını və işin hallarını sadalayaraq, formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

81. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 32-33).

82. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

83. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilərək təqdim olunmuş sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-714/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver