Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-333/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10546/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-1565/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.N.Məmmədov) İddiaçı Cavabdeh qarşı “alqı-sat qı müqaviləsinin bağlanmış hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10546/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin mərhum atası X2 ilə aralarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 4 “A” saylı evin 45-ci mənzilinə (Hövsan qəsəbəsi, 4-cü mkr, 4 “A” saylı evin 45-ci mənzili) dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin mənzilə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 1997-ci ildə mənzilə ehtiyacı olduğu sözügedən mənzili xx 3.000 ABŞ dollarına satın alıb. Eyni zamanda razılığa alınmışdır ki, qısa müddət ərzində mənzilə dair alqı-satqı müqaviləsi bağlansın və müqavilə notarial qaydada təsdiq edilsin. Danışılmış müddətin başa çatmasına baxmayaraqergey xx ona məlum olmayan səbəblərdən notariusa gəlməmişdir. Bundan sonra, bu mənzili onlara təklif edən maklerin köməkliyi ilə bir neçə günlük axtarışdan sonra nəhayət X4 rayonunda tapmış, ondan alqı-satqı mərhələsinə gəlməməsinin səbəbini və ya məqsədini soruşduqda xx yalnız vaxt məhdudiyyəti səbəbindən gələ bilmədiyini, başqa heç bir məqsəd inin olmadığını bildirmiş, alqı-satqını başqa vaxta keçirmiş, hətta arxayınçılıq və inandırıcı olsun deyə mənzilə dair onun atasının adına ümumi etibarnamə vermişdir. Yenə bir müddət keçmiş xx xəbər çıxmamışdır. Belə olan təqdirdə, yenə onun Sabunçu rayonu ərazisində yerləşən evinə getmiş və xx həmin evdə olmadığını aşkar etmişdir. Bu proses təxminən 4 ilə yaxın bir müddətdə davam etmiş, verilən etibarnamənin müddəti də başa çatmışdır. Sonuncu dəfə 2000-ci ildə xxx un mənzilinə gedərkən, qonşular sonuncunun öldüyünü bildirmişlər. Bu müddət ərzində həmin mənzil onun tərəfindən əsaslı təmir olunmuş və mənzilin kommunal xərcləri vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. 2017-ci ildə X1 Sergeyevnanı tapmağa müvəffəq olmuş, sonuncuya bu məsələni təfsilatı ilə çatdırmış və alqı-satqı prose durunda sonuncudan yardım istəmişdir. X7 atası ilə küsülü yaşadığını və atasının onun dediklərinə əhəmiyyət vermədiyini bildirmişdir. Hazırda o, öz hüquqlarından istifadə edə bilmir, ailə üzvləri ilə birlikdə bu günədək mənzildə qeydiyyatsız yaşayırlar. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və Akif Ağayev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosess ual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsasların əmələ gəlməməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməs inə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 178.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mkr küçəsi, 4 “A” saylı evin 45-ci mənzili mülkiyyət hüququ üzrə xxx için adına qeydə alınıb. xx xxxxx 1997-ci il tarixli etibarnaməyə əsasən xxx iç harada yerləşməsindən asılı olmayaraq bütün əmlakı üzərində sərəncam verməyə dair üç il müddətində qüvvədə olmaqla xx adına etibarnamə vermişdir. Eləcə də işə əlavə edilmiş ödəniş qəbzlərindən, müqavilələrdən görünür ki, mənzilin kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin xxx için xüsusi mülkiyyətində olması və həmin mənzildə ailə üzvləri ilə birlikdə iddiaçının yaşaması, işin mübahisə olunmayan hallarıdır. Lakin iddiaçının həmin mənzil üz ərində hər hansı hüququ əmələ gəlməmişdir. İddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması, həmin mənzilin kommunal xərclərini ödəməsi və sair hallar onun mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətl əri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, qanunvericilik normalarının tələbinə görə daşı nmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün, həmçinin mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar-qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırki halda, iddiaçının mübahisəli mənzilə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Təqdim edilmiş sənədlər isə, hətta onun həmin mənzildə faktiki olaraq yaşadığını təsdiq etsə belə, bu hal mənzilin ona məxsus olduğunun göstəricisi deyil. Bundan başqa, cavabdehin özünün də mübahisəli mənzilə hər hansı hüququnun olması mülki iş materialları ilə təsdiq edilmir. Belə ki, onun, xxx un vərəsəsi olması və həmin mənzilə vərəsəlik əsasında hüquq əldə etməsi m üəyyən edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bundan başqa “xxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2011-ci il tarixli qərarının Azər baycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir: birincisi, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; ikincisi, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; üçüncüsü, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Kassasiya instansiy ası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10546/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-333/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-333/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver