Məhkəmə qərarları › İş №2(102)-3341/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3341/2025

22.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3341/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti müəyyən olunmuş prosessual müddəti ötürməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsin dən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2(105)-992/2025 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən sentyabr 2004-cü il tarixdə təsdiq edilmiş 1,72 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

2. Quba Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(027)-64/2008 nömrəli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmi n edilmişdir.

3. Cavabdeh4 qeyd edilən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir.

4. Quba Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(027)-64/2008 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) şikayət imzalanmadığından və elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən geri qaytarılması, şikayət vermiş şəxsə qeyd olunan hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada (elektron kabinet vasitəsilə) apellyasiya şikayəti ilə müraciət edə bilməsi izah olunmuşdur.

5. Qeyd edilən qərardaddan Cavabdeh4 tərəfindən şikayət verilmiş, şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi xahiş olunmuşdur.

6. Quba rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(027)-64/2008 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) Quba Rayon Məhkəməs inin 2(027)-64/2008 saylı, 30 aprel 2025-ci il tarixli qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessal müddətin Cavabdeh4 münasibətdə buraxılmamış hesab edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh4 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(027)-64/2008 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə araşdırması zamanı iddiaçılar X1 və İddiaçı4 vəfat etdikləri müəyyən edilmiş, X2, İddiaçı2 və X3 hüquqi varis qismində, eləcə də «X9 Təsərrüfatı» MM C üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-992/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər A.M.Süleymanova (sərdlik edən və məruzəçi), S.A.Qafari və L.E.Rəhimli) apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(105)-992/2025 nömrəli qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(027)-64/2008 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmışdır.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh4 etiba rnamə üzrə nümayəndəsi X5 xx.xx.2009-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (iş vərəqə 128), qətnamənin surətinin Cavabdeh4 ünvanına çatmadığını, nümayəndəsi kimi ona təqdim edilməsini xahiş etmiş və iş materiallarında olan (iş vərəqə 130) qəbzdən görünür ki, Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 xx.xx.2009-cu il tarixdə qəbzə imza etməklə 13 noyabr 2008-ci il tarixli, 2(027)-64/2008 nömrəli qətnamənin surətini rəsmi qaydada almışdır. Cavabdeh4 apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində prosessual müddət ötürülməklə məhkəməyə təqdim edilmiş, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 363.1 və 363.1.5-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, apellyasiya şikayəti verilmə müddəti əsas sız olaraq buraxılmamış hesab edilərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.5 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

12. Cavabdeh4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanunsuzdur. Belə ki, məhkəməyə ərizə ilə müraciət edən Eldar Ələkbərov, Cavabdeh4 Quba rayonu ərazisində əldə etdiyi torpaq sahələrində yaratdığı təsərrüfatı idarə edən şəxs olmuşdur. Cavabdeh4 özü bilavasitə həmin təsərrüfatla məşğul olmadığı və Azərbaycandan kənarda yaşayıb işlədiyi üçün, bu işlərin görülməsini Eldar Ələkbərova tapşırmış, təsərrüfatın idarə olunması ilə bağlı isə dövlət orqanlarına müraciət etmək, ödənişlər etmək, sənədlər təqdim etmək, almaq səlahiyyətlərini ehtiva edən etibarnamə vermişdir. Etibarnamənin tarixinə baxıldıqda, aydın olur ki, Cavabdeh4 Quba rayonu ərazisində torpaq sahələrini əldə etdikdən dərhal sonra – xx.xx.2007-ci il tarixdə Eldar Ələkbərovun adına yuxarıda qeyd olunan məzmunda etibarnamə vermişdir. Sözügedən etibarnamədə, Cavabdeh4 məhkəmələrdə təmsil etmək, məhkəmə sənədlərini qəbul etmək, məhkəmə aktlarından şikayət etmək hüququ nəzərdə tutulmamışdır. Digər tərəfdən, Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinin surəti Eldar Ələkbərov tərəfindən Cavabdeh4 təqdim edilməmiş, belə bir qətnamənin mövcudluğundan Cavabdeh4 məlumatlandırmamış, sonuncunun barəsində qətnamə qəbul edilməsindən məlumatlı olmamışdır.

14. Belə olan halda hesab olunmalıdır ki, X10 Ağayevin barəsində qəbul edilmiş xx.xx.2008-ci il tarixli qətnamədən apellyasiya şikayət vermək hüququ olmamışdır. Eldar Ələkbərovun bu kimi səlahiyyəti olmadığı üçün də Quba Rayon Məhkəməsi Cavabdeh4 müraciətindən sonra qətnamə, xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə ona təqdim etmişdir. Belə olan halda hesab olunmalıdır ki, Cavabdeh4 münasibətdə prosessual müddətinin axımının əvvəli qətnamənin Eldar Ələkbərova deyil, ona (Cavabdeh4) verildiyi tarixdən hesablanmalıdır. B aşqa sözlə, Cavabdeh4 münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət buraxılmayıb. Onun, Rayon Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmiş sayılır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi, yuxarıda qeyd olunan halları nəzərə almamış, nəticədə Cavabdeh4 apellyasiya şikayəti üzrə apellyasiya baxışının qeyri-mümkün hesab olunması barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Qeyd olunmuşdur ki, həmin qərardadı qəbul etməklə apellyasiya instansiyası məhkəməsi, Cavabdeh4 ədalət mühakiməyə çatımlılıq imkanının qarşısını almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüqu qu keçmiş olur.

16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

17. Maddə 384.0.6. Apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

19. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kass asiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hüquqlar qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddətlər daxilində həyata keçirilməlidir.

24. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Quba Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(027)-64/2008 nömrəli qətnaməsi Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2009-cu il tarixdə təqdim edi ldiyindən həmin tarixdə cavabdehə rəsmi təqdim edilmiş hesab olunur. Cavabdeh4 prosessual müddəti ötürdükdən sonra xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verdiyindən apellyasiyanın mümkün sayılması üçün qanuni əsas olmamışdır.

25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə verildiyi təqdirdə məhkəmə tərəfindən araşdırıla bilər, lakin hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutar aq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-992/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver