Məhkəmə qərarları › İş №2(102)-3699/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3699/2025

13.01.2026 · Müqavilələrin bağlanması - Müqavilələrdən əmələ gələn öhdəli
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3699/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1136/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağa Mülkiyyət Hüququna Dair JN-0030 KOD 30313108 saylı Dövlət Aktına əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 17 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə Quba rayonu, Ərməki kəndində yerləşən 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. İddiaçı və Cavabdeh1 arasında “torpaq sahəsinin satılmasına dair” xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 onlara məxsus Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən, armud ağacları əkdiyi 45 sot torpaq sahəsini İddiaçı 3.500 manata satmış, İddiaç ı həmin pulu Fikrət Yaralıyevə tam ödəmiş, Aktı öz imzaları ilə və şahidlərin imzaları ilə təsdiq etmişlər.

3. Quba rayon Hacıhüseynli bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, Cavabdeh1 və ailəsinə məxsus Quba rayonu, Ərməki kəndində yerləşən JN-0030 Dövlət Aktına əsasən iki hissədən ibarət olmaqla 0,70 ha torpaq sahəsini 2004-cü ildən öz aralarında razılıq əsasında 2023-cü ilə kimi etibarən İddiaçı əkilib-becərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair onunla cavabdehlər arasında imzalanmış 4 oktyabr 2004-cü il tarixli torpağın alğısatqısı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1973-cü il tarixdə anadan olmuşdur. Hazırda Quba rayonu, Ərməki kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 45 sot torpaq sahəsi 20 ildən çoxdur ki, onun faktiki mülkiyyətində və istifadəsindədir. Belə ki, sözü gedən torpaq sahəsini 2004-cü ildə iş üzrə cavabdeh Fikrət Yarəliyev ilə öz aralarında bağladıqları alğısatqı müqaviləsi ilə sonuncudan almış və torpağın dəyəri olan 3.500 ABŞ dolları məbləğində pul tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan müqavilə hər ikisinin imzası ilə təsdiq edilmişdir və surəti iddia ərizəsinə əla və edilmişdir. Cari ilin iyun ayında cavabdeh onunla əlaqə saxlamış, torpağı həmin vaxtı ucuz satdığını bildirərək ondan 8.000 manat məbləğində əlavə pul tələb etmiş, əks halda, torpağı ondan geri alacağını bildirmişdir. Yuxarıda da qeyd etdiyi kimi torpaq sahəsi 20 ildən çoxdur ki, onun faktiki mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsində bağ salmış və tək gəlir yeri məhz oradan gələn puldur. Bu səbəbdən də cavabdeh ilə razılaşmış və istədiyi 8.000 manat məbləğində pulu cavabdeh Fikrət Yarəliyevə vermişdir. Həmin pulun 4.000 manatını məhz bankdan kredit götürmüşdür. Bununla bağlı sənədlər də vardır. Həmçinin bildirir ki, yuxarıda qeyd olunan hallar ilə bağlı şahidlər də vardır. Sözügedən müqaviləni öz imzaları ilə təsdiq etmişlər və zərurət olacağı halda məhkəmə iclasında da bilavasitə iştirak edəcəklər. Artıq cavabdehin münasibətindən və qeyd olunan hərəkətindən dolayı onun gələcəkdə yenə də bu cür hərəkətlər edə biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Çünki öz aralarında alğı-satqı edən zaman torpağın dəyərinin əvəzi olaraq ondan 3.500 ABŞ dolları istəmiş, o, da, onunla razılığa gələrək həmin məbləği ona ödəmişdir. Lakin illər sonra ondan yenə əlavə pul tələb etmiş, əks halda, torpağın ilkin sənədlərinin öz adına olması səbəbindən torpaq sahəsini əlindən almaqla hədələmişdir. O, isə illərdir əziyyət çəkdiyini və faktiki olaraq istifadəsində və mülkiyyətində olan torpaq sahəsini itirməmək üçün cavabdehin tələb etdiyi 8.000 manat məbləğində pulu ona ödəmişdir. Lakin hazırda çox narahatdır. Çünki cavabdehin yenə də gələcəkdə bu cür hərəkətlər etmək ehti malı vardır. Hesab edir ki, hazırkı məsələnin məhkəmədən kənar həlli mövcud deyildir.

6. Cavabdeh Fikrət Yarəliyev iddia tələbinə etiraz ərizəsi vermiş, məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsini ondan 2004-cü ildə 3.500 ABŞ dollarına satın aldığını bildirmiş, sonradan ona 8.000 manat pul verdiyini qeyd etmişdir. Bu, tamamilə yalandır və həqiqətə uyğun deyildir. Belə ki, o, həmin torpaq sahəsi üçün Çıxarışı və aidiyyəti sənədləri xx.xx.2024-cü ildə almışdır. 20 il bundan əvvəl Çıxarış olmamışdır ki, torpağı iddiaçıya sata bilsin. O, torpaq sahəsini iddiaçıya satmamış, sadəcə olaraq ona istifadə etmək üçün vermişdir. O, öhdəsinə belə bir öhdəlik götürməmiş və buna görə də heç bir məsuliyyət daşımır. Gö ründüyü kimi, o, mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirmək niyyətində olmamışdır. Əgər belə olsaydı, 2024-cü ildə həmin torpaq sahəsi üçün öz adına Çıxarış almaz, sonradan həmin torpaq sahəsini qızı Rahidə Yarəliycvaya bağışlamazdı. O, həmin torpaq sahəsini iddiaçıya istifadə etmək üçün vermiş və bu günə kimi yaxın qohumluq münasibətlərindən istifadə edərək ona heç bir haqq ödəməmişdir. Onların aralarında hər-hansı torpaq icarə müqaviləsi mövcud deyildir. Əgər o, iddiaçı ilə torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlamışdısa, bunu nəyə görə notariatda etməmiş və müqavilə dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı qeyd etdiyi məbləğləri ona vermiş olsaydı, o, bunu rəsmiləşdirməni nəyə görə bu günə kimi tələb etməyib. Bundan əlavə onun həyat yoldaşı da həmin müqavilənin tərtib olunmasında iştirak etməli və yazılı razılığını bildirməli idi. Arvadı həmin torpaq sahəsinin satılmasına heç vaxt razılıq verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariatda təsdiq olunmalıdır. İddiaçı xatırlamadığı tarixdə ona hansısa ağ kağıza aldadaraq imza etdirmişdir. Nəyə görə qanunvericilin tələb etdiyi formada müqavilə bağlamamışlar. Ona görə ki, iddiaçı onun həmin torpaq sahəsini satmaq niyyətində olmadığını bilmişdir. İddiaçı iddia ərizəsində ona 2004-cü ildə 3.500 ABŞ dolları verdiyini qeyd etmişdir. Həmin pula qeyd olunan vaxt Bakı şəhərində 2 otaqlı normal təmirli mənzil almaq olardı, nəinki, Ərməkiqışlaq kəndində 0,42 ha torpaq sahəsi. İddiaçının bu faktı da yalandır. Bundan başqa, o, iddiaçıdan 3.500 ABŞ dolları və 8.000 manat pul ümumiyyətlə almamışdır. Quba RPŞ-nin təhqiqatçısı İlkin Rəhimov tərəfindən 2024-cü ilin avqust ayında aparılmış araşdırmanın (HK-1/2269) nəticəsi olan xx.xx.2024cü il tarixli qərarında da qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır.

7. Məhkəmə iclasında cavabdeh Ruhiyyə Yaralıyeva iddia tələbini qəbul etməyərək, Cavabdeh1lə eyni məzmunlu izahat vermişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun qohumudurlar. Aktda adı qeyd olunmasa da, iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsini cavabdeh alıb əkib-becərib. Həmin torpaq sahəsi 20 ildir ki, iddiaçı tərəfindən istifadə olunur. Kənd camaatı da, həmin torpaq sahəsin in iddiaçının olduğunu bilir. Akif həmin torpaq sahəsini cavabdehdən aldığını, cavabdeh də iddiaçıya satdığını demişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. 20 ildir ki, cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsini iddiaçıya satmışdır. Bu zamana qədər iddiaçı tərəfindən həmin torpaq sahəsi əkilb-becərilmişdir. Cavabdehi o torpaq sahəsində görməmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Bağ cavabdeh tərəfindən iddiaçıya satılıb. 20 ildir ki, cavabdeh bağı iddiaçıya satıb.

11. Quba Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(027)-701/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) id dia tələbi təmin edilmiş, iddiaçı ilə cavabdehlər arasında Quba rayonu, Ərməki kəndində yerləşən 0,42 ha torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2004-cü il tarixli müqaviləsinin bağlanmış hesab edilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərlə iddiaçı arasında torpaq alğı-satqısı barədə razılıq əldə olunmuş və xx.xx.2004-cü ildə cavabdehlər onlara məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0,42 ha torpaq sahəsinin iddiaçıya satılması barədə tərəflərin iştirakı ilə yazılı əqdi imzalarla təsdiqləmiş, lakin notarial qaydada təsdiqlənməmişdir.

13. Cavabdeh isə mübahisə predmetini təşkil edən torpaq sahəsini iddiaçıya satmadığını və istifadə üçün verildiyini bildirmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, 24 iyun 2005-ci il tarixli Az ərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

16. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tə ləbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır.

17. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin şahidlərin ifadələrilə və sübutlarla təsdiq olunur ki, bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur.

18. Əqdin icrasının baş tutmaqla etibarlığına qiymət verərkən məhkəmə torpaq sahəsinin dövlət aktı və torpaq sahəsinin plan cizgisinin iddiaçıda olduğunu və tərəflərin müqav ilədən sonrakı hərəkətlərini də nəzərə almışdır.

19. İddianın mülkiyyət hüququnun tanınması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı torpaq sahəsinə dair hüquq müəyyən edici sənəd alınması ilə bağlıdır ki, mahiyyət etibarilə eyni tələb olmaqla, təmin edilən ilkin tələb üzrə qətnamənin icrası halında bu mümkün olacaqdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 333.1, 335.2-ci (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) maddələrinə, “Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2012- ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədn cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insansiya məhkəməsinin hazırkı iş üz rə qətnaməsi qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və prosessual hüquq normalarına riayət olunmamışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, o məhkəmə iclasında qeyd etdiyi kimi heç bir zaman iddiaçıya torpaq sahəsi satmamışdır. İddia ərizəsində yazılanlar tamamilə yalandır. İddiaçı ilə qohum olduğuna görə torpaq sahəsindən istifadə etmişdir. Sonda isə həmin torpaq sahəsini ələ keçirmək niyyətinə düşmüşdür. İddiaçının onlara 3.500 ABŞ dolları, sonradan 8.000 manat pul verməsi, habelə aralarında torpaq sahəsinin alğı-satqısı barədə əqdin imzalanması heç bir əsası olmayan mülahizələrdir. Torpağın alğı-satqısına dair niyyəti olsaydı, notariat orqanına müraciət edər və rəsmi qaydada müqavilə bağlaya rdı. Həmçinin göstərilən məbləğ də faktiki qiymətlərdən qat-qat yuxarı yazılmışdır, həmin vaxt 0,42 ha torpaq sahəsi 300-400 ABŞ dolları civarında idi. Bu fakt da bir daha iddianın əsassız olduğunun göstəricisidir. Məhkəmə əsassız iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmiş və bununla da cavabdehlərin mülkiyyət hüququnu pozmuşdur. İddiaçı ilə aralarında torpaq alğı-satqısı barədə razılaşma və əqd olmamışdır. Belə bir əqd olmadığı təqdirdə iddiaçının guya əqdi icra etməsindən, cavabdehlərin isə notarial qaydada təsdiqlənmədən boyun qaçırmalarından söhbət gedə bilməz. Olmayan razılaşmanın etibarlı hesab edilməsi absurddur. Məhkəmə prosesində təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Ümumiyyətlə iddia ərizəsində qeyd olunan 2004-cü ilə və başqa tarixə aid, razılaşmanın mö vcudluğuna dair heç bir mötəbər sübut yoxdur. Hazırkı işdə qeyri-mötəbər, ziddiyyətli dəlillərlə, subyektiv mülahizələrlə iddianın təmin edilməsi qənaətinə gəlinmişdir ki, bu da düzgün hüquqi nəticə deyildir.

23. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili X2 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, cavabdehlər özəlləşmə dövründə onlara verilən 1 hektar torpaq sahəsindən 0,45 ha planşetə dair hissəni iddiaçıya satmayıblar. İddiaçı cavabdehlərə əvvəldən və sonradan 3.500 ABŞ dolları və 8.000 manat məbləğində pul verməmişdir. Cavabdehlər bu halı qəbul etmirlər və bu ağlabatan da deyildir. 2004-cü ilə aid olduğu bildirilən akt cavabdehlər tərəfindən imza edilməyib. İşə baxan məhkəmə bu halları düzgün araşdırmamışdır. Məhkəmənin is tinad etdiyi Plenum Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdin etibarlı hesab edilməsi üçün zəruri şərtlər mövcud olmalıdır. Bu şərtlərə qarşı tərəfin öz üzərinə düşən öhdəliyi tam icra etməsi, yazılı sənədin olması, imzanın cavabdehlərə məxsus olması, əgər imza cavabdehlərə aiddirsə, imzanın hansı tarixdə edilməsi kimi hallar aiddir. Cavabdeh tərəfin məhkəmə iclasında izahatında bildirdiyinə görə, ola bilsin ki, başqa sənəd adı altında sənədə imza edib, amma torpaq sahəsini satmamışdır. Göstərilən halları tam araşdırmayan birinci instansiya məhkəməsi iş üzrə yanlış nəticəyə gələrək əsassız iddia tələbini təmin etmişdir. Sadalananlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdehlər sözügedən torpaq sahəsini ona 2004-cü ildə satmışlar. Bu faktı bütün kənd sakinləri bilir. Cavabdeh1 onun bibisi oğludur. Cavabdeh ona məxsus torpaq sahəsini satmaq istədiyini bildirmiş, o, da həmin torpaq sahələrinin dəyərini cavabdehlə razılaşdırılmış məbləğdə, 3.400 ABŞ dolları, digər torpaq sahəsini isə 3.300 manata almışdır. Bu torpaq sahələri 2004-cü ildən onun istifadəsində və sahibliyindədir. Sonradan, 2024-cü ildə isə cavabdeh tərəf həmin torpaq sahələrini ona satmadığını, əgər istəyirsə, ona pul verməyini, yal nız bundan sonra torpaq sahəsini ona satacağını bildirmişdir. Bu səbəbdən də o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, işə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1136/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Afiq Hüseynzadə), cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli torpaq sahəsi (Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsi) 2004-cü ildən iddiaçının istifadəsinə verilmiş, daha sonra həmin torpaq sahəsi barəsində tərəflər arasında 4 oktyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin elementlərini əks etdirən sadə əlyazma “Akt” tərtib edilmiş və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən aktın məzmunundan görünür ki, torpaq sahəsi iddiaçı tərəfin istifadəsinə verilərkən, iddiaçı tərəfindən Cavabdeh1 3.500 ABŞ dollarının ödənilməsi qeyd edilmiş və sözügedən AKT “ torpaq alan” İddiaçı və “torpaq satan” Cavabdeh1 tərəfindən, həmçinin bir çox kənd sakinləri, o cümlədən Cavabdeh1 arvadı (iş üzrə cavabdeh) Cavabdeh2 tərəfindən imzalanmışdır. Hətta aktın sonunda Cavabdeh1 torpağın pulunun ona ödənildiyini, etirazının olmadığı, şərtləri pozduğu halda məsuliyyət daşıyacağı barədə qeyd edərək təkrarən imza etmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin hallarından görünür ki, cavabdeh tərəf apellyasiya şikayətin dəlillərində, eləcə də vermiş olduğu izahatında sözügedən torpaq sahəsini satmadığını və bununla bağlı hər hansı sənədə imza etmədiyini bildirsə də, məhkəməyə ünvanladığı etiraz ərizəsində bunun əksinə, yəni xatırlamadığı tarixdə hansısa ağ kağıza imza etdiyini bildirmişdir (i/m səh. 51). Apellyasiya icraatı zamanı bunun səbəbləri soruşulduqda isə cavabdeh tərəf qeyri-müəyyən cavab verməklə, imza etməyinin əsl səbəbini və həqiqi niyyətini göstərə bilməmişdir.

29. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, əvvəla cavabdehin qeyd etdiyi kimi imza etdiyi sənəd hansısa ağ kağızdan ibarət idisə, onda nəyə görə məhz sənədin orta hissəsinə və sonuna imza edirdi. Çünki əsl həqiqətdə sənədin orta hissəsinə imza edildiyi halda sonradan yazılacaq (qeyd olunacaq) yazıların və şərtlərin həmin imzaya qədər olacağını əvvəlcədən müəyyən etmək və qüsursuz olaraq imzaya qədər yerləşdirmək mümkün deyil, bu ağlabatan və inandırıcı görünmür. Digər tərəfdən, əgər cavabdeh tərəf doğrudan da özlərinin qeyd etdiyi kimi mübahisəli torpaq sahəsini iddiaçının müvəqqəti istifadəsinə vermişdirsə və bu ötən müddət ərzində onlara yalnız 120 manat pul ödənilmişdirsə, onların bu illər ərzində (20 ildən çox) susması və narazılıq etməməsi də inandırıcı görünmür və sonuncuların əsl niyyətini əks etdirmir.

30. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə, konkret halda özünün və arvadı Cavabdeh2 razılığının olmamasına münasibət bildirərək qeyd etmişdir ki, Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçıya satılmasına razılıq verməmiş mülkiyyətçinin məlumatlı olduğu, özünün davranışı ilə əqdi bəyənməsi müəyyən ediləcəyi halda, hazırkı iddian ın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.

31. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük (vicdanlılıq) qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqd an sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

32. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər is ə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

33. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, göründüyü kimi, 0,45 ha mübahisəli torpaq sahəsinin 20 ildən artıq müddət ərzində iddiaçının davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq, cavabdehlər həmin torpaqla bağlı iddiaçıya heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəksiz nümayiş etdirmişlər. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, bi rgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

34. Beləliklə, mülki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli 0,45 ha torpaq sahəsi barəsində iddiaçı və cavabdehlər arasında 04 oktyabr 2004-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair bütün vergilər də iddiaçı tərəfindən ödənilmiş, bu müddət ərzində cavabdeh tərəfə icarə haqqını təsdiq edən əlavə hər hansı aylıq və illik xərc ödənilməmiş, son vaxtlaradək tərəflər arasında hər hansı mübahisə olmamışdır. Həmçinin, Quba rayon Hacıhüseynli bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, mübahisəli torpaq sahəsi 2004-cü ildən etibarən iddiaçı tərəfindən əkilib-becərilmişdir.

35. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, göründüyü kimi tərəflərin müqaviləyə qədərki danışıqları, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də, məhz münasibətlərin torpaq sahəsinin alğı-satqısından irəli gələn olmasını təsdiq edir. Cavabdehlərin hər birinin əqddən xəbərdar olmaları və keçən 20 il müddətində iddiaçının torpaqdan sərbəst istifadəsinə maneə yaratmamaqdan ibarət hərəkət və rəftarları tərəflərindən əqdin bəyənildiyini göstərən bariz məlumatlardır.

36. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı JN0030 sayl ı Dövlət Aktına əsasən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğısatqı əqdinin etibarlı hesab edilməsi tələbi, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normaları baxımından qanuni və əsaslı olmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin (İ), 29-cu maddəsinin (İ, İİİ) bəndlərinə, Mülki Məcəllənin 213.1, 213.2, 213.6, 213.7, 222.1, 222.2, 222.3, 329.1, 335.2 (24 iyun 2005-ci il tarixədək olan redaksiyada), 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 404.1, 404.2, 405.1, 406.1, 425.1, 560.2, 560.3.4, 567, 646.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəl illəri:

38. Qətnamədən cavabdehlər (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

39. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəlləyə əsasən əqdin etibarlı hesab edilməsi üçün tərəflərdən birinin əqdi icra etməsi və digər tərəfin icradan boyun qaçırdığı şərti nəzərdə tutulur. İddiaçı onlarla heç bir əqd bağlamadığı halda əqdi icra etməsi, yəni onlara pul ödəməsi və s. ola bilməzdi. İş materiallarından da onun pulu ödəməsi sübut olunmur. Əgər aralarında belə əqd olsaydı, razılaşma olduğu halda notariata müraciət etmək problem deyildi. Hansı ki, iddiaçı onlara müxtəl if illərdə iki dəfə, özü də real olmayan rəqəmdə məbləğdə pul ödədiyini iddia edir. Hesab edirlər ki, belə olan halda iddianın təmin edilməsi ilə Mülki Məcəllənin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsi düzgün tətbiq edilməmişdir. Hal-hazırda isə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Torpağın müayinəsi və qeydiyyat zamanı torpaq üzərində heç bir mübahisə olmamışdır. Hal-hazırda tam qanuni əsaslarla əldə etdikləri torpaq sahəsi barədə məhkəmə tərəfindən qəbul edilən qətnamələri ilə onların mülkiyyət hüquqları və qeyd olunun hüquq normaları pozulur. Hesab edirlər ki, hazırkı iş üzrə mülki prosessual məcəllənin normalarına əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfin iddia tələbində qeyd olunan subyektiv mülahizələ ri, həmçinin ziddiyyətli əqdə əsaslanaraq qətnamələr qəbul edilmişdir. İşdən göründüyü kimi hazırkı iddia tələbi əqdin bağlanmış hesab edilməsi barədədir. Həmin əqd tərəflərindən mübahisələndirilmişdir. Belə bir əqdin etibarlı olub-olmadığını, orada əks olunan imzaların cavabdeh tərəfindən icra olunub-olunmaması məsələsi araşdırılarkən, işin obyektiv həllinə nail olmaq məqsədilə müvafiq ekspertizanın keçirilməsi zəruri idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

40. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

44. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

45. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmi n mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

46. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

47. Maddə 335.2. (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında tə sdiqlənməsi tələb edilmir.

48. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

49. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

50. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alı r.

52. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

53. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

54. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

55. Maddə 425.1. Öz hüquql arını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

56. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

57. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

58. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

59. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşd ırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazıl ı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

75. Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dina mikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcə llənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq n əticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notari at qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mül ki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

76. Məhkəmə kollegiyası kassasiya şikayətinin imzaların cavabdeh tərəfindən icra olunub-olunmaması məsələsinin araşdırılması məqsədi ilə müvafiq ekspertizanın keçirilməsinin zəruri olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, sübutları araşdırmaq səlahiyyətinə malik məhkəmələrdə cavabdehlər xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Aktdakı imzaların onlara aid olmadığını mübahisələndirmədiklərinə görə, kassasiya şikayətinin qeyd olunan dəlilıi əsassızdır.

77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq ol unan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

80. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

81. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bi r dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

83. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1136/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver