Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3885/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh2 vəkili X1, kassator Cavabdeh1 MMC-nin vəkili X4, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 MMC-nin ayrı-ayrılıqdan verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-2573/2018, hakim E.Ə.Mehdiyev) İddiaçı Bayraməli qızının Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər arasında Bakı şəhəri, Nəsimi rayonu, 8 Mart (Eldar Tağızadə) küçəsi, 6 sayı evin 2 nömrəli mənzilinə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə bağlanmış 14 avqust 2017-ci il tarixli 061 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, 8 mart (Eldar Tağızadə) küçəsində tikilən yeni binada tikinti işləri başa çatdıqdan sonra 28 kv.m-dən ibarət 1 otaqlı tam təmirli mənzilin iddiaçıya təhvi verilməsi öhdəliyinin Cavabdeh1 MMCnin üzərinə qoyulması, Cavabdeh1 MMC-dən 14 avqust 2017-ci il tarixdən etibarən həmin mənzilin iddiaçıya təhvil verilənədək aylıq 350 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13239/2018, hakimlər E.Y.Şamayev, X.Ə.Sarıyev, Ş.Ə.Məhərrəmova) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi cavabdehlər arasında Bakı şəhəri, Nəsimi rayonu, 8 Mart (Eldar Tağızadə) küçəsi, 6 sayı evin 2 nömrəli mənzilinə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə bağlanmış 14 avqust 2017-ci il tarixli 061 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış “mənilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 14 avqust 2017-ci 061 saylı müqavilənin iddiaçıya vəzifələrin müəyyənləşdirilməsi hissəsində etibarsız hesab edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilən kassasiya şikayətlərində Cavabdeh2 qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, Cavabdeh1 MMC qətnamənin Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, 8 mart (Eldar Tağızadə) küçəsində tikilən yeni binada tikinti işləri başa çatdıqdan sonra 28 kv.m-dən ibarət 1 otaqlı tam təmirli mənzilin iddiaçıya təhvi verilməsi öhdəliyinin Cavabdeh1 MMCni n üzərinə qoyulması, Cavabdeh1 MMC-dən 14 avqust 2017-ci il tarixdən etibarən həmin mənzilin iddiaçıya təhvil verilənədək aylıq 350 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilib iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nəsimi rayonu, 8 mart (Eldar Tağızadə) küçəsi, 6 saylı evin 2 nömrəli mənzili 18 may 1994-cü il tarixdə İddiaçı Bayraməli qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bayraməli qızına məxsus Nəsimi rayonu, 8 mart (Eldar Tağızadə) küçəsi, 5 saylı evin 2 nömrəli mənzil məcburi köçkün olan Cavabdeh2 ailə üzvləri tərəfindən zəbt edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 1994-cü il tarixli qətnaməsi ilə X2 (Cavabdeh2 əri) həmin mənzild ən çıxarılması qət edilmişdir. X5 məcburi köçkün olduğundan qətnamənin icrası dayandırılmışdır. Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsindəki ərazidə yerləşən istismar müddəti başa çatmış yaşayış binalarının söküntüsü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirmişdir. İddiaçı Bayraməli qızına məxsus mənzilin yerləşdiyi yaşayış binası da Cavabdeh1 MMC tərəfindən sökülmüş, yeni yaşayış kompleksi tikilmişdir. Cavabdeh1 MMC ilə məcburi köçkün Cavabdeh2 arasında bağlanmış 14 avqust 2017-ci il tarixli 061 saylı müqaviləyə əsasən mülkiyyətçi İddiaçı Bayraməli qızının mülkiyyətində olan ünvan 1 ünvandakı ümumi sahəsi 24 kv.m olan mənzilin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə MMC-yə təhvil verməsi, MMC isə mülkiyyətçinin faktiki ümumi yaşayış sahəsinə 15 % əlavə edilməklə 1 otaqlı, 28 kv.m mənzili yeni binada tikinti işləri başa çatdıqdan sonra tam təmirli vəziyyətdə mülkiyyətçiyə verməsi nəzərdə tutulmuşdur. Bununla bərabər həmin müqavilədə yeni yaşayış kompleksində mənzil hazır olana qədər MMC tərəfindən məcburi köçkünə aylıq 350 manat kirayə xərclərinin ödənilməsi üçün kompensasiya verilməsi nəzərdə tutulmuşdur. 26 fevral 2018-ci il tarixdə İddiaçı Bayraməli qızı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddianın tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh1 MMC və Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, 8 Mart (Eldar Tağızadə) küçəsi, 6 sayı evin 2 nömrəli mənzilinə dair hüquql arın ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə bağlanmış 14 avqust 2017-ci il tarixli 061 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, 8 mart (Eldar Tağızadə) küçəsində tikilən yeni binada tikinti işləri başa çatdıqdan sonra 28 kv.m-dən ibarət 1 otaqlı tam təmirli mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, Cavabdeh1 MMC-dən 14 avqust 2017-ci il tarixdən etibarən həmin mənzilin ona tam təhvil verilənədək aylıq 350 manat kirayə haqqının tutularaq ödənilməsi, 1994-cü ilin iyun ayından 2017-ci ilin avqust ayına qədər (23 il ərzində) mənzilindən qanunsuz və əsassız olaraq sahiblik və istifadə etməklə vurduğu zərər görə 50.000 manat, mənzilini söküb dağıdaraq vurduğu zərərə görə 10.000 manat maddi zərər və 10.000 manat məbləğində mənəvi zərərin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə dair etirazlar və tərəflərin izahatları: Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Elə həmin vaxtdan ünvan 2 ünvanında yerləşən mənzildə məskunlaşmışlar. Həmin mənzilə xərc sərf edilərək yaşamaq üçün yararlı vəziyyətə gətirilmişdir. Sonradan həmin mənzil iddiaçı tərəfindən sənədləşdirilmişdir. Cavabdeh MMC haqlı olaraq mövcud duruma uyğun həm onların yaşayışının təmin edilməsi, həm də iddiaçının mülkiyyət hüququnun saxlanmasını təmin edən üçtərəfli müqavilə tərtib ed ib onlara təklif etmiş, onlar da bu təkliflə razılaşmışlar. Apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən hallara əhəmiyyət verməmişdir. Cavabdeh1 MMC şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, MMC ikili məsuliyyətə cəlb edilməklə hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkilləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətlərini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə ünvan 2 ünvanında yerləşən bağlıdır. Həmin mənzil iddiaçının mülkiyyətində olmuşdur. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, həmin mənzil məcburi köçkünlər tərəfindən tutulmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin şəxslərin mənzildən çıxarılması qət edilmiş, lakin mənzili tutan şəxslərin məcburi köçkün olması əsası ilə qətnamə icra edilməmişdir. Bundan sonra mənzilin yer ləşdiyi yaşayış binasının istismar müddəti bitdiyindən həmin binaların sökülərək yerində yeni yaşayış kompleksi tikilməsi planlaşdırılmışdır. Qeyd edilən layihəni Cavabdeh1 MMC həyata keçirmişdir. Cavabdeh1 MMC həmin mənzildə məskunlaşmış məcburi köçkün Cavabdeh2 ilə mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilmə barədə müqavilə bağlamışdır. İddiaçı mənzilin mülkiyyətçisi kimi hüquqlarının pozulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənion 152.5-ci maddəsinə əsaəsn Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə h əmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayon u, E.Tağızadə küçəsi, ev 6, 2 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləni həmin mənzilin mülkiyyətçisi olan iddiaçı ilə deyil, həmin mənzildə müvəqqəti məskunlaşmış, ona hər hansı hüquqa malik olmayan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılmalı olan Cavabdeh2 ilə bağlamaqla və sonradan mənzili sökməklə və xeyrinə yaşayış kompleksi tikməklə mülkiyyətçinin hüquqlarını pozmuş və ona ziyan vurmuşdur. Həmin müqavilədə mülkiyyətçi kimi İddiaçı Bayraməli qızının hüquq və vəzifələri əks olunsa da, sonuncu həmin müqavilənin bağlanmasına razılıq verməmiş və onu imzalamamış,həmin müqavilə sonuncunun iradə ifadəsini əks etdirməmiş, müqavilə yalnız Cavabdeh1 MMC və məcburi köçkün Cavabdeh2 tərəfindən imzalanmışd ır. Eyni zamanda müqavilədə iddiaçının mülkiyyətində olan mənzilinin üzərinə sonuncunun iradəsinə zidd olaraq sərəncamverici müddəalar əlavə edilmiş, müqavilənin 1.3-cü maddəsində “Məcburi köçkün də inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra həmin mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə əgər tikinti işləri yekunlaşana qədər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yaxud digər dövlət qurumları tərəfindən müvafiq qaydada yaşayış sahəsi ilə təmin olunmadığı təqdirdə mülkiyyətçiyə təhvil veriləcək tam təmirli məzili təhvil alır və həmin mənzildə yaşamaqda davam edir” şərti daxil edilərək MMC ilə məcburi köçkün özbaşına olaraq iddiaçıya gələcəkdə veriləcək mülkiyyətin sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışlar. Beləlik lə, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və yerində başqa binanın tikintisinin həyata keçirilməsini, mülkiyyətin əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyünü və eyni zamanda iddiaçının mübahisələndirilən müqavilənin şərtlərinə uyğun olaraq ona mülkiyyətində olan mənzilin əvəzinə yeni tikilən binada 1 otaqlı mənzil verilməsini və həmin mənzil tikilənədək aylıq kirayə haqqının ödənilməsinin tələb etdiyini nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin tələbləri təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q
Məhkəmə qərarları › İş №2(102)-3885/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3885/2019
23.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver