Məhkəmə qərarları › İş №2(102)-363/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-363/2020

21.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10276/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4557/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ASC-nin İddiaçı işdən azad edilməsi barədə xx xxx 2018-ci il tarixli 18/221/k saylı əmrin ləğv edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, onun Cavabdeh ASC-də tutduğu vəzifəsinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı və onun vəkili X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin xx.xx.2018-ci il t arixli N18/221/k saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2008-ci il tarixdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Salyan” Filialında istehlak kreditləri üzrə mütəxəssis vəzifəsində, xx.xx.2015-ci il tarixdən isə həmin filialın X2 Departamentinin problemli kreditlərin yığılması şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. Bir-iki nəfər şəxsin şikayəti əsasında onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi qanunsuz və əsassızdır. Onun işdən çıxarılması barədə əmrdə əsas kimi xxxxxxxxxx və xxxxxxx izahatları göstərilmişdir. Lakin qeyd edilməlidir ki, xxxxxx sonradan c avabdeh təşkilata ərizə yazaraq şikayətinin səbəbini izah etmiş və əslində ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, qərəzli şəkildə alınmış izahatlar belə onun işdən azad edilməsi üçün səbəb ola bilməz. Çünki işəgötürən həmin əmrdə onun işdən çıxarılmasını əsaslı sübutlarla təsdiq etməlidir. Əmrin əsaslandırıcı hissəsində onun hansı kobud səhvlərə yol verməsi göstərilməmişdir. Eyni zamanda qeyd edməlidir ki, işdən çıxdığı gün ona son haqq hesab ödənilməmişdir. Cavabdeh təşkilatın xx.xx.2018-ci il tarixli N18/221/k saylı əmrində Əmək Məcəlləsinin 70-ci maddənin ”ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdi r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı öz fəaliyyəti dövründə vəzifəsindən sui-istifadə etmiş, qanunvericiliyin və daxili qaydaların tələblərinə zidd olaraq kredit borcu olan şəxslərdən (X6, X12, X7 və sair) bir sıra hallarda pul vəsaitləri Bankın adından şəxsən qəbul etmişdir. Bu faktların təsdiqi kimi iddiaçının adından tərtib olunmuş kassa mədaxil orderləri çıxır edir.Əmək münasibətlərinə xitam verilməsi üçün Bankın müştəriləri olan xxxxxx və xxxxxxxx izahatları əsas kimi qəbul edilmişdir. Əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər qeyd olunmuşdur. İddiaçı əmək fəaliyyəti zamanı bankın müştəriləri ilə qeyri-rəsmi münasibətlər qurmaqla, onlara yanlış məlumat verməklə, onlardan pul vəsaitləri qəbul etməklə bankın qanuni mənafəyinə və işgüzar nüfuzuna ciddi xələl yetirmişdir. Məhkəmə baxışı zamanı hadisənin iştirakçısı olmuş şəxslərin izahatlarına, işin faktiki hallarına və bankın maliyyə sənədlərinə düzgün hüquqi qiymət verilməmiş, iddiaçı və izahat verən vətəndaşlar ifadə vermək üçün məhkəməyə cəlb olunmamış və nəticədə işə natamam baxılmışd ır. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Cavabdeh ASC-nin “Salyan” filialında istehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə X2 departamentinin Problemli kreditlərin yığılması şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər) tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hazırki tələbində həmin əmri mübahisələndirir. İş materiallarında olan X9 tərəfindən Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış xx xxx 2018-ci il tarixli ərizənin notarial qaydada təsdiq edil miş surətindən görünür ki, xxxxxxxxxxx bildirmişdir ki, İddiaçı əleyhinə yazılmış ərizəni Cavabdeh ASC-nin işçisi xxxxxxxxx və xxxxxxx diktəsi ilə hüquqi nəticələrini bilmədən yazmışdır. Əslində onun İddiaçı qarşı heç bir iddiası və şikayəti yoxdur, ola da bilməz. Əksinə onlar İddiaçı ilə yaxın qonşudurlar və həmişə onun hamıya yalnız köməkliyinin və xoş münasilbətinin şahidi olmuşdur. Bu ərizəni yazarkən onlara bildirmişdir ki, o, bu krediti biznes məqsədi ilə götürmüşdür. Niyyəti dövriyyəni artırıb gəlinlik mallarının satışı olmuşdur. xxxxx müəllim isə ona bildirmişdir ki, ərizəni biznes məqsədilə kredit aldığını yazsa, onlar bank olaraq onlara heç bir köməklik edə bilməyəcəklər. Amma ərizəni onlar deyən sözlər əsasında yazsa, ona əllərindən gələn köməyi edəcəklər. Onlar guya kreditinin faizlərinin silinməsində nəinki ona, bütün devalvasiyadan zərər çəkmiş vətəndaşlara köməklik edəcəklərini və bu yazdıqlarının onun işinə yararlı olacağını bildirərək ərizəni öz diqtələri ilə ona yazdırmışlar. Onu da əlavə edir ki, bu onun Cavabdeh ASC-dən aldığı biznes məqsədli üçüncü kreditidir və bu işlərində İddiaçı və həmin bankın Salyan filialının digər işçiləri ona köməklik göstərmişlər. Xahiş edir ki, onun bu ərizəsini əsas götürərək xxxxxxxxxx və xxxxxxxxxx diqtəsi ilə məcburi yazdığı ərizənin qüvvədən düşmüş hesab etsin və İddiaçı barəsində görülmüş intizam tədbirini ləğv etsin. Xahiş edir ki, onu, ailə başçısı olmayan bir qadını aldadaraq İddiaçı əleyhinə ərizə (izahat) yazdıran işçiləri xxxxxx və xxxxxxx cəzalandırılması üçün müafiq tədbirlər görülsün. Bu ərizə onun sözləri əsas ında tərtib edildi, ərizəni oxudu, ərizə həqiqi niyyətinə uyğundur, razıdır və doğruluğunu imzası ilə təsdiq edir. İş materiallarında olan apellyasiya icraatı zamanı şahid X4 verdiyi ifadəsindən görünür ki, Cavabdeh ASC-nin müştərisi olmuşdur. Yeznəsi üçün xxx zəng vuraraq pul lazım olduğunu bildirmiş, xxxx isə mümkün olmadığını demişdir. Bir neçə gündən sonra xxx anasına da pul lazım olduğunu bildirmişdir. O, da razılaşaraq bankdan 6000 manat pul götürmüş və 2000 manatı Yaşara vermişdir. Razılaşma belə olmuşdur ki, onun əvvəlki kredit müqaviləsi üzrə qalan 4 ayı ödəsin, 4 ay bitdikdən sonra xxx kredit ödənişini bölüşərək ödəsin. O, hər ay 174 manat topladıqdan sonra, 84 manatı xxx alıb banka ödəmişdir. Bir ildən çox ödənişi vaxtlıvaxtında icra etmişlər. Sonralar gəlib xxx 84 manatı ödəniş üçün istəyəndə, bildirmişdir ki, 173 manatı ona versin, xxxx bank işçisidir üstünü düzəldib özü ödəyər. Bir neçə gün keçdikdən sonra, ödəniş barəsində qəbz istədikdə, demişdir ki, pul köçürülüb narahat olma. Ümumi kredit üzrə 7 ay öhdəliyi qalmışdı. xxxxr ona deyəndə ki, işi məhkəməyə veriblər, o hər ay ödəniş etdiyini bildirmişdir. xxxx hər şeyi yoluna qoyacağını bildirmişdir. Daha sonra 200 manat da xxxx vermişdir. 3 ay keçməsinə baxmayaraq heç bir ödəniş olmamışdır. O da şikayət ərizəsi yazmağa məcbur olmuşdur. Ödədiyi 200 manat da geri qaytarılmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xxxxxxxx işlədiyi ticarət cərgəsindən tanıyır, xxxxxx xxxxxx pəncərəsi bir-birinə baxan qonşu evlərdə yaşayırlar. İş materiallarında olan apellyasiya icraatı zamanı şahid X10 verdiyi ifad əsindən görünür ki, o, Cavabdeh ASC-nin X8 Olunması Departamentinin direktoru vəzifəsində işləyir. 2008-ci il tarixdə Yaşarı banka işə qəbul olunanda görmüşdür. İddiaçı Cavabdeh ASC-nin Səlyan filialının işçisi kimi 2016-cı il tarixdən onun öhdəliyinə keçib. xxxx şikayət ərizəsi ilə onlara müraciət etmişdir. Şikayət ərizəsini onun icraatına yazmışlar. Şikayət daxil olandan sonra Cavabdeh ASC-nin Səlyan filialının portfelinə monitorinq etmişlər. xxxxx ticarət ərazisində qeydiyyatda olduğunu bilmişlər. Filialda olan zaman xxxxxx xanım onlara yaxınlaşmışdır. xxxxxxxn banka olan kredit borcu ABŞ dolları məzənnəsi ilə idi. Müştərilərin hamısı devalivasiyanı əsas gətirirdi. Müəyyən olunmuşdur ki, iki dəfə ödəniş üçün xxxxxxxxxanımdan xxxxxxx pul almışdı. 2-ci ödənişi isə restrukturizasiya edib manata keçirilməsi ilə bağlı pul almışdır. Sual yaranmışdıır ki, həmin ərəfələrdə necə ödəniş edilmişdir ki, 4 ay kassaya ödəniş olunmamışdır. xxxxxxxxx da eyni səbəb olmuşdur. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verili r ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qər arı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı (istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında iəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı ə soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alımalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq, sadalanan normalara istinad edərək və kassasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli 18/221/k saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, Y.Fərzəliyevin əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. Belə ki, Y.Fərzəliyev Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslardan biri ilə işdən azad edilməsinə baxmayaraq, qeyd olunan əmr verilərkən işdən çıxarılmanın zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri)” yazmaqla kifayətlənilmiş, kobud səhvlərin nədən ibarət olması açıqlanmamış və əsasland ırılmamışdır, bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən əmrdə iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi göstərilməmiş, qeyd olunanlar əmrdə əsaslandırılmamış, eyni zamanda məhkəmə baxışı zamanı bununla bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur. Belə ki, əmrdə istinad olunan xxxxxxxx notariat qaydada təsdiq olunmuş ərizə yazaraq xxxxxx barəsində ərizəni təzyiq altında yazdığını bildirmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X7 ilə Bank arasında xx xxxx 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, iddiaçı problemli kreditlərin yığılması şöbəsinə mütəxəssis vəzifəsində işlədiyi üçün, kredit borcu ilə bağlı sənədləri toplayıb, Salyan rayon məhkəməsinə müraciət olunmuş, məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X1 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya icraatı zamanı dindirilmiş şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, verilmiş kreditlər üzrə aylıq ödənişlərin bir hissəsini ödəmək şə rti ilə sonradan iddiaçının həmin öhdəlikləri öz üzərinə götürməsi, aylıq ödənişləri özü üçün tələb etməsi, bundan sonra ödəməli olduğu aylıq ödənişləri ödəməməsi ilə bağlı sair faktlar, şahid ifadələri ilə təsdiq oluna bilməz.X4 ərizəsi iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut hesab olunmamaqla yanaşı, iddiaçı tərəfindən müvafiq araşdırma aparılmamış, araşdırmanın nəticəsi ilə bağlı mötəbər sənədlər mövcud deyildir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh bankın öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və proses sual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10276/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali M

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver