Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3799/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “X8 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi qismən təmin edilmiş, Cavabdeh1 adına qeydə alınmış Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanında yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı, 1 / 3 hissəsinə Cavabdeh1 payının müəyyən edilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 qeyri-yaşayiş sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsinə dair Bərdə regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 19 may 2017-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/11 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka), Mingəçevir şəhəri, H.Əliyev prospekti 68 / 18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin ipote ka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/03 saylı ipoteka müqavilələrinin (sonrakı ipoteka) etibarsız hesab edilməsi, habelə dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh1 və “X8 Azərbaycan” QSC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyev) Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi “Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinə və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinə İddiaçı 3/5 hissədə, Cavabdeh1 isə 2/5 hissədə paylarının müəyyən edilməsi, qətnamə “Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 m2 olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin ipoteka ilə yüklü edilməsin ə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 19 may 2017-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 3M-199 nömrə ilə qeydə alınmış 264922/01 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka) və Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 m2 olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-198 nömrə ilə qeydə alınmış 264922/03 saylı ipoteka müqaviləsinin (sonrakı ipoteka) etibarsız hesab edilməsi” və “30 manat dövlət rüsumunun müştərək qaydada həmçinin “X8 Azərbaycan” QSC-dən tutulması” hissələrində ləğv edilmiş və həmin hissədə iddia tələblərinin təmin olunmaması, qətnamə mübahisələndirilən digər hissələrdə, yəni “... “xxxx” MMC-yə məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 1721,06 m2 olan qeyri-yaşayış binasına payların müəyyən edilərək bölünməsi və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, 3M-197 nömrə ilə qeydə alınmış 264922/02 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 21 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidə n baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov) Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi “Cavabdeh1 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi” hissəsində dəyişdirilərək, Cavabdeh1 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsind ə yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı, 2/5 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin təsis paylarından biri Cavabdeh1 məxsusdur, lakin bu pay birgə nikah dövründə əldə eidldiyindən iddia.çı və cavabdehin birgə mülkiyyəti sayılır. “xxxx” MMC-nin nizamnaməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) tələblərinə görə, hüquqi şəxsin iştirakçısın ın (konkret halda, iddiaçının) hüquqi şəxsin (yəni “xxxx” MMC-nin) əmlakı üzərində pay hüququ vardır. “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1721,06 kv.m. qeyri-yaşayış sahəsi bankın xeyrinə yüklü edilərkən iddiaçı X2nın razılığı alınmamışdır. Apellyasiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin rədd olunması hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Cavabdeh “xxxx” QSC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X2un mülkiyyətində olan Mingəçevir şəhərində yerləşən qeyri-yaş ayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilərkən X2un şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti “subay” kimi göstərilmiş, X2 notariat orqanına ünvanladığı ərizədə nikahda olmadığını, gələcəkdə bununla bağlı yaranacaq bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Digər tərəfdən, iddiaçı X3 ipoteka müqavilələrinin bağlanması tarixindən (19.05.2017) əvvəl, yəni 8 aprel 2017-ci il tarixdə notariat qaydasında razılıq ərizələri vermiş, sözügedən ərizələri yalnız 18 noyabr 2017-ci ildə ləğv etdirmişdir. Apellyasiya məhkəməsi həmin ərizələrə düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın qismən, yəni 19 may 2017-ci il tarixli, 264922/01 saylı ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin olunmaması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi, sonradan isə “xxxx” MMC, “xxxx” QSC və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunu da cavabdehlər qismində göstərdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə birgə mülkiyyətlərində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, b.31 ünvanında yerləşən 643,2 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, “xxxx” MMC-nin adına q eydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 1721,06 kv.m. sahəsi olan qeyri-yaşayış binasının X2a məxsus hissəsinin üzərində 2/3 hissədə onun, 1/3 hissədə isə X2un paylarının müəyyən edilməklə onların arasında bölünməsi, həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair bağlanmış 19 may 2017-ci il tarixli 264922/01, 264922/02 və 264922/03 saylı ipoteka müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, cavabdeh “ xxxx” QSC kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni 19 may 2017-ci il tarixli, 264922/01 saylı ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı, 2/5 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıd ır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X2 ilə cavabdeh X1 09.09.2005-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından 15.09.2006-cı il təvəllüdlü X3 və 04.12.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli qətnaməsi ilə isə tərəflər arasındakı nikah pozulmuşdur. Həmçinin işin mübahisə edilməyən hallarına görə nizamnamə kapitalı 20 manat həcmində və hər biri 10 manat olmaqla 2 paydan ibarət olan “xxxx” MMC 12.04.2007-ci il tarixdə cavabdeh X2 və X5un birgə təsisçiliyi ilə dövlət qeydiyyatına alınmış, onların hər birinin nizamnamə kapitalında paylarının miqdarı 10 manat, 1 pay, 50% müəyyənləşdirilmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtə bəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m. olan qeyri-yaşayış sahəsi 13.02.2008-ci il tarixdən, Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsi isə 11.07.2014-cü il tarixdən X2un adına qeydə alınmışdır; həmin qeyri-yaşayış sahəsinin 1/7 hissəsi isə X6ə məxsusdur. ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 1721,06 kv.m. olan qeyri-yaşayış binası isə 02.06.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə “xxxx” MMCnin adına qeydiyyata alınmışdır. 19 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 264922/01 nömrəli ipoteka müqaviləsinə əsasən (sonrakı ipoteka) X2 və X6 mülkiyyətlərində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda ye rləşən, ümumi sahəsi 643,2 kv.m. olan qeyri-yaşayış sahəsinin müvafiq olaraq 1/7 hissəsini və 6/7 hissəsini Bank ilə “xxxx” MMC arasında bağlanmış 19.05.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi borcverənin xeyrinə ipoteka ilə yüklü etmişlər. 264922/02 nömrəli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən “xxxx” MMC mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 1721,06 kv.m. sahəsi olan qeyri-yaşayış binasını Bankla “xxxx” MMC arasında bağlanmış 19.05.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi borcverənin xeyrinə ipoteka ilə yüklü etmişdir. 264922/03 nömrəli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən X2 mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m. olan qeyri-yaşayış sahəsini Bankla “xxxx” MMC arasında bağlanmış 19.05.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi borcverənin xeyrinə ipoteka ilə yüklü etmişdir. X2un mülkiyyətində olan Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahələri barədə ipoteka müqavilələri bağlanarkən onun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “subay” kimi göstərilmiş, həmçinin Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna ünvanladığı ərizədə də o, həmin müqavilələri bağlayarkən subay olduğunu, nikahda olmadığını, gələcəkdə bununla bağlı yaranacaq bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Həmçinin işin materiallarından görünür ki, iddiaçı X2 Mingəçevir şəhər 2 saylı notariat kontorunda təsdiq edilmiş 08.04.2017-ci il tarixli ərizələrində yuxarıda göstərilən (ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlakların ipotekaya qoyulmasına razılıq vermiş və həmin əmlaklara tələb yönəldiləcəyi təqdirdə onu təhvil verəcəyini öhdəsinə götürmüş, 18.11.2017-ci il tarixdə İddiaçı həmin notariat kontoruna müraciət edərək sözügedən ərizələrindən imtina etdiyini bildirmiş və notariat kontorunda saxlanılan sənədlərdə, eləcə də “Elektron notariat” X1 ərizədən imtina edilməsinə dair müvafiq qeydlər aparılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin xüsusi mülkiyyətində olduğundan iddiaçı və cavabdeh X2un ümumi birgə mülkiyyəti sayıla bilməz. Buna görə də, iddiaçı X2nın həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması və sözügedən əmlakın Bakın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbi rədd edilməlidir. X2un Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m. olan qeyri-yaşayış sahəsi və Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağladığı ipoteka müqavilələri isə etibarsız sayılmalıdır. Ona görə ki, həmin daşınmaz əmlaklar iddiaçı ilə birgə nikahda əldə edilmiş olsalar da, sözügedən ipoteka müqavilələri bağlanarkən iddiaçının razılığı alınmamışdır. İş materiallarında olan iddiaçı X2nın Mingəçevir şəhər 2 saylı notariat kontorunda təsdiq edilmiş 08.04.2017-ci il tarixli razılıq ərizələrinə gəldikdə isə, ipoteka müqavilələri bağlanarkən həmin razılıq ərizələri notariusa təqd im edilməmişdir; başqa sözlə, həmin əqdlərin təsdiqlənməsi zamanı notarius iddiaçının razılığını tələb etməmişdir. İddiaçı isə, 18.11.2017-ci il tarixdə notariat kontoruna müraciət edərək sözügedən ərizələrindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası, aşağıda göstərilənlərə görə iddiaçı X2nın kassasiya şikayətini əsaslı hesab etmir. Belə ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə 2 iyun 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X2 “xxxx” MMC-nin nizamnamə kapitalındakı payın 50 faizinin (təsis payının yarısının) sahibidir. “xxxx” MMC 12 aprel 2007-ci il tarixdə qeydə alındığından X2un təsis payı da tərəflərin birgə mülkiyyətinə daxildir. Lakin iddiaçı X2 həmin payın bölünməsi ilə bağlı tələb irəli sürməm işdir. Bununla yanaşı, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X2 və ya cavabdeh X2un deyil, müstəqil şəxs olan “xxxx” MMC-nin xüsusi mülkiyyətində olduğundan adı çəkilən fiziki şəxslərin ümumi birgə mülkiyyətinə daxil olmuş əmlak sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-in 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya k im tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. MM-in 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin xüsusi mülkiyyətində olduğundan iddiaçı X2 və cavabdeh X2un ümumi birgə mülkiyyəti sayıla bilməz. Buna görə də, həmin əmlaka dair ipoteka müqaviləsinin bağlanması zamanı X2nın razılığı tələb olunmurdu, başqa sözlə, MM-in 225.6-cı maddəsinin tələbi həmin əqdə şamil edilmir. Məhkəmə kollegiyası, Bankın kassasiya şikayətini qismən əsaslı hesab edir. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiqlənmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu maddəsinin 49-cu bəndinin 1-ci cümləsini (“Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaş dırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.”) hazırki mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Ona görə ki, qeyd edilən cümlə yalnız yaşayış sahələrinə münasibətdə tətbiq edilə bilər, ipoteka ilə yüklü edilmiş əmlaklar isə, qeyriyaşayış sahələridir. Digər tərəfdən, həmin normanın məqsədi barəsində əqd bağlanan yaşayış sahəsi üzərində mülkiyyət hüququ (paylı və ya birgə) olan şəxslərin müdafiəsi deyildir; əksinə, maddə, daşınmaz əmlaka mülkiyyət hüququndan başqa digər hüququ (məsələn. yaşayış sahəsindən istifadə hüququ kimi) olan şəxslərin hüquqlarının pozulmasının qarşısını almağa yönəlib. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz”. Göründüyü kimi, Təlimatın qeyd edilən normasının tətbiqi maddi hüquq pozuntusudur. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri sayır ki, iddiaçı X2nın razılıq ərizəsini tələb etmədən ipoteka müqavilələrini təsdiqləyən notariat orqanı tərəfindən Təlimatın tələbləri pozulmuş olsa belə, bu pozuntu birmənalı olaraq, həmin əqdl ərin etibarsız hesab edilməli olması nəticəsinə gəlməyə imkan vermir. Çünki Təlimat notariat orqanının fəaliyyətini tənzimləyən göstərişləri ehtiva edir və onun pozulması, bir qayda olaraq, notarius barəsində intizam tənbehinin tətbiqinə əsas verir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin ədalətli həlli MM-in 225.6-cı (“Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir.”) maddəsinin tətbiqi üçün əsasların mövcud olub-olmamasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Təlimatın 49-cu bəndinə görə, nikah müqaviləsində başqa qayda nəzə rdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun. Yuxarıda qeyd edildiyi kimi, iddiçı X2nın Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerləşən, ümumi sahəsi 643,2 kv.m. olan qeyri-yaşayış sahəsi və Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ipoteka qoyulmasına dair razılıq ərizələrini verməsi işin mübahisəsiz halıdır. Hər iki daşınmaz əmlak a dair ipoteka müqavilələri bağlanarkən X2nın razılıq ərizələri həmin müqavilələri təsdiqləyən notariat orqanına təqdim edilməmişdir. Əks halda, cavabdeh X2dan “subay” olması və bunun əksinin doğuracağı hüquqi nəticələrlə bağlı məsuliyyəti öz üzərinə götürməsi haqqında əlavə ərizə alınmazdı. MM-in 355.1-ci maddəsinə görə, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. MM-in 355.2-ci maddəsinə görə, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. MM-in 356-cı maddəsinə görə, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazə nin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Göründüyü kimi, razılıq ərizəsinin bilavasitə ipoteka müqaviləsini təsdiqləyən notariusa təqdim edilməli olmasına dair imperativ göstəriş yoxdur. Əksinə, razılıq ərizəsi müqaviləni bağlayan hər iki tərəfin, konkret halda, həm X2un, həm də Bankın qarşısında ifadə edilə bilərdi (m. 355.1). Bu mənada, iddiaçı X2nın razılıq ərizəsinin mövcudluğu MMin 355.1-ci maddəsi baxımından yanaşılmalı və MM-in 225.6-cı maddəsinin tətbiq edilməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi. Lakin apellyasiya məhkəməsi MMin 355 və 356-cı maddələrinin tələbini diqqətə almamış, nəticədə MM-in 225.6-cı maddəsinin tətbiqi üçün əsasların mövcudluğunu müəyyənləşdirmədən həmin maddəni tətbiq etməklə maddi hüquq pozuntusun a yol vermişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X8 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi cavabdeh “xxxx” QSC kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni 19 may 2017-ci il tarixli, 264922/01 saylı ipoteka müqaviləsinin və eyni tarixli 264822/03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/18 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 213,9 kv.m olan qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri, H.Əliyev prospekti b.31 ünvanda yerlə şən, ümumi sahəsi 643,2 kv.m olan qeyri-yaşayış sahəsinin 6/7 hissəsinin 3/5 hissəsinə İddiaçı, 2/5 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3799/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3799/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver