Məhkəmə qərarları › İş №2(102)-4112/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4112/2020

23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə köçürmə - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4112/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(010)-2471/2019, hakim S.M.Miriyeva) İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddiası qismən təmin edilm iş, 24 adda qızıl-zinət əşyası, 7 adda digər əşyanın və uşaqların doğum haqqında şəhadətnamələrin, pasportların Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12774/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev, R.Ə.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə qızıl-zinət əşyalarının, uşaqların doğum haqqında şəhadətnamələrinin və pasportların Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi, 77.500 manat dəyərində qızıl-zinət əşyalarının ona qaytarılması və ya dəyərinin ödənilməsi, ona və övladlarına məxsus sənəd və geyim əşyalarının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş üzrə təq dim edilmiş sübutlara, o cümlədən qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edən şahid ifadələrinə tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə X5 2004-cü ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmaqla, onların xx.xx.2006-cı il təvəllüdlü Nigar, xx.xx.2007-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Emil və xx.xx.2016-cı il təvəllüdlü Nadir adlı uşaqları doğulmuşdur. İddiaçı faktiki nikah münasibətində olduğu X2 anası Cavabdeh ilə birlikdə ünvan 2 ünvanında birlikdə yaşamış, Elşən Məmmədov xx xxxxxxxx 2017-ci il tarixdə Gürcüstan Respublikasında öldürülmüş, 2017-ci ilin dekabr ayının 20-də iddiaçı övladları ilə birlikdə mağazaya getmək adı ilə həmin evdən çıxmış, ata evinə getmişdir. İddiaçı evdən çıxarkən qızıl-zinət əşyalarını, uşaqlarının sənədlərin i və əşyalarını götürmədiyinə və Cavabdeh qanunsuz sahibliyində qaldığına istinad edərək xx xxxx 2019cu il tarixdə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək, ümumiyyətlə belə qızıl-zinət əşyalarının mövcud olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Birinci instansiya məhkəməsi iddia tələbinin qızıl-zinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya qaytarılması nəticəsinə gələrkən öz mövqeyini iş üzrə tədqiq edilmiş hər hansı sübutla deyil, y alnız mülahizələrlə əsaslandırmışdır. Uşaqların doğum haqqında sənədlərinin və parportların qaytarılması ilə bağlı isə birinci instansiya məhkəməsi qətnaməsində həmin sənədlərin Cavabdeh qalması müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir sübutu təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının övladları X6 və X1 ifadələri isə iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qiymətləndiirlə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver