Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3341/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) 24.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-232/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür.
2. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli akta əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 2 ünvanında icarəyə götürülmüş obyektin xx.xx.2018-ci il tarixədək icarə haqqı borcu 55087 manat təşkil edir.
3. İcarəyə verən İ ddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.
4. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin direktoru X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər icarə müddətinin xx.xx.2017-ci il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 172087 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmış dır ki, iddiaçının adından X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 manat icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında dəfələrlə danışıqlar, yazışmalar, görüş olmuş, cavabdeh maddi imkanının, hesablarında pulun olmamasını və sair bu kimi mənasız və əsassız bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmışdır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, möhürün şirkətə məxsus olmamasına dair o, hər hansı bir ifadə səsləndirməmişdir. Əksinə, möhür onlara məxsus olsa da, möhür şirkətin nümayəndəsi tərəfindən istifadə olunmamışdır. Cavabdehin iddiaçı ilə 2017-ci ildən əvvəl icarə münasibətləri olmuş, sonradan pul ödənişi edilmədiyindən cavabdehin nümayəndəsi icarəyə verilmiş obyektə buraxılmamışdır. Bu səbəbdən də, möhür, mühasibatlıq sənədləri təxminən, bir ildən sonra götürülmüşdür. Digər tərəfdən, mülki iş materiallarına əlavə olunmuş sənədlər də təsdiq edir ki, imzalar cavabdehin rəhbərinə məxsus olan imza deyildir. Lakin möhür başqa şəxs tərəfindən vurula bilər. Cavabdeh artıq uzun müddətdir ki, başqa bir ünvanda fəaliyyət göstərir. Şirkətin Əsgər adlı nümayəndəsi şirkətə məxsus olan sənədləri həmin ünvandan götürmüşdür. Cavabdeh icarəyə verilmiş obyektdə 2016-cı ilin noyabr-dekabr aylarına kimi fəaliyyət göstərmişdir. Borc olduğuna görə əşyalar ofisdə saxlanılmış və bu səbəbdən də, təhvil-təslim aktı mövcud deyildir. Cavabdehin pul borcu olduğu halda, müqavilə müddətinin uzadılması barədə bağlanmış aktların hər hansı bir əsaslı məntiqi yoxdur. Möhürün cavabdehə məxsus olması istisna deyildir, bu səbəbdən də, qərardadda möhür deyil, imza mübahisələndirilmişdir.
8. Məhkəmə iclasında şahid q ismində dindirilmiş X3 bidirmişdir ki, müqavilə imzalanmış və bundan savayı, pul borcunun qalığı ilə bağlı akt mövcuddur. Şirkətin əsasən, Əsgər adlı nümayəndəsi həmin proseslərdə iştirak etmişdir. Rəhbərin adını və soyadını xatırlamasa da, müqavilənin tərtib olunmasındakı imza şirkətin direktoruna məxsusdur. İcarə müqaviləsində imza iddiaçının adından ona məxsusdur və bu barədə ona baş etibarnamə verilmişdir.
9. Ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 4/874 saylı rəyində aşağıdakılar göstərilmişdir: 10. – “ekspertizaya təqdim edilmiş mülki işin 80-84-cü vərəqlərində olan 1 mart 2017-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” qrafasında “Novruzov.A.M.” yaz ıları qarşısındakı imza; 75-ci vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “19” aprel 2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli aktda “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 76-cı vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 74-cü vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazı ları qarşısındakı imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə işin hallarına və məhkəmə icraatı zamanı əldə edilmiş ekspert rəyinə (bax; §12) istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur.
13. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə alaraq xx.xx.2017-ci il tarixli müqavilədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıla rı qarşısındakı imzanın X9 icra edilmədiyi qənaətinə gəlmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 62.1, 76.1, 76.2, 88, 106.1, 101.3, 103.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki o laraq icarəyə götürdüyü sahəni 2021-ci ilin yayına kimi istifadə etdiyi halda, icarə haqqını ödəməmişdir. 2014-2016-cı illərə görə icarə haqqını ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışında icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imzanın onlara məxsus olmamasını bildirmişdir. Elə olduğu təqdirdə, yəni icarə müqaviləsi olmadığı halda hansı əsasla icarəyə götürülən sahənin cavabdeh tərəfindən istifadə edilməsi məlum deyildir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin hazırlıq iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin faktiki olaraq icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən sahəni 2021-ci ilə kimi istifadə etməsi bar ədə suala, məlumatı olmamasını bildirmiş, bir neçə dəfə keçirilən məhkəmə baxışı zamanı axırıncı iclasda cavabdeh tərəfindən icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imza etmədiyi barədə izahat verdiyi zaman, məhkəmə işin hallarını qiymətləndirmədən dərhal məhkəmə-xətt ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə bilmişdir ki, möhür də cavabdehə məxsus deyildir. Möhürün cavabdehə məxsus olmaması barədə izahat verilməsi məhkəmə-xətt ekspertizasının təyin edilməsi barədə qərardadda da göstərilmişdir. Halbuki məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yol verilmir. Uzun müddət keçdikdən sonra məhkəmə-xətt ekspertizasının rəyi verilmişdir. Ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin nec ə götürülməsi məlum olmamışdır. İddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Lakin məhkəmə bu göstərilənlərə əməl etməmişdir. Məhkəmə-xətt ekspertizasının rəyi alındıqdan sonra cavabdeh məhkəmədə bildirmişdir ki, icarəyə verən, yəni iddiaçı cavabdehin möhürünü guya özündə saxlayıb istifadə etmişdir. Bu barədə cavabdehin möhürünü alıb cavabdehə verən şəxsin məhkəmədə dindirilməsi və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahənin istifadə edilməsi barədə sübutları araşdırılması istənilsə də məhkəmə vəsatəti rədd etmişdir ki, işin müddəti qurtarır. Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahəni istifadə etdiyi sahəyə görə ödədiklə ri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər adlı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, məhkəmə həmin şəxsi dindirməmişdir. Guya Əsgər adlı şəxs cavabdehin möhürünü alıb cavabdehə vermişdir. Eləcə də, iddiaçı tərəfin məhkəmə araşdırmasının nəticələrini gözdən keçirib məhkəmə çıxışına hazır olmaması barədə müraciətinə məhkəmə əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarına qiymət vermədən yalnız ekspert rəyini məcburi saymışdır.
17. Apellyasiya icraatı zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/387/-5/316 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: 18. –“ Ekspertizaya təqdim edilmiş, mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli “İcarə müqaviləsi”nin 5-ci vərəqinnin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 76-ci vərəqində olan 01 mart 2019- cu il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01" mart 2017-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M." yazılarının qarşısındakı imza; mülki işin 74-cü vərəqində olan 01 fevral 2020-ci il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 2 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli “Akt” da “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 78-ci vərəqində olan xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin 01,03.2019-cu il tarixli Əlavə 1-də, 01,02.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18-ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli Əlavə 1-də, xx.xx.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri ekspertizaya təqdim edilmiş “Qafqazenerqoserviz”-nin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır”.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-232/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmunundan göründüyü kimi, icarəyə verən İddiaçı müqavilə ilə nəzərdə tutulmuş obyekti - ünvan 3 ünvanında yerləşən sahəni icarəçi "xxxx" şirkətinə təhvil verməklə tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq münasibətləri yaranmış və tərəflər həmin müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələr daşımışlar. İcarənin müddəti xx.xx.2014-cü il tarixindən başlayaraq 1 il təşkil etmişdir, icarə haqqı 1000 manat müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, tərəflər arasında icarə münasibətləri yalnız 2014-2016-cı illərdə mövcud olmuş, cavabdehin vergi orqanlara yaranmış borca görə açılmış cinayət işinə görə icarə haqqını bir neçə ay ödəyə bilmədiklərindən iddiaçı tərəfindən 2016-cı ilin əvvələrində obyektindən çıxarılmışlar, lakin möhür və bəzi sənədlər müəyyən müddət həmin ofisdə qalmışdır.
21. İddianın məzmunundan isə görünür ki, iddiaçı cavabdehdən ünvan 3 ünvanında yerləşən sahəni icarəyə verilməsi nəticəsində 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını, cəmi 172087 manat pul vəsaitini tələb edir. İddiaçı həmin tələbin əsası kimi xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə, həmin icarə müqavilənin uzadılması barədə xx.xx.2019-cu il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli əlavələrinə, xx.xx.2018-ci il tarixli aktına istinad etmişdir.
22. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qe yd etmişdir ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir. Ona görə də iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir.
23. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı əldə olunmuş xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə, xx.xx.2018-ci il tarixli aktda, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə, xx.xx.2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə olan imzalar X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
24. Apellyasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin necə götürülməsi məlum olmamışdır. Həmin nümunələrin kim tərəfindən icra olunması, yəni iddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdyü sahəni istifadə etdiyi sahəyə görə ödədikləri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər ad lı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə həmin şəxsi dindirməmişdir.
25. İddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi ilə bağlı dəlilini nəzərə alan məhkəmə kollegiyası məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasına dair qərardad qəbul emtiş və iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə həmin nümunələr götürülmüşdür. Məhkəmə kollegiyası tərəfindən əldə olunmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, 01 mart 2019-cu il tarixli 1 nömrəli əlavədə, 01 fevral 2020-ci il tarixli 2 nömrəli əlavədə, 30 aprel 2018-ci il tarixli aktda imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmiş dir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
26. Digər dəlil ilə bağlı kollegiya qeyd etmişdir ki, Əsgər Novruzov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, onun şahid qismində dindirilməsi mümkün olmamışdır. Lakin cavabdeh tərəfindən təqdim olunmuş elektron poçt yazışmasından görünür ki, Əsgər Novruzov icarə müqaviləsinin 2016-cı ildən sonra bağlanmasını təsdiq etmir. Kollegiya məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan “Everton” firmasında işləyən şahidləri X8 və X2 dindirmişdir. Kollegiya həmin şahid ifadələrini və kommunal xidmətlərinə dair qəbzləri (ödənişlərin əksəriyyəti “Everton” firması tərəfindən edilmişdir) iddianın təmin olunması üçün mötəbər sübut hesab etmir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabde h "xxxx" şirkətindən 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını, cəmi 172087 manat pul vəsaitini tələb etsə də və tərəflər arasında icarə müqavilə münasibətlərinin davam etməsinə istinad etsə də, göstərilən dövrdə cavabdeh tərəfindən icarə obyektindən istifadə etməsini mötəbər sübutlarla sübut edə bilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağ ı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
29. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayınadək olan dövrdə göstərilmiş icarə obyektindən cavabdeh "xxxx" şirkəti tərəfindən istifadə etməsi öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehə Vergilər Nazirliyindən verilmiş reyestrdən çıxarış və xx.xx.2017-ci il tarixdə cavabdehin baş direktoru Əsgər Novruzov tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ünvanlanmış, buraxılmış müddətin bərpası barədə ərizə, eləcə də 2018-ci il tarixdə cavabdehin direktoru Novruzov Altay tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq olunmuş 4 fevral 2018-ci il tarixli 2 nömrəli hesab-faktura, 2018-ci il tarixli cavabdehin baş direktoru Əsgər Novruzov tərəfində imzalanmış və möhür ilə təsdiq olunmuş Sumqayıt İnzibati-iqtisadi məhkəməsinin hakimi X12 yazılmış ərizə, Bakı regional qazın satışı departamentinin cavabdehə göndərdiyi xəbərdarlıq məktubu, 2019cu il tarixli cavabdehin direktoru Altay Novruzov tərəfindən imzalanmış etibarnamə, xx.xx.2021-ci ilədək qüvvədə olmalı olan baş direktor Əsgər Novruzov tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq olunmuş etibarnamənin “Qafqazenerjiservisin” icarəsində olan ofisdə olması sual altındadır. Həmin yazışmaları iddiaçının necə əldə etməsi də sual altındadır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlillərində cavabdeh tərəfin nümayəndəsi göstərir ki, tərəflər arasında son icarə müqaviləsi xx.xx.2014-cü il tarixdə bir il müddətinə bağlanmışdır. Həmin müqavilə üzrə tələ b irəli sürülməmişdir. İddiaçı tərəfindən isə 2016-cı il və ondan sonrakı müddətlərdə tərtib edilmiş müqavilələr, əlavələr, aktlar təqdim edilmişdir. Əslində tərəflər arasında belə bir müqavilə münasibətləri olmamışdır. 2014-cü il də bağlanmış müqavilənin müddəti bitəndən sonra, cavabdehin maliyyə sıxıntıları olduğundan müddət uzadılmamışdır. Kollegiyanın istinad etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilir ki,xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra edilmişdir. Kollegiya cavabdeh “Qafqazenerjiservis” şirkətinin direktoru Altay Novruzov tərəfindən 2016-cı ildə bağlanan icarə müqaviləsində imzasının olmasına və cavabdehin nümayəndəsinin göstərdiyi 2016-cı ildə icarə münasibətinin olmamasına heç bir qiymət verməmişdir. İdd ia ərizəsinə əlavə edilmiş “İcarə haqqının ödənilməyən hissələrinin siyahısı”ndan (cədvəl) da görünür ki, xx.xx.2018-ci ilədək ödənilməyən 55087 manat icarə haqqı olmaqla 172087 manat icarə haqqını ödənilməsi iddia edilmişdir. Cavabdeh tərəfin etiraf etdiyi 2014-cü ilin icarə müqaviləsinə görə iki ay icarə haqqının ödənilməməsi və 2016-cı ilin icarə haqqının ödənilməsi ilə bağlı kollegiyada göstərmişdir ki, 2017-ci ildən əvvəl olan dövrlərə görə ödənilməyən icarə haqları da iddiada tələb edilmişdir.
34. Kollegiya cavabdehin nümayəndəsinin göstərdiyi əsası, yəni 2016-cı ildən sonra cavabdehin ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü sahədən istifadə etməməsini yalnız şirkətin direktoru Altay Novruzovun icarə müqavilələrinə imzasının onun tərəfindən imza edilməməsi ilə əlaqəndirmişdir. C avabdehin digər səlahiyyətli şəxslərinin imzasının olub-olmaması yoxlanılmamış, eləcə də 2017-2021-ci illərdə cavabdehin icarəyə götürdüyü obyektdən istifadə etməsi barədə kollegiyaya təqdim edilmiş sənədlərdə, direktor Altay Novruzovun imzasının olması yoxlanılmamışdır.
35. Kollegiya qətnamədə göstərilən cavabdehin baş direktoru Əsgər Novruzovun yalnız elektron poçt yazışmasına istinad edib göstərmişdir ki, cavabdeh 2016-cı ildən sonra bağlanan icarə müqavilələrini təsdiq etmir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlillərində cavabdeh tərəfin nümayəndəsi göstərir ki, tərəflər arasında son icarə müqaviləsi xx.xx.2014-cü il tarixdə bir il müddətinə bağlanmışdır. Həmin müqavilə üzrə tələb irəli sürülməmişdir. İddiaçı tərəfindən isə 2016-cı il və ondan sonrakı müddətlərdə tərtib edilmiş müqavilələr, əlavələr, aktlar təqdim edilmişdir. Əslində, tərəflər arasında belə bir müqavilə münasibətləri olmamışdır. 2014-cü il də bağlanmış müqavilənin müddəti bitəndən sonra, cavabdehin maliyyə sıxıntıları olduğundan müddəti uzadılmamışdır. Kollegiyanın istinad etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X10 tərəfindən icra edilmişdir. Kollegiya cavabdeh “Qafqazenerjiservis” şirkətinin direktoru Altay Novruzov tərəfindən 2016-cı ildə bağlanan icarə müqaviləsində imzasının olmasına və cavabdehin nümayəndəsinin göstərdiyi 2016-cı ildə icarə münasibətinin olmamasına heç bir qiymət verməmişdir.
36. Kollegiya iş üzrə müəyyən edilmiş, cavabdeh tərəfindən 2017- 2021-ci illərə aid olan s ənədlərə qiymət verməyərək, iş üzrə dindirilmiş şahid ifadələrinə, şahid tərəfindən kollegiyaya təqdim edilmiş kommunal xərclər barədə qəbzlərə düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdehin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə etiraz verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilmədiyini və qətnamə prosessual hquq normalarının tələbinə tam uyğun olduğunu bildirərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
42. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbi q edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası kassasiya şiikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
56. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, iddiaçının adından X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçi yə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 manat icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir.
57. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəli k daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir. Ona görə də iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir.
58. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi isə əldə olunmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinadən qeyd etmişdir ki, 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, 01 mart 2019-cu il tarixli 1 nömrəli əlavədə, 01 fevral 2020-ci il tarixli 2 nömrəli əlavədə, 30 aprel 2018-ci il tarixli aktda imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
59. Digər dəlil ilə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əsgər Novruzov Azərbaycan Respublikasının hüdudlarından kənarda old uğundan, onun şahid qismində dindirilməsi mümkün olmamışdır. Lakin cavabdeh tərəfindən təqdim olunmuş elektron poçt yazışmasından görünür ki, Əsgər Novruzov icarə müqaviləsinin 2016-cı ildən sonra bağlanmasını təsdiq etmir. Kollegiya məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan “Everton” firmasında işləyən şahidləri X8 və X2 dindirmişdir. Kollegiya həmin şahid ifadələrini və kommunal xidmətlərinə dair qəbzləri (ödənişlərin əksəriyyəti “Everton” firması tərəfindən edilmişdir) iddianın təmin olunması üçün mötəbər sübut hesab etmir.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh "xxxx" şirkətindən 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını, cəmi 172087 manat pul vəsaitini tələb etsə də və tərəflər arasında icarə müqavilə münasibətlərinin davam etməsinə istinad etsə də, göstərilən dövrdə cavabdeh tərəfindən icarə obyektindən istifadə etməsini mötəbər sübutlarla sübut edə bilməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayınadək olan dövrdə göstərilmiş icarə obyektindən cavabdeh "xxxx" şirkəti tərəfindən istifadə etməsi öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.
62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş, mübahisə predmeti olan müqavilələri icarəyə verən İddiaçı əvəzinə bağlamış X3 ifadəsində şirkətin Əsgər adlı nümayəndəsinin həmin proseslərdə iştirak etdiyini bildirmişdir.
63. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri isə şahidin qeyd etdiyi “Əsgər” adlı şəxsin səlahiyyətlərinin araşdırılmaqla mübahisə predmeti olan müqavilələrin həmin şəxs tərəfindən imzalanıb-imzalanmamasını araşdırmamışlar.
64. Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
65. Mülki iş materialları ilə təsdiq edilir ki, "xxxx" şirkətinin hazırkı möhürü üzrə mübahisə predmeti olan sənədlərdəki möhür əkslərinin müqayisəli tədqiqatı aparılmışdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, işin həmin halı düzgün araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi o halı araşdırıb müəyyən etməli idi ki, mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərdən sonrakı tarixlərdə cavabdehin möhürü dəyişilib, yox sa yox.Eləcə də mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərə uyğun tarixlərdə "xxxx" şirkətinin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq şirkətin möhürü vurulmuş sənədlərdəki möhür əksləri əsasında müqayisəli tədqiqat aparılmalı və bundan sonra hüquqi dəyərləndirmə aparılmalı idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
67. İddiaçı iddia ərizəsinə əlavə etdiyi "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldə xx.xx.2018-ci ilədək cavabdehin 55087 manat borcu olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024- cü il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra edilmişdir. 6
8. Məhkəmələr dəqiqləşdirməmişlər ki, iddiaçı xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə də icarə haqqı tələb edirmi və tələb edirsə həmin icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı mövcuddurmu.
69. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunan şahidlər X6 və X1 ifadələrini iddianın təmin olunması üçün mötəbər sübut hesab etməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır.
70. Qeyd edilənlərdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir.Belə olan halda apellyasiyta instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.
71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
73. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublika sının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
74. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblə ri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
75. Yuxarıda şərh edilənlərə görə də İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(105)-232/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla sübutlara prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(105)-232/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.