Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3344/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu Cavabdeh xxxvə vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsindən verilən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı “xxxx” QSC Cavabdeh xxx qarşı Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 48249,82 ABŞ Dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən 0.01945 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinə (141 saylı mağazaya) yönəldilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xaiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2079/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6300/2019 saylı, 22.05.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xxx apelyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2079/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xxx Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6300/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Cavabdeh xxx 26.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6300/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 408.1.6-cı maddəsinə görə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa kassasiya qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Beləliklə, hesab edirəm ki, cavabdeh kassasiya şikayətinin qaytarılması barədə ərizə ilə müraciət etdiyindən, onun kassasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh xxx və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6300/2019 saylı 22 may 2019-cu il tarixli nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılsın. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3344/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3344/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver