Məhkəmə qərarları › İş №2(102)-4233/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4233/2022

10.08.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4233/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4233/2022 (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarma, icarə haqqı, əsassız varlanma) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-361/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassas iya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 29 yanvar 2003-cü il tarixli ilə ünvan 1 ünvanda torpaq sahəsinin 8x3=24 kvadratmetr ölçüdə hissəsi müasir tələblərə uyğun mağaza tikintisi üçün X1 adına qeydiyyata alınmış və müvafiq qaydada icarəyə verilmişdir.

2. X4 02 sentyabr 2005-ci il tarixli ilə İddiaçı ərizəsi və Ağdaş Bələdiyyə sədrinin 29 yanvar 2003-cü il tarixli 01 saylı sərəncamı ilə şəhərin 20 Yanvar küçəsi, 6 saylı ünvan qarşısında 24 kvadratmetr ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmış X1 həmin yerdə 24 kvadratmetr ölçüdə müasir tələblərə uyğun mağaza tikdirmək üçün maddi imkanı olmadığı, həmçinin özünün razılıq ərizəsi nəzərə alınaraq həmin torpaq sahəsinin 6x3=1 8 kvadratmetr ölçüdə hissəsi müasir tələblərə uyğun mağaza tikintisi üçün X3 adına qeydiyyata alınmış və müvafiq qaydada icarəyə verilmişdir.

3. İddiaçı 27 sentyabr 2007-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. 4. ünvan 3 ünvanında yerləşən 25 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi (mağaza) mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və 28 mart 2018-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi Cavabdeh satılmışdır, həmin sahə cavabdehin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaşı”) Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə m üraciət edərək, Cavabdeh 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla, ümumilikdə 30 ay üçün 7500 manat, 25 kv/m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla, tam olaraq aylıq 350 manatdan 30 ay üçün cəmi 10500 manat pulun alınaraq ona verilməsi, cavabdehin ona məxsus 22 kv/m mağazanı boşalaraq çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada cavabdehlə AN-1 Nb0684910 saylı alqı-satqı müqviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh ondan torpağı yox, torpağın üstündə olan mülkü, yəni 25kv/m qeyri-yaşayış sahəsini, yəni mağazanı almışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh iddiaçıya məxsus olan 25 kv/m torpaqdan və 22 kv/m qeyri yaşayış sahəsindən, yəni mağazasından istifadə edir.

7. İddiaçı şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir, torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir.

8. İddiaçının mağazası ümumilikdə 47 kv/m dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv/m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri-yaşayış sahəsinin 22 kv/m iddiaçıya məxsusdur. Lakin cavabdeh iddiaçıya aid olan 22 kv/m mübahisəli sahəni də zəbt edib istifadə edir, mağazanın iddiaçıya məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir.

9. Cavabdeh notarial qaydada aralarında olan razılığı-öhdəlikləri yerinə yetirmir.

10. İddiaçı cavabdehin düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisə etmək istəməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının qanuni tələbinə əməl edib yığılmış icarə borclarını ödəmir. Cavabdeh icarə borclu olduğunu bilə-bilə müxtəlif yanlış məlumatlar yaymaqla iddiaçını qorxutmağa çalışır.

11. Cavabdehlə borclu olduğu icarə haqqını ödəmir, rəsmi qaydada müqavilə bağlamaqdan da imtina edir.

12. Ümümilikdə 30 aydır ki, icarə haqqı ödənmir, 22 kv/m qeyri-yaşayış sahəsinin icarə haqqı ayda 250 manat edir. Cavabdehin icarə borcu bu günə qədər 7500 manatdır. 25 kv/m mağazanın altında olan torpaq sahəsinə görə minimum 100 manat aylıq icarə haqqı nəzərə alınarsa, bu da 30 ay müddət üçün 3000 manat təşkil edir.

13. Mağazanın olduğu ərazidə 25 kv/m torpağın üstündə olan mağazanın icarə haqqı 400-500 manat olmasına baxmayaraq, iddiaçı həmin məbləği a zaltmışdır. 14. 22 kv/m mağaza isə tam olaraq iddiaçıya məxsus olsa da, cavabdeh həmin ərazidən öz razılığı ilə çıxmır buna görə də cavabdehin həmin ərazidən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 165.1-ci, Torpaq Məcəlləsinin 2, 3, 48, 103 və 111-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh iddiya etiraz etmişdir. etirazın dəlilləri: - iddiaçı oxşar tələblərlə daha öncələr də məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən ya iddiaçının iddiaları baxılmamış saxlanılmış, ya da ki, iş üzrə icraata xitam verilmişdir; - iddiaçının iddiası tamamilə əsassızdır, belə ki, cavabdeh iddiaçıdan qeyri-yaşayış obyektini alarkən iddiaçının hazırda tələb irəli sürdüyü 22 kv/m tiki li ilə də bağlı aralarında razılığa gəlmişlər. Cavabdeh bütövlükdə iddiaçıya 50000 manat pul ödəniş etmişdir. Lakin aralarındakı razılaşmaya görə iddiaçı 22 kv/m torpaq sahəsini öz adına özəlləşdirəndən sonra cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 10000 manat da verilməli idi. İddiaçı həmin torpaq sahəsinə dair öz adına hər hansı sənəd əldə edə bilməmişdir və odur ki, cavabdeh də iddiaçıya 10000 manat pulu verməmişdir; - mağazanı iddiaçıdan alarkən sahəni ölçməmişdir. Alqı-satqı müqaviləsində 15000 manat göstərilmiş, lakin cavabdeh iddiaçının evi və obyektinin girovdan çıxarılması üçün 35000 manat, yəni cəmi 50000 manat ödəniş edilmişdir.

17. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Famil Nəsibov)

18. Birinc i instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onaməxsus olduğunu bildirərək cavabdehə satdığı 25 kvadratmetr mağazaya bitişik olduğunu bildirdiyi 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazadan iddiaçının çıxarılmasını tələb etsə də, 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazaya dair müvafiq hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim edilməməsi iddiaçının tələb irəli sürdüyü həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Həmçinin tərəflərin izahatlarından və işdə olan sənədlərdən də müəyyən edilir ki, mübahisə predmeti olan 22 kvadratmetr mağazanın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının tələb irəli sürdüyü cavabdehin çıxarılmasını istədiyi hazırda cavabdehin mülkiyyətində olan 25 kvadratmetr mağazaya bitişik olan 22 kvadratmetr torpaq sahəsində yerləşən mağazaya dair iddiaçı hər hansı subyektiv hüquqa malik deyildir.

20. Həmçinin birinci instansiya məhkəməsi onu da qeyd edib ki, tərəflər alqısatqı müqaviləsi bağlayarkən iddiaçı mülkiyyətində olan qeyri yaşayış sahəsinin hər hansı hissəsini deyil, bütövlükdə cavabdehə satmış, lakin həmin 25 kvadratmetr qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini iddiaçı satmamışdır. Yəni 25 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, onun altındakı torpaq sa həsi iddiaçının mülkiyyətindədir. Lakin qanunvericiliyin tələbinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 146.3, 152.1, 157.2, 178.1, 243.1, 243.2, 404.1, 404.2, 405.1, 567 və 646.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. (bax: bənd 6-14)

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1237/2021 sa ylı mülki iş üzrə 1 iyul 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Ələddin Məcidov)

25. Apellyasiya instansiyası məhkəməsi qənaətini birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunu ilə eyni məzmunda əsaslandıraraq yuxarıda gəlinən nəticə ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(102)-6585/2021 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün apellyasiya ins tansiyasına qaytarılmışdır.

28. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən cavabdehə satılmış mağazaya bitişik vəziyyətdə olan 22 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçının subyektiv hüquqa malik olmamasını, alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının təkcə 25 kv.metr sahəsi olan mağazanın hər hansı bir hissəsini deyil, mağazanın bütövlükdə, 22 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi ilə birlikdə satmasını əsas göstərmişdir; - apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi iş materiallarına və qanunun tələbinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə sahəsi 25 kv.metr təşkil edən mağaza satılmış və alıcı kimi cavabdehin məhz həmin sahəyə, yəni 25 kv.metr sahəsi olan mağazaya dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sahəsi 22 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehə satılmamışdır və işdə bunu təsdiq edə biləcək heç bir sübut yoxdur. 22 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından həmin sahə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi; - apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə qənaətini əsaslandırarkən mübahisəli 22 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyat ına alınmamasını əsas göstərsə də, işin 50-ci səhifəsində olan Ağdaş Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş və bələdiyyə sədrinin müavini, Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri, rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri, Bələdiyyənin mühəndisi və katibi tərəfindən iddiaçının ərizəsinə əsasən mübahisəli 22 kv.metr torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Bələdiyyəyə məxsus olmaqla boş istifadəsiz torpaq sahəsidir və həmin torpaq sahəsinin İddiaçı mövcud mağazanın arxasında 22.0 kv.metr ölçüdə yardımçı tikili məqsədi ilə ayrılması məqsədəuyğundur. Həmin aktda iddiaçıya torpağın sxematik planına, akta, rəy tələblərinə və aidiyyəti rayon təşkilatlarına, o cümlədən rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin qanuni tələblərinə əməl etməklə tikinti işinə başlaması tapşırılmışdır. İşdən görünür ki, bundan sonra iddiaçı tərəfindən həmin ərazidə 22.0 kv.metr ölçüdə yardımçı sahə inşa olunmuşdur; - işin müəyyən olunmuş halları belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin sahə iddiaçının vəsaiti hesabına inşa edilmiş və həmin vaxtdan onun faktiki istifadəsində olmuşdur. İş üzrə cavabdehin izahatından da görünür ki, mübahisəli yardımçı tikiliyə iddiaçının mülkiyyət hüququ olmadığından o, iddiaçıya razılaşılmış 60.000 manatın 10.000 manatını ödəməmişdir; - göründüyü kimi, cavabdeh özü də qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilidən hər hansı bir qanuni əsas olmadan istifadə edir. İddiaçı isə, yuxarıda qeyd olunduğu kimi, vəsait sərf etməklə yardımçı sahə tikmiş, lakin torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin qanunun tələbinə müvafiq olaraq rəsmiləşdirilməsini təmin etməmişdir. - apellyasiya instansiyası məhkəməsinin işin həmin hallarını lazımınca araşdırmadan, onlara müvafiq hüquqi qiymət vermədən iddiaçının 22 kv.metrdən ibarət yardımçı tikiliyə dair subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

29. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdehdən 22 kvm mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehdən ünvan 2 ünvanında yerləşən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, cavabdehin qanunsuz zəbt edilmiş ünvan 2 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Günay Cavadova)

30. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 mart 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 25 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə 15000 manat müqabili ndə cavabdehin mülkiyyətinə vermişdir. RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh isə hal-hazırki vaxta qədər iddiaçıya məxsus 22 kv.m qeyri-yaşayış sahəsindən də istifadə edir, üstəlik, həmin mağazanı icarəyə vermişdir və icarə haqqı kimi hər ay 200 manat pul alır.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq bildirmişdir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən də görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış-sahəsinin 25 kv.m olan hissəsi cavabdehə satılmışdır. Ağdaş Bələdiyyəsinin yanvar 2007-ci il tarixli aktına əsasən Ağdaş şəhəri, 20 Yanvar küçəsi, beşmərtəbəli yaşayış binalarının tinindəki mağaza cərgəsinin arxasında boş istifadəsiz torpaq Ağdaş Bələdiyyəsi ərazisidir. İddiaçıya həmin yerdəki mövcud mağazanın arxasındakı 5,5x4=22 kv.m ölçüdə zəbt edilmiş torpaq sahəsinin yardımçı tikili məqsədi ilə ayrılması məqsədəuyğun hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qeyd edilmiş sənədlər onu deməyə əsas verir ki, cavabdeh həqiqətən də ona məxsus olmayan ünvan 2 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etmiş və iddiaçının tələbinə baxmayaraq icarə haqqını ödəməkdən imtina etmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, mübahisəli yardımçı tikiliyə iddiaçının mülkiyyət hüququ olmadığından o, iddiaçıya razılaşılmış 60.000 manatın 10.000 manat ını ödəməmişdir. Demək ki, cavabdeh qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilidən hər hansı bir qanuni əsas olmadan istifadə edir. İddiaçı isə, yuxarıda qeyd olunduğu kimi, vəsait sərf etməklə yardımçı sahə tikmiş, lakin torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin qanunun tələbinə müvafiq olaraq rəsmiləşdirilməsini təmin etməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 22 kv.m mağazaya qanunsuz sahiblik etmişdir və o, həmin mağazadan almış olduğu icarə haqqına münasibətdə əsassız varlanmış şəxsdir.

34. Apellyasiya instansiyası məhkəməsi 25 kv.m torpaq sahəsindən istifadə üçün tələb edilən məbləğin rədd edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmış və hesab etmişdir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Belə olduğu halda, cavabdeh alqı-satqı müqaviləsi ilə əldə etdiyi və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin olduğu torpaq sahəsinə görə iddiaçıya icarə haqqı verməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, cavabdeh məhkəmə kollegiyasında verdiyi izahatında 25 kv.m və 22 kv.m qeyri yaşayış-sahələrini aylıq 400 manata icarəyə verdiyini demişdir. Belə ki, 22 kv.m qeyri yaşayış sahəsinin aylıq icarə haqqı təqribən 200 manatdır.

36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu etirafını mötəbər sübut kimi qəbul edərək hesab edib ki, iddiaçının iddia tələbi ona məxsus olan cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş 22 kv.m qeyri-yaşayış sahəsinə görə icarə haqqının 29 ay müddəti üçün tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı məhkəməyə xx.xx.2021ci il tarixdə müraciət etmişdir. Buna görə də cavabdehdən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 manat olmaqla ümumilikdə 29 ay üçün tutulmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 404.1, 646.1, 1091.1, və 1092.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (Vəkil2) kas sasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

39. Şikayət onunla əsaslandırılmışdır ki, 22 kv.metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Ağdaş bələdiyyəsinin mülkiyyətindədir. Üzərində tikilmiş sahəsi 22 kv.metr olan qeyri-yaşayış sahəsi isə iddiaçının mülkiyyətində deyil. İddiaçı sahəsi 22 kv.metr olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmadığına həmin obyekt üzərində sərəncam vermək hüququ yoxdur. Yəni belə bir vəziyyətdə iddiaçı həmin obyekti icarəyə verə və ya həmin obyektə görə cavabdehdən icarə haqqı və cavabdehin həmin obyektdən məcburi qaydada çıxarılmasını tələb etməyə heç bir subyektiv hüququ yoxdur. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlan ma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apel lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni həmin hissədə yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

46. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə əlavə araşdırma apararaq, iddiaçının 22 kv.m ölçüdə qeri-yaşayış sahəsinə subyektiv hüququnun olmasını, cavabdehin həmin tikilidən (mağazadan) q anunsuz istifadə etməsini və həmin mağazanı mülkiyyətində olan 25 kv.metr tikili (mağaza) ilə birgə icarəyə verdiyini, 22.kv.metr ölçüdə tikili üçün icarə haqqının 200 manat, icarə haqqı ödənilməyən müddətin 29 ay olmasını müəyyən edərək iddianı yuxarıda qeyd edilən qaydada qismən təmin etmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 30-37-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək iddia tələbi üzrə ətraflı araşdırma aparmış, işin hallarını işdəki sübutalar və tərəflərin izahatlarına düzgün qiymət verməklə müəyən etmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

48. Məhkəmə ko llegiyası 22 kv.metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin Ağdaş bələdiyyəsinin mülkiyyətində olması, həmin torpaq üzərində tikilmiş sahəsi 22 kv.metr olan qeyri-yaşayış sahəsinin isə iddiaçının mülkiyyətində olmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Əvvəla, iddiaçının subyektiv hüququnun olmamasına yönələn bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əvvəlcə məhz bu əsasla təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi işə baxan məhkəmələrin bu mövqeyini iş materialları əsasında düzgün saymamış, məhkəmələrin iddiaçının subyektiv hüququnun olmasına düzgün qiymət vermədiyini göstərmişdir. Həmçinin bu dəlillər iddianın məhz rədd edilməsinə yönələn dəlillər kimi apellyasiya məhkəməsi tərəfindən qəbul edilməyib. Buna görə də həmin dəlillərə bir daha qiymət verməyə zərurət yoxdur.

49. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-361/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver