Məhkəmə qərarları › İş №2(102)-4013/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4013/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4013/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X15 və X16 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəyə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X15 və X16 mübahisə predmeti barədə müstəqil tələblər irəli sü rməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəyə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1000/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixində Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri Vasif Atakişiyevin imzaladıqları xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşay ış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m. 500 manat olmaqla, 39.845 manata İddiaçı satılmışdır.

2. Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri Vasif Atakişiyevin imzaladığı xx.xx.2019-ci il tarixli, 60 saylı maliyyə arayışına əsasən İddiaçı aldığı 65 saylı mənzilini dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur.

3. İddiaçı ilə Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri Vasif Atakişiyevin imzaladıqları xx.xx.2019-cu il tarixli AZ/B01/ MR08/MN60/TRP/040219 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121,87 kv.m. olan 2 otaqlı, 66 saylı mənzilin 1 kv.m. 500 manat olmaqla, 60.935 manata İddiaçı satılmışdır.

4. Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri Vasif Atakişiyevin imzaladığı xx.xx.2019-cu il tarixli 66 saylı maliyyə arayışına əsasən, İddiaçı aldığı 66 saylı mənzilin 60.935 manat dəyərini tam ödəmişdir.

5. Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli protokolunda qeyd edilmişdir ki, gündəlikdə olan məsələdə MTK ilə alıcı arasında bağlanmış alğı-satqı müqavilə şərtlərinin yerinə yetirilməməsi haqqındadır. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar MTK-nın sədr müavini Vasif Atakişiyev qeyd etmişdir ki, İddiaçı satılmış (AZ/B01/MR09/MN66/TRP/040219, B01-MN66 saylı və (AZ/B01/MR02/MN60/BRT/290119, B01-MN60 saylı) mənzillərin müqavilədə qeyd olunmuş ödəmə məbləğləri bu günə kimi MTK-ya ödənilməmişdir. Adları sadal anan şəxslərə dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi mənzillərin ödəmə məbləğinin tam dəyəri ödənilməmişdir. Belə ki, yuxarıda göstərilən səkkiz mənzilin hər biri torpaq sahibi ilə bağlanmış müqavilə əsasında müqavilə şərtlərinə uyğun verilmiş olsa da, sonradan həmin mənzillər torpaq sahibi tərəfindən MTK-ya qaytarılmış, pay hüququndan imtina edərək, həmin pay hüququnun və həmin mənzilin satılmasına və digər şəxsin adına keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra həmin mənzillər müqavilə əsasında başqa şəxslərə satılmış və texniki səhv olaraq, yəni satılmış mənzillərin pulunun ödənilməsini ilkin sənədi əsas götürərək maliyyə arayışı verilmişdir. Beləliklə, mənzil alan şəxslər texniki səhvdən istifadə edərək MTK-ya pul ödəmədikləri halda "xxxx" əldə etməyə nai l olmuşlar. Bu günə kimi isə həmin mənzillərin pulu MTK-ya ödənilməmişdir. Bütün bunları və müqavilələrin 2.3-cü bəndini əsas götürərək yuxarıda göstərilən bağlanmış müqavilələrin birtərəfli qaydada ləğv edilməsi, maliyyə arayışının ləğv olunması və mənzilin yenidən satışa çıxarılması haqqında qərar çıxarılmışdır. Baş mühasib Nərimanov Alim çıxış edərək bildirdi ki, yuxarıda göstərilən səkkiz mənzillərdən heç biri alğı-satqı müqaviləsinin şərtlərinə əsasən ödəniləsi məbləğ MTK-nın xəzinədarlığına mədaxil olmamışdır. X24 çıxış edərək bildirdi ki, kooperativin fəaliyyəti dövründə alıcılarla bağlanmış alğı-satqı müqavilələrin şərtləri bir çox sakinlər tərəfindən, o cümlədən yuxarıda adları qeyd olunan sakinlər tərəfindən daima pozulmuş, belə ki, müqavilənin 2-ci bəndi “Hesablaşmalar və ödəniş şərtləri” və 5-ci bəndinin “Müqavilənin pozulması” şərtlərinə riayət olunmamış, bu da tikintinin tam başa çatmasına, eyni zamanda podrat və dövlət təşkilatlarına vaxtlı-vaxtında ödənişlərin aparılmasına imkan verməmişdir. Həmin şəxslərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə əsasında götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. X10 çıxış edərək Vasif Atakişiyev və qeyrilərinin göstərmiş olduqlarını bir daha təsdiq etdi. Yuxarıda göstərilənləri nəzərə alaraq gündəlikdə duran məsələ açıq səs vermə yolu ilə səsə qoyuldu. Təklif yekdilliklə qəbul olundu. Bitərəf qalan və əleyhinə səs verən olmadı.

6. X15 ilə MTK-nın sədri Arzuman Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli AZ/B01/MR08/MN60/NGD/221217 saylı müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfi ndən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsindən sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m. 690,17 manat olmaqla, 55.000 manata X4.

7. Cavabdeh MTK-nın sədri Arzuman Əliyevin imzaladığı xx.xx.2017-ci il tarixli 1110 saylı maliyyə arayışından görünür ki, X15 aldığı 60 saylı mənzilin dəyəri olan 55.000 manatı tam ödəmişdir.

8. X16 ilə Cavabdeh MTK-nın sədri Arzuman Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli AZ/B01/MR09/MN66/NGD/021117 saylı müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 121,87 kv.m. olan 3 otaqlı, 66 saylı mənzilin 1 kv.m. 600 manat olmaqla, 73.122 ma nata X5.

9. Cavabdeh MTK-nın sədri Arzuman Əliyevin imzaladığı xx.xx.2017-ci il tarixli 144 saylı maliyyə arayışına əsasən X16 aldığı 66 saylı mənzilin dəyəri olan 73.122 manatı tam ödəmişdir.

10. Borc verən qismində Ramazanov Anar, borc alan qismində İddiaçı, iştirak edən qismində isə X7 imzaladıqları xx.xx.2019-cu il tarixli, 1 saylı borc razılaşmasına əsasən, İddiaçı (ŞV seriya AZE 0*******) təsdiq edir ki, X7 (ŞV seriya AZE ********) iştirakı ilə Cavabdeh MTK-nın inşa etdiyi B1 saylı binanın 8-ci mərtəbəsindəki 60 saylı, sahəsi 79,69 kv.m. olan 2 və B1 saylı binanın 9-cu mərtəbəsindəki 66 saylı, sahəsi 121,87 kv.m. olan 3 otaqlı mənzili alarkən X17 80.000 manat borclu qalmışdır. 53.800 manat ödənilmişdir. X14 və bu borcun 33.200 manat məbləği X18 tərəfindən xx.xx.2019-cu il tarixinə ki mi ödəyəcəyini və qalan 26.200 manat məbləği isə 24 ay (2 il) müddətinə ayda 1.091,66 manat ödəməklə qaytaracaqdır. Ödənişləri hər ayın 31-dən gec olmayaraq edəcəkdir. 11. xx.xx.2019-cu il tarixli, 01 nömrəli borc razılaşması barədə sənəddən görünür ki, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-ci ildə isə 900 manat pul İddiaçı qızı tərəfindən ödənilmiş, X19 tərəfindən həmin məbləğlər alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində birinci icraat:

12. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin və yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 121,87 kv.m. olan 3 otaqlı, 66 saylı mənzillərinə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzillərin sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MTK və Alıcı kimi onun arasında xx.xx.2019-cu il tarixli, AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilə əsasında 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin dəyəri olan 39.845 manat ödəmişdir. Bu barədə ona xx.xx.2019-cu il tarixdə maliyyə arayışı təqdim edilmişdir. Həmçinin 4 fevral 2019-cu il tarixli, AZ/B01/MR09/MN66/TRP/040219 saylı müqavilə əsasında 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121,87 kv.m. olan 3 otaqlı, 66 saylı mənzilin dəyəri olan 60.395 manat ödəmişdir. Bu barədə də ona xx.xx.2019-cu il tarixdə maliyyə arayışı təqdim edilmişdir. Lakin bu günədək cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, yaşayış kompleksində inşa edilən binalar sakinlərin istifadəsinə verilsə də, müqavilədə nəzərdə tutulan yaşayış sahələri onun sahiblik və istifadəsinə verilməmişdir. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən bu hərəkətlərə son qoyulmasını tələb etsə də, cavabdehin hərəkətsizlik nümayiş etdirməsi ona məxsus ya şayış sahələrinə sahiblik və istifadəsinə verilməsini müxtəlif bəhanələrlə uzadır. O, cavabdehin hesabına mübahisəli yaşayış sahəsinin dəyərini tam ödəmiş, həmin yaşayış sahələrinə onun xx.xx.2019-cu il tarixdən mülkiyyət hüquqları yaranmışdır.

14. Cavabdeh MTK-nın nümayəndəsi iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarının saxta olması onunla sübut olunur ki, maliyyə arayışının sıra nömrəsi yalnız mənzillərin nömrələri (60 və 66) yazılmaqla guya qeydiyyatdan keçdiyi göstərilmişdir. Faktiki olaraq isə MTK-da sıra nömrəsi 60 və 66 saylı maliyyə arayışları qeydiyyatdan keçməmişdir. Həmin maliyyə arayışlarının hansı yolla əldə olunması onlara da məlum deyildir. Sonradan məlum olmuşdur ki, iddiaçı makler X18 (ş/v:AZE********) ilə ra zılaşmaqla mənzilin dəyərini onun vasitəsi ilə ödəmək şərti ilə ona 53.800 manat pul vermiş və sonuncu isə həmin pulu mənimsəyərək MTK-ya ödəməmişdir. Sonradan, həmin xüsusat araşdırılmış, X18 MTK-ya gələrək iddiaçıdan 53.800 manat pulu aldığını etiraf etmiş və həmin pulu xx.xx.2019-cu il tarixə kimi ödəyəcəyinə söz verməklə xx.xx.2019-cu il tarixdə 01 nömrəli “Borc razılaşması barədə müqavilə” bağlamışlar. Həmin müqaviləyə X18 və iddiaçı da imza etmişlər. Həmin borc razılaşması müqaviləsindən görünür ki, iddiaçı mənzilin dəyərinin yalnız xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.1019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-ci ildə isə 900 manat pul öd əmiş və ondan sonra isə mənzilin dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə mənzilin dəyərinin ödənilməsi ilə bağlı iddiaçıya və Cəmşid Bədirzadəyə şifahi və yazılı olaraq xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar mənzillərin dəyərinin cədvəl üzrə ödənilməsindən və son nəticədə ümumiyyətlə ödəməkdən imtina etmişlər. Bütün bunları nəzərə alaraq MTK Nizamnaməsinə və onunla bağlanmış müqavilələrin 4.1.3-cü bəndi əsas götürməklə xx.xx.2020-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarı ilə müqavilələri və mənbəyi məlum olmayan saxta maliyyə arayışları ləğv edilmiş və bu barədə ona rəsmi poçt vasitəsi ilə məlumat verilmişdir. Həmin gündən bu günə qədər 3 il 8 ay keçdikdən sonra isə bu barədə nədənsə məhkəmədə əsassız olaraq iddia qaldırmışdır. İddiaçı MTK-ya sözügedən hər 2 mənzillər in dəyərindən yalnız, cəmi 4.200 manat pul ödəmişdir. Həmin 4.200 manat pulun MTK-dan götürməsi barədə dəfələrlə ona bildirilsə də həmin pulu da nədənsə bu günə kimi gəlib götürməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında müqavilə qanunvericiliyə uyğun olaraq ləğv edildiyindən MTK tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilməsi məqsədə uyğun sayılmamışdır. Bundan başqa bildirilir ki, sözügedən müqavilələr xx.xx.2020-ci il tarixdən ləğv edildiyindən həmin mənzillər onun sahiblik və istifadəsinə verilməmiş, onun sahibliyinə verilməsi üçün iddia qaldırmaq müddəti 1 il olmasına baxmayaq, həmin müddətdən 3 il 8 ay keçdiyindən Mülki Məcəllənin 165.2-ci maddəsi tətbiq olunmaqla rədd edilməlidir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağa n edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrum etmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edir. Həmçinin “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkild ə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “1. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.” Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahis ə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əlavə olaraq bildirilir ki, sözügedən 66 saylı mənzil hazırda X8, 60 saylı mənzil isə X2 və istifadəsindədir. Eyni zamanda bildirilir ki, 1-ci binanın 66 saylı və 65 saylı mənzilləri birləşdirilərək X3 və istifadəsində saxlanmışdır.

15. Məhkəmə iclasında X15 və X16 mübahisə predmeti barədə müstə qil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

16. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-630/2025 nömrəli, 3 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli 60 saylı mənzilə dair xx.xx.2017-ci ildə X15 ilə, 66 saylı mənzilə dair isə X16 ilə xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmış və onların müqavilələrini satıcı qismində Cavabdeh MTK-nın sədri Arzuman Əliyev imzalamışdır. Həmçinin də Cavabdeh MTK-nın sədri Arzuman Əliyevin imzası ilə X9 adına xx.xx.2017-ci il tarixli 1110 saylı və X8 adına isə xx.xx.2017-ci il tarixdə 144 saylı maliyyə arayışları da verilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən 1 saylı yaşayış binasının 60 saylı mənzili binanın 8-ci mərtəbəsində yerləşməklə X9 istifadəsindədir. Mənzildə olan X15 izahatında təmir işlərinin aparıldığını və mənzilin 2017ci ildən onun istifadəsində olmasını bildirmişdir. Mənzildə təmir işlərinin aparılması müşahidə edilir. Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində 66 saylı mənzil X8 istifadəsindədir. Binanın 65 saylı mənzili də ona məxsus olmaqla həmin mənzillər birləşdirilmişdir. Mübahisə predmeti olmayan 65 saylı 2 otaqlı mənzil tam təmir olunmuş vəziyyətdədir və təyinatı üzrə istifadə edilir, 3 otaqlı 66 saylı mənzildə isə təmir işləri davam etdirilir. Mənzildə olan X8 izahatına əsasən iki oğlu olduğu üçün 66 sa ylı və 65 saylı mənzilləri birləşdirilməsini məqsədə müvafiq saymışdır. İddiaçı ilə hər iki mənzillə bağlı müqavilələr xx.xx.2019-cu ildə bağlanaraq xx.xx.2019-cu il tarixdə isə həmin mənzillərin dəyərinin tam ödənilməsinə dair onun adına maliyyə arayışları verilsə də, iddiaçının onun tərəfindən müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi və cavabdeh tərəfin isə öhdəlikləri yerinə yetirilməməklə onun hüquqlarının pozulması kimi dəlilləri işin faktiki araşdırılmış həqiqi halları ilə öz təsdiqini tapmır. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1 saylı Borc Razılaşması barədə müqavilədən aydın görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə MTK-ya mənzillərinin dəyəri tam ödənilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı mənzillərin pullarını X18 adlı şəxsə ödəmiş və həmin şəxsin idd iaçı ilə birlikdə imzası və iştirakı ilə tərtib edilən sözügedən borc müqaviləsinə əsasən sonuncunun həmin pulun xx.xx.2019-cu il tarixə kimi ödəyəcəyinə söz verilmişdir. İddiaçı MTK-ya hər iki sözügedən mənzillərin dəyərindən müxtəlif tarixlərdə cəmi 4.200 manat pul ödəmişdir. Cavabdeh tərəfin izahatlarından həmçinin görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları MTK-da sıra nömrəsi 60 və 66 nömrələri ilə qeydiyyatdan keçməmiş, saxtadır və həmin maliyyə arayışlarının hansı yolla əldə olunması onlara da məlum deyildir.

18. Məhkəmə hesab etmişdirdir ki, iddiaçı tələbində hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini iddia etsə də, buna dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, 60 və 66 saylı mənzillərə dair müqavi lələr iddiaçı ilə bağlanmış müqavilələrdən daha əvvəl bağlanmaqla, onların ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair heç bir sübut növü təqdim edilməmiş, iddiaçı da bu müqavilələrin qanuniliyini mübahisələndirməmişdir. Başqa sözlə, mübahisəli 60 saylı mənzilə dair xx.xx.2017-ci ildə X15 ilə, 66 saylı mənzilə dair isə X16 ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr hazırkı vaxta kimi qüvvədədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçı ilə bağlanmış Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 79,69 kv.m. olan 2 otaqlı 60 saylı mənzilə dair, eləcə də 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121,87 kv.m. olan 3 otaqlı 66 saylı mənzilinə dair xx.xx.2019-cu il tarixli müqavilələr e tibarlı müqavilələr olmamaqla tərəflərin iradə ifadəsi əsasında bağlanmış əqdlər olmamışdır. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.

20. Məhkəmə hesab etmişdirdir ki, hazırkı mülki iş üzrə iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

21. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 425.1, 425.2, 324.1, 389.1, 135.7, 405.1-ci maddələrinə, Konstitus iya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı”na istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativ inin hesabına mübahisəli yaşayış sahəsinin dəyərini tam ödəmiş, həmin yaşayış sahələrinə 5 fevral 2019-cu il tarixdən onun mülkiyyət hüququ yaranmış, həmin tarixdən yaşayış sahəsi onun sahiblik və istifadəsindədir. İddiaçı ilə "xxxx" MTK arasında qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr bağlanmış, həmin müqavilələr əsasında tərəflər arasında mülki hüquqlar və vəzifələr əmələ gəlmiş, iddiaçı iki ədəd mənzilin alınması üçün mənzillərin müqavilədə razılaşdırılmış dəyərini cavabdehə ödəmiş, cavabdeh bu barədə ona maliyyə arayışı vermişdir. Cavabdehin müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməməsi iddiaçıya ziyan vurmaq niyyəti ilə edildiyi üçün hüquqdan sui-istifadə sayılmalıdır. İddiaçı MTK-nın üzvü kimi kooperativin verdiyi mənzillər üçün pay haqqını tam verdiyinə görə həm in mənzillərə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam və vaxtında icra edildiyi üçün cavabdeh MTKdan müqavilə öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh MTK İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilmiş iki mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, hazırda cavabdeh öhdəliyini icra etməkdən imtina edir, ona görə də hər iki mənzil MTK-dan alınaraq müqavilədə nəzərdə tutulan şərtlərlə iddiaçıya verilməlidir. Cavabdeh Mənzil Tikinti Kooperativi müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən imtina etdiyi üçün Kooperativin həmin hərəkətləri qanunsuz sayılmalı və mübahisəli yaşayış sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmalıdır. İddiaçı ilə "xxxx" MTK arasında yazılı müqavilə imzalanmışd ır. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşə baxan hakim qanunvericilikdə nəzərdə tutulmuş sübutu deyil, cavabdehin heç bir sənədlə təsdiq olunmayan izahatı və məhkəməyə təqdim edilməyən qeydiyyat jurnalını mötəbər sübut kimi qəbul etmişdir. Qətnamədə qeyd edilir ki, guya tərəf iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarının MTK-da sıra nömrəsi 60 və 66 nömrələri ilə qeydiyyatdan keçməmiş, saxtadır və həmin maliyyə arayışlarının hansı yolla əldə olunması cavabdehə məlum deyildir. İşə baxan hakimin cavabdehin həmin izahatının hansı əsasla mötəbər sübut kimi qəbul etməsi hakimin qulluq mövqeyindən suiistifadəsidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə hər hansı qeydiyyat jurnalı təqdim edilməmişdir. Mübahisəli mənzillərin digər şəxslərə verilməsi barədə də hər hans ı qeydiyyat yoxdur. İşə baxan hakim tərəfindən gəldiyi nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. İddiaçı hər iki mənzilin dəyərinin tam həcmdə MTK-nın hesabına ödənilməsi barədə maliyyə arayışları verilmişdir. Həmin maliyyə arayışları MTK-nın vəzifəli və səlahiyyətli şəxsi tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilələrin və maliyyə arayışlarının saxta olması barədə işə baxan hakim tərəfindən hər hansı mötəbər dəlil qətnamədə qeyd edilməmişdir. İşə baxan hakim mübahisə üzrə düzgün nəticəyə gəlməmiş, iddiaçının qanunvericiliyin tələblərinə uyğun mübahisəli mənzillərdən istifadə hüququ əldə etməsi iddianın qanuni olduğunu sübut edir, işə baxan hakimin mübahisə üzrə gəldiyi nəticə işin hallarına uyğ un deyildir. İddiaçı tərəfindən mənzillərin dəyəri MTKnın hesabına ödənilmişdir. Mənzillərin dəyəri "xxxx" MTK-nın hesabına ödənilməsəydi, ona MTK-nın vəzifəli və səlahiyyətli şəxsi tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiqlənmiş müqavilə və maliyyə arayışı verilməzdi. İddiaçı ilə X18 arasında borc müqaviləsi bağlanmış, İddiaçı mənzillərin dəyəri bir hissəsini ödəmək üçün Cəmşid Bəşirzadədən borc pul almış, həmin pulu da öz pulunun üzərinə qoyaraq MTK-nın hesabına ödəmişdir. Borc müqaviləsinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. Cavabdeh tərəfindən MTK-nın mənzillərin satışı barədə jurnal (qeydiyyat kitabı) məhkəməyə təqdim olunmamışdır. İddiaçıya təqdim edilmiş 60 və 66 nömrələri mənzillərə dair maliyyə arayışlarının MTK-qeydiyyat jurnalında olub-olmaması jurnala baxış keçirməklə müəyyən edilə bilər. Həmin qeydiyyat jurnalı cavabdehdə olduğu üçün təqdim edilməmişdir.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ona etibarnaməni MTK-da sədr vəzifəsini müvəqqəti icra edən Füzuli Ağayev verib, o, sədrin müavinidir. Arzuman Əliyev MTK-nın birinci təsisçisi olub, daha sonra tutulub, sonralar Rusiya Federasiyasına çıxıb gedib. Razılaşma MTK-da olmuş, aktı imzalayan şəxslər pulu ödəyəcəyiklərinə dair razılığa gəldiklərini bildiriblər. Ödəniş tam həyata keçirildiyi təqdirdə mənzillər iddiaçıya veriləcəkdi. Ona görə də sənədə MTK-nın möhürü vurulub. Müqavilə bağlandıqdan sonra 4200 manat MTK-ya ödənilib, pulu MTK-nın xəzinədarlığı alıb. Maliyyə arayışı onlarda qeydiyyatdan keçməyib, maliyyə arayışına möhür onlara məlum olmayan şəxs tərəfindən vurulub. Atakişiyev satış-marketinq üzrə menecer olub. Maliyyə arayışı onlarda qeydiyyata alınmayıb. İddiaçı mənzillərin ödənişini tam həyata keçirdiyini və buna dair maliyyə arayışı verildiyini bildirsə də, daha sonra borc müqaviləsi bağlayaraq MTK-nın hesabına ödənişlər etmişdir. Müqavilədəki imzanın iddiaçıya məxsus olduğunu və müəyyən miqdarda ödənişlər olunduğunu qəbul edirlər. Lakin qarşı tərəfin maliyyə arayışı almasına dair iddiası və bundan sonra MTK-nın hesabına hissə-hisə ödənişlər həyata keçirməsi halı birbiri ilə ziddiyyət təşkil edir. Bədirzadə Cəmşid bildiyinə görə alğı-satqı vasitəçisidir, MTK və iddiaçı arasındakı əlaqələri o yaradıb. Müqavilə qeydiyyat jurnalında qeydə alınmayıb, ona görə də müqavilən i qəbul etmirlər, iddiaçı 2019-cu ildə müqaviləni gətirib MTK-ya təqdim etdiyi üçün, iclas keçirilərək müqavilənin ləğv edilməsi qərara alınmışdır. Müqavilənin ləğv olunması barədə məktubu iddiaçıya göndərmişlər. Bununla bağlı poçt qəbzi var ki, qarşı tərəf məktubu əldə etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X15 bildirdi ki, xx.xx.2017-ci il tarixli müqavilə ilə "xxxx" Mənzil Tikinti Kooperativindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzili almış və mənzil ona təhvil verilmişdir. Pensiya aldıqca evi təmir etdirmişdir. Evi 2017-ci ildə alsa da təmir işlərinə 2020-ci ildə başlamışdır. Hazırda da təmir davam edir.

26. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X16 bildirdi ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativindən Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 66 saylı mənzili almışdır. Həmçinin, həmin mənzilə qonşu olan 65 saylı mənzili də almış və mənzilləri birləşdirmişdir. Hazırda həmin mənzildə oğlu yaşayır.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1000/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Ayaz Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı MTK ilə bağlanmış 4 fevral 2019-cu il tarixli müqavilələrə istinad edərək həmin mənzillər üzərində hüquqlarının tanınması və mənzillərin onun sahibliyinə qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh MTK-dan tələb etdiyi mənzillər iddiaçı ilə bağlanmış müqavilələrdən daha əvvəl, yəni xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında müvafiq olaraq X8 və X9 mülkiyyətinə verilmişdir.

29. İddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət əsasında, o cümlədən apellyasiya şikayətinin dəlilinin yoxlanılması üçün məhkəmə kollegiyası tərəfindən tərəflərin, o cümlədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı ilə mübahisə predmeti olan mənzillərin yerləşdiyi ünvanda yerində müayinə keçirmişdir. Yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 79,69 kv.m. olan 60 saylı mənzil üçüncü şəxs X2 olmaqla, həmin mənzildə natamam təmir işləri görülmşüdür. İddiaçının iddia etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən üçotaqlı, ümumi sahəsi 121,87 kv.m. olan 66 saylı mənzildə isə rekanstruksiya işləri görülmüş, həmin mənzilin 21,96 kv.m. sahədən ibarət yaşayış otağı və mənzilin dəhlizinin bir hissəsi, ona qonşu olan 65 saylı mənzilin t ərkibinə daxil edilmiş, 65 və 66 saylı mənzillər tam təmir edilmişdir. Həmin mənzillər isə üçüncü şəxs X1 ki, bununla da qeyd olunan mənzillərin cavabdehin sahibliyində olması sübut olunmamışdır. Cavabdehin sahibliyində olmayan mənzillərin isə onun tərəfindən iddiaçının sahibliyinə verilməsi mümkün deyildir. Üçüncü şəxslərə münasibətdə isə onlarla cavabdeh arasında bağlanmış müqavilələr mübahisələndirilməmiş və etibarsız sayılmamışdır. Yalnız qeyd olunan hal baş verdiyi təqdirdə mənzil üzərində iddiaçının hüquqlarının təsbiti və qanunsuz sahibdən mənzillərin tələb edilməsi mümkün hesab oluna bilərdi.

30. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, cavabdeh tərəf üçüncü şəxslərlə bağlanmış müqavilələrin iddiaçıdan daha əvvəl bağlandığını, iddiaçıya məxsus müqavilələrdəki mənzil nömrələ rinin səhv qeyd olunduğunu bildirmişdir. Bununla yanaşı cavabdeh iddiaçı ilə bağlanmış müqaviləyə xitam verildiyini də iddia etmişdir ki, həmin halın təsdiq və ya inkar olunması üçüncü şəxslərlə bağlanmış müqavilələr mübahisələndildiyi halda, iddiaçının bu tələbi irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcəkdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsi iddianı bu tələbə cavab verən şəxs olmaması əsası ilə rədd etməli idi. Birinci instansiya məhkəməsi isə nəzərə almamışdır ki, iddiaçının öz mənafeyi üçün iddia etdiyi bütün hallar təsdiq olunduğu halda belə cavabdehə münasibətdə iddianın təmin edilməsi mümkün olmayacaqdı. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi əsası ilə razılaşm amışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 152.1, 157.2, 178.8, 337.2, 339.1, 339.6-cı və Mülki Prosessual Məcəllənin 14.2, 50.3, 54.1, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X16 və X15 mübahisəli mənzilləri cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında əldə etmişlər. Həmin mənzillərə onların sərəncam hüquqları yaranmamışdır. Həmin mə nzillər cavabdehin mülkiyyətindən çıxmamışdır. 3-cü şəxslər cavabdehlə onun mülkiyyətinə verilməli olan mənzillərə dair müqavilələr bağlamışlar. Onlarla bağlanmış müqavilələr hüquqdan sui-istifadə etməklə bağlanmışdır. Cavabdeh həmin müqavilələri onunla bağlanmış müqavilələr ləğv edilmədən və MTK-nə ödədiyi pul qaytarılmadan bağlamışdır.

34. İş materiallarındakı Cavabdeh MTK tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 72 saylı Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının Protokolundan görünür ki, “qeyd edilən mənzillərin dəyərinin tam ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək vəsaitlər ödənilməmişdir. Yuxarıda qeyd edilən 8 mənzilin hər biri ilə torpaq sahibi ilə bağlanmış müqavilələr, müqavilə şərtlərinə uyğun verilmiş olsa da, sonradan həmin mənzillər torpaq sahibi tərəfindən MTK-ya qaytarılmış, pay hüququndan imtina edərək, həmin pay hüququnun və həmin mənzillərin satılmasına və digər şəxsin adına keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir”. Cavabdeh MTK mənzillərin dəyərinin tam ödənildiyini, onunla bağlanmış müqavilələrin müqavilə şərtlərinə uyğun bağlandığını qeyd etməklə iddianı etiraf etmişdir. Məhkəmə kollegiyası iş üçün mühüm əhəmiyyəti olan həmin halı araşdırmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin “cavabdehin sahibliyində olmayan mənzillərin onun tərəfindən iddiaçının mülkiyyətinə verilməsi mümkün deyildir. 3-cü şəxslərə münasibətdə isə onlarla cavabdeh arasında bağlanmış müqavilələr mübahisələndirilməmiş və etibarsız sayılmamışdır” nəticəsi əsassızdır. Nə birinci instansiya məhkəməsində, nə də apellyasi ya instansiyası məhkəməsində həmin hal müzakirə olunmamışdır. Bu barədə hər hansı qeyd yoxdur.

36. İş materiallarında cavabdeh MTK-nın Nizamnaməsi yoxdur. Həmin Kooperativin hüquqi şəxs olmasını və hazırda idarəedicinin (direktorun və ya digər səlahiyyətli şəxsin) kim olmasını təsdiq edən hər hansı sübut yoxdur. "xxxx" MTK-nı məhkəmədə təmsil edən nümayəndəyə etibarnamə səlahiyyətli şəxs tərəfindən verilməmişdir, bu barədə məhkəmə kollegiyasına vəsatət verilsə də, müzakirə olunmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar aydınlaşdırılmamışdır.

37. İddiaçı ilə "xxxx" MTK arasında yazılı müqavilə imzalanmışdır. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşə baxan məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş sübutu deyil, cavabdehin heç bir sənədlə təsdiq olunmayan izahatını mötəbər sübut kimi qəbul etmişdir.

38. Onunla bağlanmış müqavilələrin də etibarsız olmaları mübahisələndirilməmiş və həmin müqavilələr məhkəmə tərəfindən etibarsız sayılmamışdır. Hazırda qüvvədə olan və şərtlərinə əməl olunması müqavilə tərəfləri üçün məcburi olan müqavilələrə əməl edilməməsi məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

39. Cavabdeh MTK-nin vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz verərək, etirazı iddia tələbinə etirazla eyni dəlillərə istinad edilməklə əsaslandırılmış, etirazda şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının M ülki Məcəlləsi.

40. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

41. Maddə.146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə.157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

46. Maddə.157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi o lmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

47. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanm a və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

51. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

52. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozma qla icra edilməsi) başa düşülür.

53. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

54. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

55. Maddə.1 13.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olu nmalıdır.

56. Maddə.113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

57. Maddə.113.3 Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığın ı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxmış apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-e dilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

75. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

76. İddia tələbi ndən görünür ki, iddiaçı onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən MTK tərəfindən ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı, 60 saylı mənzilin 39.845 manata və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən isə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində 2 otaqlı, 66 saylı mənzilin 60.935 manata satılmasını, mənzillərin dəyərinin onun tərəfindən tam ödənilməsi barədə MTK tərəfindən ona maliyyə arayışlarının verilməsini qeyd edərək, mübahisəli 60 və 66 saylı mənzillərinə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzillərin sahibliyinə və istifadəsinə verilməsini məhkəmədən xahiş etmişdir.

77. İşi n məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür ki, iddia predmetini təşkil edilən mənzillər barəsində müvafiq olaraq iddiaçı və üçüncü şəxslərlə müqavilələr bağlanmış və maliyyə arayışları verilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m. 500 manat olmaqla, 39.845 manata iddiaçıya satılmış, MTK-nın xx.xx.2019-ci il tarixli, 60 saylı maliyyə arayışına əsasən iddiaçı aldığı 65 saylı mənzilini dəyərini tam ödəmişdir və MTK- ya borcu yoxdur. Həmçinin iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən MTK tərəf indən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121,87 kv.m. olan 2 otaqlı, 66 saylı mənzilin 1 kv.m. 500 manat olmaqla, 60.935 manata iddiaçıya satılmış, MTK-nın xx.xx.2019-cu il tarixli 66 saylı maliyyə arayışına əsasən, iddiaçı aldığı 66 saylı mənzilin 60.935 manat dəyərini tam ödəmişdir. Bundan başqa üçüncü şəxs X15 ilə MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsindən sahəsi 79,69 kv.m. olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m. 690,17 manat olmaqla, 55.000 manata Vəliməmməd Bayramova satılmış, MTK-nın xx.xx.2017-ci il tarixli 1110 saylı maliyyə arayışına əsasən X11 6 0 saylı mənzilin dəyəri olan 55.000 manatı tam ödəmişdir. Bundan başqa üçüncü şəxs X16 ilə MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “MTK tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 121,87 kv.m. olan 3 otaqlı, 66 saylı mənzilin 1 kv.m. 600 manat olmaqla, 73.122 manata Fazil Bayramova satılmış,MTK-nın xx.xx.2017-ci il tarixli 144 saylı maliyyə arayışına əsasən Fazil Bayramov aldığı 66 saylı mənzilin dəyəri olan 73.122 manatı tam ödəmişdir.

78. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının cavabdeh MTK-dan tələb etdiyi mənzillər iddiaçı ilə bağlanmış müqavilələrdən daha əvvəl, yəni xx.xx.2017-ci il tarixli və xx.xx.20 17-ci il tarixli müqavilələr əsasında müvafiq olaraq üçüncü şəxslər Fazil Bayramovun və Vəliməmməd Bayramovun mülkiyyətinə verilmişdir. Yerli baxış zamanı da iddiaçının iddia etdiyi mübahisəli 60 saylı mənzilin üçüncü şəxs Vəliməmməd Bayramovun sahibliyində olmaqla, həmin mənzildə natamam təmir işləri görülməsi, iddiaçının iddia etdiyi mübahisəli 66 saylı mənzildə isə rekanstruksiya işləri görülməsi, həmin mənzilin 21,96 kv.m. sahədən ibarət yaşayış otağı və mənzilin dəhlizinin bir hissəsinin, ona qonşu olan 65 saylı mənzilin tərkibinə daxil edilməsi, 65 və 66 saylı mənzillərin tam təmir edilməsi, həmin mənzillərin isə üçüncü şəxs Fazil Bayramovun sahibliyində olması, cavabdeh MTK-nın sahibliyində olmasının sübut olunmaması müəyyən edilmişdir. Cavabdehin sahibliyində olmayan mənzillərin is ə onun tərəfindən iddiaçının sahibliyinə verilməsi mümkün deyildir. Üçüncü şəxslərə münasibətdə isə onlarla cavabdeh arasında bağlanmış müqavilələr mübahisələndirilməmiş və etibarsız sayılmamışdır. Yalnız qeyd olunan hal baş verdiyi təqdirdə mənzil üzərində iddiaçının hüquqlarının təsbiti və qanunsuz sahibdən mənzillərin tələb edilməsi mümkün hesab oluna bilərdi. Həmin halın təsdiq və ya inkar olunması üçüncü şəxslərlə bağlanmış müqavilələr mübahisələndildiyi halda, iddiaçının bu tələbi irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcəkdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsi iddianı bu tələbə cavab verən şəxs olmaması əsası ilə rədd etməli idi. Birinci instansiya məhkəməsi isə nəzərə almamışdır ki, iddiaçının öz mənafeyi üçün iddia etdiyi bütün hallar təsdiq olunduğu halda belə cavabdehə münasibətdə iddianın təmin edilməsi mümkün olmayacaqdı. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi əsası ilə razılaşmamışdır.

79. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

80. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

81. Göründüyü kimi, Cavabdeh MTK ilə İddiaçı arasında azad surətdə mübahisəli 60 və 66 saylı mənzillərə dair xx.xx.2019-cu il tarixli iki müqavilə başlamış və müqavilədə şərtlər müəyyənləşdirilmişdir. Müqavilə tərəfi olan Cavabdeh MTK tərəfindən xx.xx.2019cu il tarixli maliyyə arayışları tərtib edilərək müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənildiyi qeyd olunmuşdur.

82. MTK-nın nümayəndəsi iddia tələbinə etirazında - iddiaçının X18 ilə razılaşmaqla mənzilin dəyərini onun vasitəsi ilə ödəmək şərti ilə ona 53.800 manat pul verməsini, sonuncunun isə həmin pulu mənimsəyərək MTK-ya ödəməməsini, sonradan həmin xüsusatın araş dırılmasını, Cəmşid Bədirzadənin MTK-ya gələrək iddiaçıdan 53.800 manat pulu aldığını etiraf etməsini, həmin pulu xx.xx.2019-cu il tarixə kimi ödəyəcəyinə söz verməklə xx.xx.2019-cu il tarixdə 01 nömrəli “Borc razılaşması barədə müqavilə” bağlamasını və iddiaçıya verilmiş maliyyə arayışlarının saxta olmasını qeyd etsə də, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən bir sıra ziddiyyətli məqamları araşdırmamış, işin ədalətli hallı baxımından həmin məqamlara hüquqi aydınlıq gətirməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan, lakin hüquqi əsaslandırması ilə razılaşmayan apellyasiya instansiyası məhkəməs i mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin sahibliyində olmayan mənzillərin onun tərəfindən iddiaçının sahibliyinə verilməsi mümkün deyildir. Üçüncü şəxslərə münasbətdə isə onlarla cavabdeh arasında bağlanmış müqavilələr mübahisələndirilməmiş və etibarsız sayılmamışdır. Yalnız qeyd olunan hal baş verdiyi təqdirdə mənzil üzərində iddiaçının hüquqlarının təsbiti və qanunsuz sahibdən mənzillərin tələb edilməsi mümkün hesab oluna bilərdi.

84. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən öhdəliyin icrasının həyata keçirilməsi barədə sübut əhəmiyyəti kəsb edən maliyyə arayışlarına hüquqi qiymət verilməmiş, həqiqiliyi və ya qeyri-həqiqiliyi işin halları ilə yanakı təhlili əsasında müyyənləşdirilmişdir. Belə ki, iddiaçı öz iddiasının əsası kimi öhdəliyi icra etməsinə dair xx.xx.2019-cu il tarixli 60 və 66 saylı maliyyə arayışlarını təqdim etmişdir. Cavabdeh isə yalnız mülahizə olaraq bildirmişdir ki, bu maliyyə arayışları saxtadır. Cavabdeh öz etirazını təkzib edə biləcək hər hansı sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, qeyd edilməlidir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual normalarına görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlarla formal şəkildə kifayətlənməməli, iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməsi məqsədilə zəruri sübutların toplanması və tədqiqi üçün qanunla nəzərdə tutulmuş tədbirləri görməlidir. Mə hkəmə iş üzrə ziddiyyətli məqamlar mövcud olduqda onları aradan qaldırmaq, sübutlara hüquqi qiymət vermək və əsaslandırılmış nəticəyə gəlmək vəzifəsini daşıyır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən kontekstdən yanaşaraq həmin maliyyə arayışlarının hüquqi əsaslılığını araşdırmamış, hüquqi qiymət verməmişdir. Həmçinin cavabdehin irəli sürdüyü iddiaçının maliyyə arayışlarının saxta olmasına dair mövqeyini nə təkzib etmiş, nə də digər bir müstəvidə ümumiyyətlə, tədqiqini aparmamışdır. MTK tərəfindən öhdəliyin iddiaçı tərəfindən icra edilməsinə dair sübut əhəmiyyətli hesab edilə biləcək sənədin – maliyyə arayışların hansı hüquqi hədəf və niyyətlə verilməsini müəyyənləşdirməmiş, mübahisənin obyektiv həlli baxımından işin digər halları ilə yanakı təhlilini aparmamışdır.

85. Eyni z amanda, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyindən biri də ondan ibarətdir ki, cavabdehin sahibliyində olmayan mənzillərin onun tərəfindən iddiaçının sahibliyinə verilməsi mümkün deyildir. Üçüncü şəxslərə münasibətdə isə onlarla cavabdeh arasında bağlanmış müqavilələr mübahisələndirilməmiş və etibarsız sayılmamışdır. Yalnız qeyd olunan hal baş verdiyi təqdirdə mənzil üzərində iddiaçının hüquqlarının təsbiti və qanunsuz sahibdən mənzillərin tələb edilməsi mümkün hesab oluna bilərdi. Qeyd edilməlidir ki, hazırkı iddianın predmetini əqdin etibarsızlığı məsələsi təşkil etməsə də, apellyasiya instansiyası məhkəməsinin üçüncü şəxslərlə bağlanmış əqdlərin iddiaçı ilə bağlanmış əqdlərlə paralel təhlilini etmədən etibarlılığına istinad etməklə, iddia tələbini təmin etməməsinə dair hüq uqi mövqeyi tərəflərin hüquqlarının müdafiəsi baxımından ədalətli hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış müqavilələrin şərtləri ilə üçüncü şəxslərlə bağlanılan müqavilə şərtlərini qarşılıqlı müqayisə etməmiş, məntiqi uzlaşdırma aparmamışdır. Bu müqayisəsiz təhlil və araşdırılma iddia tələbinin düzgün həlli baxımından ədalətli hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyində istinad edir ki, cavabdeh tərəf üçüncü şəxslərlə müqavilələri iddiaçıya münasibətdə daha əvvəl bağlamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi həm iddiaçı, həm də üçüncü şəxslərlə bağlanmış müqavilə şərtlərini zaman kəsiyi müstəvisində ağlabatan mühakimə əsasında qarşılıqlı təhlil etməli idi. Belə ki, daha əvvəl bağlandığı bildir ilən X16 ilə Cavabdeh MTKnın sədri Arzuman Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli müqavilə şərtinə əsasən mübahisəli 66 saylı mənzilin 1 kv.m. 600 manat olmuş, X15 ilə MTK-nın sədri Arzuman Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli müqavilə şərtinə əsasən mübahisəli 60 saylı mənzilin 1 kv.m. 690,17 manat olmuşdur. Həmçinin iddiaçı ilə xx.xx.2019-cu il tarixində bağlanılan müqavilələrə əsasən mübahisəli 66 saylı mənzil üzrə mənzilin hər kv.m. 500 manat, 60 saylı müqavilə üzrə isə hər kv.m. 500 manat müəyyənləşdirilmişdir. Göründüyü kimi, 2 il daha sonra bağlanan müqavilələrdə daşınmaz əmlak üzrə kv.m. hesablanan qiymət daha əvvəli tarixdə üçüncü şəxslərlə bağlanılan müqavilələrlə müqayisədə daha aşağı məbləğdə olmuşdur. Qeyd edilməlidir ki, daşınmaz əmlak mülki dövriyyənin ak tiv obyektlərindən biri olmaqla, iqtisadi münasibətlərin təsiri altında dəyəri zaman keçdikcə dəyişən əmlak növüdür. Daşınmaz əmlak təbiəti etibarilə zaman keçdikcə bahalaşmağa meylli olan əmlak kateqoriyasına aiddir. Eyni predmet üzrə paralel şəkildə mövcud olan müqavilə şərtlərinin qarşılıqlı və sistemli təhlili həmin müqavilələrin real hüquqi mahiyyətini, onların faktiki bağlanma ardıcıllığını və əsaslılığını müəyyən etməyə imkan verən mühüm sübut vasitəsidir. Müqavilələrin yalnız formal tarix göstəricisinə istinad edilməklə qiymətləndirilməsi işin ədalətli nəticəsinin hasil olunması üçün kifayət hesab edilə bilməz. Eyni predmetlər üzrə müxtəlif şəxslərlə bağlanmış müqavilələrin qiymət, ödəniş qaydası, öhdəliklərin icra mexanizmi və digər əhəmiyyətli şərtləri müqayisəli şəkildə araşdırı lmalı, onların iqtisadi məntiqi və zaman kontekstində uyğunluğu təhlil edilməlidir. Belə bir qarşılıqlı təhlil müqavilələrin həqiqi iradə ifadəsi olub-olmamasını, formal xarakter daşıyıb-daşımamasını və faktiki hüquqi nəticə yaratmaq məqsədi ilə bağlanıbbağlanmadığını müəyyən etməyə imkan verə bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni predmet üzrə paralel mövcud olan müqavilələrin şərtlərinin qarşılıqlı təhlilinin aparılmaması iş üzrə həqiqətin müəyyən edilməsinə mane olmuş, nəticədə işin hallarının tam və obyektiv araşdırılması təmin edilməmişdir.

86. Göründüyü kimi, iddiaçının kiminlə borc müqaviləsi bağlamasından asılı olmayaraq, mənzillərlə bağlı qeyd edilən müqavilələr üzrə Cavabdeh MTK iddiaçı qarşısında üzərinə öhdəlik götürmüşdür. Apellyasiya məhkəməsi iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququnun istisna olunduğunu kifayət qədər əsaslandıra bilməmişdir.

87. Apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla sübutlara qiymət verməli və bu qiymətləndirmənin nəticəsi olaraq maddi hüquq normalarını tətbiq etməli olduğu halda belə qiymətləndirtmə aparmamışdır. Həmçinin apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiyi, onların bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bildiyi halda iddiaçı tərəfindən mübahisəli mənzillərin daha əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi barədə qənaəti y anlışdır. Apellyasiya məhkəməsi iddiaçının sübut etməli olduğu halı düzgün məyyənləşdirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, üçüncü şəxslər X15 və X6 həmin mənzillərə dair müqavilələrin iddiaçı ilə bağlanmasını mübahisələndirməmişlər.

88. Eyni zamanda cavabdeh MTK-nın səlahiyyətli əməkdaşı tərəfindən imzalanaraq, MTK-nın möhürü ilə möhürlənməklə iddiaçıya “Borc razılaşması barədə müqavilə”dən daha əvvəlki tarixdə verilmiş maliyyə arayışlarının “saxta” olmasının nə ilə təsdiqini tapması apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş, təqdim olunan maliyyə arayışlarının “saxta” olması təsdiqini tapdığı halda buna görə məsuliyyət daşıyan şəxslərin barəsində xüsusi qərardadın çıxarılması məsələsi müzakirə edilməmişdir.

89. Ümumiyyətlə məhkəmələr tərəfindən iddiaç ı ilə MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız olması aydın şəkildə əsaslandırılmadığından qətnamədə gəlinən nəticə də əsaslı sayıla bilməz. 90. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

91. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya d igər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

92. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

93. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

94. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəs ini qoyur.

95. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

96. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməlidir.

97. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

98. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia çı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1000/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar