Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-370/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Məhkəmə aidiyyatı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6384/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Saatlı Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin sədri ilə İddiaçı arasında bağlanmış 24 avqust 2007-ci il tarixli əmlakın alqı-satqısına dair müqaviləyə əsasən Saatlı RKC-ə məxsus Saatlı rayonu H.Əliyev prospektində yerləşən ümumi sahəsi 79,1 kv metr olan 15 saylı mağazanın iki otaqdan ibarət sahəsi iddiaçıya satılmışdır. İddiaçı cavabdeh "xxxx" ASC ilə daşınmaz əmlakın icbari sığortasına dair müqavilə bağlayaraq özünə məxsus Saatlı rayonu, H.Əliyev prospektində yerləşən 2 otaqdan ibarət 15 saylı mağazanı və həmin mağazada yerləşən daşınar əmlakları yanğından və digər əlavə risklərdən sığortalatmışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən daşınar əmla kın şərtsiz azad olma məbləği 200 manat, daşınmaz əmlakın isə 100 manat məbləğində müəyyən edilmişdir. 29.04.2019-cu il tarixində X3 idarə etdiyi “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, iddiaçıya məxsus Saatlı rayonu, H.Əliyev prospektində yerləşən mağazaya ziyan vurmuş, hadisə nəticəsində X3 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 40 manat məbləğində cərimə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin qarşılığı olaraq qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8902,40 manat sığorta ödənişin, ziyanın qiymətləndirilməsi üçün ödədiyi 300 manatın və 30,40 manat dövlət rüsumunun, cəmi, 9232,80 manat pulun və qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hadisə nəticədə mağazaya və mağazada olan əmlaklarına ümumilikdə 13902,40 manat ziyan vurulmuşdur. Hadisədən dərhal sonra cavabdeh ASC-nin nümayəndəsi hadisə yerinə gələrək mağaza binasına və mağazada olan əmlaklara baxış keçirib siyahısını hazırlamışdır. Bu hadisəyə görə “VAZ-2106” mark alı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunduğu ’’Xalq Sığorta” ASC 30 iyul 2019-cu ildə ona 5000 manat ödəmişdir. Qalan məbləği isə 8902,40 manat pulu cavabdeh ona ödəməmişdir. Bununla bağlı etmiş olduğu müraciətlərə cavab olaraq cavabdeh təşkilat ona "xxxx" ASC tərəfindən 5000 manat ödənilməsinə görə sığorta ödənişindən tamamilə imtina etmişdir. Məhkəməyə təqdim edilmiş “Azersurvey” LLC Azerbaijanın AZSB-071/19 saylı, 21.06.2019-cu il tarixli dəymiş ziyanın qiymətləndirilməsi hesabatına əsasən Saatlı rayonu, H.Əliyev prospektində yerləşən 2 otaqdan ibarət 15 saylı mağaza və oradakı əmlaklara dəymiş ziyanın məbləği 12986,40 manat məbləğində müəyyən edilmişdir. Əmlak üzrə ekspertin 633 və 632 saylı 03.05.2019-cu il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus daş ınmaz əmlaka dəymiş ziyanın məbləği 2078,80 manat, daşınar əmlaka dəymiş ziyanın məbləği isə 2675 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, 16.03.2021-ci il və 10/2991 saylı, 10.03.2021-ci il tarixli rəylərinə əsasən, Saat rayonu, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş hadisə nəticəsindəm yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri- yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852,40 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-195/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin ed ilərək cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin əvəzi olaraq 7452,40 manat, gecikdirilmiş sığorta ödənişi üçün 500 manat məbləğində dəbbə pulu, ümumilikdə 7952,40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 50 faiziinin, yəni 50 manatının iddiaçıdan, digər 50 faizi, yəni 50 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq X1 hesabına köçürülməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqının 50%, yəni 15 manat 20 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 50 faiz, yəni 15 manat 20 qəpiyinin isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə iddia tələbinin cavab dehdən sığorta ödənişinin əvəzi olaraq 8902 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin miqdarı ekspertiza rəyləri ilə ümumilikdə 12752,40 manat məbləğində müəyyən edilmiş, həmin ziyanın 5000 manat məbləği qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, hazırda iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752,40 manat məbləğindədir. Ona görə də, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesa blanaraq alınıb ona verilməsi hissəsi ilə belə nəticəyə gəlmişir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 30.08.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən tam ödənildiyindən, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya dəymiş sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmiş və sığorta olunana sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim etmişdir. Məhkəmə işin araşdırılmış halları ilə cavabdehin iddiaçıya ödəməli olduğu sığorta məbləğinin 7452,40 manat məbləğində müəyyən edilməsini, "xx xx" ASC-nin İddiaçı ünvanladığı 30.08.2019-cu il tarixli bildiriş məktubu ilə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinə əsasən həmən tarixdən qətnamənin çıxarıldığı tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmamaqla cərimənin məbləği 4419,03 ( 593 gün*7.452 ( sığorta ödənişinin 0,1 faizi)) manat müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərəkı hesab etmişdir ki, 4419.03 manat dəbbə pulu (cərimə) əsas borcu münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 500 manat məbləğinədək azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş sığorta ödənişi üçün 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin ziyanın qiy mətləndirilməsi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı sözü gedən qiymətləndirilmə üçün müvafiq ekspertiza mərkəzinə 300 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansi bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda sadalananlardan əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak üzrə ekspertin 633 və 632 saylı 03.05.2019cu il tarixli ekspert rəyi kifayət qədər araşdırma aparılmadan əsaslandırılmışdır. Ona görə də, məhkəmə həmi rəyləri sübut kimi qəbul etməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və VÖEN-i olduğundan, hazırki işə kommersiya məhkəməsində baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən maddi zərərin əvəzi kimi 7452,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, sığorta ödənişinin əvəzi olaraq 7752,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, Azə rbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, 16.03.2021-ci il və 10/2991 saylı, 10.03.2021-ci il tarixli rəylərinə əsasən, Saatlı rayonu, H.Əliyev prospektində yerləşən qeyriyaşayış sahəsində baş vermiş hadisə nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri-yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852,40 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin miqdarı ümumilikdə 12752,40 manat məbləğində müəyyən edilmiş, həmin ziyanın 5000 manat məbləği qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, hazırda iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752,40 manat məbləğindədir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-dən maddi zərərin əvəzi kimi 7452,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək, iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752,40 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb iddiaçıya verilməsi hissəsi ilə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki iş üzrə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu hazırda məhkəmə baxışının predmeti olan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid edilməsi demək deyildir. Belə ki, hazırki iddia tələbi dəymiş zərərə görə sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkardır və ********** saylı VÖEN hesabı var. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddiaçının fərdi sahibkar olduğu, sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu və iddiaçı həmin sahəni mağaza kimi istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qeyd edilən mübahisəyə Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələblərini nəzərə alaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etir az daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (işə baxılan zaman qüvvədə olan redaksiyada): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri n əzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansi ya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkar statusuna (VÖEN-ə) malik fiziki şəxs, cavabdeh sığorta təşkilatı isə hüquqi şəxsdir. Tərəflər arasında mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ona məxsus mağaza və həmin mağazada yerləşən daşınar əmlaklara yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziya nla bağlı sığorta ödənişinin ödənilməsi ilə bağlıdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində məhkəmə aidiyyətini mübahisələndirmiş, iddiaçı fərdi sahibkar olduğundan və mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalı olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə qiymət verərkən qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu hazırda məhkəmə baxışının predmeti olan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid edilməsi demək deyildir. Belə ki, hazırki iddia tələbi dəymiş zərərə görə sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir: Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxu d birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan işdə iddiaçının fərdi sahibkar olması və mübahisənin onun fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasını müəyyən etdiyi halda apellyasiya instansiyası məhkəməsi mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid edilmədiyini qeyd edərək Plenumun qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyə zidd nəticəyə gəlmişdir. Belə ki, baxılan işdə tərəflərin subyektiv tərkibi (fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçınn fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması işin mübahisələndirilməyən halıdır. Çünki iddiaçı ona məxsus qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və ona ziyan bu fəaliyyətlə əlaqədar dəymişdir. Artıq bu şərtlərin mövcud olması, plenumun qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən mübahisənin kommersiya məhkəməsində aid olmasına kifayət edir. Dəymiş zərərə görə sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisənin kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə aid olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti də doğru deyildir. Belə ki, Ali Məhkəmənin Plenumun yuxarıd a qeyd edilən qərarının 14-cü bəndinə görə, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılaca qdır. Qərarda ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, tərəflər arasında olan mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu halda hətda əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrə də kommersiya məhkəməsində baxılır. Baxılan işdə isə mübahisə tərəflər arasında olan müqavilə münasibətlərindən irəligələn tələbdir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrə kommersiya məhkəməsində baxıldığı təqdirdə müqavilə münasibətlərinə də kommersiya məhkəmələrində baxılmalıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsassız olmuş, məhkəmə aidiyyatı qaydaları ilə bağlı prosessual qanunveriliyin tələbləri və Plenumun qərarında ifadə edilmiş məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı tələblər pozulmuşdur. MPM -nin 418.1-ci maddəsinə əsaəsn maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4 və 418.4.9-cü maddələrinə görə, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6384/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi lə ğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-370/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-370/2022
10.01.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver